Azərbaycan xalqının ümummilli lideri


Həsən  bəy  Zərdabinin  (1841-1907)



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə67/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   63   64   65   66   67   68   69   70   ...   139
Həsən  bəy  Zərdabinin  (1841-1907)  səyi  və  səmərəli  fəaliyyəti  ilə 

Azərbaycanda teatrın, xeyriyyəçilik hərəkatının və milli mətbuatın əsası qoyuldu. Bu 

işdə  ona  N.Vəzirov,  Əhsənül-Qəvaid,  M.Ə.Şirvani,  S.Ə.Şirvani,  Ə.Gorani  və  b. 

tələbələri və həmkarları kömək edib arxa durdular. "Əkinçi" qəzeti ətrafında dövrün 

mütərəqqi fikirli yaradıcı qüvvələri cəmləşdi. 

Milli  mətbuatın  yaranması  bəzi  şairlərin,  o 

cümlədən  S.Ə.ġirvaninin  (1835-1888)  yaradıcılığı 

yeni  ədəbi  istiqamətin  -  maarifçilik  görüşlərinin 

ideya-estetik təzahürü və inkişafına, habelə satiranın 

daha  da  dərinləşib  ictimai  səviyyəyə  çatmasına  və 

realizmin  qüvvətlənməsinə  özünün  müsbət  təsirini 

göstərdi. O, lirik əsərlərində, qəzəllərində M.Füzuli 

ənənələrini  davam  və  inkişaf  etdirərək  bu  janra 

aşiqin daha çox real, həyati çırpıntıları ilə süslənmiş 

bir  "nəfəs"  gətirdi.  Nəticədə  Seyid  Əzim  qəzəlləri 

həyat  nəfəsli,  realist  biçimli  bir  lirika  kimi  şöhrət 

tapıb yadda qaldı. 

S.Ə.Şirvani 

satiranı 

həcvguluqdan 

və 

məhəlliçilikdən  birdəfəlik  xilas  edib  ona  ictimai 



məzmun,  yüksək  ideya-estetik  keyfiyyət  bəxş  etdi. 

Eyni zamanda maarifçi şeirləri ilə yanaşı mənzum hekayə və təmsilləri ilə milli uşaq 

ədəbiyyatımızın klassik səviyyəyə qalxmasını təmin etdi. 

M.F.Axundovun  nəsr  və  dramaturgiya  ənənələri  əsrin  sonlarına  doğru 

N.Vəzirov, H.Vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov və başqalarının yaradıcılığında 

davam  etdirilib,  yeni  mövzu,  ideya  və  bədii-estetik  xüsusiyyətlərlə  zənginləşdirildi; 

komediya  janrı  ilə  yanaşı,  "Müsibəti  Fəxrəddin",  "Dağılan  tifaq",  "Ağa  Məhəmməd 

şah  Qacar",  "Nadir  şah"  dramları  ilə  N.Vəzirov,  N.Nərimanov,  Ə.Haqverdiyev 

tərəfindən  Azərbaycan  dramaturgiyasında  faciə  və  tarixi  dram  janrlarının  əsası 

qoyuldu[30] və bu istiqamətdə yeni-yeni ədəbi nümunələr meydana çıxmağa başladı. 

Bütün bu əsərlərin mərkəzində maarifçilik ideyaları, xalqı maarifləndirərək onu daha 

səmərəli  və  daha  geniş  fəaliyyət  meydanına  çıxarıb,  xoşbəxt  gələcəyə  aparmaq 

məqsədi  dayanırdı.  Bütün  bunlarla  yanaşı,  S.Ə.Şirvaninin  satiralarında,  mənzum 

məktub  və  müxbir  yazılarında  da  həyatdakı  mövcud  çatışmazlıqların,  ictimai 

ədalətsizlik və xalqa edilən zülm və işgəncələrin, təsəvvürlərdə hökm sürən avamlıq, 

gerilik  və  ətalətin,  xurafat  və  nadanlığın  satirik  ifşasında,  təsvir  və  təhkiyəsində  də 

xalqın maarifə və ictimai-mədəni səviyyəyə yüksəldilməsi məqsədi izlənilirdi[31]. 



276 

 

"Əkinçi" qəzeti ənənələri və maarifçilik hərəkatının davamını və inkişaf edərək 



yeni-yeni ideya-məzmun keyfiyyətləri qazanması prosesinin izlərini "Ziya" ("Ziyayi-

Qafqasiyyə")  və  "Kəşkül"ün  səhifələrində,  həmin  mətbuat  orqanlarının  təsisçisi  və 

redaktorları olan Səid və Cəlal Unsizadə qardaşlarının ictimai-mədəni fəaliyyətlərində 

aydın  müşahidə  etmək  olar.  Belə  ki,  əgər  "Əkinçi"  qəzeti  səhifələrində  oxumağın 

əhəmiyyətindən,  təriqətçiliyin  ziyanından  danışılıb,  camaat  elm  təhsil  etməyə, 

təriqətçilikdən,  xurafatdan  isə  uzaq  olub  birliyə  və  tərəqqiyə  çağırılırdısa,  "Ziya" 

("Ziyayi-Qafqasiyyə")  qəzetində  bu  ideyalar  nəinki  davam  etdirilir,  hətta  əməli 

şəkildə  həyata  tətbiq  edilirdi.  S.Ünsizadə  Şamaxıda  və  Tiflisdə  təsis  etdiyi 

məktəblərdə ("Məclis" məktəbi, Müsəlman qız məktəbi) sünni və şiə uşaqlarının eyni 

sinifdə  dərs  keçmələrinə  nail  olur,  yeni  üsullu  məktəblər  üçün  dərslik  yazılmasının 

zəruriliyi və yerlərdə olan pedaqoji kadrların bu vəzifəni həyata keçirməyə güclərinin 

çatması  və  əgər  belə  bir  iş  görülərsə,  həmin  dərsliyin  özünün  "Ziya"  mətbəəsində 

çapına  imkan  yaradacağı  barədə  "Ziyayi-Qafqasiyyə"də  çıxış  edirdi.  O,  bununla 

kifayətlənməyib özünün yazdığı dərsliklərin nəşrinə nail olurdu. Şamaxıya qazi təyin 

olunanda isə S.Ə.Şirvaninin dili ilə desək: 

Səid Ünsizadə Tiflisdən oraya 

 Gələntək verdi ruhi-məclisi-ruhaniyyə zinət,  

Kəmali-ruhi-ruhanələtdən oldu bəzm ruhani...  

...Düşüb ol fikrə kim, Şirvanı darülfünun eyləsin, 

Qiraətxanə açsın, nəşr qılsın elmi-ədyani...  

Gələntək gördü kim, var göftguyi-şiəvü-sünni,  

Solu bir parə müfsidlər əracif eyli qövğani.  

Çəkirlər bir-birinin büxldən məxfi ayağından, 

 Salırlar şübhəyə təsvirilə ümal-dəbvani.  

Ağa Seyyid Əlinin xəlqi cəm etdi otağına,  

Götürdü aralıqdan hökumət ilə kid əxvani. 

Beləliklə, S.Ünsizadə vaxtilə qələmə alıb "Ziyayi-Qafqasiyyə"də çap etdirdiyi 

"Məktəblərimiz  və  mədrəsələrimiz  barəsində  bir  neçə  söz"[32]  məqaləsində  irəli 

sürdüyü məsələlərdən başqa digər elmi-mədəni problemlərin həlli üçün əlindən gələni 

edirdi.  Bütün bunlarla  yanaşı, Seyid Əzim  Şirvaninin də  maarifçilik baxışlarında  və 

ədəbi  görüşlərində  xeyli  irəliləyiş  olur.  O,  Azərbaycan  xalqının  digər  xalqlardan 

geriliyinin  səbəbləri  üzərində  düşünüb  yollar  axtararkən  bunun  əsas  səbəblərindən 

birini  köhnə  tədris  üsulu,  təlim-tərbiyə  vasitələri  və  dünyabaxışında  görərək, 

soydaşlarını yenilik ruhlu ideyalara və tərəqqiyə səsləyirdi: 

Özgələr eyləyib tərəqqiyi-tam,  

Niyə biz qalmışıq bu növ avam?  

Niyə biz bunca bikamil olduq?  

 Ayaq altında payimal olduq?  

Bəsdi tədrisi dərsi - "Kürbəvü müş",  

"Leyli-Məcnun", "Vəsfi-badəfüruş". 




277 

 

Bütün  bu  baxışların,  maarifçiliyin  inkişafının  nəticəsi  olaraq,  M.Ş.Vazehdən 



başqa  S.Ə.Şirvani,  M.N.Didə,  M.T.Sidqi,  A.O.Çernyayevski,  S.Vəlibəyov  və 

başqaları  bu  dövrün  tələblərinə  cavab  verə  bilən  dərsliklər  yazırlar.  Onlardan  bir 

çoxlarının çapına çar Rusiyasının hakim dairələri icazə və imkan verməsə də bəziləri 

işıq üzü gördü. 

Azərbaycan  ictimai-ədəbi  fikrində  meydana  çıxan  mütərəqqi  cəhətlərin,  onun 

yenilik,  tərəqqi  və  dünyaya  inteqrasiya  meylinin  izlərini  "Kəşkül"  jurnal-qəzetinin 

səhifələrində  də  müşahidə  etmək  mümkündür.  Belə  ki,  burada  bir  tərəfdən  Şərq  və 

Qərb  ədəbiyyatından  tərcümələr  çap  edilir,  xarici  ölkələrin  ədəbi-tarixi 

şəxsiyyətlərinin  öz  xalqlarının  tərəqqisinə  göstərdikləri  xidmətlər  və  bunların 

müqabilində onlara bəslənən qədirşünaslıq münasibətlərindən danışılır, digər tərəfdən 

də  ədəbi-tənqidi  məqalələrin  köməyi ilə  oxucuların  fikri və  bədii-estetik zövqlərinin 

inkişafına  istiqamət  verilirdi.  Eyni  zamanda  təbliğ  etdikləri  mədəni,  əxlaqi 

keyfiyyətlərin bariz nümunəsi olaraq milli ədəbi-tarixi şəxsiyyətlərimiz, onların həyat 

və yaradıcılıq yolları barədə müxtəlif səpkili məqalələr çap edilirdi... 

XIX  əsrin  axırlarına  doğru  Azərbaycan  maarifçi  ədəbi-ictimai  fikrinə  yeni 

keyfiyyət  -  siyasi  dünyabaxış  da  əlavə  olunmağa  başlanır.  Bu,  ölkədə  siyasi 

dərnəklərin yaranması, fəaliyyəti və getdikcə siyasi partiyalara çevrilməsi ilə əlaqədar 

idi.  Çünki  həmin  təşkilatlar  cəmiyyətdə  öz  proqram  və  platformalarını  yayırdılar. 

Nəticədə  XX  əsrin  lap  ilk  illərində  Azərbaycan  ictimai-ədəbi  fikrində  də  milli-

özünüdərk problemlərinə və milli mənlik şüurunun formalaşdırılması məsələlərinə də 

diqqət  yetirilməyə  başlanır.  Ədəbi-mədəni  ictimaiyyət  "Nədən  bu  hala  qaldıq?", 

"Çıxış  yolu  nədədir?",  "Bizə  hansı  elmlər  lazımdır?"  sualları  ətrafında  araşdırmalar 

aparır,  xalq  isə  hələlik  mədəni,  mənəvi  "hüquqlar  üstə  ədavət"  etmək  üçün  səfərbər 

olurdu. Bu proseslərin getdikcə sistemli və sürəkli şəkil almasında Həsən bəy Zərdabi, 

Əlimərdan  bəy  Topçubaşov,  Əhməd  bəy  Ağayev,  Nəcəf  bəy  Vəzirov,  Əbdürrəhim 

bəy  Haqverdiyev,  Nəriman  Nərimanov,  Haşım  bəy  Vəzirov,  Məhəmməd  ağa 

Şahtaxtlı, Firidun bəy Köçərli, Məhəmməd Tağı Sidqi, Fəqir Ordubadi, Sultan Məcid 

Qənizadə,  Axund  Əbuturab  Axundov  və  b.  fəal  iştirak  edirdilər.  Sonralar  həmin 

ədəbi-ictimai  fikir  və  hərəkat  axınına  Ömər  Faiq  Nemanzadə,  Əli  bəy  Hüseynzadə, 

Cəlil  Məmmədquluzadə,  Məhəmməd  Hadi,  Hüseyn  Cavid,  Abbas  Səhhət,  Abdulla 

Şaiq,  Abdulla  bəy  Divanbəyoğlu,  Axund  Yusif  Talıbzadə,  Mirzə  Ələkbər  Sabir, 

Məhəmmədəmin  Rəsulzadə,  Nəsib  bəy  Yusifbəyli,  Əlabbas  Müznib,  Mirzə 

Məhəmməd  Axundov,  Mahmud  bəy  Mahmudbəyov,  Süleyman  Sani  Axundov, 

Mirzəbala Məhəmmədzadə, Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Mehdi 

bəy  Hacınski,  Əli  Nəzmi,  Məmməd  Səid  Ordubadi,  Əliqulu  Qəmküsar,  Əli  Razi 

Şamçızadə,  Salman  Mümtaz,  Qurbanəli  Şərifzadə,  Məşədi  Həbib  Zeynalov  və 

başqalarından  ibarət  yeni  ədəbi  qüvvələr  də  qoşuldu.  Müxtəlif  nəsilləri    və  

dünyabaxışlarını    özündə    birləşdirməsi    Azərbaycan  ədəbi-ictimai  fikir  və  bədii-

estetik mənzərəsinin rəngarəngliyini də şərtləndirirdi. XX əsrin əvvəlləri  Azərbaycan  

ədəbiyyatında demokratik  fikir mənzərəsinin realist, romantik, sentimental, maarifçi, 




278 

 

türkçü,  islamçı  ədəbi-estetik  və  ictimai-mədəni 



cərəyanları  bir-birləri  ilə  qarşılıqlı  yaradıcılıq 

əməkdaşlığı,  bəhrələnmə,  bəzən  də  qovuşuq,  sintez 

halında 

fəaliyyət 

göstərirdilər. 

Yəni 


mollanəsrəddinçilərin,  XX  əsr  realist  ədəbi  cərəyanın 

nümayəndələrinin 

"ağsaqqal 

yoldaşı" 

olan 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin