Azərbaycan xalqının ümummilli lideri


Molla  Pənah  Vaqifin  (1717-1797)



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə64/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   60   61   62   63   64   65   66   67   ...   139
Molla  Pənah  Vaqifin  (1717-1797)    yaradıcılığı    isə    Azərbaycan    ictimai  poetik 

düşüncəsini  sufi  və  təsəvvüfi  məzmundan  ayırıb  onu  tamamilə  xalqın  malı  etmək 

baxımından  xeyli  irəli  gedir.  Belə  ki,  Vaqifin  lirik  qəhrəmanını  ancaq  həyatda 

gördüyü, gözəllik və incəliyini, lətafət və məlahətini yaxından duyduğu gözəllər cəlb 

edir.  Bütün  bu  həyati  gözəllikləri  yaxından  duyub  qəlbi  onların  insana  verdiyi  xoş, 

məstedici  enerjidən  ehtizaza  gələn  aşiqin  həyat  və  yaşamaq  eşqi  yüksəkdir.  Bu 

poeziyanın dili, üslub və ifadə tərzi də xalq təfəkküründən, onun həyat və məişətindən 

ətrafa, hadisə  və proseslərə  münasibətindən qidalanır.  Ümumxalq  təfəkkürü,  onun  

bədii-estetik zövqü və danışıq dili M.P.Vaqifin poeziya sənətinin qüdrəti ilə daha da 

cilalanıb kamilləşir, zənginləşir və ədəbi dil normasına düşür. Onun şeirlərinin dil və 

üslub xüsusiyyətləri zərifliyi və orijinallığı, mövzusu, məzmun və ideyası, nikbinliyi, 

həyat  eşqi,  səmimiliyi  və  reallığı  ilə  diqqəti  cəlb  edir.  Təsadüfi  deyil  ki,  həm 

M.V.Vidadi,  həm də  M.P.Vaqif sənətlərinin təsiri ilə  Azərbaycan ictimai-ədəbi fikri 

və  poeziyası  yeni  məzmun  və  ideya-estetik  istiqamət  alaraq,  bir  tərəfdən  əsrlərdən 

bəri hakim istiqamət olan sufi-panteist anlayışlar yeni məzmun və ifadə xüsusiyyətləri 

kəsb edib ruhi,  ürfani eşqi, haqqa qovuşmaq çırpıntılarını, el-oba, ulus, oymaq, xalq 

kədəri,  onun arzu və  ideallarının  milli özünüifadə  cəhdlərinin tarixi-ictimai  dərki  və 

bu  şair-vətəndaş  yaşantılarının  poetik  əksi  ilə  əvəz  etdi.  Poeziya  daha  yerlərin 

problemlərini,  insanın  arzu  və  əməllərinin  həqiqətə  çevrilməsi  yollarını  ruhi  mənəvi 

aləmin  ideal  səviyyəyə  çatmasında,  insanın  göylərə,  Tanrıya  qovuşmaq  məqamında 




270 

 

deyil,  sosial-tarixi  proseslərin  dövr  və  zamana,  bəşər  övladının  ideal  və  arzularına 



uyğunsuzluğunda,  pul,  var-dövlət  və  hakimiyyət  hərisliyinin  insanın  ağlını  başından 

çıxarmasında  görməyə  başladı.  Ona  görə  bir  tərəfdən  bu  uyğunsuzluqların  törətdiyi 

ictimai-bəşəri bəlaları və mənəvi-psixoloji sarsıntılarından doğan vətəndaşlıq kədərini 

ifadə edir, zülm və işgəncələrə etirazını bildirir, digər tərəfdən də bəşər övladının düz 

yola qayıtması, daha doğrusu, islah edilib qaytarılması üçün yollar axtarırdı. 

M.P.Vaqif  yaradıcılığında  bəşər  övladının  qarşılaşdığı  problemlərin  törətdiyi 

kədər  və  əməllərin  səbəbləri  və  həlli  yolları  onun  öz  dünyasında,  öz  məişətində 

axtarıldı,  bəşəri  problemlərin  bədii-poetik  ifadəsi  də  bəşəri  məzmun  və  mahiyyətdə 

üzə  çıxdı.  Eyni  zamanda  poeziya  bəşər  övladının  həyat  eşqini,  sevib-sevilmək 

duyğusunu,  aşiqin  qəlb  çırpıntılarının  ülviliyini  və  səmimiliyini,  onun  dəyanət  və 

sədaqətini,  məşuqun  isə  zəriflik  və  ləyaqətini,  işvə  və  qəmzələrini,  valehedici 

gözəlliklərini,  əhdə  vəfadarlığını  və  s.  vəsf  etdi.  Bütün  bu  ülvi  duyğu  və  insani 

keyfiyyətlərin daha da inkişaf edib kamilləşməsinə yeni təkan və istiqamət verdi. 

M.P.Vaqif  Qazax  mahalının  Salahlı  kəndində  dünyaya  gəlsə  də,  M.V.Vidadi 

ilə  eyni  vaxtda  köçkünlük  həyatı  yaşamalı  olub,  gürcü  knyazlıqlarının,  II  İrakli 

hakimiyyətinin Gürcüstanla həmsərhəd Azərbaycan obalarında törətdiyi qarışıqlıq və 

qırğınlardan  qurtarmaq  üçün  Qarabağa  pənah  gətirmişdi.  Vidadidən  fərqli  olaraq,  o, 

Qarabağda  birdəfəlik  məskunlaşaraq,  ömürlük  burada  qaldı.  Onun  poeziyasının  və  

şəxsiyyətinin  təsiri  ilə  XVIII  əsrin  sonlarına  doğru  Qarabağda  da  şairlər  nəsli 

yetişməyə  başladı.  XIX  əsrdə  həm  sayca,  həm  çeşidcə,  həm  də  keyfiyyətcə  artan 

həmin  şairlərin  yaradıcılıq  potensialı  kifayət  qədər  güclü  olmaqla  yanaşı, 

yaradıcılıqlarında həm klassik yazılı ədəbi ənənələr, həm də xalq şeir üslubu qovuşuq 

şəkildə  üzə  çıxırdı.  Bu  şairlər  dəstəsinə  Ağabəyim  ağa,  Əbülfət  xan  Tuti,  Abdulla 

Canızadə, Mirzə Həsən, Qasım bəy Zakir, Məhəmməd bəy Aşiq, Cəfərqulu xan Nəva, 

Abdulla bəy Asi, Aşıq Pəri, sonralar Natəvan, Fatma xanım Kəminə və b. daxil idi. 

M.V.Vidadi  və  M.P.Vaqif  poeziya  ənənələrinin  başqa  bir  qüvvətli  qolu  isə 

Azərbaycanın  qərb  bölgəsində,  əsasən  Qazax  qəzası  ərazisində  Yəhya  bəy  Qazaği, 

Kazım ağa Salik, Mustafa ağa Arif və başqalarının şəxsində intişar tapdı. Bu şairlərin 

yaradıcılıqlarında isə Vidadi poeziya ruhunun təsiri üstün idi. 

Əgər  Gəncə  və  Şəki  şairləri  də  M.V.Vidadi  və  M.P.Vaqif  poeziya  ruhuna 

yaxın  idilərsə,  Şirvan  və  Bakıda  klassik  Şərq  yazılı  ədəbi  ənənələri  üstünlük  təşkil 

edirdi.  XIX  əsrin  əvvəllərindən  başlayaraq  Naxçıvan  və  Lənkəran  bölgələrində  İran 

ədəbiyyatının nüfuz dairəsi və təsiri məhdudlaşaraq yeni ədəbi yaradıcılıq istiqaməti 

maarifçi-realist ədəbiyyatın rüşeymləri meydana çıxır. 

Bütün bunlarla yanaşı, Azərbaycanın cənub bölgəsində, daha çox Lənkəranda, 

eyni zamanda Bakıda və Qarabağda, qismən də Zəngəzur və Naxçıvanda İran ədəbi-

ictimai  fikrinin  və  dövlətçilik  maraqlarının  təsiri  ilə  təriqət  ədəbiyyatı  da  öz  təsirini 

aydın  hiss etdirir. Bu ədəbi cərəyanın təmsilçiləri sırasına  Raci,  Qumri,  Dəxi,  Seyid 

Nigari, Ə.Nəbati və b. daxil idi. 

Qeyd etmək lazımdır ki, Azərbaycan ictimai-ədəbi fikrində özünü göstərən bu 




271 

 

ədəbi  meyil,  üslub  və  cərəyan  müxtəlifliyinin  paralelliyi  və  ədəbi-estetik,  sosial-



fəlsəfi mövqe və nüfuz uğrunda yarışmasının tarixi-iqtisadi, mənəvi əxlaqi və ictimai-

fəlsəfi  səbəbləri  və  əsasları  var  idi.  Hər  şeydən  əvvəl  bu  səbəbləri  Azərbaycan 

ədəbiyyatının  əsrlər  boyu  ümumislam  mədəni  düşüncəsinin  tərkibində  olmasında, 

sonrakı  əsrlərdə  isə  xilafət  daxilində  getdikcə  güclənən  İran  dövlətinin  Azərbaycan 

ərazisinə də inzibati təsirinin güclənməsində axtarmaq lazımdır. İran şahlığının, Nadir 

Şah  Əfşar,  Ağa  Məhəmməd  şah  Qacar  da  daxil  olmaqla  nəinki  bütün  Azərbaycanı, 

hətta  Gürcüstan  çarlığını  da  özünün  inzibati  dairəsi  altında  saxlamasını  və  onlardan 

bac-xərac  almasını  da  yaddan  çıxartmaq  olmaz.  Ancaq  XVIII  əsrin  sonları  və  XIX 

əsrin əvvəllərinə  doğru Qafqazda  hakimiyyət  uğrunda  dövlətlərarası çəkişmələr İran 

və  Türkiyə  ilə  yanaşı,  Rusiya-Türkiyə  və  Rusiya-İran arasında  da  kəskinləşməyə  və 

getdikcə  qanlı  şəkil  almağa  başladı.  Nəticədə

 

ölkədəki  feodal  ara  çəkişmələrinə, 



mövcud  xanlıqlararası  basqın  və  müharibələrə  iri  dövlətlərin  qətiyyətli  iradələrini 

ifadə edən genişmiqyaslı müharibə və talanlar,

 

qırğın və işgəncələr də əlavə olundu. 



Azərbaycan ərazisi iri dövlətlərin maraq dairəsinə və müharibə meydanına çevrildi. 

XIX  əsrin  əvvəllərində  Rusiya  Qafqaza  -  Azərbaycana  doğru  irəliləməyə 

başladı.  Azərbaycan  xalqının  müstəqil dövlətçilik düşüncəsi və  cəhdləri bir tərəfdən

 

rus,  digər  tərəfdən  fars  təhlükəsi  ilə  üz-üzə  dayandı.  1800-cü  ildə  Azərbaycanın 



Borçalı  və  Qazax  bölgəsini  ələ  keçirən  rus  qoşunları  1803-cü  ildə  Gəncədə  güclü 

müqavimətlə  qarşılaşdı.  Qızğın  döyüşlər  rus  qoşunlarının  qələbəsi  və  şəhərdə 

törətdiyi  qanlı  qırğınla  nəticələndi.  Gəncə  xanı  Cavad  xan  döyüş  meydanında 

qəhrəmanlıqla həlak oldu. Bu ümumxalq müsibətini Qazax uyezdində yaşayan "Şair" 

təxəllüslü  Əbdürrəhman  ağa  Dilbaz  həmin  günlərdə  qələmə  aldığı 

müxəmməsində(271)  ətraflı  təsvir  etmişdir.  Müxəmməsdə  dövrün  tarixi-siyasi  və 

hərbi  vəziyyəti  ətraflı  təsvir  olunaraq,  Azərbaycandakı  Şəki,  Qarabağ,  Dağıstan, 

Gəncə  və  s.  xanlıqlar  arasındakı  müharibələrdən,  habelə  gürcü  çarlığının 

hücumlarından,  bir  sözlə,  ölkədəki  qarmaqarışıqlıqdan  söhbət  açılır.  Nəhayət, 

Rusiyanın bu vəziyyətdən istifadə  edib Azərbaycana  soxulmasını  xatırladan  müəllif, 

ətraf xanların rus ordusuna qarşı əlbir mübarizədən qaçıb meydanda Gəncə xanlığını 

güclü  bir  ordu  ilə  (düşmənlə)  təkbətək  qoyduqlarını  nəzərə  çatdırdıqdan  sonra 

gəncəlilərin və Cavad xanın qəhrəmanlıqlarını, ruslara qarşı mərdliklə döyüşdüklərini 

ətraflı şəkildə təsvir edərək yazır: 

Qaldı tənha ol Cavad xan, gör necə ad eylədi,  

Urdu tiğin sərbəşər küffarə bidad eylədi,  

İki bürcün saldatın çox qırdı, bərhad eylədi,  

Əhli-beytin möhnətin ol dəmdə kim, yad eylədi,  

Ya ilahi, saxla sən der, intizarəm yardən. 

Şair  Əbdürrəhman  ağa  Dilbaz  gəncəlilərin  qəhrəmanlıqlarını,  onların  güclü 

düşmənə  qarşı  rəşadətlə  vuruşaraq  əsil  qeyrət  və  vətənpərvərlik  nümunəsi 

göstərdiklərini vəcdlə tərənnüm etdiyi kimi, şəhəri alandan sonra rus qoşununun yerli 

əhaliyə  qarşı  rəhmsizcəsinə  tətbiq  etdiyi  qanlı  cəza  tədbirlərini  -  əhalinin  kütləvi 



272 

 

şəkildə  qılıncdan  keçirilərək  qalanlarını  da  məsciddə  odlara  qalamalarını  sonsuz 



kədərlə qələmə almışdır. 

Sübh açıldı, məscidə qanlar saçıldı laləgun,  

Qırdılar alimləri, seyyidləri, qovğa-füzun,  

Səqf məscidinə daməni-əflak xun.  

Fikir qılsan Kərbəla rüsvalığın, ey cərxi-dun,  

Bir utanmazmı yüzün bu feli-nahəq cardən.  

...Qırdı kafir Gəncə əhlin, çox şəhidi oldu həman

Qalmadı axund, seyid, tifli-məsumi-natəvan,  

Su yerinə qələdən ol dəmdə ki mövc oldu qan,  

Sən bilirsən halını bikəslərin əndər-əyan,  

Ya ilahi, sən xilas et onları düşvaridən. 

Şair bu qırğınların da cavabsız qoyulmadığını və ertəsi gün ləzgilərin köməyi 

ilə "rusların bər-səfin qırıldığından" da sevinc və iftixar hissi ilə söhbət açır. O, Ziyad 

xan  oğlu  Cavad  xan  kimi  cəsur  və  mərd  sərkərdələrin  gələcəkdə  də  meydana  çıxıb 

xalqa  rəhbərlik  edib  ölkəni  abadlaşdıracağına  dərin  inamla  müxəmməsini 

yekunlaşdırır. 

Lakin  bütün  XIX  əsrdə  bunlar  hələlik  arzu  olaraq  qaldı.  Rusiya  qoşunları 

Azərbaycan  ərazilərinin  içərilərinə  doğru  irəliləyərək  Şəki,  Qarabağ,  Şirvan,  Bakı, 

Quba, İrəvan xanlıqlarını, sonralar işə Talış və Naxçıvanı, o cümlədən Zəngəzuru da 

ələ keçirtdi. Rusiya ilə İran arasında bağlanan Gülüstan (1813) və Türkmənçay (1828) 

müqavilələrinə əsasən Araz çayı, Talış dağları sərhəd olmaqla, Azərbaycan şimal və 

cənub hissələrinə bölündü; şimal hissə Rusiyanın, cənub isə İranın tabeliyinə keçdi. 

Hərbi işğaldan  sonra Rusiya  Azərbaycanın şimal ərazilərini iqtisadi, siyasi  və 

mədəni şəkildə zəbt edib mənimsəmək məqsədilə mərhələ-mərhələ cürbəcür tədbirlər 

görməyə, o cümlədən ərazilərin təbii coğrafi və mədəni-mənəvi sərvətlərini öyrənmək 

üçün müxtəlif tərkibli və səviyyəli komissiyalar göndərməyə başladı. Tiflis şəhəri isə 

Qafqazın inzibati mərkəzi kimi fəaliyyətə başladı. 

Lakin  Rusiyanın  Qafqazdakı  müstəmləkəçilik  siyasəti  eninə  inkişaf  etsə  də, 

dərininə inkişaf edə bilmədi. Qafqaza və Azərbaycana cürbəcür bəhanələrlə - səyahət, 

sürgün,  qulluğa  və  s.  göndərilən  mütəxəssislər  arasında  qabaqcıl  fikirli  yazıçılar, 

şairlər,  mətbuat  xadimləri,  alimlər,  rəssamlar,  pedaqoqlar  və  b.  da  var  idi;  buraya 

A.Odayevski,  V.Küxelbeker,  A.Bestujev-Marlinski,  P.Sankovski,  V.Suxorlikov, 

A.Kornilov,  A.Berje,  A.Puşkin,  M.Lermontov,  F.Bodenştedt,  A.Qriboyedov  və  b. 

daxil  idilər.  Eyni  zamanda  Qafqazdan  və  Azərbaycandan  Rusiyanın  mərkəzi 

şəhərlərinə  qulluğa  göndərmək  bəhanəsilə  və  ya  sürgünə  müxtəlif  görüşə  və  silkə 

məxsus  adamlar  yola  salınırdı.  Bunların  sırasına  İ.Qutqaşınlı,  M.C.Topçubaşov, 

M.Kazım  bəy,  Mustafa  ağa  Arif  və  b.  daxil  idilər.  Həmin  tədbirlər  Rusiyanın 

imperiya siyasətinə xidmət etsə də, necə deyərlər, ağacın əks istiqamətlərə yönələn iki 

ucu  olduğu  kimi,  siyasətin  də  qarşı  tərəfin  xeyrinə  xidmət  göstərən  cəhətləri  oldu. 

Belə  ki,  Rusiyanın  Qafqazı  tam  mənimsəmək  məqsədilə  burada  həyata  keçirməyə 




273 

 

məcbur  olduğu  mütərəqqi  tədbirlər  iqtisadiyyatın,  inzibati  idarəetmə  tədbirlərinin 



təkmilləşdirilməsi, yenitipli təhsil ocaqlarının açılması, müxtəlif nəşrlərin üzə çıxması 

və  s.  həm  də  yerli  əhalinin  məişətinin  və  dünyagörüşünün  inkişaf  edib 

təkmilləşməsinə  səbəb  olur,  müəyyən  qədər  əlverişli  şərait  yaradırdı.  Bu  işdə 

Rusiyadan  olanlarla  Azərbaycanın  işıqlı  adamlarının  qarşılıqlı  ünsiyyət  və 

əməkdaşlıqları da  kara  gəlirdi. Odur ki,  XIX  əsrin I  yarısında  bir tərəfdən M.Füzuli 

ədəbi  ənənələrinin  epiqonçuluğa  çevrilməsi,  M.V.Vidadi  və  M.P.Vaqif  ənənələrinin 

inkişafı,  təsəvvüfi  görüşlərin  bir  qədər  zəif  şəkildə  olsa  da,  davamı  müşahidə 

olunmaqla yanaşı, yeni ictimai-ədəbi baxışların və yaradıcılıq istiqamətinin yaranması 

və  getdikcə  sürəkli  şəkil  alması  diqqəti  cəlb  edir.  Ədəbi  aləmdə  inkişafa  və 

rəngarəngliyin  yaranmasına  Mirzə  Nəbi  Əfəndi  Qayıbov,  Əbdürrəhman  ağa  Dilbaz, 

Mustafa ağa Arif, Kazım ağa Salik, Fədai, Ağabəyim ağa, Məhəmməd bəy Aşiq, Aşıq 

Pəri,  Mirzə  Həsən  Mirzə,  Məhəmməd  Cəfər  Miskin,  Səfərəli,  Şirvanlı  Əhməd, 

Gəncəli Həsən, Navahılı Mirzə Baxış Nadim, Aşıq Dilqəm, Aşıq Camal, Aşıq Musa, 

Aşıq  Məhəmməd,  Raci,  Qumri,  Süpehri,  Ahi,  Mirzə  Həsib  Qüdsi,  Məşədi  Ələsgər, 

Qutqaşınlı  Abdulla,  Seyid  Nigari  və  b.  öz  yaradıcılıqları  ilə  xidmət  göstərirdilər. 

Ədəbiyyatda  realizmin  inkişaf  edib  qüvvətlənməsi  və  maarifçi  dünyabaxışın 

yaranması    Baba  bəy    Şakir,    Q.Zakir,    A.Bakıxanov,    M.Ş.Vazeh,    İ.Qutqaşınlı, 

M.F.Axundov 

və 

başqalarının 



yaradıcılıq 

fəaliyyətləri  ilə  meydana  çıxır,  formalaşırdı.  Bütün 

bunlarla yanaşı, Tiflisdə "Тифлисские ведомости", 

"Татарские  ведомости"  qəzetlərinin  və  digər 

nəşrlərin  meydana  çıxması  da  ədəbi-ictimai  fikrin 

canlanmasına 

müsbət 

təsir 


göstərirdi. 

A.Bakıxanovun  "Gülüstani-İrəm",  "Kitabi-nəsihət", 

"Təhzibül-əxlaq", 

"Əsrarül-Mələkut", 

"Kitabi-

Əsgəriyyə",  İ.Qutqaşınlının  "Rəşid  bəy  və  Səadət 

xanım"  əsərləri,  M.Ş.Vazehin  "Şərqilər"i  və 

İ.Qriqoryevlə 

birlikdə 

yazdığı 


"Татарская 

хрестоматия Азербайджанского наречия" dərsliyi, 

habelə  təhsil  sahəsində  meydana  çıxan  "cədidizm" 

hərəkatı[28]  və  s.  Azərbaycanda  maarifçi-realist 

düşüncə  və  ədəbiyyatın  inkişafında  mühüm  rol 

oynadı. 


XIX əsrin ortalarına doğru klassik ədəbi irsə münasibətdə, onun toplanıb nəşr 

edilməsində,  ədəbi-ictimai  fəaliyyətdə  bu  ənənələrin  davam  etdirilməsində  Q.Zakir. 

M.F.Axundov,  M.M.Nəvvab,  Xurşidbanu  Natəvan,  Fatma  xanım  Kəminə,  Hüseyn 

Əfəndi Qayıbov və başqalarının rolu danılmazdır. Bu dövrdə Azərbaycanın ayrı-ayrı 

keçmiş  inzibati  və  mədəni  mərkəzlərində  -  Şuşa,  Şamaxı,  Bakı,  Ordubad,  Gəncə, 

Qazax, Quba, Lənkəran və s.-də "Məclisi-üns", "Məclisi-fəramuşan", "Beyt üs-səfa", 

"Məcməüş-şüəra",  "Fövcül-füsəha",  "Gülüstan",  "Divani-hikmət"  və  digər  ədəbi 



274 

 

məclislər  yarandı.  Həmin  ədəbi  məclislərdə  toplaşan  şairlər  dövrün  ədəbi  fikrinin 



inkişafına  hər  biri  öz  töhfəsini  verdi.  XurĢidbanu  Natəvanın  poeziyasında  lirika 

üstün  idi.  Bu  lirika  M.P.Vaqif  ənənələrinə  dayansa  da,  daha  çox  insanın  daxili 

dünyasının  "qəm  karvanı"nı,  bu  qəmin  bəşəri-fəlsəfi  dərkinin  mümkünsüzlüyünü 

ifadə  edirdi.  Elə  lirizm  də  həmin  ağırlıq  və  taleyin  qaçılmaz  oyunlarından  doğurdu. 

Bütün  bu  yaradıcılıq  canlanmasının  fəaliyyət  rəngarəngliyinin  nəticəsində 

M.C.Topçubaşovun,  Q.Zakirin,  M.F.Axundovun,  S.Ə.Şirvaninin  ауrı-ayrı  bədii 

əsərləri  "Петербургские  ведомости",  "Кавказ"  və  digər  mərkəzi  mətbuat 

orqanlarında, 

СМОМПК-da 

(Сборник     

материалов  по  описании  местностей  и  племен 

Кавказа),  "Qafqaz  arxeoqrafiya  komissiyasının 

aktları"nda  işıq  üzü  gördü.  M.Y.Nersesovun 

"Məcmueyi 

Vaqif 

və 


müasirini-digər" 

(Teymurxanşura,  1856),  A.Berjenin  "Məcmueyi-

əşari-şüərayi-Azərbaycan"  (Leypsiq,  1857)  adlı 

şeirlər  məcmuələri  ədəbi  ictimaiyyətin  istifadəsinə 

verildi.  


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin