Azərbaycan xalqının ümummilli lideri


Mirzə  Ələkbər  Sabir  (1862-1911)



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə69/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   65   66   67   68   69   70   71   72   ...   139
Mirzə  Ələkbər  Sabir  (1862-1911)  inqilabi 

satira  poeziya  məktəbinin  banisi  və  bayraqdarı 

olmaqla  yanaşı,  onun  yaradıcılığı  romantik  notlardan 

da  xali  deyildi.  Bu  sənətkarın  poeziya  rübabında 

dövrün  demək  olar  ki,  bütün  zümrə,  sinif,  təbəqə  və 

baxışlarını  təmsil  edən  nümayəndələrinin  ürək 

döyüntülərinin, psixoloji əxlaq və düşüncə tərzinin son 

dərəcə  rəngarəng  və  orijinal  melodiya  və  qammaları 

yüksək  sənətkarlıqla  səsləndirilirdi.  Poeziyası  ilə  öz 

əsrinin  həqiqi  bədii-estetik  və  sosial-psixoloji  sənət 

aynasına  çevrilən  Sabirin  surətlər  aləmi  və  obrazlar 

qalereyasının  sakinlərinin  sayı  bəlkə  də  onun 

satiralarının  sayından  çox  idi.  Çünki  şairin  bəzi 

satiralarında  ("Bir  məclisdə  on  iki  kişinin  söhbəti", 

"Nə  işim  var?!",  "Ürəfa  marşı",  "Fəxriyyə", 

"Sərhesab",  "Nəfsin  qərəzi,  əqlin  mərəzi",  "Ay  can!.. 

Ay can!..", "Təhəssür" və s.) tək yox, bir neçə sosial-

siyasi  və  mənəvi-əxlaqi  düşüncə,  təsəvvür  və 

təbəqənin  ictimai-psixoloji  portreti  sənətkarlıqla  göz 

önündə  canlandırılmışdır.  Onun  ədəbi  məktəbinə 

məxsus şairlər də Sabir poeziyasının ideya-estetik prinsiplərini hər biri özgün şəkildə 



279 

 

davam etdirirdi[34]. 



M.Ə.Sabir  realist-romantik  olduğu  kimi, 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin