Azərbaycan xalqının ümummilli lideri


Mahmud  ġəbüstəri  (1287-1320)



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə58/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   54   55   56   57   58   59   60   61   ...   139
Mahmud  ġəbüstəri  (1287-1320)  və  Marağalı  Əhvədinin  (1274-1338) 

yaradıcılıqlarının əsas leytmotivini təşkil edir. 

Təbrizin 

Şəbüstər  kəndində  anadan  olan  M.Şəbüstəri  Azərbaycan 

ədəbiyyatında  fəlsəfi  poeziyanın  görkəmli  nümayəndəsi  kimi  tanınır.  O, 

"Səadətnamə"  , "Miratül-mühəqqiqin", "Şahidnamə" və s.  əsərlərin  müəllifi  olsa da, 

əsasən  "Gülşəni-raz"  (Sirr  Gülşəni)  poeması  ilə  məşhurdur.  Hələ  XIII  əsrdən 

başlayaraq  Şərq  və  Qərb  mütəxəssislərinin  diqqətini  cəlb  edən  bu  əsərdə  təsəvvüf-

vəhdəti-vücud fəlsəfi ideyaları tərənnüm və təbliğ edilir. 

Şair insanları zahirpərəstlikdən (bütpərəstlikdən) uzaq olub hər bir şeyin məna 

və məzmununu onun mahiyyətində axtarmağa üstünlük verir. Çünki, onun qənaətinə 

görə, haqq-həqiqət görünənlərin, küllün zərrələridir. Ona görə bütöv, Allahın özü də 

bu zərrələrdədir. Onu görüb dərk etmək üçünsə qəlbin gözü açılmalıdır. 

...Sən onda görməsən haqq olub pünhan, 

 Dində çağırmazlar səni müsəlman. 

Bunun  üçün,  yəni  mahiyyətdə  gizlənən  həqiqəti,  haqqı  -  Allahı  görə  bilmək 

üçün isə insan şəriət, təriqət, mərifət və həqiqət adlı dörd mərhələdən keçib kamillik 

səviyyəsinə çatmağa çalışmalıdır. Ancaq kamil insan dünyada olan hər şeyin  (Allahın 

da)  insanda  təcəssüm  etdiyini  duya,  görə  bilər.  İnsan  isə  küllün  zərrəsi  olmaqla  elə 



257 

 

cahanın özüdür. Yəni cahanın bütün xüsusiyyət və keyfiyyətlərini özündə əks etdirir. 



Belə  olduğu  halda  cahanın özü elə insandır. Ona görə  də  insan özünü dərk etməklə 

əslində  elə  cahanı  dərk  etmiş  olur.  Biz  günün  zərrələriyik.  Zərrə  bütövə  qovuşduğu 

kimi,  insan  –  zərrə  də  bütövə  -  Allaha,  yaradana  qovuşmaq  xüsusiyyətinə  malikdir. 

Deməli,  insan  özünü  və  kainatı  dərk  etməklə  Allahı  dərk  etmiş  və  ruhən  ona 

qovuşmuş olur. Hər şeyin məğzi isə ruhdur. Odur ki, ruhən qovuşmaq elə cismən də 

qovuşmaqdır. 

Can haqqın məğzidir, bədən paltarı  

Qəlbin keşiyində seyr et o yarı.  

Hər nədə vardısa varlıq nişanı, . 

Ya onun özü bil, ya əksi tanı. 

Bu fəlsəfi ümumiləşdirmələr sonralar İ.Nəsimi, M.Füzuli və b. mütəfəkkirlərin 

yaradıcılıqlarında davam və inkişaf etdiriləcək, yeni-yeni məna və çalarlarda özünün 

ideya-estetik əksini tapacaqdı. 

M.Şəbüstəri  dialektik  inkişaf  qanunlarına  uyğun  olaraq  hər  şeyin  hərəkətdə, 

inkişaf  və  dəyişmədə  olduğunu  qəbul  edirdi.  O,  insanları  pis  adətlərdən,  qeybət, 

paxıllıq, kin, acgözlük və s. kimi insanlığa zidd əməllərdən uzaq olmağa çağırırdı. 

Mahmud  Şəbüstərinin  panteist  görüşləri  Marağalı  Əvhədinin  yaradıcılığında 

davam etdirilərək sufizmin ideya-fəlsəfi əsası kimi sistemləşdirilməyə başlayır. Şairin 

şeirlər  "Divanı",  "Dəhnamə"  və  "Cami-cəm"  poemaları  günümüzə  qədər  gəlib 

çatmışdır.  Əgər  Əvhədinin  lirik  şeirlərində  və  "Dəhnamə"  poemasında  insana 

məhəbbət  onun  daxili  mənəvi  gözəlliklərinə,  ideal  və  arzularına  hörmət  və  ehtiram 

təbliğ,  onun  gözəllikləri  isə  tərənnüm  olunub,  aşiqin  məşuquna  bəslədiyi  saf  və 

səmimi  hissləri  öz  əksini  ideya-estetik  cəhətdən  yüksək  səviyyədə  tapırsa,  "Cami-

cəm"  poemasında  şairin  sufi-panteist  görüşlərinin  bədii-fəlsəfi  ifadəsini  görürük. 

M.Əvhədi  "Cami-cəm"də  elmə,  ağıla  böyük  üstünlük  verir.  Bildirirdi  ki,  bunlarsız 

dünyanın sirlərinin, kainatın dərki qeyri-mümkündür: 

Bu uzaq göylərin sirrini biz,  

Dərk edə bilmərik yəqin elmsiz.  

Yoxdur bilik kimi bir abi-həyat,  

Ancaq bilik verər insana nicat. 

Göründüyü  kimi,  M.Şəbüstəridən  fərqli  olaraq,  M.Əvhədi  insanın  kainatı, 

Allah dərk edib  görə  bilməsini təkcə ruhi-mənəvi  kamillik nəticəsində  cüzvün dərki 

yolu  ilə  yox,  daha  çox  ağlın  və  elmin  gücü  ilə  mümkün  sayırdı.  Poemanın  II 

hissəsində  etnik-mədəni,  mənəvi-əxlaqi  və  ictimai  dövlətçilik  məsələlərindən  bəhs 

edilir. Bu hissəyə daxil olan "Padşahlara ədalət haqqında", "Mey içməyin qaydaları", 

"Ev tikməyin şərtləri", "Pis qadınların əməlləri", "Övlad tərbiyəsi haqqında", "Nəsihət 

verməyin  qaydaları"  və  s.  başlıqlar  onun  məzmunu  və  ideya  istiqaməti  haqda 

müəyyən  təsəvvür  yaradır.  Bu  hissədəki  "Mürşid  və  rəhbər  axtarmaq  haqqında", 

"Şeyx  və  müridin  sifətləri  haqqında",  "Tövbə  haqqında"  və  s.  başlıqlar

 

altında  isə 



şairin sufi görüşləri şərh edilir. 


258 

 

Beləliklə,  maraqlı  və  orijinal  kompozisiyaya,  süjet  xəttinə  malik  olan  "Cami-



cəm"  poemasında  həm  dövrün  elmi-fəlsəfi  prinsip  və  baxışları,  həm  mənəvi-əxlaqi, 

etnik-mədəni  davranış  normaları,  həm  də  sufi-panteist  görüşləri,  yəni  dünyanın 

dərkində  ruhi-mənəvi duyğuların rolu və  onların tərbiyə  edilməsi  yollarının şərhi və 

təbliği özünün ideya-fəlsəfi, mənəvi əxlaqi və bədii əksini tapmışdır. 

XIII-XIV  əsrlər  Azərbaycan  ictimai-bədii  və  ideya-fəlsəfi  düşüncə  tərzinin 

rəngarəngliyini  əks  etdirən  cəhətlərdən  biri  də  ədəbi  fikirdə  sufi-panteist  görüşlərlə 

yanaşı,  realist  meyillərin,  qəhrəmanların  təsvirində  və  əsərin  təhkiyəsində  həyata, 

obyektiv  varlığa  əsaslanan  yaradıcılıq  prinsiplərinin  özünə  kifayət  qədər  yer 

tapmasıdır.  Bunu  Arif  Ərdəbilinin  şəxsində  və  onun  "Fərhadnamə"  poemasının 

timsalında aydın şəkildə görə bilərik. 

Poema N.Gəncəvi  mövzuları  əsasında  yazılsa da, onun ideya istiqaməti,  süjet 

xətti və obrazların xarakterlərinin bədii-estetik əksi tamamilə yeni və orijinaldır. Arif 

Ərdəbili  poemasının  mövzusunu  N.Gəncəvinin  "Xosrov  və  Şirin"  məsnəvisinin 

mövzusuna  uyğun  qələmə  alsa  da,  problemə  yanaşma  tərzi  və  obrazların  işlənməsi, 

süjeti,  kompozisiyası,  ideya-bədii  xüsusiyyətləri,  qeyd  etdiyimiz  kimı,  sələfindən 

əsaslı şəkildə fərqlənir. 

A.Ərdəbilinin  "Fərhadnamə"  poemasına  ayrıca  monoqrafiya  həsr  etmiş 

filologiya  elmləri  doktoru  Nüşabə  Araslı  bu  barədə  belə  yazır:  "...Arifdən  əvvəl 

"Xosrov  və  Şirin"  mövzusunu  işləyən  müəlliflər  əsasən  məhəbbət  mövzusunda 

yazılmış epik əsərlərin xüsusiyyətinə uyğun olaraq, öz poemalarını iki qəhrəmanın adı  

ilə adlandıraraq ("Xosrov və Şirin", "Şirin və Xosrov") bu iki surət arasındakı sevgini 

əsas  məzmun  götürmüşlər.  Arif  isə  mövzuya  yeni  istiqamət  verərək,  öz  poemasını 

məhəbbət  mövzusunda  yazılmış  epik  əsərlərdən  daha  çox,  qəhrəmanlıq  və  tarixi 

dastanlarda  olduğu  kimi  əsas  qəhrəmanın  adı  ilə  adlandırmışdır.  Poemada  təsvir 

olunan bütün hadisələr, əsərdə verilən başqa surətlərin hamısı onunla əlaqədardır. Nə 

Fərhadın  ilk  sevgilisi  Gülüstan,  nə  də  Şirin  əsərin  əsas  qəhrəmanı  səviyyəsinə 

qalxacaq  surət  olmayıb,  yalnız  baş  qəhrəmanın  məhəbbət  macəraları  ilə  əlaqədar 

olaraq  əsərə  salınmışdır.  Məhz  bunun  üçün  də  poema  "Fərhadnamə"  adlanır.  Fərhad 

əsərin yeganə baş qəhrəmanıdır[13] ". 

Arif  Ərdəbili  özü  də  N.Gəncəvinin  bəzi  məsələlərə  münasibətdə,  o  cümlədən 

Fərhad  obrazı  barədə  "ədalətsizliyə  yol  verdiyini",  bəzi  hadisələrin  qələmə 

alınmasında bir qədər şişirtməyə və əfsanəyə yer verməsini nəzərə çatdırıb onu tənqid 

etmişdir.  Onun  özü  isə  "Fərhadnamə"ni  hadisələrin  təsvirində  Azərbaycan 

reallıqlarına,  tarixi  memarlıq  faktlarına  və  əldə  etdiyi  müəyyən  yazılı  materiallara 

əsasən qələmə  aldığını bildirir. Əsər boyu bütün bunların  doğruluğu poemada  təsvir 

edilən  Şamaxıdakı  Gülüstan  qalasının,  Fərhadın  və  onun  törəmələrinin  tikdikləri 

müxtəlif  memarlıq  abidələrinin  təsvirindən,  hadisələrin  cərəyan  etdiyi  məkanlardan 

bir daha aydın olur. 

"Fərhadnamə"də Fərhadın baş qəhrəman kimi verilməsi Fərhad-Gülüstan xətti, 

Fərhad-Şirin xəttinin ideya-estetik həlli və Şirin obrazının mənəvi-psixoloji baxımdan 




259 

 

inkişaf mərhələlərinin işlənməsi Fərhad və Xosrov obrazlarının mənşəcə bərabərliyi, 



yəni  hər  ikisinin  əsilzadə,  hökmdar  oğlu  kimi  təqdim  edilməsi  və  s.  məsələlər  yeni 

olmaqla,  real  planda  və  özgün  şəkildə  qələmə  alınmışdır.  Nəticədə  Arif  Ərdəbili  öz 

əsərinin - "Fərhadnamə" poemasının orijinallığını köhnə mövzunun yeni məzmun və 

libasda  təqdimini  və  özünün  fərdi  yaradıcılıq  keyfiyyətlərinin  təqliddən  uzaq 

olduğunu təsdiq və sübut edə bilmişdir. 

Azərbaycan  ədəbiyyatında  Xətib  Təbrizi, 

Qətran  Təbrizi,  Nizami  Gəncəvi  ənənələrinin 

yeni  məzmun  və  keyfiyyətdə  davamının  başqa 

bir orijinal təzahürünü Əssar Təbrizinin (1325-

1390)  yaradıcılıq  timsalında  görmək  olar.  Onun 

ədəbi  irsi  şeirlər  "Divan"ından  "Mehr  və 

Müştəri" adlı poemadan və poetika məsələlərinə 

həsr edilmiş "Əlvafi fi tədadül-qəvafi" adlı elmi 

əsərdən ibarətdir. 

Ə.Təbrizi  sələfi  X.Təbrizidən  sonra 

poetika  məsələlərinə  dair elmi əsər  yazan ikinci 

Azərbaycan  mütəfəkkiridir.  Onun  "Əfvafi  fi 

tədadül-qəvafi"  əsəri  bütün  Yaxın  Şərqdə  ilk 

qafiyə lüğəti hesab edilir[14] 

Şairin  "Mehr  və  Müştəri"  poeması  da  bu 

tipli mövzuların özünəqədərki işlənmə ənənəsinə 

yeni,  orijinal  yanaşmanın  nümunəsi  kimi 

qiymətləndirilməlidir. Belə ki, əsərin başlığında adları verilən qəhrəmanların hər ikisi  

-  Mehr  də,  Müştəri  də  oğlandır.  Onların  bir-birlərinə  olan  bağlılıqları  ruhi-panteist 

xarakter daşıyır. Hətta Mehrin bir yeri ağrıyanda onu Müştəri də hiss edib yaşayır və  

ya  əksinə.  Əssar  bunun  üçün  qəhrəmanların  doğuluşundan  əvvəl  zəmin  hazırlayır, 

qoca,  nurani  bir  kişi  bir  gün  övladları  olmayan  şah  və  vəzirə  bir  parça  çörək  verib 

tapşırır ki, həmin çörək parçasını iki yerə bölüb hər kəs öz arvadı ilə yesin. O  bildirir 

ki,  nəticədə  hərənizin  bir  oğlu  olacaq.  Mehrlə  Müştəri  həmin  töhfənin  nəticəsi  kimi 

dünyaya gəlirlər. 

Göründüyü  kimi,  Ə.Təbrizinin  poemasının  ideya  və  süjet  xəttinin  əsasında 

Azərbaycan  xalqına  xas  olub,  onun  məhəbbət  dastanlarında  xüsusən  özünə  qabarıq 

yer tapan inam və etiqad dayanır. Adətən bu cür etiqadla, Tanrı töhfəsi (belə töhfələr 

isə  xeyirxahlığın  müqabilində  nurani  qoca,  dərviş  və  b.  vasitəsilə  reallaşdırılır)  ilə 

yaranan  qəhrəmanlar  elə  təbiətlərinə  uyğun  olaraq,  Tanrı  övladı  kimi  saf,  xeyirxah, 

himayədar, mərd, sadiq və s. müsbət əxlaqi keyfiyyətlərə malik olurlar. 

Əssarın  qəhrəmanları  olan  Mehrlə  Müştəri  də  bu  cür  ideal  əxlaqi  və  insani 

keyfiyyətləri  ilə  diqqəti  cəlb  edirlər[15].  Müəllif  öz  qəhrəmanlarının  bu  ideal 

keyfiyyətləri  və  mənsub  olduğu  xalqın  əsrlərdən  bəri  formalaşıb  möhkəmlənən 

inamına  əsaslanaraq  hadisələri  və  poemanın  süjet  xəttini  ideal  bir  mühitin,  haqq-



260 

 

ədalət,  xeyirxahlıq  və  insanlığın,  elm,  zəka  və  ürfani  düşüncənin  hakim  olduğu  bir 



cəmiyyətin  yaranmasına  yönəldir. Qəhrəmanların və  onları əhatə  edən obrazların öz 

təbiətlərinə  sadiqlikləri  və  bütün  bu  obrazlar  arasındakı  əlaqə  və  münasibətlərin 

kainatdakı  ilahi  nizama  uyğun  qurulması  müəllif  idealının  ideya-estetik  təsdiqinə 

xidmət  edir,  şərait  yaradır.  Belə  ki,  Mehr  Günəşi  təmsil  edirsə,  Müştəri  Yupiterdir, 

Bəhram  Mars  planetini,  Nahid  isə  Veneranı,  Keyvan  Şah  Saturnu,  Bədr  bütöv 

tamamlanmış  və  ətrafı  işıqlı  Ayı  təmsil  edir.  Qaraxan  gecənin  rəmzi  olduğu  kimi, 

onun  oğlu  Ulduz  da  "gecənin  övladıdır".  Bundan  başqa,  poemadakı  Şərəf,  Gövhər, 

Səba  və  digər  obrazların  da  adları  onların  təbiətləri,  xarakterik  xüsusiyyətləri  ilə 

həmahəngdir. Bununla Əssar Təbrizi sanki təbiətdəki nizamın cəmiyyətdə də bərqərar 

olması  barədəki  arzusunu  ifadə  etmişdir.  Onun  qənaətinə  görə,  təbiətlə  cəmiyyət 

arasındakı bu  nizam,  uyğunluğu, daha  doğrusu,  yerdəki  varlıqlarla  -  insanlarla  ruhi-

mənəvi  qüvvələrin  harmonik  rabitə  və  bağlılığın  qorunması,  insanın  haqqa  doğru 

daimi uçuşu və mənəvi-əxlaqi saflığının kamillik zirvəsi Yer üzündə ideal cəmiyyətin 

təminatı  deməkdir.    Bununla  Əssar  Təbrizi  həm  xalqının  əsrlərdən  üzü  bəri  gələn 

inam və etiqadları, onların xoşbəxt gələcək haqqındakı etnik-fəlsəfi düşüncələri, həm 

böyük sələfləri N.Gəncəvi, M.Şəbüstəri, M.Əvhədi və b. həm də dövrün qabaqcıl elmi 

düşüncəsi üzərində ucaldığını göstərməkdədir. Özü də bu mənəvi-əxlaqi, ideya-fəlsəfi 

sərvətlər Əssar Təbrizi  yaradıcılığında  onun elmi və  ideya-bədii düşüncə sistemində 

yeni və orijinal biçimdə, özgün bir forma və məzmunda üzə çıxmışdır. 

Azərbaycan  xalqının  etnik-mədəni  və  mənəvi-əxlaqi  potensiyasının  başqa  bir 

cəhəti  isə  Qazi  Bürhanəddinin  (1344-1398)  şəxsiyyət  və  yaradıcılıq  simasında 

özgün və  parlaq şəkildə üzə çıxmışdır. Belə ki, Əhməd Əbülabbas Qazi Bürhanəddin 

oğuzların  Salur  boyundandır.  O,  sürdüyü  qısa  ömrünü  əsasən  döyüşlərdə  keçirərək 

qazilik  və  hökmdarlıq  səviyyəsinədək  şərəfli  bir  yol  keçmiş,  bir  sıra  uğurlu  döyüş 

əməliyyatları və  diplomatik  tədbirləri nəticəsində  qurduğu dövləti getdikcə  böyüdüb 

möhkəmləndirmişdir.  Q.Bürhanəddini  Teymur  xofu  da  qorxutmamış  və  bu  fatehin 

təhlükəsini öz ölkəsindən  uzaqlaşdıra bilmək üçün özündə kifayət qədər cəsarət, güc 

və müdriklik tapa bilmişdir. 

Ömrünü döyüş meydanında başa vuran Qazi Bürhanəddin tarixdə görkəmli bir 

şair  kimi  də  şərəfli  iz  qoymuşdur.  Şairin  şeirlər  "Divan"ında  toplanan  tuyuqlar, 

qəzəllər, rübailər və bir neçə müfrəddən (insan həyatına və taleyinə dair iki misralıq 

qafiyəli,  bəzən  də  rədifli  şeir  növü)  aydın  olur  ki,  Qazi  Bürhanəddin  dövrünə  görə 

qüdrətli bir şair olmuşdur. Onun poeziyasında insan  və təbiət gözəllikləri, aşiqin saf 

və  səmimi  məhəbbət  duyğuları,  habelə  qəhrəmanlıq,  qorxmazlıq,  cəsurluq,  əhdə 

sədaqət və s. keyfiyyətlər tərənnüm və təbliğ olunur. Şairin poetik irsi və fəaliyyəti o 

dövrdə  türk düşüncəsinin ayrıca və  müstəqil dövlətçilik duyğusunun  və  Azərbaycan 

ədəbi dilinin formalaşmasında mühüm rol oynamışdır. Q.Bürhanəddinin xələflərinin - 

T.Nəsimi,  Ş.İ.Xətayi  və  başqalarının  ictimai  və  etnik  mədəni  dövlətçilik 

fəaliyyətlərində və bədii yaradıcılıqlarında onun ənənələrinin təsiri, davamı və inkişaf 

etdirilməsi  aydın  görünür.  Buna  dövrün  tarixi  hadisələri  və  ictimai-fəlsəfi  fikir  və 




261 

 

əqidə cərəyanları da əlverişli şərait yaratmışdı. Belə ki, məlum olduğu kimi, XIV-XV 



əsrlərdə  Yaxın  Şərq,  Qafqaz  və  Orta  Asiyanı  xilafət  daxilindəki  az-çox  qüdrətli 

dövlətlər  arasındakı  müharibələr  öz  ağuşuna  almışdı.  Bu  müharibələrin  hamısı 

"İslamın  qorunması  və  möhkəmləndirilməsi"  adı  altında  aparılsa  da,  əslində  hər  bir 

dövlətin  və  etnosların  tarix  səhnəsində  özünütəsdiqinə  və  xilafətin  hökmranlıq 

qüdrətinin  təmsilçisi  statusunun  qazanılmasına  yönəlmişdi.  Həmin  tarixi-ictimai 

fırtınalar  burulğanında  yüz  minlərlə  insan  kütləvi  şəkildə  qırğına,  qətl  və  amansız 

işgəncələrə,  ölkələr  talanlara  məruz  qalıb  xarabalıqlara  çevrilirdi.  Dövrün 

mütəfəkkirləri,  fikir  və  ürfan  sahibləri,  gözəllik,  eşq,  məhəbbət,  insanlıq  və  ədalət 

nəğməkarları  insanın,  insanlığın  bu  cür  tapdaq  və  rəzalətlərinə  dözməyib  əsrlərdən 

bəri  nəsildən-nəslə  ötürülərək  insan  azadlığı  və  gözəlliyi,  onun  ecazkarlığı  və  fikir, 

əqidə  intibahı  barədə  formalaşdırılan  fikir  və  əqidə  sistemini  nəinki  müdafiəyə 

qalxdılar,  həm  də  müharibə  və  tiranlıq,  diktatorluq  ambisiyalarını  ifşa  etməyə 

başladılar. Bu yolda panteist fəlsəfəyə, sufizmə və ideal insanlıq və cəmiyyət barədəki 

qənaətlərə  yeni  fəlsəfi,  ideya-estetik  məzmun  və  ifadə  formaları  əlavə  edib  həmin 

uğurları  bir  qədər  də  təkmilləşdirdilər.  Həmin  fədailər  sırasına  Həllac  Mənsur, 

Fəzlullah Nəimi, İmadəddin Nəsimi və b. elm, ürfan və istedad, əqidə sahibləri daxil 

idilər... 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin