Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə76/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   72   73   74   75   76   77   78   79   ...   139
XALQ TƏBABƏTĠ 

 

Azərbaycan  xalqı  özünün  çoxəsrlik  tarixi  ərzində  yaratmış  olduğu  maddi  və 

mənəvi mədəniyyət nümunələri, adət-ənənələri, mərasimlər, oyun və əyləncələr, ailə-

məişət məsələlərində mütərəqqi vərdişlər və s. ilə yanaşı, həm də zəngin empirik bilik 

və  bacarıqlar  sisteminə  əsaslanan  xalq  təbabəti,  xalq  müalicə  üsulları  və  vasitələri 

düşünüb  tapmış,  onları  sınaqdan  keçirib  təkmilləşdirə-təkmilləşdirə,  zənginləşdirə-

zənginləşdirə  zəmanəmizə  qədər  gətirib  çıxarmışdır.  Bu  mənada  qədim  Şərqin  və 

antik  dünyanın  xalq  təbabəti  ənənələri  üzərində  pərvəriş  tapan  Azərbaycan  xalq 

təbabəti  öz  tarixi  kökləri  ilə  çox-çox  qədimlərlə  səsləşir.  Xəstəliklərin  baş  verməsi, 

heyvan,  bitki  və  mineral  mənşəli  maddələrin  müalicəvi  xüsusiyyətləri,  həmçinin 

xəstəliklərin profilaktika  və  müalicəsində  bir sıra  praktik  üsullar,  gigiyenik  vərdişlər 

haqqında  xalq  tərəfindən  toplanmış  empirik  məlumatların  cəmindən  ibarət  olan  xalq 

təbabəti[1]  nəzəri  şərtlərə  əsaslanmadan  aparılan  müalicə  vasitələri  ilə  fərqlənmiş, 

xalqımızın 

adət-ənənələrində, 

məişətində, 

zərbi-məsəllərində, 

nağıllarında, 

dastanlarında,  əfsanə  və  rəvayətlərində,  eləcə  də  qiymətli  əlyazmalarda  və  söz 

sərraflarının  yaradıcılığında  öz  əksini  tapmışdır.  Xalq  təbabəti  Dördüncü  geoloji 

dövrün  antropogen  zonalarında  insan  əmələ  gələndən  az  sonra  onların  gündəlik 

müşahidəsi  və  təcrübəsi  sahəsində  meydana  çıxmış,  tədriclə  sınaqlardan  çıxarılaraq 

formalaşmağa  başlamışdır.  Hələ  ən  qədim  dövrlərdə  ibtidai  insanlar  gündəlik  həyat 

müşahidələri  əsasında  yaşadıqları  təbii  sığınacaqların,  mağaraların  ətrafında  yeməli 

yabanı  bitki  və  otların,  həmçinin  müxtəlif  müalicə  əhəmiyyətli  bitkilərin  yayıldığını 

görür, xəstə və yaralı heyvanların özlərinə lazımlı qidanı tapıb yediyinin, zəhərli bitki 

və  otlardan  yan  keçərək  şüursuz  instinkt  nəticəsində  təbiətdəki  müxtəlif  dərman 

bitkilərini  sərbəst,  səhvsiz  axtarıb  tapmasının,  seçib  ayırmasının  və  fizioloji 

tələbatlarını ödəmələrinin şahidi olurdular. Bütün bu müşahidələrin nəticəsində ibtidai 

insanlar özlərini müalicə edir, təbii ot, bitki, mineral su və s.-dən istifadə edərək geniş 

yayılmış  bir  sıra  mərəzlərin  (sancı,  başağrısı,  qusma,  zədə  və  yaralar,  zəhərlənmə, 

qızdırma,  ishal  və  s.)  qarşısını  alırdılar.  Zaman  keçdikcə  ibtidai  dövrün  insanları 

arasında bir çoxları böyük təcrübə toplayaraq müalicə etmək vərdişlərinə yiyələnir və 

ümumi kütlədən ayrılırdılar. Xalq içərisində belələri təbib, loğman, həkim və s. adlarla 

tanınırdı.  İnsanların  ilk  loğmanları,  şübhəsiz  ki,  ən  çox  magiyaya  əsaslanan,  ondan 

qidalanan  şamanlar,  cadugərlər  və  türkəçarələr  olmuşdur[2].  Sonralar  ot  və  bitkiləri 

yığıb  toplamaqla,  onların  müalicə  xüsusiyyətlərini  öyrənməklə  məşğul  olan,  satışını 

təşkil  edən  xüsusi  peşəkar  təbabət  biliciləri  -  əttarlar  meydana  gəlmişdir.  Müasir 

əczaçıların  və  əczaxanaların  funksiyasını  yerinə  yetirən  bu  xalq  biliciləri  müxtəlif 

xəstəliklərin  müalicəsində  istifadə  olunan  məlhəmlərin,  bitki,  heyvan  və  mineral 

mənşəli  həblərin,  şirələrin,  cövhərlərin,  məcunların  hazırlanmasında  peşəkarlıq 

təcrübəsi qazanmışlar. 

Azərbaycanda  xalq  təbabətinin  inkişafı,  insanların  qədim  zamanlardan  öz 

sağlamlıqları  barədə  düşünməsi  haqqında  faktik  materiallara  şifahi  xalq 




284 

 

yaradıcılığında  daha  tez-tez  rast  gəlirik.  Burada,  bir  qayda  olaraq,  qəhrəmanın 



xəstələnməsi,  onun  üçün  məlhəm  olacaq  şəfaverici  ot,  çiçək,  bitki  və  s.  axtarılması 

epizodları ön plana çəkilir. Qədim babil və şumerlərin yaratdıqları "Bilqamıs haqqında 

dastan"da əsərin qəhrəmanı Bilqamıs ölməzlik və şəfa çiçəyi axtarır. Xalq rəvayətinə

 

görə, böyük sərkərdə və imperator Makedoniyalı İskəndər də bütün ömrü boyu dirilik 



çeşməsi  axtarmaqla  məşğul  olur  və  hətta  bu  çeşmənin  Şirvan  dağlarında  - 

Azərbaycanda  olması  qənaətinə  gələrək  buraya  səfər  edir.  Xalq  rəvayətlərinin 

digərində  isə  qeyd  edilir  ki,  məşhur  yunan  təbibi  Hippokrat  Odlar  ölkəsinə  gəlir  və 

buranın  zəngin  təbiəti  onu  valeh  edir.  Bir  dəfə  Hippokrat  Qanıx  (Alazan)  çayının 

kənarında  oturub çayda çimən  uşaqlara  tamaşa  edirmiş. Belə  soyuq payız  havasında 

çimənlərin  soyuqlayıb  xəstələnəcəklərindən  narahat olan Hippokrat  görür ki,  uşaqlar 

çaydan  çıxıb  kənardakı  zoğal  ağaclarına  dırmaşdılar,  meyvələri  dərib  yeməyə 

başladılar. Hippokrat gülərək öz-özünə fikirləşir ki, "bu xalq böyük xalqmış; dərdini 

də bilir, dərmanını da"[3]. Zoğaldan soyuqdəyməni aradan götürən vasitə kimi indi də 

xalq  arasında  geniş  şəkildə  istifadə  edildiyi  məlumdur.  Qeyd  edək  ki,  bu  xalq 

rəvayətində  tarixi  bir  gerçəklik  də  özünü  göstərir.  Belə  ki,  Azərbaycanda  təbabətin 

tarixini  tədqiq  edən  İ.K.Əfəndiyev  qədim  Yunanıstanda  tibb  elmlərinin  xeyli  inkişaf 

etdiyini  və  bütün  Cənubi  Qafqazda,  o  cümlədən  Azərbaycanda  təbabət  haqqında 

fikirlərin  formalaşmasına  əhəmiyyətli  təsir  göstərdiyini  qeyd  edir.  Müəllif  yunan 

fikrinin  böyük  dahiləri  olan  Hippokratın,  Alkmeonun  və  başqalarının  Azərbaycanda 

olması  faktını  da  təsdiq  edir[4].  Tarixdən  də  məlum  olduğuna  görə,  Makedoniyalı 

İskəndərin işğalları ilə yaranan yunan imperiyasının tərkibinə Cənubi Azərbaycan da 

qatılmışdı və Ellin mədəniyyəti burada geniş yayılmışdı. Sonralar Azərbaycanda Ellin 

mədəniyyətinin təsiri ilə tibbi biliklər xeyli inkişaf etdirilmişdi. 

Azərbaycan  xalqının  nağıl  və  dastan  yaradıcılığında  da  xalq  təbabətinin 

qədimliyini  təsdiqləyən  etnoqrafik  materiallar  çoxdur.  Xalq  nağıllarımızdan 

"Məlikməmməd",  "Hatəmin  nağılı",  "Lal  qız",  "Pəri  bulağı",  "Otların  bəhsi"  və  s., 

dastanlarımızdan  "Kitabi-Dədə  Qorqud",  "Koroğlu",  "Lətif  şah",  "Məhəmməd  və 

Güləndam"  bu  qəbildəndir.  Xalqımızın  ilk  yazılı  mənəvi  mədəniyyət  abidəsi  olan 

"Kitabi-Dədə  Qorqud"  dastanının  "Dirsə  xan  oğlu  Buğacın  boyunu  bəyan  edər" 

boyunda  Dirsə  xanın  xatunu  ov  zamanı  yaralanmış  oğlu  Buğacı  ana  südü  və  dağ 

çiçəklərindən  hazırlanmış  qarışıq  məlhəm  ilə  sağaldır.  Bu  barədə  dastanda  deyilir: 

"Ana,  ağlamagil,  mənə  bu  yaradan  ölüm  yoxdur,  qorxmagil.  Boz  atlı  Xızr  (İlyas) 

mənə gəldi. Üç kərə yaramı sığadı. Bu yaradan sənə ölüm yoxdur (dedi). Dağ çiçəyi, 

ana  südü  sənə  məlhəmdir,  -  dedi.  Böylə  degəc  qırx  incə  qız  yayıldı,  dağ  çiçəyi 

döşürdülər. Oğlanın anası əmcəyini bir sıxdı,  südü  gəlmədi,  iki  sıxdı,  südü  gəlmədi,

 

üçüncüdə kənduyə zərb elədi, qanı doldu. Sıxdı, südlə qan qarışıq gəldi. Dağ çiçəyi ilə 



südü  (qarışdırıb)  oğlanın  yarasına  urdular  (bağladılar)...  oğlanın  qırx  gündə  yarası 

önəldi, sapsağ oldu"[5]. 

Ana  südü  və  dağ  çiçəklərinin  misilsiz  şəfaverici  xüsusiyyətləri  haqqında 

"Koroğlu" dastanının "Zərnişan xanımın Çənlibelə gətirilməsi" qolunda da ətraflı bəhs 




285 

 

edilir[6].  Göründüyü  kimi,  hələ  uzaq  keçmişdən  dağ  çiçəklərinin  şəfaverici 



xüsusiyyətləri xalqa məlum idi və onlardan yeri gəldikcə istifadə edilirdi. 

Digər  bir  şəfaverici  vasitə  kimi  mineral  sulardan  və  qaynar  çeşmələrdən 

istifadə  edilməsi  haqqında  da  dastanlarımızda  diqqətəlayiq  faktlar  vardır.  Məsələn, 

"Koroğlu"  dastanında  göstərilir  ki,  yeddi  ildən  bir  cümə  axşamı  məşriq  və  məğrib 

tərəfdən doğan iki müxtəlif ülkər gəlib göyün ortasında toqquşur və bu toqquşmadan 

Qoşabulağa nurlar tökülür. Kim bu zaman həmin bulağın suyunda çimərdisə, köpüklü 

sular  onda  sonsuz  qüvvə,  güclü  səs  əmələ  gətirərdi[7].  "Məhəmməd  və  Güləndam" 

dastanında  isə  Güləndam  müxtəlif  ot  və  bitkiləri  toplayan,  onlardan  şəfaverici 

dərmanlar  hazırlayan  və  bu  dərmanların  istifadə  qaydalarını  bilən  səriştəli  bir  xalq 

təbibi  kimi  təqdim  olunur[8].  Bu  faktlar  sübut  edir  ki,  xalqımız  çox  qədimlərdən 

müalicə vasitəsi kimi təbiətə müraciət etmiş, müxtəlif xəstəliklərin müalicəsində təbii 

ot  və  bitkilərdən  hazırladığı  preparatlardan  məharətlə  istifadə  etmişdir.  VII-XII 

əsrlərdə  ərəblərin  yaratdığı  dünyəvi  mədəniyyət  içərisində  təbabət  elmi  xüsusi  yer 

tutmuş,  praktiki  təcrübələr,  müşahidələr  hesabına  xeyli  zənginləşmişdir.  VIII-IX 

əsrlərdən  başlayaraq  Azərbaycanda  ərəb  işğallarının  bərqərar  olması  və  tarixi 

Azərbaycan  torpaqlarının  Ərəb  xilafəti  tərkibinə  qatılması  ilə  xalq  təbabətində  ərəb 

təsirinin  güclənməsi  meyilləri  müşahidə  olunur.  Qeyd  etmək  lazımdır  ki, 

Azərbaycanın  təbibləri  və  təbabət  biliciləri  ərəb  xalq  təbabətinin  üsullarını  sadəcə 

olaraq  ehkam  kimi  qəbul  etməmiş,  onu  xalq  bilikləri  və  təcrübələri  hesabına  xeyli 

zənginləşdirmişlər.  İlk  orta  əsrlərdə  Xilafət  tərkibində  Azərbaycan  şəhərlərinin 

inkişafı,  iqtisadi  dirçəliş,  ticarət  əlaqələrinin  genişlənməsi,  bir  sözlə,  ölkənin  sosial-

iqtisadi  yüksəlişi  mədəniyyət  və  elmin  inkişafına  səbəb  olmuş,  müxtəlif  elm 

sahələrinin  xalq  müdrikliyindən  bəhrələnən  görkəmli  nümayəndələri  meydana 

gəlmişdir. Onların içərisində Azərbaycandan kənarda da məşhur olan Hafiz Əziz oğlu, 

Məkki  Əhməd  oğlu,  Abdulla  Əbdülməlik  oğlu  və  b.  bir  çox  elm  sahələri  ilə  yanaşı 

xalq təbabətinə aid də qiymətli əsərlər yaratmışlar. Ərəb tarixçisi Yaqut Həməvi təsdiq 

edir  ki,  Mavərənnəhrə  və  Xorasana  səyahət  etmiş  bərdəli  Məkki  Əhməd  oğlu  elmin 

müxtəlif  sahələrinə  (astronomiya,  fəlsəfə,  coğrafiya,  təbabət)  aid  saysız-hesabsız 

kitablar  yazmışdır[9].  Bu  əsərlərdə  xalq  təcrübəsində  sınaqdan  çıxarılan  çoxsaylı 

müalicə üsulları və vasitələri, müalicə reseptləri öz əksini tapmışdır. 

Azərbaycan xalq təbabətinin nisbətən coşqun inkişaf dövrü orta əsrlərə təsadüf 

edir. XI əsrdən başlayaraq səlcuq türklərinin Azərbaycana ardıcıl axınları nəticəsində  

xalqımızın formalaşması prosesi başa çatmış, elmi biliklərin bir çox sahələri ilə yanaşı 

xalq təbabətinə də diqqət artmış, ona həsr olunan yeni-yeni əsərlər meydana gəlmişdir. 

Tədqiqatlardan  aydın  olur  ki,  X-XIV  əsrlərdə  Azərbaycan  xalq  təbabətinin  kamil 

biliciləri  olan  İsa  əl-Riqqi  Tiflisi,  Əbu  Mənsur  Müvəffəqi,  Kafiəddin  Ömər  Osman 

oğlu,  Cəlaləddin  Təbib,  Əkmələddin  ən-Naxçıvani,  Mühzabəddin  Təbrizi,  Mahmud 

ibn İlyas, Əbdül Məcid Təbib və başqaları kimi alim təbiblər yaşamışlar. 

Azərbaycanda ilk dəfə olaraq təbabətin mövcud vəziyyətini qələmə alan İsa əl-

Riqqi Tiflisi olmuşdur. O, X əsrdə Tiflisdən Suriyaya qədər Yaxın və Orta Şərqin bir 




286 

 

çox ölkələrinə səyahət etmiş, səfər təəssüratlarının nəticəsi olaraq kiçik həcmli, lakin 



qiymətli "Tibb" əsərini qələmə almışdır. Öz əsərində müəllif xəstəlikləri - qızdırma ilə 

müşayiət  olunan;  mədə-bağırsaq;  ağciyər,  qaraciyər,  dəri,  cinsi,  "natural"  (yəni 

psixoloji) və travmatoloji xəstəliklər kimi qruplaşdırmış, onların müalicəsində istifadə 

olunan təbabət üsul və vasitələrindən bəhs etmişdir. 

Azərbaycan  xalq  təbabətinin  inkişafında  misilsiz  xidmətləri  olan  görkəmli 

alimlərdən  biri  də  Əbu  Mənsur  Müvəffəqidir.  Bu  görkəmli  təbabət  bilicisi  X  əsrdə 

xalq  təbabətində  tətbiq  olunan  dərmanları  sistemləşdirərək  ilk  dəfə  dərmanşünaslığa 

dair  özünün  məşhur  əsərini  yazmışdır.  Müasir  farmakologiya  istiqamətində  yazılmış 

həmin  əsər  xalq  təbabətinin  inkişafına  çox  böyük  təkan  vermişdir.  Əsərdə  446  bitki 

mənşəli  və  44  heyvan  mənşəli  dərman  maddələrinin  ətraflı  təsviri  verilmişdir.  XIX 

əsrin axırlarında Əbu Mənsurun bu əsərini Mirzə Əbdülxalıq Axundov ərəb dilindən 

alman dilinə tərcümə etmiş, əsər 1893-cü ildə Almaniyada çap olunmuşdur[10]. 

Dövrünün  görkəmli  təbiblərindən  olan  Cəmaləddin  Təbib  Atabəylər 

(Eldənizlər) dövlətinin son nümayəndəsi Atabəy Özbəyin, Əkmələddin ən-Naxçıvani 

isə  şair  Mövlana  Cəlaləddin  Ruminin  müalicə  həkimləri  olmuşlar.  Əkmələddin  ən-

Naxçıvani  haqqında  danışan  orta  əsr  müəlliflərindən  biri  onu  "müdriklərin  ağası, 

dünya həkimlərinin rəisi" adlandırmışdır[11]. 

XI  əsrin  sonu  -  XII  əsrin  əvvəllərində  Azərbaycanda  təbabət  elmlərinin 

inkişafında  və  formalaşmasında  görkəmli  alim,  böyük  təşkilatçı  Kafiəddin  Ömər 

Osman  oğlunun  xüsusi  xidmətləri  olmuşdur.  Məşhur  Azərbaycan  şairi  Xaqani 

Şirvaninin  doğma  əmisi  olan  K.Ömər  Osman  oğlunun  tibbə  dair  əsərləri  bizə  gəlib 

çatmasa da, onun praktik fəaliyyəti haqqında xeyli məlumatlar vardır. Azərbaycanda 

farmakologiya və dərmanşünaslığın inkişafına böyük töhfələr verən tanınmış təbib və 

əttar  Ömər  Osman  oğlu  Şirvanda  –  Məlhəm  kəndində  "Mədrəseyi-Tibb"  (Tibb

 

Mədrəsəsi)  adlanan  şəfa  ocağı  təşkil  etmişdir.  Burada  bir  silsilə  dərman  bitkilərinin 



xalq  təbabətində  istifadə  qaydaları,  müalicə  üsulları  və  əhəmiyyəti  geniş  şəkildə 

öyrənilirdi.  Azərbaycanda,  eləcə  də  bütün  Yaxın  Şərqdə  Məlhəm  Tibb  Akademiyası 

kimi məşhur olan bu tibb mədrəsəsində ilk tibb stasionarı yaradılmış, gənclərə təbabət 

sənətinin sirləri aşılanmışdır. Burada ilk dəfə olaraq tibb tarixində müalicə məqsədləri 

üçün istifadə edilən şəfalı məlhəmlər hazırlanmışdır. 

Azərbaycanda  Nizami  dövrünün  məşhur  təbib  və  filosoflarından  biri 

Müzhabəddin  Əli  ibn  Əhməd  Təbrizi  olmuşdur.  Müasirləri  onu  Azərbaycanın  ibn 

Sinası və əl-Razisi adlandırmışlar[12]. Fundamental tibb traktatları olan "Əl-Muxtar" 

və  "Kitabi  tibb  ül-Cəmali"  əsərlərində  müəllif,  xəstəlikləri  "hərari"  və  ya  "termiki", 

"kimyəvi",  "mübadiləvi",  "əsəbi"  və  "mühiti"  xəstəliklər  kimi  qruplaşdırmış,  onların 

təbii  üsullarla  müalicə  qaydalarını  göstərmişdir.  İbn  Sinanın  və  yunan  təbiblərinin 

irsindən bəhrələnən M.Təbrizi tibb elmlərinin inkişafı yolunda da xeyli işlər görmüş, 

Azərbaycanda tibbi təhsilin böyük təşkilatçılarından biri kimi Təbriz Akademiyasında 

şərəfli nüfuz sahibi olmuşdur. 

Azərbaycanda  təbabət  tarixinin  öyrənilməsində  XIII  əsrdə  yaşamış  Mahmud 



287 

 

ibn  İlyasın  "Tibbi  elmi  kitab"  əsəri  mühüm  mənbə  hesab  olunur.  Dörd  böyük 



bölmədən  ibarət  olan  bu  kitabın  birinci  bölməsi  nəzəri  tibbi  elmlərə,  ikinci  bölməsi 

tibb elmlərinin praktiki əhəmiyyətinə, üçüncü  və  dördüncü bölmələri isə dərmanlara 

(mürəkkəb dərmanlara) həsr olunmuşdur. Bir çox ölkələrə səyahət edən Mahmud ibn 

İlyası nəzəri və praktiki təbabətin silsilə məsələləri ilə məşğul olduğu üçün "alimlərin 

başçısı  və  ağası,  həkimlərin  müəllimi,  xalqın  ulduzu"  adlandırmışlar[13].  Müəllif 

əsərində  elmi-nəzəri  və  praktiki  təbabəti  məharətlə  uzlaşdıra  bilmiş,  insan 

orqanizminin  quruluşu,  onun  daxili  müvazinətinin  qorunub  saxlanması,  orqanizmin 

funksiyaları, qəlb (ürək), beyin və s. haqqında qiymətli tibbi mülahizələr irəli sürmüş, 

diaqnostika,  simptomologiya,  dərmanşünaslıq  və  müalicə  prinsipləri  sahəsində 

özünəqədərki elmi-nəzəri fikirləri ümumiləşdirmişdir. 

Mahmud ibn İlyasın müasiri, məşhur alim Xoca Nəsirəddin Tusinin şagirdi və 

davamçısı olan Əbdül Məcid Təbib XIII əsrin 70-ci illərində  yazdığı "Kitab ül-tibb" 

(Tibb kitabı) əsəri ilə xalq təbabəti haqqında biliklərimizi xeyli zənginləşdirmişdir. 49 

bölmədən  ibarət  olan  bu  kitabda  çoxsaylı  xəstəliklərin  diaqnozu  və  müalicəsi 

sahəsində  bütün  məsələlər  öz  əksini  tapmışdır.  Bunların  içərisində  psixi  xəstəliklər, 

astma  (təngnəfəslik),  zəhərlənmə,  göz  xəstəlikləri,  cinsiyyət  orqanlarının  xəstəlikləri 

və  s.  üstünlük  təşkil  edir.  Müəllif  əsərində  mamaçalıq  və  hamiləlik  məsələlərinə 

xüsusi fəsil həsr etmiş, doğuşdan sonra körpənin qidalanmasında ana südünün, ananın 

özünün  qidalanmasında  isə  yüngül  yeməklərin  -  şərbət,  bal,  doşab,  isgəncəbi,  toyuq 

bulyonu,  dovğa,  müxtəlif  mürəbbələrin  müalicəvi  əhəmiyyətini  qeyd  etmişdir. 

Təəccüblüdür ki, Əbdül Məcid Təbib doğuşdan sonra qadınlara verilən və Ümumşərq 

səciyyəli "doğum yeməyi" sayılan quymağın əleyhinə olmuşdur. 

Bütün  bu  faktlar  sübut  edir  ki,  orta  əsrlərdə  artıq  xalq  təbabəti  əsasında  elmi 

təbabət təşəkkül tapmış, təcrübi və nəzəri biliklər, tibbi məlumatlar müxtəlif müəlliflər 

tərəfindən ətraflı şərhlər və təhlillərlə daha da zənginləşmişdir. Zaman-zaman

 

təbabətə 



dair  çoxsaylı  əsərlər  meydana  çıxmış,  bu  sahənin  xalq  içərisindən  çıxan    səriştəli 

biliciləri  yetişmişdir.  Onlar  istər  qədim  yunan  müəlliflərinin,  eləcə  də  ərəb  təbabət 

bilicilərinin və Şərqin tibb ensiklopediyası sayılan Əbu Əli ibn Sinanın, əl-Biruninin 

əsərləri ilə yaxından tanış olmuş, onlardan yaradıcı şəkildə istifadə edərək Azərbaycan 

təbabət tarixində  mühüm nüfuz qazanmışlar. Hətta orta əsrlərdə xalq təbabəti elə bir 

inkişaf mərhələsinə qədəm qoymuşdur ki, dövrün ziyalıları,

 

alim və şairləri də ondan 



yaradıcı surətdə bəhrələnmiş, öz yaradıcılıqlarında xalqın uzun əsrlər boyu əldə etmiş 

olduğu  təcrübi  biliklərdən  formalaşan  təbabət  məsələlərinə  geniş  yer  vermişlər.  Bu 

baxımdan  xalqımızın  təbabət  tarixinin  bu  və  ya  digər  səhifələrinin  öz  əksini  tapdığı 

dahi  Şərq  mütəfəkkiri  N.Gəncəvinin  yaradıcılığı  xüsusi  əhəmiyyət  kəsb  edir. 

Əsərlərindən  görünür  ki,  Nizami  zəmanəsinin  güclü  təbabət  bilicisi  olmuşdur. 

Təbabəti  "elmlər  elmi"  adlandıran  Nizaminin  əsərlərində  insanın  bədən  quruluşu, 

orqanizmin  daxili  üzvləri,  bir  sıra  xəstəliklər  və  onların  müalicəsi  zamanı  istifadə 

olunan  dərmanlar,  pəhriz  saxlamağın  xeyri,  düzgün  qidalanma,  içkinin  zərəri  və  s. 

haqqında ətraflı məlumatlar vardır[14]. O, insan orqanizminin daxili üzvlərini obrazlı 



288 

 

şəkildə belə tərənnüm edirdi: 



Bu yarımisti Nəfəsabad (diyarında) 

Günorta şahı başda oturmuşdur. 

Qırmızı atlı ədəblə onun qabağında, 

Ləl qəbalı zəfər əsgəri bir yanda. 

Acıqlı bir cavan onun şikar kəşfiyyatçısı, 

Ondan aşağı qəmgin bir (qara qul dayanmışdı). 

Kəməndatan pusquya durmağa hazırlaşmış, 

Bir misbədənli (pəhləvan) özünə günəşdən zireh taxmışdı[15]. 

Mətnin izahından bəlli olur ki, nəfəsabad - ağciyər, günorta şahı - qəlb, qırmızı 

atlı  -  ürək,  ləl  qəlbli  zəfər  əsgəri  -  qaraciyər,  qara  qul  -  dalaq,  kəməndatan  -  mədə, 

misbədənli  pəhləvan  -  böyrək,  acıqlı  bir  cavan  -  öd  kisəsidir.  Qədim  təbiblər  belə 

hesab edirdilər ki, öd kisəsinin iki ağzı var, biri ağciyərə açılıb qanı təmizləyir, digəri 

isə mədə ilə birləşib qara səfranı mədəyə daxil edir[16]. 

Nizaminin  əsərlərində  göz  xəstəliklərinin  müalicəsi  üçün  səndəl  yarpağı 

suyunun,  eləcə  də  xalqımızın  məişətində  geniş  tətbiq  edilən  zəfəran,  abqora,  gülab, 

aloe, itburnu, reyhan, narınc, üzərlik kimi bitki və məhsulların tez-tez adının çəkilməsi 

onun xalq təbabəti ilə nə qədər yaxından tanışlığını təsdiqləyir[17]. Şair bəd-nəzərdən 

qorunmağın ən yaxşı vasitəsi kimi üzərliyi məsləhət görürdü: 

Birinə bədnəzər dəyərsə əgər,  

Dəyişər əhvalı, tez-tez əsnəyər. 

Bədnəzər olarsa əgər bir insan, 

 Alnı hərarətdən tərlər çox zaman.  

Üzərlik yaxarlar gözdəyən üçün,  

Od yaxıb-yandırar dərdi büsbütün[18]. 

Azərbaycanın  "qızıl  dövrü"  adlandırılan  XII  əsrin  sosial-iqtisadi,  elmi-mədəni 

mühitinin  xalq  təbabətinə  göstərdiyi  müsbət  təsirin  davamına  biz  orta  əsrlərin 

sonlarında da təsadüf edirik. Belə ki, XVI-XVIII əsrlərdə Azərbaycanda xalq təbabəti 

ənənələrindən  bəhrələnən  çoxsaylı  alim-təbiblər  ordusu  yaranmış,  təbabəti 

zənginləşdirən  dəyərli  tibb  əsərləri  meydana  çıxmışdır.  Onların  içərisində  Cənubi 

Azərbaycanın  Xoy  şəhərində  yaşayıb-yaradan  məşhur  Azərbaycan  alimi  İbn  Kəbirin 

(vəfat ili - 1311-ci il) "Camei-Bağdadi", Məhəmməd ibn Yusif Hərəvinin "Cavahir əl-

lüğə", Yusif Məhəmməd ibn Yusif Təbibin "Cam ül-fəvaid" (1513-cü il), Məhəmməd 

Bərgüşadinin  sərlövhəsi  məlum  olmayan  əsəri,  Ramazan  ibn  Şeyx  Əli  Lənkəraninin 

"Fərruxnamə  Cəmali",  İsmayıl  Gürqaninin  1476-cı  ildə  üzü  köçürülmüş  "Zəxireyi-

Xarəzmşah", Rüstəm Gürqaninin "Zəxireyi-Nizamşah" kimi əsərlər mühüm yer tutur. 

Bu  əsərlərdə  bitki,  heyvan  və  mineral  mənşəli  dərman  vasitələri  ilə  aparılan  müalicə 

üsulları  ilə  yanaşı,  latın,  yunan  və  ərəb  dillərində  işlənən  təbabət  və  farmakologiya 

terminlərinin  izahlı  lüğətləri  də  verilmişdir.  Bu  isə  orta  əsrlərdə  təbabət  elminin 

inkişafında böyük rol oynamışdır.  

Azərbaycan  əczaçılıq  sənətinin  və  təbabət  elminin  inkişafında  mühüm  hadisə 




289 

 

sayılan  Şəmsəddin  ibn  Kəmaləddin  Kaşaninin  yazdığı  "Ərvahül-əcsad"  ("Ölülərin 



ruhu")  əsəri  33  fəsil  və  546  bölmədən  ibarət  olub,  ayrı-ayrı  xəstəliklərin  səbəbi, 

əlamətləri,  növləri  və  konkret  müalicə  üsullarından  bəhs  edir.  Əsərin  farmakologiya 

hissəsi  də  geniş  və  əhatəlidir.  Bu  hissədə  həm  sadə,  həm  də  mürəkkəb  tərkibli 

dərmanların  növləri,  onların  hazırlanması,  istifadə  üsulları  və  sahələri  şərh  olunur. 

Əsərdə  müəllifin  "Calinius  məcunu"nun  hazırlanması  üçün  verdiyi  resept  onun 

dərman  preparatlarının  hazırlanmasında  nə  qədər  dəqiq  olduğunu  sübut  edir:  darçın, 

quluncan, qərənfil, zəfəran, ağ istiot - hərəsindən 4,8 qram. Ona 24 qram saqqızağacı 

şirəsi,  2,8  qram  qənd,  86,4  qram  bal  qatışdırıb  sərin  və  gün  düşməyən    yerdə 

saxlamaq. Dozası: hər yeməkdən əvvəl və sonra təqribən 9 qram[19]. 

XVII  əsrdə  Səfəvi  hökmdarı  Süleyman  şahın  dövründə  yaşayıb-yaratmış 

Azərbaycan  alimi  və  təbibi  Seyid  Məhəmməd  Mömin  (1698-ci  ildə  vəfat  etmişdir) 

özünün  məşhur  "Töhfeyi-həkim  Mömin"  və  ya  "Töhfət  ül-Möminin  ("Möminin 

töhfəsi")  əsərində  Azərbaycan  xalq  təbabətinə  aid  çox  qiymətli  fikir  və  mülahizələr 

söyləmiş,  bu  elmin  bütün  incəliklərinə  bələd  olmuşdur.  İlk  tibb  təhsilini  Səfəvi 

saraylarında həkim işləyən atası Mir Məhəmməd Zaman Hüseynidən alan S.M.Mömin 

30-dan  çox  müxtəlif  dilli  mənbələri  araşdıraraq  1669-cu  ildə  yazdığı  min  səhifədən 

çox  bu  əsərində  mürəkkəb  tərkibli  dərman  vasitələrinin,  bəzi  yağların  alınması, 

həblərin,  məcunların  hazırlanma  texnologiyası,  hər  bir  tərkib  hissənin  miqdarı, 

həmçinin  bir  sıra  mineralların  emalı  haqqında  ətraflı  məlumatlar  vermişdir.  Daha 

dəqiq  desək,  əsərdə  1400-dən  artıq  bitki,  heyvan  və  mədən  mənşəli  sadə  dərman 

vasitələrindən  bəhs  edilmişdir.  Bu  əsər  dövrünün  tibb  əsərləri  içərisində  o  qədər 

mötəbər  olmuşdur  ki,  İran,  Hindistan  və  Pakistanda  22  dəfə  nəşr  olunmuşdur[20]. 

Farmakologiya  sahəsində  yazılmış  ən  qiymətli  əsərlərdən  biri  sayılan  bu

 

kitabda 



dərman  bitkilərinin  və  başqa  vasitələrin  adları  yunan,  pəhləvi,  hind,  fars  və 

Azərbaycan  dillərində  verilmişdir  ki,  bu  da  bir  çox  adların  mənbələrdə  düzgün 

müəyyənləşdirilməsinə kömək etməklə  yanaşı, həm də əsərin özünü mötəbər təbabət 

mənbəyi kimi səciyyələndirir. 

Naməlum  türk  müəllifi  tərəfindən  yazılan  və  üzü  XVIII  əsrin  əvvəllərində  - 

1712-ci ildə Məhəmməd Yusif Şirvani tərəfindən köçürülmüş "Tibbnamə" əsərində də 

Azərbaycan  xalq  təbabətinə  aid  qiymətli  məlumatlar  toplanmışdır.  114  vərəqdən  və 

120  babdan  ibarət  olan  bu  əlyazma  1990-cı  ildə  kitab  halında  nəşr  olunmuşdur[21]. 

Əsərdə  bütün  bədən  üzvlərində  baş  verən  xəstəliklərin  müalicəsi,  dərmanların  və 

məcunların  hazırlanması,  onların  tərkibi,  tətbiqi  üsulları  və  təsiri  haqqında  yetərli 

məlumatlar verilir. 

Qeyd  etmək  lazımdır  ki,  artıq  son  əsrlərin  sonunda  Azərbaycanın  təbabət 

biliciləri  və  alim-təbibləri  arasında  ixtisaslaşma  getmiş,  onlar  ayrı-ayrı  bədən 

üzvlərində baş verən xəstəliklərin müalicəsi sahəsində peşəkarlığa yiyələnmişlər. Türk 

səyyahı Övliya Çələbi hələ XVII əsrdə Təbrizdə qan almağı bacaran, habelə cərrah və 

göz həkimliyi edən 1200-ə qədər həkimin olduğunu qeyd edirdi[22]. 

XIX əsrdə Azərbaycanda əhali artımına və sənayedə kapitalist münasibətlərinin 



290 

 

inkişafı  ilə  əlaqədar  şəhərlərin  inkişaf  etməsinə  baxmayaraq,  peşəkar  həkim  kadrları 



azlıq  təşkil  edir,  əhaliyə  səhiyyə  xidməti,  demək  olar  ki,  göstərilmirdi.  Azərbaycan 

əhalisinin böyük əksəriyyəti yenə də xalq təbabətinə  üstünlük verir, ucuz başa gələn 

xalq  təbabəti  vasitələri  ilə  müalicə  olunurdular.  Azərbaycan  təbiəti,  onun  yeraltı  və 

yerüstü  sərvətləri,  flora  və  faunası  daim  öz  zənginliyi  ilə  seçilmiş,  bu  təbii  vasitələr 

tarixən  çoxsaylı  dərman  preparatlarının  hazırlanmasında  əhəmiyyətli  rol  oynamışdır. 

Etnoqrafik araşdırmalardan aydın olur ki, Azərbaycan xalq təbabətində 3500 müxtəlif 

bitkidən istifadə edilmiş, Azərbaycan florasının 25%-ni

 

ancaq burada yetişən endemik 



bitkilər  təşkil  etmişdir.  Bundan  əlavə,  respublikamızda  yetişən  təqribən  400  növ  ot, 

kol  bitkisinin  kökləri,  meyvələri  və  yarpaqlarından  dərman  məhsullarının 

hazırlanmasında  xammal  kimi  istifadə  edilmişdir(23).  Digər  bir  məlumatda  isə  qeyd 

edilir  ki,  əgər  keçmiş  SSRİ-də  bitən  təqribən  20  min

 

bitki  növündən 2500-ü dərman 



bitkisi  kimi  yararlıdırsa,  Azərbaycanda  yayılan  4200 bitki  növündən, demək  olar ki, 

hamısında  dərman  bitkisi  xüsusiyyətləri  vardır.  Rəsmi  təbabətdə  isə  bunların  hələlik 

240  növündən  istifadə  edilir[24].  Göründüyü  kimi,  Azərbaycanda  xalq  təbabətini 

inkişaf  etdirmək  üçün  maddi  baza  –  xammal  bazası  zəngin  olmuşdur.  Xalqın 

içərisindən  çıxan  səriştəli  təbabət  biliciləri  ilə  yanaşı,  artıq  XIX  əsrdə  və  XX  əsrin 

əvvəllərində dünyanın bir çox ölkələrində (Odessada, Bağdadda, Qahirədə, Buxarada, 

Məşhəddə,  İsfahanda,  Tehranda  və  b.)  ali  və  orta  tibb  təhsili  almış  azərbaycanlı 

həkimlər də fəaliyyətə başlamışdır. Görkəmli şair Abbas Səhhət Tehran darülfünunun, 

N.Nərimanov  isə  Odessa  universitetinin  tibb  fakültəsini  bitirib  vətənə  qayıtmışdılar. 

Onlar öz həkimlik fəaliyyətlərində daim xalq təbabəti irsindən bəhrələnirdilər. 

Bütün  bunlara  baxmayaraq,  XIX  əsr  Azərbaycanında  əhaliyə  tibbi  yardım 

yarıtmaz  olaraq  qalırdı.  Tədqiqatlardan  məlum  olur  ki,  XIX  əsrin  sonu  -  XX  əsrin 

əvvəllərində  Azərbaycanda  291  həkim,  450  orta  təhsilli  tibb  işçisi,  43  xəstəxana 

müəssisəsi  olmuşdur.  Bunlardan  Yelizavetpol  quberniyasının  Cavanşir  qəzasının 

payına  1  həkim,  2  feldşer,  Yelizavetpol  qəzasının  payına  isə  yenə  də  1  həkim  və  2 

feldşer  düşürdü.  Onlar  əsasən  ədliyyə  tibb-ekspert  işləri  ilə  məşğul  olurdular[25]. 

Bəhs  olunan  dövrdə  Göyçay  qəzasında  2  həkim,  6  nəfər  rota  feldşeri  və  2  mama, 

Zaqatala  dairəsində  isə  1  həkim  və  2  feldşer  var  idi[26].  XIX  əsrin  80-ci  illərində 

bütün  Bakı  quberniyasında  33  həkim  çalışırdı  ki,  onların  da  10-u  Bakıda  işləyən 

azərbaycanlı həkimlər idi[27]. 

XX əsrin əvvəllərində Azərbaycanda tibb kadrlarının artımında azacıq irəliləyiş 

müşahidə olunur. Belə ki, bu dövrdə kənd əhalisinə 33 həkim, 99 feldşer və 33 mama 

tərəfindən  xidmət  edildiyi,  1913-cü  ildə  Bakı  şəhərinin  bütün  neft  mədənlərində  40 

həkim  və  120  orta  təhsilli  tibb  işçisinin  çalışdığı  göstərilir[28].  Bütün  bunlar  isə 

olduqca azlıq təşkil edirdi. Müxtəlif xəstəliklərdən, xüsusilə də taun, vəba, xolera və s. 

kimi kütləvi epidemiyalardan qorunmaq üçün əhalinin başlıca pənahı, ümid yeri xalq 

təbabəti  biliciləri  idi.  Kadr  çatışmazlığı  ucbatından,  əhalinin  kimyəvi  dərman 

məhsullarına  qəti  laqeydliyindən  Azərbaycanda  tibb-səhiyyə  xidməti  inkişaf  edə 

bilmir, böyük əksəriyyət ənənəvi müalicə üsullarına üstünlük verirdi. Xalq təbabətinin 



291 

 

uzun  müddət,  davamlı  şəkildə  xalq  məişətində  yaşadılmasının  köklərini  həm  də  bu 



amillərdə axtarmaq lazımdır. Xalq daha çox gördüyünə, təcrübədə sınaqdan çıxarılan 

müalicə üsul və vasitələrinə meyil göstərirdi.  

Öz dövrünün yeganə, həm də effektli müalicə sahəsi kimi şöhrət qazanan xalq 

təbabətinə Azərbaycanın Rusiya tərkibinə qatılmasından sonra diqqət daha da artmış, 

onun  sirlərinin  kollektiv  şəkildə  öyrənilməsinə,  şəfaverici  müalicə  üsullarının  təbliğ 

edilməsinə  və  türkəçarə  ara  bilicilərinin  fırıldaqlarının  aradan  qaldırılmasına  böyük 

cəhdlər edilmişdir. Bu cəhətdən Qafqazın mədəni mərkəzi sayılan Tiflisdə yaradılmış 

Qafqaz İmperator Səhiyyə Cəmiyyətinin fəaliyyəti diqqətəlayiqdir. Qafqaz xalqlarının 

səhiyyə  və  təbabət  mədəniyyətinin  öyrənilməsini  və  təbliğ  edilməsini  qarşısına 

məqsəd  qoyan  bu  cəmiyyətin  dövri  nəşrlərində  Azərbaycan  qəzalarının  tibbi-

topoqrafik tədqiqinə, eləcə də xalq təbabətinə aid çoxsaylı məqalələr dərc edilmişdir. 

Bu yazılarda xalq təbabəti, onun müalicə üsul və vasitələri təqdir edilir, müxtəlif bitki, 

heyvan  və  mineral  mənşəli  dərman  məhsullarının  hazırlanma  texnologiyası,  tərkibi, 

istifadə qaydaları konkret faktlarla işıqlandırılır(29). 

XIX  əsrin  ikinci  yarısından  başlayaraq  Azərbaycan  xalq  təbabətinin 

öyrənilməsində  və  təbliğ  edilməsində  azərbaycanlı  müəlliflərin  də  araşdırmalarına 

təsadüf edilir. Bu cəhətdən Həkim ağanın Cənubi Qafqaz tatarları (azərbaycanlıları – 

F.V.)  arasında  yaraların  müalicəsi    haqqında[30],    Rəşid  bəy  Əfəndiyevin  Qutqaşen 

(indiki  Qəbələ)  kəndinin  və  Nuxa  qəzasının  xalq  təbabəti  haqqında[31],  Həsən  bəy 

Zərdabinin "Əkinçi" və "Kaspi" qəzeti səhifələrində çap olunmuş silsilə məqalələri və 

"Torpaq, su və hava", "Bədəni salamat saxlamaq düsturuləməlidir", "Gigiyena" kimi 

əsərlərində  Azərbaycan  xalq  təbabətinin  müxtəlif  problemləri  haqqında  verdikləri 

məlumatlar milli kadrların xalq təbabətinə münasibətindən soraq verir. 

Azərbaycan 

xalq 


təbabəti 

ənənələrinin  öyrənilməsində,  təbliğində, 

səhiyyəmizin  mövcud  durumunun  müəyyənləşdirilməsində  XX  əsrin  20-ci  illərində 

(1923-cü  ildə)  yaradılan  Azərbaycanı  Tədqiq  edən  və  Öyrənən  Cəmiyyətin 

(Azərbaycanı  Tədqiq  və  Tətəbbö  Cəmiyyətinin)  də  böyük  xidmətləri  olmuşdur. 

Cəmiyyətin  nəzdində  yaradılan  "İctimai  təbabət  və  gigiyena  komissiyası"  ətrafında 

toplaşan  alim-həkimlər  və  xalq  təbabəti  biliciləri  topladıqları  materialları  vaxtaşırı 

cəmiyyətin  "Xəbərlər"ində  dərc  etdirir,  xalq  təbabətinə  aid  fikir  və  mülahizələrini 

burada  şərh  edirdilər.  Bunların  içərisində  Ş.Həsənovun  informasiya  səciyyəli 

məqaləsində[32] Azərbaycanda xalq təbabətinin mövcud vəziyyəti, bir çox bitkilərin 

müalicəvi əhəmiyyəti və s. haqqında verdiyi məlumatlar faydalıdır. 

Beləliklə,  gətirdiyimiz  faktlar  və  araşdırmalar  bir  daha  sübut  edir  ki, 

Azərbaycan xalq təbabəti zəngin tarixi ənənələr üzərində pərvəriş tapmışdır. Zaman-

zaman  xalq  məişətində  tətbiq  olunan  müalicə  üsul  və  vərdişləri  təkmilləşdirilmiş, 

yeniləri  praktikaya  daxil  olmuş,  onların  müalicə  effekti,  səciyyəvi  xüsusiyyətləri, 

hazırlanma  və  tətbiqi  qaydaları  haqqında  sanballı  tibb  əsərləri  yazılmışdır.  Lakin 

təəssüflə qeyd etməliyik ki, əsrlərcə yaşadılan xalq təbabəti ənənələri XIX əsrin ikinci 

yarısından başlayaraq qismən, XX  əsrin əvvəllərindən isə  kimya elminin inkişafı ilə 




292 

 

əlaqədar öz mövqeyini sürətlə itirməyə başlamış, rəsmi təbabətin kimya elminin təsiri 



altına  düşməsi  qədim  müalicə  üsul  və  vasitələrinin  unudulmasına  səbəb  olmuşdur. 

Hazırlanan  kimyəvi  dərman  vasitələrinin  orqanizmə  daha  tez  təsir  göstərməsi, 

xəstənin halının sağalmağa doğru getdikcə dəyişməsi xalq təbabətini gözdən salsa da, 

indi hər  kəsə  uzun zaman qəbul olunan  kimyəvi tərkibli dərman  vasitələrinin zərərli 

təsiri  daha  çox  aydındır.  Belə  ki,  farmakoloqların  özlərinin  də  etiraf  etdikləri  kimi, 

"kimyəvi  əsasda  hazırlanan  bu  dərmanlar  uzun  müddət  qəbul  olunduqda  insan 

orqanizmini  zəiflədir,  lazımi  müalicə  səmərəsi  vermir,  onların  böyük  əksəriyyətinin 

orqanizmə göstərdiyi əlavə mənfi təsir həddən artıq çox olur. Odur ki, bir sıra hallarda 

adamlarda  dərman  xəstəliyi  yaranır,  onların  bir  çoxu  xəstəxanalarda  yalnız  kimyəvi 

dərmanların törətdiyi fəsadlara görə müalicə olunurlar. 

Hazırda  dünyanın  əksər  ölkələrində  olduğu  kimi,  Azərbaycanda  da  yenidən 

təbii  vasitələrlə  müalicə  üsullarına  üstünlük  verilməyə  başlanmış,  ənənəvi  xalq 

təbabətinə meyil və münasibət əsaslı surətdə yeniləşmişdir. Bu dönüşün yaranmasına 

son zamanlar əhalinin sosial vəziyyəti və iqtisadi durumu, əksər dərman məhsullarının 

qiymətinin həddən artıq bahalaşması kimi sırf iqtisadi-siyasi amillər də həlledici təsir 

göstərmişdir. Buna görə də xalqımızın təbabət sahəsində olan yazılı irsinin və ənənəvi 

olaraq  nəsildən-nəslə  ötürülən  praktiki  təcrübəsinin  diqqətlə  araşdırılmasına, 

öyrənilməsinə  və  təbliğ  edilməsinə  ciddi  ehtiyac  vardır.  Bu  bir  həqiqətdir  ki,  xalq 

təbabətində  istifadə  olunan  dərman  vasitələri  ilə  müalicənin  səmərəli  perspektivləri 

olduqca  böyükdür  və  burada  dərman  bitkilərinin  diapazonu  olduqca  genişdir.  Onlar 

iltihaba  qarşı,  bəlğəmgətirən,  tərlədən,  ürək  tonusunu  qaldıran,  qankəsən,  qanın 

qatılığını  tənzimləyən,  ödqovan,  sidikqovucu,  bakteriya  və  göbələyə  qarşı  və  digər 

təsirlərə  malikdirlər.  Təbii  dərmanların  kimyəvi  dərmanlara  nisbətən  üstünlüyü  həm 

də onların uzun müddət əlavə təsir göstərmədən tətbiq oluna bilməsindədir[34]. Etiraf 

etmək  lazımdır  ki,  Azərbaycanın  zəngin  xalq  təbabəti  xəzinəsi  indiyədək  lazımınca 

öyrənilməmişdir. Bu mənəvi sərvətimizin sirlərini öz varlıqlarında yaşadan ulularımız 

- ağsaqqal  və ağbirçəklərimiz dünyalarını dəyişdikcə, biz hər an bu irsə sahib olmaq 

imkanlarını  da  itirir,  əczaçılıq  sahəsində  zəngin  empirik  biliklərdən  və  sınamalardan 

məhrum oluruq. Ona görə də  bunları  vaxtında toplamaq, sistemləşdirmək, etnoqrafik 

baxımdan təhlil və şərh etmək günün vacib məsələlərindən biridir. 

Şair, bu yerləri yaxından tanı! 

 Təbiət quranda Azərbaycanı  

Onu sığallamış cənnətin əli,  

O böyük hikmətli qüdrətin əli[35] - 

deyən  dahi  şairimiz  Səməd  Vurğun  nə  qədər  də  haqlı  olmuşdur.  Doğrudan  da, 

Azərbaycan qüdrətdən yaranan təbii varlıq kimi yeraltı və yerüstü zənginliklərə, dağlı-

aranlı  iqlimə,  dərman  bitkiləri  ilə  məşhur  olan  floraya  malik  olmaqla  xalq  təbabəti 

üçün  misilsiz  xammal  bazası  rolu  oynamışdır.  Təbiətin  xalqımıza  təmənnasız  bəxş 

etdiyi  bu  zənginlikdən  istifadə  edən  ulularımız  -  əvvəlcə  şamanlar,  cadugərlər  və 

türkəçarələr,  sonralar  "həkim",  "təbib",  "loğman"  və  s.  adlarla  məşhurlaşan  əttarlar 




293 

 

qazandıqları  empirik  bilik  və  təcrübələrə  əsaslanaraq  müxtəlif  səciyyəli  dərman 



vasitələri  yaratmış,  təbii  üsullarla  müalicənin  bütöv  bir  sistemini  araya  gətirmişlər. 

Xalq  təbabətinin  araşdırılmasından  aydın  olur  ki,  Azərbaycanda  təbii  üsulla  müalicə 

vasitələri bitkilərdən, heyvan  mənşəli məhsullardan, mineral tərkibli maddələrdən və 

mədən sularından ibarət olmuşdur. 

Azərbaycan  xalq  təbabətinin  bütün  tarixi  ərzində  bitki  mənşəli  dərman 

vasitələrindən daha  geniş şəkildə  istifadə  edilmişdir. Bu, Azərbaycan təbiətinin bitki 

örtüyü  ilə  zənginliyindən  irəli  gəlir.  Burada  zaman-zaman  itburnu,  əzgil,  moruq, 

böyürtkən, zoğal, yemişan, şirin biyan, qora, boymadərən, əvəlik, bağayarpağı, nanə, 

yarpız,  çaytikanı,  yemlik,  yolotu,  şomu,  andız,  kəklikotu,  dağkeşnişi,  qırxbuğum, 

qaymaqçiçəyi,  səhləb,  yeralması,  ətotu,  zəfəran,  xaşxaş  və  s.  xalq  təbabətində 

sınaqdan  çıxarılmış,  onların  şəfaverici  xüsusiyyətləri  aşkarlanmış,  müxtəlif 

xəstəliklərin  müalicəsində  əhəmiyyəti  təsdiqlənmişdir.  Məlumdur  ki,  hər  hansı  bir 

bitkinin  tərkibində  alkaloidlərin,  amin  turşularının,  qlükozoidlərin,  yağların, 

antibiotiklərin,  büzüşdürücü  (aşı)  maddələrin,  piqmentlərin,  efir  yağları  və  digər 

birləşmələrin  birinin  və  ya  bir  neçəsinin  olması  ona  dərman  bitkisi  səciyyəsi  verir. 

Keçən  əsrin  ikinci  yarısında  respublikamızda  belə  dərman  bitkilərinin  yeni-yeni 

növləri  də  aşkara  çıxarılmış  və  elmi  təbabətə  daxil  edilmişdir.  Bunlar  Qafqaz 

xanımotu, beşyuvalı yemişan, cökəyarpaq pişikotu, boylu acılıqotu, adi zirinc, qıfotu, 

Hirkan acıyoncası, novruzçiçəyi, quşüzümü, ətirli yovşan, qantəpər, boranı toxumları 

və s.-dən ibarətdir[36]. 

Bütün  bunlardan  başqa,  Azərbaycanda  müalicə  əhəmiyyətli  bitkilərin,  bostan-

tərəvəz  məhsullarının,  bar  ağaclarının  mədəni  şəkildə  yetişdirilməsi  ənənəsi  də 

mövcud  olmuşdur.  Xalq  üzüm,  nar,  heyva,  zoğal,  armud,  gilas,  alma,  qoz,  fındıq, 

əncir,  tut,  gavalı  və  s.  bu  kimi  bar  ağaclarından  bağlar  salmış,  mövsümi  səciyyəli 

bostan  məhsulları  (qarpız,  yemiş,  kələm,  xiyar,  pomidor,  badımcan,  bibər)  və 

tərəvəzlər  (keşniş,  şüyüd,  soğan,  sarımsaq,  kəvər,  ispanaq,  cəfəri,  tərə,  nanə,  yarpız) 

yetişdirmişdir.  Ev  şəraitində  yetişdirilən  bu  bağ-bostan  bitkilərindən  hazırlanan 

mürəbbə,  şirə,  bəkməz,  qax,  kişmiş,  zoğal  axtası,  alana,  sucuq,  albuxara,  qaysı  və 

müxtəlif  tutmalar  bəzən  dərman  vasitəsi  kimi  işlədilmiş,  insan  sağlamlığına  xidmət 

etmişdir. 

Ənənəvi  xalq  təbabətində  dağ-çəmən  otlarını  seçib  ayırmaq,  toplamaq, 

qurutmaq, onlardan, yeri gəldikcə, müalicə əhəmiyyətli dərman məhsulları hazırlamaq 

böyük  səriştə  tələb  etmiş,  bu  işin  mahir  biliciləri  olan  əttarlar  nəslinin  yaranmasına 

gətirib çıxarmışdır. Etnoqrafik materiallar xalq təbabətinin əsasını təşkil edən dərman 

bitkilərinin yetişdiyi vaxt, onların toplanması, qurudulması, saxlanması, dəqiq tərkibli 

dərman  məhsullarının  hazırlanması  haqqında  maraqlı  məlumatlar  verir.  Ənənəvi 

təbabət  tərəfindən  sınaqdan çıxarılmış bu xüsusiyyətlərin öyrənilməsi bir daha  sübut 

edir  ki,  elin  gözü  tərəzi  olmuş,  sərraf  dəqiqliyi  ilə  hər  şeyi  yerli-yataqlı  seçmiş, 

istifadəsinə  tam  rəvac  verdikdən  sonra  dərman  bitkilərinin  tədarükünə  və  emalına 

başlamışdır.  Xalq  təbabətində  bir  sıra  xəstəliklərin  müalicəsində  istifadə  edilən 




294 

 

gicitkən  və  yarpız  kimi  bitkilərin  tədarükü  yazağzı  həyata  keçirilərdi.  Bənövşənin 



toplanması  üçün ən  münasib  vaxt Novruz  bayramı  günləri,  yəni  yazın gəlməsi  vaxtı 

hesab edilərdi.  Xalq təcrübəsinə  görə,  müalicə  xassəsinə  malik  mineral  sulardan ilin 

quyruq  doğan  dövrünədək  (avqustun  15-dək)  istifadə  olunardı.  Ağac  və  kolların 

toplanması  isə  bitkinin  tam  yetişməsindən  sonra  başlanardı.  Öskürəyə  qarşı  istifadə 

edilən  andızın  kökləri  avqust-sentyabr  aylarında,  ishal,  qanaxma,  qarın  ağrılarının 

müalicəsi  üçün  istifadə  edilən  qanbat  kökünü  isə  payızda  əldə  edərdilər.  Murdarça, 

palıd  ağaclarının  qabığı  isə  yazağzı  toplanar,  mülayim  havada  qurudular,  çay  kimi 

dəmlənib  içilər,  mədə-bağırsaq,  qəbizlik,  ishal,  boğaz  və  diş  ağrıları  zamanı  istifadə 

edilərdi[37]. 

Xalq  məişətində  dərman  bitkilərinin  qurudulmasına  da  böyük  əhəmiyyət 

verilirdi.  Adətən,  ot-çəmən  bitkiləri,  müxtəlif  giləmeyvələr  və  meyvələrin  kölgədə 

qurudulması  daha  məqsədəmüvafiq  hesab  olunardı.  Çünki  sınanmış  təcrübəyə  görə, 

gün  altında  qurudulan  bitki,  ot,  meyvə  və  s.  öz  keyfiyyətini  itirir,  həddən  artıq  çox 

quruduğu  üçün  istifadəyə  yararlı  olmurdu.  Xüsusilə  də,  ot-çəmən  bitkilərinin 

qurudulması  prosesində  onların  şehlə,  yağışla  islanmasına  yol  verməzdilər.  Bu  halda 

nəmlik onları tez xarab edir, rəngini isə qaraldırdı. 

Ot-çəmən,  meyvə  və  giləmeyvə,  mineral-mədən  və  heyvan  mənşəli 

məhsullardan  alınan  dərmanlar  müxtəlif  cövhər,  məcun,  həb,  dəmləmə,  şirə,  həlim, 

maz,  məlhəm  şəklində  hazırlanır,  müvafiq  xəstəliklərin  müalicəsində  istifadə 

olunurdu.  Maraqlı  cəhət  isə  bu  idi  ki,  zaman-zaman  bu  dərman  məhsullarının 

keyfiyyəti  yaxşılaşır,  çeşidi  artırdı.  Təbabətin  atası,  eramızdan  400  il  əvvəl  yaşamış 

yunan  həkimi  Hippokrat  200  dərmanın,  Diaskorid  (eramızın  I  əsri)  400  dərmanın, 

Qalen  (eramızın  II  əsri)  500  dərmanın,  Əbu  Əli  ibn  Sina  (eramızın  X  əsri)  800 

dərmanın təsvirini vermişdir. XVII əsrdə nəşr olunmuş dərmanlar haqqında Nürnberq 

məlumat kitabında 1300 dərman verilmişdir[38]. 

Bir  qayda  olaraq, dərman  məhsullarının  istehsalında  xalq  təbibləri  onları  təbii 

şəkildə,  qatışıqsız  hazırlamağa  üstünlük  verirdilər.  Bu  cür  dərmanların  sırasına 

cövhərlər,  şirələr,  dəmləmələr  daxil  edilirdi.  Müxtəlif  ekstraktların,  həblərin, 

məcunların,  maz  və  məlhəmlərin  hazırlanmasında  isə  onların  tərkibinə  bitki  və  ya 

heyvan yağları, mum (vərəmum), bal, yumurtanın ağı və ya sarısı, un, tabaşir, süd və 

s.  əlavə  edilirdi.  Bu  əlavələr dərmanların  zərərli  təsirini  aradan  qaldırır,  keyfiyyətini 

və  düşərliliyini  artırırdı.  Bu  əlavələr  içərisində  bal  mühüm  qida  məhsulu  olmaqdan 

əlavə, hələ qədim zamanlardan şəfaverici müalicə vasitəsi kimi də istifadə edilmişdir. 

Təqribən  6  min  il  bundan  əvvəl  qədim  Misir  əhalisi  baldan  müalicə,  kosmetika  və 

çürümədən  qorunma  vasitəsi  kimi  istifadə  etmişdir.  Bunu  məşhur  Eber  papirusunda 

olan  tibbi  məlumatlar  təsdiqləyir.  Hindistanda  zəhərlənmiş  adamları  balla 

sağaltmışlar.  Eramızdan  əvvəl  III-II  minilliklərdə  çinlilər  balın  şəfaverici 

xüsusiyyətlərini  mənimsəmiş,  qədim  Yunanıstanda  mədə  və  qaraciyər  xəstəlikləri, 

əsəb  pozğunluqları,  irinli  yaralar  balla  müalicə  olunmuş,  qədim  Romada  isə 

çürümədən  qorunma  vasitəsi  kimi  baldan  geniş  istifadə  edilmişdir.  Xalq  təbabətinin 




295 

 

sirlərinə yaxından bələd olan mütəfəkkir el həkimləri, təbabət biliciləri arı balını insan 



ömrünü  uzadan,  iş  qabiliyyətini,  zehni,  fiziki  fəaliyyətini  artıran  bir  vasitə  kimi 

qiymətləndirmiş, onu cavanlıq, gümrahlıq  mənbəyi  hesab  etmişlər[39]. Orta  əsrlərdə 

xalq  təbabətinə  həsr  olunmuş  bir  çox  əsərlərdə  mədə-bağırsaq,  öskürək,  zəhərli 

həşəratlar  və  quduz  it  dişləmələrində,  eləcə  də  ağciyər  və  digər  daxili  orqanların 

müalicəsində bal və ondan hazırlanan məlhəmlərin geniş istifadəsindən soraq verilir. 

Bunların  arasında  balın  çobanyastığı,  gicitkən,  darçın,  zəncəfil,  yağ,  sirkə,  soğan, 

sarımsaq,  yabanı

 

havuc,  xaşxaş,  xardal  toxumu  və  s.  ilə  qatışığından  hazırlanmış 



müalicə  vasitələri  mühüm  yer  tuturdu.  XII  əsrdə  Məlhəm  Tibb  Mədrəsəsinin 

yaradıcısı  Kafiəddin  Ömər  Osman  oğlu  ürək  xəstəliklərinin  müalicəsində  balın 

şəfaverici xüsusiyyətlərini göstərməklə yanaşı, bişirilmiş balqabaq və ya yerkökünün 

balla qatışığını

 

böyrək xəstəliklərində müalicə vasitəsi kimi tövsiyə etmişdi[40]. 



Toplanılan etnoqrafik çöl materiallarının nəticələrindən aydın olur ki, keçmişdə 

Şirvanın el təbibləri böyrək xəstəliyinin müalicəsi üçün qarpızı yarıya bölərək hər iki 

üzünə  bal  çəkər,  bir  gecə  ayazda  saxlayar,  sonra  xəstəyə  yedirərdilər.  Bu  məqsədlə 

balın itburnu  suyu ilə qarışığı da  müsbət nəticə  verirdi.  Böyrəkdə  daş olduqda  balın 

zeytun  yağı  və  limonla  qarışığından  gündə  3  dəfə  xörək  qaşığı  ilə

 

qəbulu  tövsiyə 



edilirdi.  Bəzən  böyrək  daşını  əritmək  üçün  balın  gülxətmi  toxumu  ilə  dəmləməsinin 

acqarına qəbulu da yaxşı təsir göstərirdi. 

Quba bölgəsində malyariya xəstəliyinin müalicəsində balın şit nehrə kərəsi ilə 

qatışığından hazırlanan məcun xüsusilə güclü təsirə malik idi və xəstənin qızdırmasını 

aşağı salırdı. 

Şəki-Zaqatala  bölgəsində  balı  əzilmiş  sarımsağa  qatıb  göyöskürəyə  qarşı 

müalicə vasitəsi kimi istifadə edirdilər. Abşeronda isə bu məqsədlə içərisi oyulmuş ağ 

turpa bal sürtür, bir müddət ayazda saxlayır, alınan məhlulu xəstəyə içirdirdilər. 

Lənkəran bölgəsində bağırsaq parazitlərini məhv etmək üçün 200 qram boranı 

toxumunu  əzərək  100-150  q  balla  qatışdırıb  xəstəyə  verirdilər.  Quba-Xaçmaz 

bölgəsində  isə  bədənin  zədələnmiş  və  şişmiş  yerlərinə  bal  sürtülmüş  dovşan  dərisi 

bağlamaqla onun müalicəsini sürətləndirirdilər[41]. 

Göründüyü  kimi,  qədim  təbiblər  balın  faydalılığını  onun  uzun  zaman  xarab 

olmamasında  görmüş,  dərman  məhsullarının  hazırlanmasında,  bir  çox  dərmanların 

orqanizmə  təsirinin  gücləndirilməsində,  bədən  tərəfindən  tez  sorulmasının  təmin 

edilməsində balın özündən, şərbətindən və qatışığından geniş istifadə etmişlər. 

Yaşamaq uğrunda mübarizədə sağlamlığı qorumaq, xəstəliklərə yol verməmək, 

xəstələndikdə  sağlamlığın  qeydinə  qalmaq  insanları  daim  düşündürmüş,  bu 

düşüncələrin,  təcrübələrin,  müşahidələrin  nəticəsi  olaraq  ənənəvi  xalq  təbabəti 

formalaşmışdır.  Həm  də  bu  prosesdə  insanın  təbabət  təfəkkürü  inkişaf  etmiş,  insan 

uzun ömür sürmək, sağlam olmaq, müxtəlif xəstəliklərlə mübarizə aparmaq yollarını 

və metodlarını mənimsəmişdir. 

Etnoqrafik  materialların araşdırılması  göstərir  ki, xalq təbabətinin geniş tətbiq 

edildiyi orta əsrlərdə, eləcə də XIX-XX əsrin əvvəllərində bir çox xəstəliklər - sümük 




296 

 

sınığı və çıxığı, ürək, qan-damar, tənəffüs orqanları, mədə-bağırsaq, qaraciyər, öd və 



dalaq,  böyrək,  göz,  sinir-əsəb,  dəri,  yel  xəstəlikləri  və  s.  məlum  idi,  onların 

əksəriyyətinin müalicəsində mühüm nailiyyətlər əldə edilmişdi. 

Xalqımızın  ənənəvi  təbabətinə  məlum  olan  xəstəliklərdən  ən  geniş  yayılanı 

müxtəlif sınıq və çıxıqlarla müşayiət olunan bədən travmaları idi. Belə zədələnmələr 

diqqətsizlikdən, qeyri-ənənəvi fiziki işləri yerinə yetirməkdən, güləş və döyüş zamanı, 

müxtəlif  idman  oyunlarını  həyata  keçirərkən  və  s.  hallarda  baş  verirdi.  Məhz  bu 

səbəbdəndir  ki,  Azərbaycanın,  demək  olar  ki,  hər  bir  kəndində  bir  və  ya  bir  neçə 

sınıqçı  olur,  onlar  özlərinə  məxsus  müalicə  üsulları  ilə  sınıq  və  çıxıqları 

müvəffəqiyyətlə  müalicə  edirdilər.  Tədqiqatlar  göstərir  ki,  Quba  elində 

sınıqçı  Abusəttar,  usta  Şıxqayıb,  Şükür  kişi,  qarabulaqlı  Şamil  Qədir  oğlu,  Şirvanda 

Məhəmmədrza  Məlikov,  Şeyx  Eyyub,  Sufi  Məhəmməd,  Hacı  Mirzə  Məhəmməd, 

Mirzə  Ağa,  Kərbəlayı  Ələkbər,  Qarabağda  usta  Hüseyn  və  Mirzə  Cavad,  Şəkidə 

loğman  Cəlal,  həkim  Baba,  Naxçıvanda  Kəlba  Salah,  Mirzə  Nəsrullah  Mirzəli  oğlu, 

Şərurda  sınıqçı  Naib  kişi,  Hacı  Cəfəralı,  Hacı  Məhəmməd,  Şahbuzda  kükülü 

Məhəmməd,  Vedibasarda  İsmayıl  Vəli  oğlu,  sınıqçı  Ələkbər  Cəmil  oğlu,  Borçalıda 

Məmməd Mustafa oğlu, Həsən Şirməmmədov və Məhəmməd Əsgərov, Gəncəbasarda 

eldarlı  Musa  Əhməd  oğlu  və  s.  tanınmış  el  təbibləri  olmaqla  yanaşı  sınıqçılıq 

peşəsinin də kamil biliciləri idilər[42]. Onlar ətraf orqanların, onurğa sütunu, boyun, 

qabırğa,  bel,  çanaq  sümüyü  sınıqları  və  çıxıqlarının  müalicəsində  öz  bilik  və 

bacarıqlarını  nümayiş  etdirir,  sümüklərin  düzgün  bitişməsində  zəruri  olan  üsul  və 

vasitələrdən istifadə etməklə, insan sağlamlığının bərpasına nail olurdular. Hələ elmi 

cərrahlığın inkişaf etmədiyi dövrlərdə xalq sınıqçı-təbibləri öz peşələrinin mahir ustası 

olmaqla xalqın tələbatını büsbütün ödəyirdilər. 

Sınıqçılıq sənətinə yiyələnməyin özünün də incə xüsusiyyətləri vardı. "Əslində 

atadan  oğula,  oğuldan  nəvəyə  nəslən  keçən  sınıqçılıq  sənəti  uzun  bir  prosesin 

nəticəsində  əldə  edilirdi.  Həm  də  burada  usta-şagird  ənənəsi  mövcud  idi.  Ustalar 

aylarla, illərlə öz yanlarında şagirdlər saxlar, təcrübələrini onlara öyrədərdilər. Ancaq 

müəyyən  təcrübə  keçən,  ənənələrə  yiyələnən  şagirdlərə  sınıqçı  adı  verilərdi.  Məhz 

bundan sonra onların el-obasında sınıqçılıq etməyə mənəvi hüquqları çatardı"[43]. 

Bəzən peşəkar ustalar öz şagirdlərinin püxtələşməyini sınaqdan çıxarmaq üçün 

şüşə və saxsı qabları kisəyə və ya xurcuna qoyduqdan sonra vurub sındırar, şagirdləri 

onu  bərpa  etməyə  çağırardılar.  Şagird  isə  gözlə  görmədən,  əllərini  içəri  salmadan 

onları  bərpa  etməli  olardı.  Bunu  bacaran  hər  bir  şagird  usta  olmağa  layiq  bilinərdi. 

Bəzən belə sınaqlar dəfələrlə təkrar olunardı. 

Sınıqçılıq  sənətində  başlıca  məharət  sınmış  yerləri  müəyyən  etdikdən  sonra 

çığlanmış  sümükləri  əllə  hamarlayıb  öz  əvvəlki  vəziyyətinə  gətirmək  idi.  Bundan 

sonra  müasir  gipsi  əvəz  edən  yaxı  məhlulunu  parça  üzərinə  çəkib  sınıq  yerinə 

bağlayırdılar.  Bu  yaxı  maddəsi  bal,  un,  ağac  yapışqanı,  yumurta  sarısı,  duz,  zəy  və 

hətta saqqızdan hazırlanırdı. Sarığın tərpənməməsi və sümüklərin yerinə kip oturması 

üçün sınmış yer hər iki tərəfdən ağac şinlər və ya qarğı çiliklər vasitəsilə bağlanırdı. 




297 

 

Adətən bir həftədən sonra sarıq-gips açılır, sınığın vəziyyəti yoxlanılırdı. Əgər ehtiyac 



olardısa,  sarıq  yenidən  təkrar  olunar,  sümük  əyri  bitərdisə,  onu  sındırıb  yenidən 

birləşdirərdilər.  Bunun  üçün  yumşaldıcı  vasitə  kimi  qoyun  quyruğundan,  keçi 

piyindən, çilədağı bitkisinin kökündən məlhəm hazırlayıb sümüyü yumşaldır, sındırır, 

yenidən nizamlayıb gipsə salırdılar. Sümüyün sürətlə bitişməsi üçün xəstəyə xaş və ya 

kəlləpaça suyu yedizdirirdilər. Sınıq və çıxığı tez sağaltmaq üçün həm də nar ağacının 

qurudulmuş kökünü toz halına gətirdikdən sonra əzvay (aloe) ilə qarışdırıb həmin yerə 

bir neçə dəfə təpitmə kimi qoyurdular[44]. 

Bəzən ayaqda, əldə burxulma və ya çıxıqlar olduqda yenə də sınıqçılar imdada 

gəlir,  çıxıqları  yerinə  salır,  burxulmuş  yerləri  isə  çirkli  yun  üzərinə  yumurta  yaxısı 

çəkib bağlayırdılar. Bu qayda ilə şiş aradan götürülür, ağrılar azalırdı. 

Azərbaycanda  geniş  yayılan  xəstəliklərin  bir  qismini  ürək-damar  sistemi 

xəstəlikləri təşkil edirdi.  Xalq təbibləri,  loğmanlar bu sahədə  zəngin empirik biliklər 

sisteminə  yiyələnmişdilər.  Xüsusilə  müəyyən  qorxu,  həyəcan,  qarabasma  hissləri 

nəticəsində  əmələ  gələn  ürək  ağrıları,  ürəkkeçmə,  halsızlıq,  ürək  döyüntüsü,  ruh 

düşkünlüyü, qan azlığı, qan təzyiqi və s. xəstəliklərin müalicəsində təklif olunan təbii 

vasitələr  daha  effektli  təsirə  malik  idi.  Hələ  vaxtilə  dahi  mütəfəkkir  Nizami  ürəyi 

insan  orqanizminin  normal  vəziyyətinin  və  rahatlığının  asılı  olduğu  mühüm  orqan 

adlandırmış,  "rahat,  sakit  adam  odur  ki,  onun  ürəyi  möhkəmdir"  -  demişdi[45]. 

Məlhəm  Tibb  Mədrəsəsinin  yaradıcısı  K.Ömər  Osman  oğlu  XII  əsrdə  ürək 

xəstəliklərinin müalicəsində  şirin pəhrizdən  - bal, bəkməz, şərbət, şirin çaxır, meyvə 

şirələri və s. istifadə edilməsini tövsiyə etmişdi. 

Əsrlərcə  sınaqdan  çıxarılmış  xalq  təcrübəsinə  görə,  bişmiş  almanın  balla 

qarışığı (gündə 3 dəfə olmaqla bir xörək qaşığı); mərəçüyüd şərbəti, bal şərbəti, zirinc 

şərbəti,  limon  şirəsi,  zəfəran,  darçın,  pişikotu,  sümürgən,  qurudulmuş  və  toz  halına 

salınmış qarpız qabığının ilıq suda hazırlanmış məhlulu, beçə balı və inək kərəsi ürək 

xəstəliklərinin  və  ürəklə  bağlı  çoxsaylı  fəsadların  aradan  qaldırılmasında  mühüm 

vasitələr hesab edilmişdir. 

Məlumdur  ki,  qan  təzyiqinin  normal  səviyyəsinin  saxlanmasında,  orqanizmdə 

qan  dövranının  tənzimlənməsində  qan  damarları  fövqəladə  rol  oynayır.  Bəzən 

müxtəlif xəstəliklər ucbatından qan damarları kirəcləşir, onların keçiricilik qabiliyyəti 

azalır,  bu  da  orqanizmdə  fəsadlı  xəstəliklərin  əmələ  gəlməsinə  səbəb  olur.  Odur  ki, 

xalq  təbabəti  biliciləri  bu  fəsadları  aradan  qaldırmaq  üçün  çoxlu  müalicə  vasitələri 

düşünüb  tapmış,  onları  tətbiq  etməklə  ürək-damar  sisteminin  sağlamlığını  təmin 

etmişlər.  Belə  müalicə  vasitələrindən  biri  də  damarları  yağlı  çöküntülərdən 

təmizləmək  üçün  10  gün  və  ya  uzun  müddətə  tətbiq  olunan  üzüm  rejimidir.  Yazılı 

təbabətin də təsdiq etdiyi kimi, "böyrək narahatlığından yaranan ürək zəifliyi zamanı 

üzüm  şirəsi  ürək  əzələlərinin  enerjisini  artırır,  zərərli  maddələri  bədəndən  çıxarır  və 

ürəyin fəaliyyətini asanlaşdırır"[46]. Damarların təmizlənməsində qaynanmış kələmin 

suyu və xörəkdə dəfnə yarpağı işlətmək də effektli təsir göstərir. 

Qanazlığı  xəstəliyi  üçün  də  üzüm  sınanmış  vasitələrdən  biri  hesab  edilir. 




298 

 

Qanazlığını  aradan  götürmək  üçün  ulularımız  gülöyşə  nar,  şaftalı,  qırmızı 



(qızıləhmədi) alma, yabanı fındıq, noxud, qırqovul əti, uzunqulaq südü, çiyələk, şirin 

tut,  yerkökü  şirəsi,  xurma  və  s.  yeməyi  məsləhət  görmüşlər.  Göstərilən  bitki  və 

meyvələr  qan  dövranının  tənzimlənməsində,  qatı  qanın  duruldulmasında  da  mühüm 

vasitə kimi işlədilirdi. 

Xalq təbabətində mühüm profilaktik tədbirlərdən biri də qan təzyiqinin normal 

səviyyədə  saxlanılmasıdır.  Hələ  qədim  tibb  biliciləri  yemişan  bitkisinin 

meyvələrindən  bu  məqsədlə  geniş  istifadə  etmişdilər.  Qədim  tibdə  göstərilir  ki, 

meşədə  bitən  qara  yemişan  bitkisinin  noxud  boyda  və  noxudaoxşar  meyvəsindən 

gündə  150-200  qram  yedikdə  yüksək  qan  təzyiqini  aşağı  salır,  qırmızı  yemişan 

meyvəsi isə qan təzyiqini qaldırır[47]. Qan təzyiqinin tənzimlənməsində meyvələrdən 

turş  alma,  albalı,  ərik  şirəsi,  zirinc,  turşməzə  alma,  xiyar  suyu,  limon,  əzgil; 

tərəvəzlərdən kahı, balqabaq turşusu, pərpərəng; heyvandarlıq məhsullarından isə yağı 

tamam yığılmamış ayran, qurud, qatıq və s. mühüm müalicə vasitələri olmaqla, həm 

də insan sağlamlığına əhəmiyyətli təsir göstərir. Ulularımız təsadüfi olaraq deməyiblər 

ki,  ağartı  və  göyərtini  çox  yeyən  adam  sağlam  və  uzunömürlü  olar.  Elmi  təbabətin 

hələ  meydana  gəlmədiyi dövrlərdə  xalq təbabəti biliciləri tərəfindən tətbiq edilən bu 

müalicə vasitələri ürək-damar sistemi xəstəliklərinin müalicəsində başlıca yer tuturdu. 

Çox qədimlərdən əhali arasında  geniş  yayılmış xəstəliklərdən biri də  tənəffüs 

orqanlarının  (burun,  boğaz,  nəfəs  borusu,  sinə)  xəstəlikləri  olmuşdur.  Ciddi 

soyuqlama  ilə  müşayiət  olunan  bu  cür  xəstəliklər  xalq  arasında  zökəm,  tumov, 

sətəlcəm, göyöskürək, inaq və s. adlarla məlum idi. Tənəffüs orqanlarının xəstəlikləri, 

bir  qayda  olaraq,  soyuqlamadan  və  keçici  viruslardan  törəyir.  "Soyuqdan  mini  ölər, 

istidən biri də ölməz" - el deyimi soyuqdan törəyən xəstəliklərin çoxluğuna işarədir. 

Zökəm,  tumov  və  göyöskürəyə  tutulmuş  xəstələrdə  boğazın  selikli  qişası, 

boğaz  badamcıqları  iltihabı  zədələnmələrə  düçar  olur,  xəstələrdə  hərarət  yüksəlir, 

halsızlıq  baş  verirdi.  Belə  xəstələri  sağaltmaq  üçün  xalq  təbibləri  kəklikotu,  nanə, 

yarpız,  itburnu,  sarıçiçək,  əvəlik,  lavanda,  qəvliçiçəyi  və  s.  dəmləmələrini  məsləhət 

bilir,  balın  isti  suda  hazırlanmış  şərbətinin,  zirinc  şərbətinin,  bişirilmiş  ilıq  inək 

südünün,  şalğam  şərbətinin,  üzüm  sirkəsinin  effektli  müalicə  vasitəsi  olduğunu 

göstərirdilər. 

Boğaz  ağrılarının  sakitləşdirilməsində  və  aradan  götürülməsində  müxtəlif 

tərkibli  qarqara  vasitələrinin  (əzgil  yarpağının  qaynanmış  suyu,  iki  dəfə  qaynadılan 

arpa suyu, dağ yarpızı məhlulu, gülxətmi qarqarası və s.) böyük müalicəvi əhəmiyyəti 

dəfələrlə  təcrübədə  təsdiq edilmişdi.  Məhəmməd Yusif Şirvani  yazırdı ki,  "kimsənin 

boğazı  gəlirsə  və  ya  dilçək  olmuş  olsa,  gərəkdir  ki,  bir  miqdar  nişastanı  bir  miqdar 

sirkə  ilə qaynadıb sonra bir parça əsgi bezin üzərinə  su edib və bir dənə cəvizi dəxi 

əzib  üzərinə  səpib  və  ondan  isti  edib,  altından  yuxarı  təpəsinədək 

vuralar, üç günədək dura, şəfa bulub xilas olar"[48]. 

Boğaz  ağrısını  yox  etmək  üçün  xalq  arasında  boğazın  sığanması  (basılması) 

kimi tədbirlər də həyata keçirilirdi. Badamcıqları irinli iltihabdan xilas etmək üçün əli 




299 

 

düşərli  (səbəbli)  ağbirçəklər  sübh  tezdən  xəstənin  boğazını  basırdılar.  Bunun



 

üçün 


təmiz  yuyulmuş  və  duza,  zəyə  bulaşdırılmış  şəhadət  barmaq  vasitəsilə  xəstənin 

badamcıqları  basılardı  ki,  irinli  yara  deşilsin  və  axıb  təmizlənsin.  El  arasında

 

inaq 


(hənaq) adlandırılan bu cür xəstəliyin müxtəlif müalicə üsulları ilə yanaşı, basılmaqla 

(sığamaqla)  müalicəsi  haqqında  hələ  XVIII  əsrdə  "Tibbnamə"  müəllifi  də  məlumat 

vermişdi[49]. 

Yuxarı tənəffüs orqanlarının iltihabı xəstəliklərindən biri də qara öskürək və ya 

göyöskürəkdir.  Əsasən  uşaqlar  arasında  geniş  yayılan  bu  xəstəlik  qızdırma  və

 

hərarətin  yüksəkliyindən,  öskürəyin  şiddətindən  uşağın  rənginin  göyərməsi  ilə



 

əlaqədar  belə  adlandırılırdı.  Onun  müalicəsi  üçün  təmiz  yaylaq  havası,  itburnu 

meyvələri,  heyva  tumu  və  cavan  heyva  zoğlarının  dəmləməsi  məsləhət  görülürdü. 

Xəstə tərlədilir, sinəsinə təpitmə qoyulur, kürəyi gənəgərçək yağı ilə ovulurdu. Bəzən 

qozun  arakəsmələrinin  dəmləməsini  də  effektli  müalicə  vasitəsi  kimi  xəstəyə 

içirdirdilər[50]. 

Soyuqdəymənin, öskürəyin, boğaz ağrısının ötüb keçməsi üçün çox zaman xalq 

arasında  əvəlikdən  və  ispanaqdan  geniş  istifadə  edilirdi.  Gürcüstan  azərbaycanlıları 

bunun  üçün  əvəliyi  bişirir  və  yağda  qovurur,  onu  həm  yeyir,  həm  də  məlhəm  kimi 

boğaza bağlayırdılar. Sinə iltihabı və bədəndə qızdırması çox olan adamlar ispanaqdan 

hazırlanmış xörəklər yeyir, oynaqların, yaraların, şişlərin ağrısı zamanı ondan təpitmə 

düzəldib həmin yerə qoyurdular[51]. 

Soyuqdəymə  və  sətəlcəm  zamanı  xəstələrin  alın  nahiyələrindən,  küpə 

qoyulmuş yerlərindən çərtmə üsulu ilə qan almaq, onları təzə soyulmuş qoyun dərisinə 

salmaqla  tərlətmək,  müxtəlif  dağ-çəmən  otlarından  (kəklikotu,  yarpız,  gicitkən, 

sarıçiçək, lilpar və s.) hazırlanmış isti vannalara (belə vannalara el arasında "hərhoş" 

və  ya  "hor-horup"  suyu  deyilirdi)  salmaq  kimi  müalicə  üsulları  da  çox-çox 

qədimlərdən məlum idi. 

Ənənəvi  xalq  təbabətində  sinə  ağrıları  və  ağciyər  xəstəliklərinin  də 

müalicəsində  olduqca  faydalı  müalicə  vasitələri  əldə  edilmişdi.  Kafiəddin  Ömər 

Osman  oğlu  hələ  XII  əsrdə  ağciyər  xəstəliklərinin  müalicəsində  yüngül  qaynadılmış 

heyvan  beyni,  yumurta  sarısı  və  "yemlik"  adlanan  yeməli  otların  qarışığından 

hazırlanan  yeməyin  qəbul  edilməsini  məsləhət  görürdü[52].  "Tibbnamə"də  köks 

ağrıları üçün mərsin (həmərsin) və innab şərabının, bal şərbətinin içilməsinin, sinəyə 

fındıq  yağının  sürtülməsinin,  qızıl  üzüm,  innab,  üzərlik  toxumu,  darçın,  əncir, 

çuğundur,  şirin  badam,  şalğam  və  balqabaq  yeyilməsinin  faydalı  olduğu 

göstərilirdi(53). 

Ağciyər  xəstəliklərinin  ən  qorxulusu  vərəm  hesab  olunurdu.  Onun  müalicəsi 

üçün təbabət biliciləri ayı piyi, kirpi əti, uzunqulaq südü, keçi və inək südü və s. kimi 

şəfaverici yemək və içkilərdən istifadə edilməsinə böyük üstünlük verirdilər.  

Xalq  məişəti  təbabətinə  məlum  olan  xəstəliklərin  böyük  bir  qismini  də  mədə-

bağırsaq  xəstəlikləri  təşkil  edirdi.  Onların  müalicəsi  təbii  üsullarla  aparılır,  bunun 

üçün  müxtəlif  bitkilərdən,  yağlardan,  meyvələrdən  istifadə  edilir,  onlardan 



300 

 

dəmləmələr,  qarışıqlar,  şirə  və  şərbətlər  hazırlanırdı.  Xalq  təcrübəsinə  görə,  mədə 



xəstəliyinin  ilkin  əlamətləri  mədə  narahatlığı,  mədə  şirəsi  ifrazının  pozulması, 

mədənin  turşuluğunun  artması  ilə  müşayiət  olunurdu.  Ulularımız  mədə  turşuluğunun 

aradan  qaldırılmasında  almanın,  fındığın,  günəbaxan  tumunun,  eləcə  də  üzüm  və 

portağal  şirələrinin  müalicəvi  əhəmiyyətini  gözəl  bilirdilər.  Mədə-bağırsaq 

xəstəliklərinin  müalicəsində  adi  zoğalın  yarpaqlarının  və  tumlarından  hazırlanmış 

tozun  çay  kimi  dəmlənib  içilməsi  də  faydalı  hesab  olunurdu.  Bununla  həzm  prosesi 

yaxşılaşır, köpolma aradan qalxır, qarın ağrıları götürülür, qanlı ishal sağalırdı. Qarın 

ağrılarında,  qanlı  ishalda  qankəsici  vasitə  kimi  Şərq  palıdının  qabığından  hazırlanan 

dəmləmə  də  güclü  şəfaverici  xüsusiyyətə  malik  idi.  Bəzən  yandırılmış  palıd 

qabıqlarının  külünü  su  ilə  qarışdırıb  az  miqdarda  uşaqlara  içirtməklə  onlarda  qarın 

ağrısını müalicə edirdilər. 

"Tibbnamə"nin  müəllifi  mədə-bağırsaq  xəstəliklərinin  müalicəsində  turp 

toxumu, sarımsaq, nanə və darçın yeməyi, hətta şərabı, gül suyu ilə birgə limon şərabı 

içməyi tövsiyə edirdi[54]. 

Mədə-bağırsaq  xəstəliklərinin  müalicəsində  balın  da  şəfaverici  xüsusiyyətləri 

etnoqrafik tədqiqatlarla təsdiq edilmişdir. Bal bağırsaqlarda həzm prosesinə yaxşı təsir 

göstərir. Xəstəlik zamanı razyananı darçın və yaxud balla, yaxud bir çimdik zəfəranı 

balla suda qarışdırıb içmək çox xeyirli olur. Zirə, cəfəri, kök və acıbadam toxumunu 

balla  qarışdırıb  həb  kimi  gündə  8  q  qəbul  etmək  bağırsaq  və  mədə  yaralarının 

sağalmasına  kömək  edir.  Xalq  təcrübəsinə  görə,  bağırsaq  yarası  və  xroniki  qəbizlik 

hallarında 2-3 qaşıq təmiz balı yarım stəkan şüyüd suyuna qatıb gündə iki dəfə içmək, 

təmiz bala bağayarpağı suyu qataraq gündə 100 q imalə etmək və ya acqarına içmək 

yüksək müalicəvi təsir göstərirdi[55]. 

Ənənəvi xalq təbabətində mədə şişi və yarası zamanı xiyar və təzə keşniş suyu 

içmək,  kitrə  və  kərəviz  toxumunu  bala  qatıb  yemək,  mərci,  nar  qabığı  və  qızılgülü 

balla  qarışdırıb qaynatmaq və təpitmə qoymaq, qarın nahiyəsinə heyva yağı sürtməklə 

yanaşı,  çox  gərəkli  sayılan  bir  müalicə  üsulundan  da  istifadə  edilir.  Belə  ki,  mərsin 

yarpağı  və  heyvanın  suyu  çıxarılır,  alma,  gülab,  səndəl  və  gül  yağından  düzəldilmiş 

mum  ilə  qarışdırılır,  sonra  qoyun  dərisini  həmin  məhlula  batırıb  mədə  üzərinə 

qoyurdular. Müəyyən müddətdən sonra mədənin şişi çəkilirdi[56]. 

Mədə-bağırsaq  xəstəliklərinin  müalicəsində  xalq  həmçinin  müxtəlif  yabanı  və 

mədəni  ot  və  bitkilərdən  (yarpız,  gülxətmi,  dağ  nanəsi,  kəklikotu,  səhləb,  quluncan, 

pərpərəng,  əvəlik,  tərxun,  çobanyastığı,  zəncəfil,  gicitkən,  gülümbahar,  əməköməci, 

dazıotu,  yovşan  yarpağı,  sarımsaq  və  s.),  meyvələrdən  (əncir,  gavalı,  üzüm,  ağ  tut, 

şabalıd, ərik, limon, turş nar), bostan-tərəvəz məhsullarından (yerkökü, kartof, yemiş, 

kələm, çuğundur, ağ boranı tumu  və  s.),  müxtəlif  yağlardan (inək  yağı,  zeytun  yağı, 

çaytikanı yağı, itburnu yağı və s.) geniş şəkildə istifadə edirdi. 

Müxtəlif  mədə-bağırsaq  xəstəliklərinin  (mədə  narahatlığı,  turşuluğun  artması, 

ürək bulanması, mədə qazı və köpmə, mədə ağrısı, mədə pozulması və qəbizlik, qarın 

ağrısı, ishal, mədə iltihabı, mədə şişi və xorası, mədə bəlğəmi, bağırsaq yarası, mədə 




301 

 

zəifliyi və s.) müalicəsində istifadə edilən çoxlu təbabət üsulları xalq təbiblərinin insan 



sağlamlığına qayğısından, təbiətimizin bizə bəxş etdiyi zənginliklərdən faydalı surətdə 

bəhrələnməkdən,  elmi  təbabətin  meydana  gəlmədiyi  dövrlərdə  ənənəvi  xalq 

təbabətinin inkişaf səviyyəsindən soraq verir. 

Xalq  təbabətində  müalicəsinə  böyük  ehtiyac  olan  xəstəliklərin  bir  qrupunu  da 

öd, dalaq və qaraciyər xəstəlikləri təşkil edirdi. Təbabət elminin təsdiq etdiyinə görə, 

qaraciyər  orqanizmin  sağlamlığını  qoruyan  əsas  orqanlardan  biri  olmaqla,  qidanın 

mənimsənilməsi və qan dövranının tənzimlənməsi funksiyasını həyata keçirir. Bəzən 

həzmin  çətinləşməsi,  qida  rejiminin  pozulması,  eləcə  də  öd  kisəsi  və  öd  yolunun 

iltihabı  qaraciyərin  də  xəstəliklərinə  gətirib  çıxarır.  Məşhur  təbabət  bilicisi  K.Ömər 

Osman  oğlu  qaraciyəri  dalağa,  ağciyərə  və  böyrəyə  ötürülən  qara  qanın 

təmizlənməsində mərkəz, mənbə hesab edirdi. Dahi Nizami isə qaraciyər xəstəliklərini 

ən ağır xəstəliklər sırasına  daxil edir, insanın naturasının (zahiri görünüşünün) qanla 

müəyyən  olunduğunu  (xalq  arasında  deyildiyi  kimi,  "sifətində  qan  qalmayıb", 

"dodağının  qanı  qaçıb",  "sifəti  çıraq  kimi  alışıb-yanır",  "üzünün  rəngi  solub"  və  s.), 

insanın qaraciyərsiz durumunun ağlasığmaz olduğunu göstərirdi. Məşhur təbib İsa əl-

Riqqi  özünün  "Tibb"  əsərində  qaraciyər  xəstəliyinin  eynilə  qan  xəstəliyi  olduğunu, 

daha  doğrusu,  xəstəlik  zamanı  qaraciyərdə  ödlə  qanın  qarışığından  "qara  qan" 

yarandığını və onun orqanizmə yayıldığını qeyd edir, insanın bədəninin və gözlərinin 

sarı-yaşılımtıl  rəngə  çaldığını,  qarnının  şişdiyini  ("su  ilə  doldurulmuş  motal"), 

hərəkətinin məhdudluğunu, qusma, başağrısı və azacıq hərarətinin olmasını xəstəliyin 

əlaməti  kimi  ayırırdı.  Bu  xəstəliyin  nəticəsində  İsa  əl-Riqqi  baldan,  üzümdən,  tut 

meyvəsindən  və  şirin  nardan  istifadə  edilməsini  və  xəstədən  qan  alınmasını  tövsiyə 

edirdi[57].  Xalq  təcrübəsinə  görə,  qaraciyər  xəstəlikləri  zamanı  əlin  arxa  tərəfindən, 

çeçələ  barmaqdan,  habelə  said  damarından  qan  almaq  daha  məqsədəuyğun  hesab 

edilirdi. 

Qaraciyərin "orqanizmin laboratoriyası" olduğunu yaxşı bilən ulularımız daim 

onun  qeydinə  qalmış,  xəstələndikdə  isə  bir  çox  müalicə  üsulları  və  vasitələrindən 

istifadə  etmişlər.  Belə  müalicə  üsullarından  biri  qaraciyər  nahiyəsinə  qarışıq  tərkibli 

təpitmələr qoyulmasıdır. Bu təpitmələr xəstəliyin ayrı-ayrı  mərhələlərində  işlədilirdi. 

Kəskin qaraciyər sancmaları zamanı yovşanı azacıq döyür, ərinmiş mum və xına yağı 

ilə qatır, ciyər və çanaq sümüyü nahiyəsinə qoyurdular. Xəstəlik temperaturla olardısa 

səndəl, kafur, qızılgül yağı tərkibli təpitmədən istifadə edilirdi. Qaraciyərin böyüməsi 

və irinləməsi zamanı çobanyastığı, xəşəmgül, süsən kökü, gülxətmi kökü, yarpız, quru 

əncir, kişmiş, qızardılmış soğan, yabanı zəfəran toxumunun yağı, yapışqan, arpa unu 

və təbii boraksla saqqız qarışığından hazırlanan təpitmə işlədilirdi. Bəzən təpitmələri 

banandan,  bağayarpağı,  gülab  və  gül  yağından,  azca  döyülmüş  pərpərənglə  gül  yağı 

qatışığından,  quru  gülxətmi,  xiyar,  balqabaq  suyu  və  gül  yağı  qatışığından  və  s.  də 

hazırlayırdılar[58]. 

Ənənəvi  xalq  təbabətində  qaraciyər  xəstəlikləri  zamanı  şibyə,  razyana,  qara 

gavalı, nar, alma, heyva, ağ üzüm, qara tut, gənəgərçək, banan, fıstıq və malın topuq 




302 

 

sümüyünü  yandırıb  yumşaq  döyməklə  gündə  üç  misqalını  isgəncəbi  ilə  içmək 



(yemək),  təzə  süd,  xiyar,  balqabaq,  kasnı  və  quşüzümü  suyunu  iskəncəbi  ilə  qatıb 

içmək, turş  nar  şirəsi,  çobanyastığı şərbəti,  söyüd şirəsi,  ayran, limon şərbəti içmək, 

habelə xörəkdə zəfəran işlətmək, zirinc həbi qəbul etmək sınanmış müalicə vasitələri 

hesab olunurdu. 

Xalq  arasında  qaraciyər,  öd  kisəsi  və  öd  yollarının  kəskin  soyuqlaması, 

maddələr mübadiləsinin pozulması və s. nəticəsində əmələ gələn xəstəliklərin birini də 

sarılıq adlandırırlar. Bu zaman üzün rəngi avazıyır, gözün ağına sarılıq çökür. Sarılıq 

xəstəliyinin  ilk  təsvirini  məşhur  təbib  və  ensiklopedik  alim  Əbu  Əli  ibn  Sina 

vermişdir[59]. Qədim tarixə malik olan və keçici xarakter daşıyan sarılıq xəstəliyinin 

müalicəsində  ulularımız  magik  səciyyəli  üsullardan  (xəstəyə  qəfildən  sillə  vurmaq, 

xəstənin  başını  söhbətlə  qatıb  qəfildən  yumurta  ilə  alnına  zərbə  endirərək 

diksindirmək  və  s.)  istifadə  etməklə  yanaşı,  təbii  vasitələrlə  müalicəyə  də  böyük 

üstünlük vermişlər. Belə müalicə vasitələrindən biri xəstəyə 20 gün ərzində acqarına 

zirinc  suyu,  turş  nar  şirəsi,  süd,  badam  yağı,  mərəçüyüdün  qaynanmış  suyu, 

bağayarpağı və turş alma suyu içirdilməsidir. Bəzən xəstələrə pəhriz məqsədilə sərçə 

əti  və  yumurtası  məsləhət  görülürdü.  Əgər  xəstəlik  ciyər  yolları  və  damarlarının 

tutulması  ilə  kəskinləşərdisə,  xəstəni  qusdurar,  vanna  qəbul  etdirər  və  bədənini 

çobanyastığı, süsən, şüyüd və ya bənövşo yağı ilə yağlayardılar. Sarılıq gözlərə sirayət 

etdikdə  isə  körpə  balqabağı  odda  bişirərək  suyuna  bir  miqdar  un  qatır,  bu  məlhəmi 

gözə çəkirdilər. Bəzən bu məqsədlə keşniş suyu da işlədilirdi. 

Xalq təcrübəsinə görə, dalaq sancmaları və böyüməsinin qarşısını almaq üçün 

balqabaq  yarpağını  və  məcnun  söyüdün  yarpağını  əzərək  iskəncəbi  ilə  içmək,  acı 

badam yemək faydalı hesab olunurdu. Sınanmış müalicə vasitələrindən biri də əvəlik, 

nanə,  yarpız  və  kəklikotu  yarpaqlarını xırda-xırda  doğrayaraq "balva" adlanan xörək 

hazırlayıb günaşırı yeməkdir. Bu, dalaq şişinin müalicəsində daha faydalıdır. Dalağın 

müalicəsi üçün müxtəlif tərkibli təpitmələrin (yulğun çöpü və ya turp toxumunun sirkə 

ilə  qatışığı,  xardalın  əncirlə  qatışığı,  quzuqulağı  kökü,  turp  qabığı,  acı  paxla  və 

yarpızın  sirkə  ilə  qatışığı  və  s.)  də  effektli  müalicə  vasitəsi    olduğu  xalq  təbibləri 

tərəfindən  dəfələrlə  sınaqdan  çıxarılmışdır.  M.Y.Şirvani  dalağın  müalicəsində  ağ 

soğanın yağını dalağa sürtmək; sarımsağı sirkə ilə qarışdırıb, qaynadıb sonra bir parça 

çörək üzərinə qoyaraq dalağa bağlamaq; dalaq nahiyəsinə tülkü dalağı bağlamaq kimi 

tədbirlərin  də  böyük  fayda  verdiyini  qeyd  edirdi.  O,  həmçinin  dovşan  bağırsağını 

bişirib yeməyi; əməköməci kökünü əzib balla  qarışdıraraq səhərlər acqarına  yeməyi; 

böyürtkən gülünü əzib qaynadaraq üç səhər acqarına içməyi də dalağın müalicəsində 

məsləhət görürdü[60]. 

Azərbaycanın  təbabət  biliciləri  böyrək  xəstəlikləri  və  sidik  yollarının 

müalicəsində  itburnu  meyvəsi,  andız,  gülxətmi  kökü,  qarğıdalı  saçağı,  kəklikotu, 

çobanyastığı və yemişan çiçəyi dəmləmələrinin; ayran, balqabaq suyu, portağal, üzüm 

və  yerkökü  şirəsi,  xiyar  və  qarpız  suyu,  iskəncəbi,  limon  şərbəti,  yemiş  tumunun 

şirəsi, alma, heyva, nar şərablarının da faydalılığını dəfələrlə təcrübədən keçirmişlər. 




303 

 

Bu  vasitələr  böyrək  iltihabını  sağaldır,  yaranı  ləğv  edir,  böyrəyi  daşdan  və  qumdan 



təmizləyir,  hərarəti  aşağı  salır,  sidik  yollarını  açırdı.  Maraqlıdır  ki,  hələ  XII  əsrdə 

K.Ömər  Osman  oğlu  böyrək  xəstəliklərini  bişirilmiş  balqabaq  və  yerkökünün  balla, 

yaxud  üzüm  şirəsi  ilə  qatışığından  hazırlanan  yeməklə  müalicə  etməyi  məsləhət 

görürdü.  XVIII  əsr  müəllifi  M.Y.Şirvani  isə  qadın  südü  ilə  bal  qarışığının,  sığır 

qanının  böyrəkdə  və  sidik  yolundakı  daşların  əridilməsində  əhəmiyyətini  qeyd 

edirdi[61]. 

Azərbaycanın  kənd  əhalisi  arasında  tez-tez  göz  xəstəliklərinə  də  təsadüf 

edilirdi.  Göz  ağrısı,  göz  şişi,  göz  qapaqlarının  iltihabı,  mirvari  suyu,  itdirsəyi  bu 

qəbildən  idi.  Loğmanlarımız  müxtəlif  səbəblərdən  törəyən  belə  xəstəliklərin 

müalicəsində  empirik  qaydalara  əsaslanan  üsullar  və  vərdişlər  əldə  etmişdilər.  Bu 

müalicə üsulları göz xəstəliklərinin xarakterindən asılı olaraq tətbiq edilirdi. Belə ki, 

göz  qapaqlarının  iltihabında  körpələrin  göz  qapaqlarını  ana  südü  ilə  silir,  yaşlıların 

gözlərinə  isə tünd çayla  yuduqdan sonra çay dəminin  cecəsini  tənziflə  bağlayırdılar. 

Göz  ağrısı,  göz  qızartısı,  göz  iltihabı  və  şişlərinin  müalicəsində  gülab,  yumurta  ağı, 

sürmə,  tutiya,  heyva  şirəsi,  badam  içi,  şibyə,  kələm,  zəncəfil  yağı,  sumağın  gülabda 

qaynadılmış  damcıları,  əzvay,  zəfəran,  bal  və  s.  faydalı  vasitələr  hesab  olunurdu. 

Bunlar  həm  yeyilir,  həm  də  məlhəm  kimi  gözə  çəkilirdi.  Ulularımızın  təcrübəsinə 

görə,  göz  ağrısı,  göz  qişasında  qırmızılıq,  qansızma  olanda  ona  ilk  uşağı  qız  olan 

gəlinin südündən sağıb tökəndə daha tez sağalardı. 

Gözün mirvari suyuna qarşı köhnə zeytun yağını gözə sürtmək, gün altında bir 

neçə müddət saxlanan və qatılaşdırılan sumaq kütləsini gözə sürtmək, saqqız ağacının 

külünü gözə çəkmək, qabıqsız yumurtanın üstündəki bərk pərdəni ayırıb tünd sirkədə 

qaynadaraq gözə çəkmək və s. də təsirli müalicə üsulları hesab olunurdu. 

Göz xəstəliklərindən biri də itdirsəyidir. Xalq inamına görə, itdirsəyi çıxan yerə

 

bir  tikə  çörək  sürtüb  itə  atanda  yara  tez  sağalırdı.  Bəzən  qulaq  çirkini  itdirsəyinin



 

üstünə  çəkib,  xalq  arasında  deyildiyi  kimi,  "onu  murdarlamaqla"  da  yaranı 

sağaldırdılar. Ən təsirli müalicə vasitələrindən biri də işlənmiş paltar sabununu süddə 

qaynadaraq  alınan  qatışığı  ilə  yaranın  üstünə  çəkmək  idi.  Bu  məlhəm  itdirsəyini  bir 

sutka ərzində yetişdirib deşirdi. Bu məqsədlə bağayarpağından da istifadə edilirdi. 

Xalq  təbabətinə  məlum  olan  xəstəliklərin  müəyyən  qismini  də  əsəb-sinir 

pozuntuları nəticəsində  əmələ gələn ruhi  xəstəliklər təşkil  edirdi.  Azərbaycanda  belə 

xəstələrə  seyrək  təsadüf  olunsa  da,  xəstəliyin  əlamətləri  ilə  bağlı  olaraq  onlara  xalq 

tərəfindən  müxtəlif  adlar  verilirdi:  dəli,  divanə,  məcnun,  vurğun,  azğın,  vasvası, 

qızğın, səfil, səmə, ipləmə, şundul, sarsaq, gic, gicbəsər, əbləh, axmaq, dıydıq, seyrək, 

kəmağıl,  yüngül,  yelbeyin,  başıxarab,  başıboş,  quduz  və  s.  Xalq  təbabəti  bu  cür 

xəstəliklərin  müalicəsində  xoş  rəftarı,  açıq  havada  gəzintini,  səfərlərə  çıxmağı, 

əyləncəli  oyunları,  ruhu  oxşayan  musiqini  dinləməyi  əsas  müalicə  vasitələri  hesab 

edirdi.  Bununla  yanaşı,  Nizaminin  əsərlərində  belə  xəstəliklərin  müalicəsi  kimi 

kamforanın,  xam  zəncəfilin,  zəfəranın  şəfaverici  xüsusiyyətlərindən  bəhs  olunur. 

"Tibbnamə"nin  müəllifi  divanəliyin  müalicəsində  xəstəyə  ayı  qanının  içirdilməsini, 




304 

 

iki-üç  baş  və  yaxud,  bir  baş  qızıl  sarımsağın  yedirdilməsini,  qabığını  dəxi  tüstü  edib 



verilməsini, ud əs-səlib (dərman pionu-buynuzbaşı) bitkisini möhkəm əzib tüstüsünün 

verilməsini  ziyadə  faydalı  hesab  edirdi.  Bu  cəhətdən  başa  qabaq  (boranı)  və  badam 

yağını sürtməyi də şəfaverici vasitə kimi dəyərləndirirdi[62]. 

Ulularımızın  təbabət  təcrübəsində  dəri  xəstəlikləri  -  çiban,  dolama,  irinli 

yaralar, şişlər, ziyil, dəri yanıqları, qoturluq, dəmrov və s. də düşərli dava-dərmanlarla 

müalicə olunurdu. 

Çiban  və  dolama  kimi  xəstəliklərin  müalicəsində  bağayarpağından,  odda 

azacıq  bişirilmiş  soğandan,  suda  pörtlədilmiş  kələmdən  və  araba  yağından  geniş 

istifadə  olunurdu.  Onları  yaraya  bağlayır  və  ya  sürtür,  bir  müddətdən  sonra  yara 

deşilir,  iltihab  aradan  götürülürdü.  Bəzən  dəridə  qorxulu  çibanlar  da  əmələ  gəlirdi. 

Onlar  uzun  müddət  "göz  vermir",  deşilmir  və  yüksək  hərarətlə  müşayiət  olunurdu. 

Belə çibana xalq arasında "kor çiban" deyilirdi. Yuxarıda göstərilən müalicə vasitələri 

ilə yanaşı, belə çibanların üzərinə həm də duz və ya şəkər tozu qatılmış xəmir qoyub 

bağlayırdılar.  Bu  qəbildən  olan  xəstəliklərin  müalicəsində  təbabət  biliciləri  vələs 

ağacının  qurudulmuş  qabıq  və  yarpaqlarından  hazırlanan  tozun  kərə  yağında 

məlhəmindən, eləcə də  ətirnaz, Avropa gərməşovu və  xəşənbülün kök, qabıq, gövdə 

və budaqlarından hazırlanan dəmləmə, məlhəm və mazlardan da istifadə edirdilər. 

Dolama isə adətən loğman tərəfindən kəsilir, kökü çıxarılır, yaranın yeri turşu 

(rub  və  ya  lavaşana)  ilə  yuyulub  bağlanırdı.  El  arasında  bu  qəbil  xəstəliyin  soğan, 

bağayarpağı  məlhəmi  qoymaqla,  eləcə  də  dolamalı  barmağı  camışın  burnuna 

soxmaqla müalicə edilməsi də məlum idi. 

Dəri  xəstəliklərinin  müalicəsində  şəfaverici  vasitə  kimi  yumurta  sarısından 

alınan yağdan da istifadə edilirdi. Bədən xaricində (dəridə) olan şişləri sağaltmaq üçün 

sürtgəcdən  keçirilmiş  ağ  turpun  balla  qatışığından  5-6  gün  yaraya  məlhəm  qoymaq; 

üzərliyin  yarpaqlarını  isladıb  bir  neçə  gün  şiş  üzərinə  qoymaq;  buğda  ununun  balla 

təpitməsindən istifadə etmək; şüşə tozu ilə unun qatışığından alınan horranı şiş üzərinə 

yaxıb bağlamaq və s. kimi müalicə üsulları faydalı hesab olunurdu. 

Əhali  arasında  geniş  yayılmış  dəri  xəstəliklərindən  biri  də  ziyil  idi.  Adətən 

görünən yerlərdə - əldə, üzdə əmələ gələn ziyilin qopub düşməsi üçün onu at tükü və 

ya  keçi  qəzili  ilə  möhkəm  bağlayıb  qurudur,  yerini  isə  yetişməmiş  əncirdən  çıxan 

südlə, əhəngi sirkə ilə qatıb yandırmaqla dağlayırdılar. Bəzən ziyilin üstünə sarımsaq 

bağlamaqla,  soğanın  ortasını  oyub  oraya  duz  dolduraraq  əmələ  gələn  suyu  bir  neçə 

dəfə  ziyilin  üstünə  sürtməklə  də  müalicə  üsullarından  istifadə  edilirdi.  Yazılı 

mənbələrdə ziyilin müalicəsi üçün sərçə nəcisinin tüpürcəklə qatışığının, itüzümünün 

bir  neçə  dənəsinin  suyunun  ziyilin  üstünə  sürtülməsi,  eləcə  də  bir  neçə  əzilmiş 

badımcanın ziyil üstünə sürtülməsi və çəyirtkə ayaqlarının qoparılıb ziyilə sürtülməsi 

də məlum idi[63]. 

Xalq inamına  görə, göydə  ulduzları saymağa cəhd edən şəxs günah işlədər və 

onun  əlinə  ziyil  düşərdi.  Təzə  ay  çıxanda  əlinə  ziyil  düşən  şəxs  ziyili  süpürgə  ilə 

süpürər və bu zaman deyərdi: 




305 

 

Təzə ay, səni xoş gördük!  



Ziyil, yerini boş gördük![64] 

Azərbaycan  kəndlərində  tez-tez  müxtəlif  səciyyəli  əl,  ayaq  və  bədən 

yanıqlarına  təsadüf  edilirdi  ki,  belə  dəri  yanıqlarının  sağaldılması  üçün  də  xalq 

müdriklərimiz layiqli müalicə vasitələri sınaqdan çıxarmışlar. Hər şeydən əvvəl, dəri 

yanıqlarının sağaldılması üçün balıq yağından, mürəkkəb damcılarından, çiy kartofdan 

geniş istifadə edilirdi. Yanığa sidik sürtülməsi, soyuq palçıq çəkilməsi, suluqları duzlu 

su kompresi ilə aradan götürmək üsulları da məlum idi. 

Xalq  təbabətində  yanıq  yaralarını  tez  sağaltmaq  üçün  yemişin  içini  yanıq 

üzərinə qoymaq, ilbizin qabığını toz halına salaraq gündə iki dəfə bir neçə gün yaraya 

səpmək sınanmış vasitələrdən idi. Yanıq yaraları irinli olduqda isə,  dazıotunu əzərək 

məlhəm  hazırlayır,  onu  gündə  bir  dəfə  olmaqla  5-6  gün  yaraya  bağlayırdılar.  Bu 

məlhəm yaranın qurumasına və göz bağlamasına kömək edirdi. 

Təzə yaraların (döyüşdə qılınc yarası, məişət zəminində baş verən hadisələrdə 

bıçaq yarası, eləcə də təsərrüfat işlərində ehtiyatsızlıq ucbatından əmələ gələn yaralar - 

kərənti,  oraq  və  çin  yarası)  qanını  dərhal  kəsmək  üçün  təbabət  biliciləri  parçanı 

yandıraraq külünü yaraya basırdılar. Bəzən bu məqsədlə Azərbaycan florasında geniş 

yayılan quşəppəyi, üzərlik, boymadərən, yarpız, ispanaq, gicitkən, su bibəri,  qızılcıq, 

dovşandodaq, dərman sincanotu, başınağacı, ətirşah, xaşxaş və s. kimi bitkilərdən də 

yeri gəldikcə istifadə edilirdi. 

Xalq arasında yayılan xəstəliklərdən biri də xiyarək idi. Bu xəstəlik insanın bud 

nahiyəsində  xiyarvari  şiş  şəklində  əmələ  gəlir,  çox  ağrılı  olurdu.  Onu  adətən  xəstəni 

dağlamaqla müalicə edirdilər. Belə ki, yaxşıca qızdırılmış taxta qaşığı xəstənin xəbəri 

olmadan  şişin  üstünə  basır  və  bu  yolla  xəstəliyi  "qorxudub  qaytarırdılar".  Bəzən  də 

göy xiyarı uzunsov yarı bölərək şişin üstünə bağlayırdılar. 

Azərbaycan  kəndlərində  geniş  yayılan  dəri  xəstəliklərinin  bir  qismini  də 

qoturluq  təşkil  edirdi.  Kəskin  və  şiddətli  bədən  qaşınmaları  ilə  müşayiət  olunan  bu 

xəstəliyin müalicəsi üçün xalq bilicilərimiz xalis balı şüyüdlə qaynadıb suyunu həftə 

yarım  ərzində  xəstə  nahiyəyə  çəkməyi;  tənbəki  suyu,  günəbaxan  və  ya  zeytun  yağı 

məlhəmini  qaşınan  yerlərə  sürtməyi;  ardıc  ağacının  qozalarını  əzərək  suyundan  hər 

həftə  bədənə  çəkməyi;  üzərliyin  kökündən alınan  suyu arpa  unu ilə qataraq  məlhəm 

hazırlayıb yaraya bağlamağı şəfalı müalicə vasitələri kimi sınaqdan çıxarmışlar.  

Dəri  xəstəliklərindən  olan  dəmrovun  Azərbaycanda  quru  və  sulu  dəmrov 

olmaqla iki növü geniş yayılmışdı. "Tibbnamə"də bunlar "ağ bəhaq" və "qara bəhaq" 

kimi  xatırladılır.  Bu  xəstəliklər  də  kəskin  qaşınmalarla  müşayiət  olunur,  az  vaxtda 

bütün  bədənə  yayılırdı.  Dəmrovun  müalicəsində  empirik  üsullardan  ən  qədimi 

qaynanmış  heyvan  sidiyi  olmuşdur.  Onu  qaşınan  yerə  sürtməklə  xəstəliyi  müalicə 

edərdilər.  Bəzən  kal  əncirin  südündən  də  müalicə  məqsədilə  istifadə  edilirdi.  Sulu 

dəmrov  xəstəliyində  gərməşov  və  qaratikanı  yandırmaqla  yağ  əldə  edir,  həmin  yağa 

qazan  qarası  əlavə  edərək  məlhəm  hazırlayır,  gündə  bir  dəfə  olmaqla,  bir  həftə 

dəmrovun üstünə çəkirdilər. Q.Cavadov yazır ki, xalq təbabətində dəmrov xəstəliyinin 




306 

 

digər müalicəsi - üzərlik bitkisini əzib adi yağa qarışdırmaqla alınan məhlulun dərinin 



xəstə hissələrinə çəkilməsi sayılmışdır. Loğmanların dediyinə görə, dəmrov olan yeri 

adi paltar sabunu ilə yuyub qurudar, ora həmin məhluldan sürtərdilər. Maz gündə iki 

dəfə çəkilərdi. Maz sürtülərkən ilk dəfə 10, daha sonra isə 7 gün bədənə, xüsusilə də 

dəmrov olan hissəyə su vurulmaması məsləhət görülərdi. Bu bədəndə quru dəmrovun 

müalicəsi üçün ən münasib üsullardan sayılırdı[65]. 

"Tibbnamə" əsərinin müəllifi dəmrovun müalicəsinə xüsusi fəsil həsr etmiş və 

bu  gün  də  öz  həyati  əhəmiyyətini  itirməyən  maraqlı  əlac  növlərini  məsləhət 

görmüşdür:  "Əgər  söyüd  ağacını  yandırıb  və  sonra  külünü  bir  az  sirkə  ilə  qarışdırıb 

insanın  üzündə  peyda  olan  dəmrova  sürtsələr,  dəf  edər;  ayın  ilk  çərşənbə  gününü 

gözləyib  işəyələr  və  sidiyi  götürüb  dəmrova  sürtələr  və  (o)  ardına  baxmayıb  gedər, 

olduqca xeyirlidir; bu xəstəlik üçün bir hənanı öz sidiyi ilə qarışdırıb dəmrov üzərinə 

sürtsələr, xilas olarlar; bir az kükürdü elə o qədəri sirkə ilə qarışdırıb, bir az günlüyü 

(buxurkolunun  qatranı-ladən  -  F.  V.)  dəxi  əzib  və  bir  az  sirkə  ilə  qarışdırıb  dəmrova 

sürtsələr,  xilas  olarlar;  limonu  dəxi  dəmrova  bir  neçə  dəfə  sürtsələr,  xilas  bular, 

olduqca xeyirlidir"[66]. 

Azərbaycanda, xüsusilə uşaqlar arasında geniş yayılan dəri xəstəlikləri qızılca, 

su çiçəyi, məxmərək və s. adlarla tanınır, müalicə olunmadıqda çox təhlükəli fəsadlar 

verir, hətta  ölümlə  nəticələnirdi.  Qızılcanın  müalicəsində  ulularımız  at, ulaq və  dəvə 

südündən  istifadə  edir,  pəhriz  məqsədilə  ət  xörəklərinə  qadağa  qoyur,  şirin  şeylər, 

xüsusilə  tut bəkməzi  yeməyi  məsləhət  görürdülər.  Yoluxmanın qarşısını  almaq  üçün 

belə  xəstələri  ayrıca  otaqda  saxlayır,  əyninə  qırmızı  paltar  geyindirir,  başına  isə 

qırmızı  yaylıq  bağlayırdılar.  Magik  səciyyəli  bu  tədbir  qızılcanı  "qorxudub 

qaytarmaq"  məqsədilə  həyata  keçirilirdi.  Xalq  inamına  görə,  qızılcaya  tutulmuş 

xəstəni içərisinə qızıl üzük salınmış ilıq suda çimizdirəndə tez sağalırdı. Bəza xəstələri 

gicitkən, çağan, acı biyan və s. bitkilərin suyunda da çimizdirirdilər. 

Allergik  səciyyəli  məxmərək  xəstəliyinin  (el  arasında  buna  bəzən 

"qurdeşənəyi"  də  deyirdilər)  müalicəsi  üçün  ulularımız  yeni  doğulan  at  balasının 

üstündəki  pərdəni  ("qulun  pərdəsi")  yığaraq  qurudur,  lazım  gələndə  xəstəni  onun 

suyunda  çimizdirirdilər.  Müalicə  məqsədilə  heyva  ağacının  dibindəki  torpağın  insan 

sidiyi ilə qarışığından alman məhlulu bədənə çəkməklə də məxmərəkdən xilas olmaq 

mümkün idi. 

Çiçək  xəstəliyi  bu  xəstəliklər  içərisində  ən  qorxulusu  olub,  nəticə  etibarilə 

korluğa, çopurluğa və hətta ölümə gətirib çıxarırdı. El təbibləri arasında bu xəstəliyin 

sadə  müalicə  üsulları  məlum  olsa  da,  dünya  xalqlarının  praktikasında  vaksinlə 

peyvənd ən münasib müalicə üsulu hesab edilmişdir[67]. 

Bütün bunlar bir fakt olaraq təsdiq edir ki, Azərbaycanın təbabət biliciləri dəri 

xəstəliklərinin müalicəsində də geniş empirik biliklər sisteminə  yiyələnmiş, dəfələrlə 

sınaqdan  çıxarılan  dərman  vasitələri  və  müalicə  üsullarının  köməyilə  hətta  ağır 

yanıqları və təhlükəli dəri xəstəliklərini müvəffəqiyyətlə müalicə etmişlər. Bu fikirləri 

Azərbaycan kəndlərində  uzun əsrlər boyu tüğyan etmiş qızdırma, taun,  yatalaq, qara 




307 

 

yara  (Sibir  xorası),  vəba,  vərəm  və  s.  epidemiya  səciyyəli  xəstəliklər  haqqında  da 



söyləmək  mümkündür.  Bir  sıra  sosial-iqtisadi  problemlərin  həll  olunmaması 

ucbatından  əhalinin  sanitar-gigiyena  durumunun  aşağı  səviyyədə  olması  belə 

xəstəliklərin  yayılmasına  güclü  təkan  versə  də,  xalq  təbibləri  imkanları  daxilində 

onlarla mübarizə aparmış, çoxlu dava-dərman vasitələri və üsulları kəşf etmiş, xalqın 

harayına çatmışlar. 

Azərbaycan  kəndlərində  uzun  əsrlər  boyu  əhalini  narahat  edən  xəstəliklərin 

böyük bir qismini də oynaq, bel və boyun fəqərələrini əhatə edən revmatik səciyyəli 

xəstəliklər  təşkil  etmişdir.  Xalq  arasında  bu  xəstəliklər  "duzlaşma"  və  "yel 

xəstəlikləri"  adı  ilə  məlum  idi.  Yel  xəstəlikləri  adi  və  qızıl  yel  olmaqla  iki  formada 

təzahür edirdi. Xəstələrdə hərəkət məhdudlaşır, oynaqlarda qırmızı ləkələr peyda olur, 

güclü sızıltılarla müşayiət olunan kəskin ağrılar ilin rütubətli fəsillərində (payızda və 

qışda) daha da şiddətlənirdi. Belə xəstələrdə bir növ, havanın dəyişəcəyini əvvəlcədən 

hiss  etmək  "qabiliyyəti"  formalaşırdı.  Əsasən  rütubətli  iqlim

 

şəraiti  və  irsiyyətlə 



əlaqədar  törəyən  belə  xəstəliklərin  müalicəsinin  özünəməxsus  üsulları  və  vasitələri 

məlum idi. Hər şeydən əvvəl, yel xəstəliyinə tutulan şəxslərin

 

yenicə soyulmuş keçi, 



qoyun  və  ya  mal  dərisinə  bükərək  tərlətmək  ənənəvi  müalicə  üsulu  idi.  Müalicənin 

effektliliyini artırmaq üçün bəzən dəriyə təbii bal sürtürdülər. Yataq vəziyyətində bir 

neçə saat dəridə qalan xəstə güclü tərləməklə xəstəlikdən xilas olurdu. 

Ənənəvi  xalq  təbabətində  yel  xəstəliklərini  müalicə  etmək  üçün  təbii  neft  və 

(mazut)  qaynaqlarına  da  müraciət  edilirdi.  Gəncəbasarda  Eldar  kəndlərinin  əhalisi 

burada  təbii  şəkildə  yerdən  çıxan  mazut  gölünün  suyunu  ("qır  suyu")  yığaraq  iri 

çəlləklərdə qızdırır, onun içərisində oturmaqla yel xəstəliyini müalicə edirlilər. Bəzən 

mazutu bədənə sürtərək 5-6 saat günəş vannası qəbul etmək də faydalı təsir göstərirdi. 

Yel  xəstəliyinin  müalicəsində  kəklikotu  vannası  qəbul  etmək  də  sınanmış 

üsullardan  hesab  olunurdu.  Bunun  üçün  yarım  kiloqrama  qədər  kəklikotunu  çit 

torbaya  doldurub  suda  15-20  dəqiqəyədək  qaynadır,  sonra  onu  ilıq  su  doldurulmuş 

dərin vannaya tökməklə içərisinə uzanırlar. Təxminən yarım saatdan sonra vannadan 

çıxıb yataqda özünü tərlədirlər. 

Yel  və  oynaq  ağrılarının  müalicəsində  kəklikotu,  minaçiçəyi,  məryəmnoxudu 

çiçəyi,  cəfəri,  yemlik  kökü,  tərxun,  qızılgül,  kərəviz,  itburnu,  narınc  ağacının 

yarpaqlarının  sulu  dəmləmələrini  qəbul  etmək,  müxtəlif  məlhəmlər  hazırlamaq  və 

ağrıyan  yerlərə  bağlamaq  geniş  tətbiq  olunurdu.  Bal,  dəvəqanqalı,  kərəviz  salatı, 

qoyunqulağı,  dəvə  əti,  armud,  alma,  yemiş  yeməyin,  yerkökü,  üzüm  və  quşüzümü 

şirələri içməyin də xəstəliyə olduqca faydalı təsir göstərdiyini xalq təbibləri dəfələrlə 

sınaqdan keçirmişlər. İlan yağı, ayı piyi, porsuq və oxlu kirpi yağı, dəvə  güvəcindən 

alınan  yağ  və  s.  ilə  bədənin  ağrıyan  nahiyələrini  bir  neçə  gün  yağlamaq  da  yel 

xəstəliyində müalicə vasitələri kimi istifadə olunurdu. Bəzən yeli olan xəstələr özlərini 

bal arısına qəsdən çaldırırdılar. Xalq inamına görə, arı zəhəri yel  xəstəliyini müalicə 

edirdi. 


Qızılyel  xəstəliyinin  müalicəsi  üçün  xalq  təbiblərimiz  boymadərən  bitkisini 


308 

 

yandırıb  külünü  200  qram  qoyun  quyruğu  ilə  qataraq  məlhəm  hazırlayır,  günaşırı 



xəstənin  ağrıyan  yerlərinə  bağlayırdılar.  Bir  aya  qədər  davam  edən  bu  müalicə 

qızılyeli yox edirdi. Təbabət təcrübəsində qara toyuğun dərisinin də qızılyelə  kömək 

etdiyi sınaqdan çıxarılmışdı. 

Azərbaycanda  təxminən  üç  min  illik  tarixi  olan  qanalma  (qanburaxma) 

vasitəsilə insan sağlamlığının qorunması xalq təbabətinin məişətimizdə oynadığı rolun 

əhəmiyyətini  bir  daha  təsdiq  edir.  Xalq  inamına  görə,  bir  il  ərzində  insanın  qanı 

korlanır.  Buna  görə  də  ildə  bir  dəfə  qanalma  üsulu  ilə  insan  qanını  təmizləmək 

vacibdir.  Azərbaycanda  və  İranda  uzun  əsrlər  boyu  tətbiq  edilən,  antik  dünya 

dövlətlərinin təbibləri tərəfindən qəbul olunan, bir sözlə, Şərq ölkələrindən Avropaya 

yayılan  ənənəvi  qanalmanın  xalq  arasında  neştərləmə  və  həcəmətqoyma  olmaqla  iki 

üsulu mövcud olmuşdur. Dünya təbabətində "Koss məktəbi" kimi məlum olan qədim 

səhiyyə  ocağında  məşhur  təbib  Hippokrat  da  olmaqla  qanburaxma  üsulundan  geniş 

istifadə edilmiş, Fransa kralı XIII Lüdovik il ərzində bədənindən 47 dəfə qan aldırmış, 

italyan  rəssamı  Rafael,  fransız  filosofu  Dekart,  alman  şairi  Gete  də  bu  müalicə 

üsullarına müraciət etmişlər. Bütün bunlar göstərir ki, əsası Şərq təbabəti ilə bağlı olan 

qanalma üsulu faktik olaraq Qərbdə də geniş yayılmışdır[68]. 

Adətən  neştərləmə  üsulu  ilə  qan  aldıqda  bədənin  müvafiq  yerindən  neştər 

vurulur,  korlanmış,  artıq  qan  oradan  axıdılırdı.  Həcəmətqoyma  üsulunda  isə  neştərlə 

çərtilən  yerlərə  küpə  qoyulur,  qara  qan  küpə  vasitəsilə  sorulub  çıxarılırdı.  Xalq 

arasında geniş yayılmış bir deyimə görə, "toy çırtıq, qan artıqlığı ilə çərtik gətirərdi". 

Qəbul edilmiş ümumi qaydaya görə pirani, ixtiyar kişilərdən və uşaqlardan qan 

almazdılar.  14  yaşından  yuxarı  yeniyetmələrdən  qan  yazqabağı  alınardı.  Yaz  vaxtı 

səhərlər, qışda  isə  axşamlar qan almaq  yaxşı nəticə  verərdi.  İnsan orqanizmində  baş 

verən  xəstəliklərə  uyğun  olaraq  əldən,  barmaqdan,  qulaq  içindəki  damardan, 

kürəkdən, said damardan, vidici damarından, baş damarından (qifal), qulaq arxasında 

olan  damardan  (xülqülüzn),  bədən  damarlarından  (başlıq  və  əkvəl),  iki  dodağın  orta 

yerindəki  iki  damardan  (əraq-əs-şəfteyn)  qan  alınması  məqsədəuyğun  hesab 

edilirdi[69]. Bədəndən bu cür qanalmalar nəticəsində  qan  şiddəti azalır, qan dövranı 

tənzimlənir,  xəstəliyə  tutulma  ehtimalları  aradan  qalxır,  insan  sağlamlığı  bərpa 

olunurdu.  Hələ  XII  əsrdə  qanalmanın  zəruriliyinə  işarə  edən  dahi  şairimiz  Nizami 

yazırdı: 

Sən qanın qüvvəsini bir azca azaltmaq üçün  

Dəmir tək olsan da, dəmirlə yaralanmalısan[70]. 

Bitki,  heyvan  və  mineral  mənşəli  müalicə  vasitələri  ilə  yanaşı,  xalq  təbibləri, 

müasir  terminlə  ifadə  etsək,  fizioterapevtik  müalicə  üsullarından  da  geniş  istifadə 

edirdilər. Buraya müalicə suları, müalicə palçığı, müalicə nefti, günəş vannası, masaj 

etmə və s. üsullarla müalicələr daxil idi. 

Azərbaycanın  zəngin  təbiəti,  axar-baxarı  burada  min  dərdin  dərmanı  olan 

müalicəvi  su  çeşmələrinin,  şəfalı  qaynamaların  mövcudluğunu  şərtləndirirdi. 

Azərbaycanın  müxtəlif  bölgələrində  mövcud  olan  İstisu,  Turşsu,  Yelsu,  Qotursu, 




309 

 

Bədo, Qalaaltı suyu, Dalaqsu, Xaltan istisuyu, Cimi, Xaşı, Xanəgah isti müalicə suları, 



Naxçıvanda  Badamlı,  Sirab,  Vayxır  və  s.  kimi  şəfaverici  qaynaqlar,  Lənkəran  və 

Masallıda  Haftəni,  Havzavu  və  Donuzütən  kimi  isti  və  kükürdlü  sular,  Abşeronda 

Suraxanı,  Diridağın  müalicəvi  suları  əsrlər  boyu  xalqımızın  müalicəsində  təbii 

vasitələr kimi istifadə olunmuş, hətta şöhrəti uzaq-uzaq ellərə də yayılmışdır. Haftoni, 

Havzavu  və  Suraxanı  isti  sularından  vanna  qəbulu  üsulu  ilə  istifadə  etməklə  yanaşı, 

kükürdlü palçıqlarından bədənə sürtməklə məlhəm kimi də faydalanırdılar. 

Azərbaycan  ərazisində  mindən  çox  termal  və  soyuq  sulu  mineral  bulaqlar 

vardır  ki,  onların  da  200-dən  çoxundan  hazırda  da  müalicə  məqsədləri  üçün  istifadə 

olunur.  M.Vəlili  (Baharlı)  1921-ci  ildə  nəşr  etdirdiyi  əsərində  Azərbaycanın  mədən 

suları  və  palçıqları  haqqında  təbabət  doktoru  F.L.Fexnerin  tərtib  etdiyi  cədvəli 

vermişdir. Həmin cədvəldə mineral sular və palçıqların kimyəvi tərkibi (kömürü-turş, 

duzlu,  dəmirli,  acı,  kükürdlü,  aqrotermli),  adları,  yerləşdikləri  məkan,  hətta  texniki 

durumu (isti, ilıq, qaynar, buxarlanan) göstərilmişdir[71]. Bütün bunlar sübut edir ki, 

xalqımız ənənəvi təbabətdə mineral sulara və palçıqlara da böyük diqqət vermiş, həm 

daxilə qəbul etməklə, həm də isti yay günlərində müalicə vannaları və mazlar şəklində 

yetərincə faydalanmışlar. 

Azərbaycanda  təbii  şəkildə  mövcud  olan  müalicə  vasitələri  sırasında  neft 

xüsusi  yer  tutmuşdur.  Quba  bölgəsindəki  "Təngə  nefti",  Şirvanda  "Ağdaş  nefti", 

Gəncəbasarda  "Naftalan  nefti"  və  palçığı,  eləcə  də  Abşeron  nefti  uzun  əsrlər  boyu 

oynaq  xəstəliklərinin,  üşütmənin,  qızdırmanın,  sümük  ağrılarının,  yelin,  dəri 

xəstəliklərinin (qoturluq, keçəllik, dəmrov) müalicəsində təbiblərimiz tərəfindən geniş 

istifadə  edilmişdir.  Məşhur  Avropa  səyyahı  Marko  Polo  XIII  əsrdə  yazırdı  ki, 

Gürcüstan  sərhədi  yaxınlığında  yağla  dolu  quyu  vardır.  Bu  yağ  o  qədər  çoxdur  ki, 

yüzlərlə gəmini birdəfəyə yükləmək olar. O, yemək üçün deyildir. Onu dəvələrdə olan 

qaşınmaya,  qotura  qarşı  maz  (məlhəm)  kimi  işlədirlər.  Bu  yağın  ardınca  uzaq 

ölkələrdən gəlirlər. Ölkənin hər yerində isə ondan işıqlandırma (yanacaq) vasitəsi kimi 

istifadə edirlər[72]. Naftalan nefti həm ümumi və oturaq vanna kimi qəbul edilir, həm 

də  palçığı  məlhəm  kimi  bədənə  sürtülürdü.  Hərəkət-dayaq  sisteminin  müalicəsində, 

ağrıkəsici  vasitə  kimi,  iltihaba  qarşı,  habelə  sinir-əsəb  sistemi  xəstəliklərinin 

müalicəsində  də  Naftalan  neftinin  əvəzi  yox  idi.  Qcyd  etmək  lazımdır  ki,  uzun  illər 

əhali  tərəfindən  müalicə  vasitəsi  kimi  işlədilən  Naftalan  neftindən  yalnız  XIX  əsrin 

sonlarından başlayaraq kütləvi şəkildə  məlhəmlər hazırlanmışdır. 1892-ci  ildə  alman 

mütəxəssisi  E.İ.Yeger  çar  hökumətindən  patent  alaraq  "Naftalan"  və  "Kojelan"  adlı 

məlhəm  hazırlatmışdır.  1912-ci  ildə  isə  alman  sahibkarı  Kvel  "Koramal-Naftalan" 

firmasını təşkil etmiş, Naftalan neftindən istifadə edən alman sahibkarları Almaniyada 

"Maqdeburq"  və  "Drezden"  səhmdar  cəmiyyətləri  təsis  etmişlər.  Beləliklə,  zaman 

keçdikcə  bu  neftin  müalicə  əhəmiyyətindən  bütün  dünya  xalqları  da  yararlanmağa 

başlamışdır. Orta əsrlərdə arabalar və dəvə karvanları vasitəsilə xarici ölkələrə daşınan 

müalicə  neftindən  artıq  XX  əsrin  əvvəllərində  məlhəmlər,  mazlar  şəklində  kütləvi 

istifadə  edilmişdir.  Tədqiqatlardan  aydın  olur  ki,  Rusiya-Yaponiya  (1904-1905-ci 




310 

 

illər) və I Dünya müharibəsi illərində (1914-1918-ci illər) yapon və alman əsgərlərinin 



səhra çantalarında yaralara sürtmək üçün Naftalan neftindən hazırlanan məlhəm dolu 

bankalar olmuşdur[73]. Böyük Vətən müharibəsində də (1941-1945-ci illər) Naftalan 

neftindən müalicə məqsədləri üçün geniş istifadə edilmişdir. 

Bu  tarixi  faktlar  Naftalan  neftinin  müalicə  əhəmiyyətini  bir  daha  təsdiq  edir. 

Hazırda  Naftalan  nefti  ilə  müalicəyə  böyük  tələbat  olduğunu  nəzərə  alaraq  Naftalan 

şəhərinin  özündə  kurort-müalicə  müəssisəsi  istifadəyə  verilmiş,  Bakı  və  Gəncə 

şəhərlərində təbii üsullarla müalicə müəssisələri açılmış, Bakı şəhərində Naftalan Tibb 

Mərkəzi  fəaliyyətə  başlamışdır.  Ulularımızın  ənənəvi  təbabətindən  bəhrələnən  rəsmi 

(elmi) təbabət Naftalan neftinin sirlərinə indi daha çox bələd olmağa başlamışdır. 

Bəzən  soyuqlamadan,  iqlim  dəyişməsindən,  yol  yorğunluğundan  və  s.  asılı 

olaraq  bədəndə  olan  əzginliyi,  süstlüyü  aradan  qaldırmaq  üçün  təbabət  biliciləri 

kürəyin  ovdurulmasına  (masaj  edilməsinə)  böyük  üstünlük  verirdilər.  Xalq  arasında 

buna  "quluncun  qırılması"  da  deyilirdi.  Bunun  üçün  xəstənin  kürəyi  əridilmiş  keçi 

piyi,  zeytun  yağı,  sonralar  isə  kamfora  yağı  ilə  möhkəmcə  ovuşdurulur,  xəstəyə 

tərgətirici  yeməklər  və  dəmləmələr  verilirdi.  Ovdurulmanın  (masajın)  sağlamlığa 

böyük  təsiri  haqqında  hələ  XII  əsrdə  böyük  Nizami  "İskəndərnamə"  əsərində  belə 

yazırdı: 

Dincəldi istidən, həm də təlaşdan,  

Qala qorxusundan, yol əzabından.  

Bu qədər sıxıntı, zərbə görmüş tən  

Ancaq ovdurulmaqla asayiş tapdı.  

Bədən dincəlirkən şah yuxuya daldı[74]. 

Beləliklə,  Azərbaycan  xalqının  yaratmış  olduğu  ənənəvi  təbabət  mədəniyyəti 

uzun  əsrlərin  sınaqlarından  çıxaraq  zənginləşmiş,  empirik  biliklər  sistemi  kimi 

formalaşmış və bu günümüzə ulularımız tərəfindən ərməğan kimi çatdırılmışdır. Onu 

qorumaq,  öyrənmək,  xalq  içərisində  mövcud  olan  və  hələ  də  ümumun  istifadəsinə 

verilməyən  xalq  müalicə  üsul  və  vasitələrini  qələmə  almaq,  təbliğ  etmək  hər  kəsin 

vətənpərvərlik  borcudur.  Xalq  təbabəti  elə  bir  zəngin  xəzinədir  ki,  bu  gün  də  öz 

əhəmiyyətini itirməmişdir və ondan hamının bəhrələnməyə haqqı vardır. 

 

 




311 

 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin