Azərbaycan xalqının ümummilli lideri


Hüseyn  Cavidin  (1882-1941)



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə72/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   68   69   70   71   72   73   74   75   ...   139
Hüseyn  Cavidin  (1882-1941)  romantizmi  fəlsəfi  tutumu  və  türkçülük, 

turançılıq  meyli  ilə  diqqəti  cəlb  edir.  Şairin  lirik  qəhrəmanının  "Tanrısı  gözəllik  və 

sevgidirsə",  "Ana",  "Səyavuş",  "Şeyx  Sənan",  "İblis",  "Topal  Teymur"  və  s. 

dramlarında,  həmçinin  "Azər"  poemasında  bəşəri  düşüncə  və  ideyalar  hakimdir. 




280 

 

Həmin pyeslərlə  H.Cavid  həm də  Azərbaycan ədəbiyyatında  mənzum dram janrının 



əsasını qoymuşdur. 

Abdulla  ġaiqin  (1888-1959)  romantizmi  "İdeal  və  insanlıq"  axtarışları  ilə 

özündə  ümumtürk  mifoloji  düşüncəsinin  romantik-fəlsəfi  ifadəsini  lirik-psixoloji 

planda  əks  etdirir.  Bu  poeziya,  ümumən  A.Şaiq  yaradıcılığı,  onun  "İki  familiyanın

 

məhvi",  "İki  müztərib,  yaxud  əzab  və  vicdan",  "Köç",  "Məktub  yetişmədi", 



"Əsrimizin  qəhrəmanları",  "Araz",  "Nüşabə",  "Qafqaz  çiçəyi",  "Xasay"  adlı  nəşr  və 

dram  əsərləri,  habelə  uşaqlar  üçün  yazdığı  şeirlər  və  ədəbi-tənqidi  məqalələri 

ədəbiyyatımızın  qızıl  fonduna  daxil  olmaqla  humanizmi,  ümumbəşəri  ideyaların 

bolluğu,  mübariz  və  nikbin  ruhu  ilə  yanaşı,  maarifçi  təbiətdən  irəli  gələn  lirik  və 

didaktik keyfiyyətlərə də malikdir[37]. 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin