Azərbaycan xalqının ümummilli lideri


Cümhuriyyət  dövrü  ədəbiyyatında



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə75/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   71   72   73   74   75   76   77   78   ...   139
Cümhuriyyət  dövrü  ədəbiyyatında  müstəqilliyin  məstedici  şirinliyindəndən 

doğan  ruh  yüksəkliyi  və  sevinc  notları  aparıcı  olsa  da,  ictimai-milli  qayğı  və 

problemlərin  ideya-estetik  əksi  məsələlərinə  də  kifayət  qədər  geniş  yer  verilirdi.  Bu 

dövr  ədəbiyyatında  vətənpərvərlik  hissi,  istiqlal  sevinci,  qazanılmış  uğurların 

qorumasının  vacibliyinin  dərki  və  bədii  ifadəsi,  siyasi,  hərbi,  iqtisadi,  mədəni  və 

mənəvi-psixoloji  problemlərin  sosial-tarixi  səbəbləri,  onların  həlli  yolları  ardıcıl, 

sistemli  və  məqsədyönlü  şəkildə  işıqlandırılır,  soydaşlarımızda  dövlətçilik, 

vətənpərvərlik,  qəhrəmanlıq,  səbir  və  gələcəyə  inam  duyğuları  aşılanırdı.  Bu  işdə 

Qafqaz  İslam  Ordusu  ilə  Azərbaycana  gələn  türkiyəli  şairlər  də  yaxından  iştirak 

edirdilər.  Dövrün  aparıcı  müəllifləri  sırasına  M.Hadi,  Ümmügülsüm,  A.Səhhət, 

A.Şaiq,  C.Cabbarlı,  H.K.Sanılı,  Ə.Cavad,  Əliyusif,  M.Şahtaxtlı,  Seyid  Hüseyn, 

Y.V.Çəmənzəminli,  M.Ə.Rəsulzadə,  M.B.Məhəmmədzadə  və  başqaları,  türkiyəli 

şairlərdən Arif Ürfan Qaraosman, Rövşən Əşrəf və b. daxil idilər. 

Qeyd  edək  ki,  Azərbaycan  Cümhuriyyətinin  1920-ci  il  ədəbi  məhsullarında 

Türk dünyasının o dövr tarixi-siyasi  sıxıntılarından doğan  nigarançılıq  və  narahatlıq 

dolu duyğular özünün ideya-estetik əksini dərin vətəndaşlıq kədəri ilə tapmışdır...[43] 

Türk dünyasının və Azərbaycanın başı üstünü alan qalın qara buludların güclü 

ildırım şaqqıltısının, odlu şimşəkləri Azərbaycanın sovet Rusiyası tərəfindən işğalını 

gerçəkləşdirdi; Azərbaycan Cümhuriyyəti 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə 

süqut etdi. Yeni quruluş və imperiya maraqları öz yerini hələ möhkəmlətmədiyi üçün 

ölkədə proletariat diktaturası davam etsə də, ədəbi-ictimai aləmdə hələ elə bir kəskin 

dönüş hiss olunmurdu. Ancaq milli istiqlal ideyaları öz yerini yavaş-yavaş sosializmin 

tərənnümünə,  sovet  həyat  tərzinin  təbliğ  və  təlqininə  verməyə  başlayırdı.  Bütün 

bunlar  sovet  Rusiyasının  imperiya  maraqlarına  uyğun  idi.  Həmin  dövrdə  A.Şaiq, 

C.Cabbarlı, M.S.Ordubadi, H.Cavid, Ümmügülsüm, Seyid Hüseyn, Ə.Cavad və digər 

müəlliflərin yaradıcılığında müşahidə edilən yeni ədəbi-estetik keyfiyyət milli istiqlal 

ideyaları ilə sosializmin hücumu arasındakı tarixi psixoloji  mübarizənin simvollarla, 



282 

 

pərdələnmiş şəkildə ifadə ehtiyacının daxili potensial güc və vətəndaşlıq yanğısından 



irəli  gəlirdi.  Bununla  yanaşı,  M.Müşfıq,  S.Rüstəm,  S.Vurğun,  O.Sarıvəlli,  B.Talıblı, 

Ə.Vəliyev,  M.İbrahimov,  M.Hüseyn,  S.Rəhimov,  Əbülhəsən  və  b.  ibarət  yeni  ədəbi 

nəsil yaradıcılıq meydanına çıxıb uğurla fəaliyyətə başladılar. Ancaq 1934-cü ildən - 

SSRİ Yazıçılarının I qurultayından sonra, hər sahədə olduğu kimi, bədii ədəbiyyat və 

sənət  aləmində  də  sosializmin  ideoloji  diktəsi  hökm-fərma  oldu.  Qanlı  repressiyalar 

düşünən beyinlərin, duyan könüllərin böyük əksəriyyətini məhv edib susdurdu... 

 

 



283 

 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin