Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə59/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   55   56   57   58   59   60   61   62   ...   139
Ġmadəddin 

Nəsimi 

(1369-1417) 

böyük  istedad  sahibi  idi.  O,  Fəzlullahla 

tanışlıqdan  sonra  mürşidinin  ideyalarına 

dərindən  yiyələnərək  həm  də  möhkəm, 

dönməz  bir  əqidə  sahibi  kimi  qızğın

 

ictimai-



ədəbi  və  fəlsəfi  fəaliyyət  meydanına  çıxdı. 

Nəsiminin tapındığı fəlsəfi-ürfani əqidə kökü 

panteizm və sufiliyə dayanan hürufilik idi. 

Hürufilik,  panteizmdən  fərqli  olaraq, 

Tanrının, 

Allahın 


insan 

varlığındakı 

mövcudluğunu 

bütövlükdə 

cisimdən, 

mahiyyətdən bir qədər aşkara - insanın üzünə 

çıxarır  və  islamın  müqəddəs  kitabı  olan 

Quranın  hərflərində  görür  və  əsrdaşlarına 

göstərməyə  çalışırdı.  Nəticə  olaraq  belə  bir 

fikir


 

təlqin  edilirdi  ki,  Allah  insanın 

varlığında və üzündə təcəlla etdiyinə görə hər 

hansı  fərdin,  insanın  incidilməsi,  əzilib 

tapdanması  dolayısı  ilə  Allahın  incidilməsi 

deməkdir. Çünki, zərrənin, cüzvün, fərdin incidilib alçaldılmasının ağrısı bütövlükdə 

küllə,  cismə  təsir  edir.  Bir  halda  ki,  bütün  yaradılmışların  vücudu  vəhdətdədir,  bir 

halda ki, fərd və cəmiyyət, cəmiyyət və kainat, bütövlükdə yaradan - Həqq bir candır, 

forma  və  məzmunundan asılı olmayaraq, bütün təzyiq, təsir,  zülm, işgəncə, talan və 



262 

 

qırğınlar tarixin arxivlərinə göndərilməlidir. 



İ.Nəsimi poeziyasında bu fəlsəfi təlimin müddəalarını şərh və təbliğ edir, bəşər 

övladını tiranlığa qarşı cihada kökləyirdi. Hürufilik təliminin leytmotivinə çevrilən: 

"Məndə sığar iki cahan, mən bu cahana sığmazam, 

Gövhəri laməkan mənəm, Kövnü məkana sığmazam. 

Ərş ilə fərşi, kafi-nun, Məndə bulundu cümlə çün,  

Kəs sözünü vü əbsəm ol, şərhi-bəyanə sığmaram..." 

nidalı  hayqırtıları  dövrün  bütün  din  və  xurafat  dəllallarının,  iddialı  tiranlarının,  o 

cümlədən böyük fateh kimi aləmi vahimə içində saxlayan Teymurləngin canına lərzə 

saldı. Axı İ.Nəsimi aləmə elan edib əsaslandırırdı ki, həqq dünya da, onun əksi olan 

(panteizmə görə) fani dünya da "mən"də, yəni insandadır, onda yerləşir. Ona görə də 

o, elə məkansız gövhərin - Allahın, həqqin özüdür. Bu Həqq isə şərhə

 

sığışmır. Onun 



izahı  yoxdur.  Bu  Tanrı-insan  "məni"  dünyanın  yaradılışını  -  "kün"

 

sözünü,  "kaf"  və 



"nun" hərflərini də özündə təcəssüm etdirmişdir. 

Göründüyü  kimi,  İ.Nəsimi  islamı  qorumaq  və  ucaltmaq  adı  altında  insanlara 

zülm  və  işgəncə  verənləri,  talayanları,  dağıdıcı  müharibələrlə  milyonların  məhvinə 

bais olanları elə Qurana, İslam qanunlarına istinadən ifşa edirdi. O, bəşəriyyətə sülh, 

qardaşlıq, haqq-ədalət, insana və insanlığa sevgi, məhəbbət təbliğ edirdi. Bu sevgi isə 

ilahi sevgi ilə çox yaxın və doğma idi. 

Dövrün qarafikirli, qan əqidəli başları üzərində dəhşətli göy gurultusu, ildırım 

şaqqıltısı təsiri buraxan bu ideya - fəlsəfi və ədəbi-estetik təlim də, onun daşıyıcıları 

və  tərəfdarları  da  təqib  və  işgəncə  hədəfinə  çevrildilər,  əzildilər,  qırıldılar, 

öldürüldülər, lakin susmadılar. Öz arzu, ideal və amallarının həyat, ədəbiyyat haqqını 

təsdiq və təmin edə bildilər. Kişvəri, Həbibi, Ş.İ.Xətayi, M.Füzuli, M.V.Vidadi, Raci, 

Qumri,  Seyid  Nigari,  Ə.Nəbati  və  b.  bu  estafeti  öz  yaradıcılıqlarında  əsrə,  zamana 

uyğun şəkildə davam və inkişaf etdirirdilər[16]. 

XV  əsrin  axırları,  XVI  əsrin  əvvəllərində  yaşayıb-yaradan  KiĢvərinin 

yaradıcılığında  sələflərinə  məxsus  azadfikirlilik  meyli  və  ideyası  üstünlük  təşkil 

edirdi. O, insanın ruhi və əqli qabiliyyətinə qarşı heç bir qadağa tanımırdı. Ona görə 

şairin  lirik  qəhrəmanı  özünün  hiss  və  duyğularında,  məşuquna  münasibətlərində 

sərbəst  və  səmimidir.  İnsana,  onun  cismani  və  mənəvi-əxlaqi  gözəlliklərinə,  əqli 

kamilliyinə, humanizmə vurğunluq Kişvəri lirikasının əsas xəttini təşkil edir. 

Kişvərinin  dili,  yaradıcılığının  poetik  strukturu  da  türk  təfəkkürünün,  onun 

ədəbi  dilinin  inkişafında  özgün  və  əhəmiyyətli  rol  oynadı,  gələcəkdə  milli  düşüncə 

tərzinin, özünüdərkin formalaşmasına əhəmiyyətli zəmin hazırladı. 

Kişvərinin  dostu  olub,  indiki  Ucar  rayonunun  Bərgüşad  kəndində  doğulan 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin