Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə61/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   57   58   59   60   61   62   63   64   ...   139
(1487-1524)  uğurla  davam  və  inkişaf 

etdirərək, 

Azərbaycan 

ədəbi 


dilinin 

vətəndaşlıq hüququ qazanmasında həm şair, 

həm  də  dövlət  başçısı  kimi  mühüm 

xidmətlər  göstərdi.  İnsana  hörmət  və 

məhəbbət,  onun  ali  məqam  zirvəyə 

yüksəlişinin  təbliği  və  təsdiqi  ədəbiyyatda 

bir  qayda  olaraq  Allahın  və  Məhəmməd 

peyğəmbərin  vəsfi,  irihəcmli  əsərlərdə 

onların  şərəfinə  ayrıca  not  və  minacat 

hissələrinin  həsr  edilməsi  şəklində  də 

dolayısı ilə həyata keçirilirdi. Bundan əlavə, 

Həzrət Əlinin, onun övladlarının - Həsən və 

Hüseynin,  habelə  digər  törəmələrinin  və 

imamların  taleyi,  müqəddəsliyi  barədə 

qələmə  alınan  bədii  əsərlər  və  ya  ayrı-ayrı 

əsərlərdə, lirik parçalarda bu şəxsiyyətlər və 

digər

 

tarixi-müqəddəs  simalarla  -  Yusif, 



İsmayıl  və  b.  ilə  bağlı  epitetlər  insanı  saflığa,  ululuğa,  müqəddəslik  məqamına 

yüksəlməyə çağırış və s. şair-vətəndaşlıq  təşnəsinin  təzahürü  kimi  meydana çıxır, 

qüvvətlənirdi. 

İctimai-ədəbi  fikirdə  sufizm,  hürufilik  ədəbi-fəlsəfi  düşüncəsi  ilə  yanaşı, 

şiəliyin, Əli ideyalarının təbliği və tərənnümü də getdikcə gücləndi, ayrıca bir ideya-

estetik  istiqamət  kimi  formalaşdı.  İş  o  yerə  çatdı  ki,  hakimiyyət  və  müstəqil  dövlət 

kimi  özünümüdafiə  uğrunda  mübarizədə  şiəlik  Ş.İ.Xətayinin  babası  Şeyx  Cüneydin 

məqsədyönlü  fəaliyyəti  nəticəsində  ictimai-ədəbi  və  fəlsəfi  düşüncə  tərzindən  siyasi 

ideologiyaya,  hakimiyyətə  çatmaq  vasitəsinə  yönəldildi.  Şeyx  Cüneyd,  sonra  Şeyx 

Heydər bu ideologiya ətrafında topladığı tərəfdarları ilə Şirvanşahlar üzərinə uğursuz 

hücumlara  keçsələr  də,  məqsədlərinə  çatmayıb  həlak  oldular[17].  Ş.İ.Xətayi  isə  bu 

məqsədlə  hürufilərin  və  digər  qabaqcıl  ideya  və  düşüncə,  əqidə  daşıyıcılarının  həm 




264 

 

özlərinin,  həm  də  fikirlərinin  gücünü  şiələrlə  həmrəylik  bayrağı  altında  birləşdirib 



məqsədinə  -  əcdadlarının  təqib  etdikləri  amala  çata  bildi.  Bununla  belə,  onun  istər 

ictimai-dövlətçilik,  istərsə  də  ədəbi  fəaliyyətində  şiəlik  və  onun  təbliği  məqsəd  yox, 

vasitə oldu[18]. Şair və dövlət xadimi Ş.İ.Xətayi öz tərəfdarlarını, döyüş yoldaşlarını 

qələbəyə və qəhrəmanlığa şiə, qızılbaş amalına istinadən çağırırdısa, qoşmalarında və 

"Dəhnamə"  poemasında  onun  lirik  qəhrəmanı  oxucunun  gözü  qarşısında  bütün  bu 

ideya-siyasi  məqsədlərdən  uzaq  olub,  saf,  ülvi  duyğular  daşıyıcısı  olan  fədakar, 

eşqində səmimi və iddiasız bir aşiq kimi canlanırdı. 

Şiəliyin sufi-panteist fəlsəfi düşüncəsi 

ilə  qovuşuq  şəkildə  ideya-estetik  ifadəsi 

mütəfəkkir  şairimiz  Məhəmməd  Füzulinin 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin