M.Hadi mütəfəkkir şairdir
Hadinin son dövr yaradıcılığında fəlsəfə və fəlsəfi şeirlər hər
şeydən artıq diqqəti çəkir. Hadi mütəfəkkir şairdir. Hadi özü
müstəqil, maraqlı bir fıkir aləmidir. XX əsr Azərbaycan şeirində
fikirləşmənin, həm də ümumiləşdirici, kainatın və varlığın
mənasını axtaran bir fikirləşmənin tərəfdarı olan Hadi şeirdə
yalnız hiss deyil, ən çox fikir axtarırdı. O, dayaz əsərdən qaçırdı.
Mövzularının çoxundan görürük ki, şair dərin düşüncələrə qərq
olmuşdur. Ən kiçik məsələlər onu düşünməyə çağırır. Xüsusilə
mürəkkəb ictimai hadisələr,
1
M.Hadi. Eşqi-möhtəşəm, yaxud ana qucağı, Bakı, 1914, səh.17.
259
çarpışmalar və mübarizələrlə dolu olan yeni, XX əsr şairin
qarşısında, bir məktəbli qarşısında Yer kürəsi duran kimi
dururdu. M.Hadinin "Kitabi-həyat", "Mənaziri-təbiət", "Dünya
saheyi-qəmdir", "Təraneyi-qəmpərvaranə", "Bukayi-təbiət",
"İnsanların tarixi faciələri", "Tövsiyeyi-mürğ" və s. əsərləri
başdan-ayağa fəlsəfi məzmundadır. Həyatın, yaranışın və
dünyanın mənasını axtaran şeirlər onun bu dövr yaradıcılığı üçün
çox səciyyəvidir:
Cəhanə gəlmədən məqsəd nədir insanə, bilməm ki?
Həqiqətmi bu xilqət, yoxsa bir əfsanə, bilməm ki?
Bu suallarla şair, oxucunu fıkir aləminə çağırır. Bu elə bir
sualdır ki, fıkirləşmək qabiliyyəti olan bütün adamlar bunu
düşünmüş, düşünür və düşünəcəklər. Hadi bu sualı quru sözlə
soruşmamışdır, yaşayışın bütün parlaq və qaranlıq cəhətlərini
saymağa, insan həyatını bəlalar, fəlakətlər, əzablarla bağlı
olmasının, böyük arzuların həmişə cavabsız qalmasının və köhnə
dünyada alçaq adamların həmişə üstün mövqe tutmasının
səbəbini aramağa səy etmişdir:
Cünunpərvərlərin fikri olub alimpəsəndanə,
Neçin məyubdur rəyi-fəlatunanə, bilməm ki?
* * *
Olubdur müstəbidan calisi-övrəngi-istiğna,
Neçin zillət nəsib olmuşdur əhraranə, bilməm ki?
* * *
Olub arayişi-baği-səadət cəhlpərvərlər,
Neçin arif yaşar dünyadə bədbəxtanə, bilməm ki?
1
1
M.Hadi. Firdövsi-ilhamat, Bakı, 1908, səh.34.
260
Yaradıcılığının son dövründə Hadi şeirində təfəkkür meyli çox
güclənmişdi. Ehtimal etmək lazımdır ki, o, müharibə meydanında
gördüyü faciələrdən, Stavropolda rast gəldiyi hərb
fələkzadələrinin halından, Birinci Dünya müharibəsinin törətdiyi
ümumi və müdhiş təxribatdan son dərəcə bərk təsirlənmişdi.
Müharibənin son illərində şairin öz həyatı da yaxşı keçmirdi. Nə
qədər maddi ağırlıq və çətinlik çəksə də, mənəvi əzabları daha
artıq idi. Daha onun yaradıcılığında gənclik illərinə məxsus
"rindanə", "bariqəli" şeirlərə rast gəlmirik. 1918-ci ildən
başlayaraq xırda-xırda fəsillər şəklində, ümumi bir sərlövhə
altında yazdığı məşhur "Əlvahi-intibah, yaxud insanların tarixi
faciələri" əsəri bu dövrün məhsuludur. Adından da görünür ki,
bu, dərin təsirlənmiş təfəkkür sahibinin məhsuludur və fəlsəfi-
lirik poema ruhunda yeni, orijinal bir əsərdir.
M.Hadi incə ruhlu, həssas bir şair kimi müasir mübarizələrin,
bəşər tarixinin mürəkkəb mənzərəsini göz önünə gətirməyə
çalışır. Sonra böyük bir mütəfəkkir, insanpərvər kimi bu mənzərə
ətrafında düşünür və kədərlənir.
Hadidə qüssə, kədər axtaranlar ancaq mənalı, ictimai, böyük
bəşəri kədər tapa bilərlər. Hadinin fikrincə, insanların böyük və
tarixi bir faciəsi vardır ki, bütün böyük adamları düşündürmüş və
düşündürməkdədir.
Heç kəsin əlac tapmadığı bu tarixi faciə, şairin fikrincə, nədən
ibarətdir?
"İnsanların tarixi faciəsi" əvvəla ondan ibarətdir ki, insan
məxluqatın əşrəfidir, bütün yaranmışların tacı, əzəlidir. Eyni
zamanda, indiki cəmiyyətdə insan məxluqatın ən alçağına, ən
qəddarına çevrilmişdir. Çünki insanın iradəsi və əli ilə törənən
dəhşət və fəlakətləri dünyada heç bir vəhşi, şər qüvvə törədə
bilməz. Nə ağ div, nə şeytan, nə sel, nə zəlzələ, nə vul-
261
kan, nə tufan bəşəriyyəti o kökə sala bilməzdi ki, insanların
törətdiyi birinci imperialist müharibəsi saldı.
Bu faciə ikinci tərəfdən ondan ibarətdir ki, insan Yer üzündə
hər bir məxluqatdan güclüdür. O, ən vəhşi, yırtıcı heyvanları
özünə tabe etmişdir. Böyük çayları kəhər at kimi cilovlayıb
məcrasını dəyişmişdir. Ən böyük dağları dəlmiş, ən uzaq
məsafələri qısaltmış, göyləri belə fəth etmişdir. Təbiətin ağla
gəlməz sirlərini kəşf etmişdir və etməkdədir. Bu qüdrət və qüvvət
sahibi olan insan, insan oğlu öz səyini, bacarığını kainatın
axıracan kəşf edilib mənimsənilməsinə, təbii sərvətlərə tamamilə
yiyələnməyə, suyun, Günəş şüasının, havanın, torpağın mümkün
faydalarının inkişafına sərf etmək əvəzinə ictimai mücadilələrlə,
bir-birini didməklə məşğuldur. Şairin fikrincə, bəşəriyyət bu
mücadilələr içində də çaşıb qalmışdır. Tarix boyu insanlar ən
yaxşı, böyük simalar yetirdiyi vaxtlarda da qanlı qırğınlardan
xilas ola bilməmişlər, hətta buna əsaslı bir təşəbbüs də
etməmişlər.
Bu faciə üçüncü tərəfdən ondan ibarətdir ki, insanlar nə qədər
gözəl hisslər, müqəddəs fikirlər deyir-desin, yazır-yazsın, hələki,
arzu olaraq qalır, həqiqət olmur:
Səadət bir əməl, amma şəqavətlər həqiqətdir,
Məsərrət ani bir şeydir, məlalətlər həqiqətdir,
Məhəbbətlər müvəqqətdir, ədavətlər həqiqətdir,
Ədalət nerdə, lakin zülmü vəhşətlər həqiqətdir,
Hüququn namı var dünyada, qüvvətlər həqiqətdir,
Hanı hürriyyət aləmdə, əsarətlər həqiqətdir,
Qaçan bir kölgədir rahət, məşəqqətlər həqiqətdir,
Bəlalar, dərdlər çoxdur, fəlakətlər həqiqətdir,
Bütün əsarımız qanlı, cinayətlər həqiqətdir,
Budur, tarix-meydanda, hekayətlər həqiqətdir!
Bəni-adəmdə hər gündə şərarətlər həqiqətdir,
Cahan bir ərzi-matəmdir, müsibətlər həqiqətdir,
262
Cəhənnəm var bu dünyada, əziyyətlər həqiqətdir,
Məişət aləmində rəncu zəhmətlər həqiqətdir,
Bəşər şakidir ömründən, şikayətlər həqiqətdir,
Nə yapsın bəxtsiz insan ki, möhnətlər həqiqətdir?!
Kədərlər, qüssələr, qəmlər, səfalətlər həqiqətdir.
Bəni-adəmdə hər gündə bu surətlər həqiqətdir:
* * *
Baxışlar kölgəli, üzlər biitün naşad şəklində,
Bu matəmgahı kim görmüş sururabad şəklində
1
Bu faciə, nəhayət, ondan ibarətdir ki, bəşəriyyətin maddi və
mənəvi məhsulunun mühüm qismi bir ovuc qəddar tüfeylilər
tərəfindən qəsb olunmuşdur. Onlar həyatın bütün nemətlərindən
eninə-uzununa, geninə-boluna istifadə edir, xoşbəxt və firavan
yaşayırlar, əksəriyyət xalqın çox hissəsi, özü də bu maddi
nemətləri istehsal edən, yaradan hissəsi həmişəlik olaraq bu
nemətlərdən məhrum edilmişdir.
Aydındır ki, şairi düşündürən kiçik və ötəri məsələlər deyildir.
O öz zəmanəsində xalqının və bütün zəhmət adamlarının ağır
vəziyyətini görür, bunu qeyri-qanuni, qeyri-təbii və ağlasığmaz
bir dəhşət kimi göstərirdi. Fəlsəfi əsərlərində də şairin bəşəqi hiss
ilə çırpınan qəlbini görmək mümkündür.
Əlbəttə, Hadi siyasi hadisələrin mahiyyətinə, cəmiyyətin
daxili quruluşuna, siniflər mübarizəsinə, ictimai inkişaf
qanunlarına lazımınca bələd deyildi. Ona görə də saydığı
hadisələrin, yaşadığı mülkədar-burjua cəmiyyətində gördüyü
haqsızlıqların kökünü, səbəbini göstərə bilmirdi.
1
M.Hadi. Əlvahi-intibah, yaxud insanların tarixi faciələri, Bakı, 1918, səh.56.
263
M.Hadidə azadlıq fikirləri
Hadi yaradıcılığının əsas mövzularından biri azadlığın,
hürriyyətin tərənnümüdür. Bu mövzu ilk fəaliyyət günlərindən
ömrünün axırına qədər şairi düşündürmüşdür. Əvvəllər "Firdövsi-
ilhamat"ı yazan zamanlar, Hadidə azadlıq məsələsi çox hərarətlə,
coşğun hiss ilə bağlı verilirdi. Şairdə sönməyən bir mübarizə,
gənclik ehtirası görünürdü. Bu ehtiras onu ruhlandırır,
qanadlandırırdı. Şair romantik aləmdən, xəyaldan çıxaraq qurtuluş
məfkurəsinə yanaşırdı. Məsələ müəyyən ictimai zəmindən yox,
ümumi miqyasdan, hətta bütün aləm, kainat miqyasından almırdı.
İctimai həyatda hər bir zəhmətkeşin möhtac olduğu həyati azadlıq,
əmək və hərəkət azadlığı, söz, vicdan, məslək azadlığı tərənnüm
olunurdu.
Şairin bu zamankı şeirlərində bir nəfər də konkret şəxsiyyət
tərənnüm olunmur, ictimai həyatdan çox təbiət səhnələri verilir.
Məsələn, "Bülbül", "Ulduzlara", "Lövheyi-bahar", "Təsviri-bədae",
"Tövsiyeyi-mürğ", "Bir lövheyi-cəmal", "Axşam tənəzzöhləri" belə
şeirlərdir. Bu əsərlərdə azadlığın feyzi, onun bir səadət olduğu
söylənir. Bahar, quşların azadlıq simvolu olan səma, ulduzlar,
nəhayətsiz üfüqlər, kainatın gözəlliyi vəsf olunur.
Şair kainatın, yaranışın binasında azadlıq görür. Azadlığı təbiətin
ən böyük, ən həqiqi mənası hesab edir. Bu geniş və fəzilətli aləmə
nisbətən insanın həyatı şairə kədər gətirir. Qəlb, insanın şüuru, təbii
meylləri, sərbəstlik, zənginlik sevən fikir və xəyalı məhdud
çərçivələrə sığmır. Şair "Ruhulqüdsi-təbiətim", ("Təbimə" -
olmalıdır - M.C.) adlı şeirində öz təbinə, ruhuna xitabla bu
məhdudluqdan şikayət edir:
Ey təbi-vəsilim, səni sığdırmayır aləm,
San kim qəfəs olmuş sənə bu aləmi-muzləm.
264
Ey ruhi-büləndim, sənə məhduddur əkvan,
Əndamina naqis biçilib kisveyi-imkan.
1
Şair bəzən təbiətdə yalnız təbiətin yox, cəmiyyətin də mənasını
axtarır. Ruhunu aləmlərin seyrinə göndərir, insanlar arasında
gördüyü, barışa bilmədiyi hadisələrin göylərdə, "yuxarılarda" nə
halda olduğunu mənalı-mənalı soruşur: oralardamı "matəmgahi-
qəmdir?", "o saf havalar da fasid olmuş?"
Çıx, çıx səyəran et, dəvəran et, cəvəlan et,
Vüsətli bir aləm bulub onda təyəran et...
Gəz, gör də nasıldır bu əvalim, bu səmalər,
Şayani-tənəffüsmü o göylərdə həvalər?
Aya, o cahanlardamı matəmgəhi-həvalər?
Bu ərz kimi saheyi-qəm, səhni-ələmdir?
Ol yerdə hüquqi-bəşərə varını rəayət,
Məzlumlu edirlərmi o yerlərdə himayət?
2
Əlbəttə, nə ruh, nə də şairin uçan, qanadlanan ilham quşu bu
suallara cavab gətirınir. Çünki bunların cavabı göylərdə, "ulduzlar
aləmində" deyildir.
Buna görədir ki, şair cahan müharibəsindən başlayaraq
yaradıcılığının son dövrlərinə qədər bu mücərrədliyin, ümumiliyin,
kainatçılığın faydalı nəticələr gətirınədiyini hiss etmiş, müəyyən
dərəcə bundan çəkinmişdir. Şair diqqətini ən çox cəmiyyət
hadisələrinə, bunların səbəblərinə, mahiyyətinə, parlaq və kölgəli
tərəflərinin aydınlaşdırılmasına vermək istəmiş, həmişə dad və
fəryad etdiyi cəhalət və nadanlığın nədən törəndiyini göstərməyə səy
etmişdir.
"İqbal" qəzetinin 1914-cü il nömrələrində şairin şeirləri ilə
yanaşı, ictimai inkişaf məsələlərinə, xüsusilə təcəddüd,
1
M.Hadi. Firdövsi-ilhamat, Bakı, 1908, səh.204.
2
Yenə orada.
265
inqilab və hürriyyətə dair bir sıra məqalələri nəşr olunmuşdur. Bu
məqalələr Hadinin ictimai görüşlərinin inkişaf və dəyişməsini
göstərmək üçün maraqlıdır. Hadi burada daha göylərə, "cəbərut
aləminə", yaxud "quşların tövsiyəsinə" müraciət etmir, çox sayıq,
elmi-siyasi mülahizələr söyləyir. Şair ziddiyyətini aça bilmədiyi
müasir burjua mədəniyyətinin nədən, necə yarandığını və nə kimi
çətin mərhələlər keçməli olduğunu göstərməyə çalışır.
Hadi indi nəinki mücərrəd yazmır, hətta mücərrəd yazan və
danışan, müqəddəs kəlmələrin arxasında gizlənən ziyalıları danlayır,
təcəddüd, inqilab və hürriyyət kimi gözəl kəlmələrin yerli-yersiz,
"çox işlənə-işlənə" necə hörmətdən düşdüyünə, quru və məzmunsuz
ibarəyə çevrildiyinə qəzəblənir. Bu kəlmələri əzbərləyən və
bunlardan şirin-şirin danışan bir çox "müsəlmanlar" bu məsələni
anlamırdılar. Deməli, yenilik, hürriyyət söz deyil, hərəkətdir, nitq
deyil, işdir. Bəs bir sıra müsəlman ziyalıları niyə anlamırlar? Bunun
səbəbləri var. Hadi burada ictimai xəstəliklərdən, xalqın geridə,
avamlıqda qalmasına bais olan düşmənlərdən, xainlərdən, yalançı
"rəhbər"lərdən, pul düşkünlərindən danışır. Bu mülahizələr çox
aydın, müəyyən, müstəqil, həm də həqiqidir.
Şairin düşüncələrindəki bu inkişaf şeirində, bədii yaradıcılığında
da özünü göstərir. O, mədəniyyət günəşinə müraciət edərək soruşur:
Niçin bu Şərqimizə yağmayır gözəl nurun?
1
Belə suallardan şair ötə bilmir. Bir axşam qəmlərini dağıtmaq
üçün seyrə çıxır. Bir kora rast gəlir. Bu "canlı səfalət" şairi
düşündürür. Şair daha da kədərlənir. Bu hadisə münasibətilə
1
M.Hadi. "Əzhari-əfkar", "İqbal", 1914, № 536. Şair bu şerinə belə qeyd verir: "İnsan
mədəniyyəti-hazirə ilə şərqi müqayisə edərkən belə bir "niçin" qarşısında qalır.
266
yazdığı "Asi şerlər"ində sirlərinə heyranlıq yox, üsyan ifadə edir:
Ey üqdəsi açılmayan əsrari-kainat,
Ey anlaşılmayan əzəli validi-həyat!
Qayən nədir, anlamadım kainatdan,
Qəsdin nədir bu gözləri ölmüş həyatdan?!
Lazımsa gər həyat bu "canlı zülam " üçün,
Bir "cift işıq"gərək ki, bu dünyaməqam üçün,
Ta görsün onlar ilə təriqi-məişəti,
Qərq eyləsin nəzərləri nur ilə zülməti
1
.
M.Hadinin şeirlərində hiss-həyəcandan çox mühakimə üstündür.
Burada fəlsəfı düşüncələr, dərin elmi suallar hesabına hissin
zəiflədiyini və ümumiyyətlə şeirin bir qədər soyuq təhlil yoluna
düşdüyünü görmək olar. İctimai hadisələr, adi insanlar, həyatın
girdabında çırpman bədbəxt, talesiz adamlar şairi yaradıcılığı boyu
məşğul edir. Şair bunlara acımaqla qalmır, həm də "kainata" üsyan
edir. Aydın görünür ki, şair canlı, həqiqi insanların həyat və
taleyindən yazır. Ayrı-ayrı hadisələrdən, ayrı-ayrı şəxsiyyətlərin
vəziyyətindən ümumi, ictimai-fıkri nəticə çıxarır. Qadınların
həyatından yazdığı şeirlərdə də müsəlman qadınlarının məhkum
halı, hüquqsuzluğu, yanıqlı, təəssüflü bir dil ilə söylənir. Burada
azadlıq arzu və tərənnümləri, mütləq canlı həyat, həqiqi ictimai
münasibət əsasında verilir. Azadlığın kim üçün tələb olunduğundan,
kimə qarşı mübarizələrdə əldə edilə biləcəyindən bəhs olunur.
M.Hadidə azadlıq, mədəniyyət, yenilik maarifdən kənar, əlahiddə
məsələ kimi qoyulmur. Azadlıq düşmənlərini şair elm, mədəniyyət
düşmənləri ilə eyniləşdirir. Ona elə gəlir ki, mədəniyyət dünyası
azadlıq dünyası deməkdir. Bu eyniləşdirmə
1
M.Hadi. "Asi şerlər", "İqbal", 1914, № 615.
267
də şairin Qərb mədəniyyətinə, Avropa məişətinə tənqidsiz
yanaşmasından, o aləmi şişirtməsindən irəli gəlir. Hadi həmin
Avropada, qəzet və kitablarda "mədəni aləm" deyə tərif olunan
ölkələrdə davam edən istismarın, haqsızlığın törətdiyi cinayətləri
görə bilmir. Hadinin hər yerdə, hər əsərində nifrətlə danışdığı, dözə
bilmədiyi, vəhşi qırğın adlandırdığı cahan müharibəsinin də ictimai
səbəbləri onun üçün hələ də "niçin" olaraq qalırdı.
M.Hadinin şeir dili, o zamankı romantizmin təbiətinə uyğun
olan, daha doğrusu, bu təbiətdən doğan təntənəli, bəzəkli, ritmik,
xitabkar bir dildir. Buna görə də onun dili realistlərin, müasiri olan
bir sıra yazıçıların başladığı sadələşmə cərəyanına ziddir. Bu dil
klassisizm üslubuna uyğun, ərəb-fars tərkib və ifadələrinin çox
işlədildiyi, çətin, yüksək, ağır bir dildir. Hadi şeirinin geniş
yayılmasına, şairin mütərəqqi fıkir və saf duyğularının lazımmca
mənimsənilməsinə mane olan səbəblərdən biri də, həmin bu qəliz
dildir.
Müharibə illərində (1916) Hadinin "Doğru söz" qəzetində heca
vəznində rübailərində çox sadə şeirləri nəşr olunmuşdur ("Əməl"
əsərindən) Bu parçalarda belə bəndlər var:
Səninlə gözlər gülər,
Alınlar, üzlər gülər,
Hansı dodağa qonsan,
Ağızda sözlər gülər...
Aşıq və el şeirinə bənzəyən bu parçaların doğrudan da Hadi
qələminə aid olduğuna adam çətin inanır. Hər halda bu parçaların nə
dili, nə üslubu Hadi şeiri üçün səciyyəvi deyildir.
İstər coşqun hərarət və ehtirasla tərənnüm etdiyi maarif,
mədəniyyət məsələləri, istər vətənpərvərlik və azadlıq ideyaları
M.Hadidə nisbətən mücərrəd və ümumi şəkildə qoyu-
268
269
lur və təsvir olunur. Şair iki şeyi çox doğru və aydın hiss etmisdir:
köhnə, mütləqiyyət, zülm dünyası bəşərin səadətinə riddir, bütün
bəlaların kökü bu cəmiyyətdədir. Bu cəmiyyət vaşaya bilməyəcəkdir
və mütləq dəyişəcəkdir.
Şair bu həqiqətləri ümumi şəkildə dərk etsə də, cəmiyyət
həyatının, ictimai mübarizə və mücadilələrin həqiqi dinamikasını
aydın görə bilmir. Buna görə də həm köhnə dünyanı tənqid edərkən,
həm də "yeni həyatı" arzu edərkən ümumi, mücərrəd, zaman və
məkan konkretliyindən kənar mühakimələr yürüdür. Tarix boyu şair
və filosofların çoxlarının dediyi "yaxşılıq-pislik", "yenilik-
köhnəlik", "işıq-zülmət", "səadət-fəlakət", "mədəniyyət-vəhşət" və s.
kimi ümumi məfhumlar haqqında ümumi xitablar yazır. Hadinin
məfkurəsində gördüyümüz ziddiyyətlər, onun özünün "niçin" - deyə
arayıb tapmaq istədiyi ictimai ziddiyyətlər ilə möhkəm əlaqədardır.
Bu ziddiyyətləri şairin dünyagörüşündə, sənətində açıq görmək olar.
O, bir tərəfdən qazilərə, şeyxlərə, hakimlərə lənət oxuyaraq camaata,
kütləyə tərəfdar çıxır, ikinci tərəfdən bütün əsərlərini həmin
şeyxlərin və qazilərin qəliz dili ilə, kütləyə, camaata tamam yad olan
bir dil ilə yazır. Bir tərəfdən vətəndaşlarını mübarizəyə, "meydana",
çarpışmaya çağırır, ikinci tərəfdən özü hərəkatdan kənarda, fərdi
hisslərinin, "dağınıq xəyallarının" əsiri olaraq qalır. Bir tərəfdən
gələcək ümidindən, "səadət sabahı"ndan, "ümidi istiqbal"dan
ruhlanır, ikinci tərəfdən, bəzən kədərli, qüssəli və acizlik ifadəsi
olan şeirlər yazır. Bir tərəfdən Darvin kimi böyük alimlərin, təbiət
və texnika elmlərinin fəthlərinə heyran qalır, təbrik edir, öz
vətəndaşlarını bu hadisələrdən ibrət almağa çagırır, ikinci tərəfdən
həyat və məişətin lap adi və məlum hadisələrindən çaşır, əsəbi bir
vəziyyətə düşür. Küçədə rast gəldiyi bir korun faciəsini az qala
bəşəriyyətin ümumi faciəsi kimi böyüdür, xilqətə qarşı romantik
üsyankarlıq edir. Bir tərəfdən yüksək ictimai ehtiras, mübarizə,
yenilik həvəsi, elm
270
və maarif eşqi ilə çırpınaraq hər bir yarpaqda xilqətin dərin mənasını
axtaran şair, ikinci tərəfdən qeydsiz, şərtsiz olaraq, sinfi-tarixi fərq
qoymadığı bütün cəmiyyətə, bütün bəşər tarixinə istehzalı xitablar
edir, kənar bir müşahidəçi kimi cəmiyyətin ziddiyyətlərinə gülüb-
ağlayır.
M.Hadi yaradıcılığını müasirlərinin bir çoxundan ayıran budur.
Bu yaradıcılığın ictimai-siyasi qiymətini və əməli əhəmiyyətini
azaldan da budur. M.Hadi şeirini geniş oxucu kütləsindən müəyyən
dərəcədə uzaqlaşdıran da bu ziddiyyətlərdir.
271
Abbas Səhhət
(1874-1918)
Tərcümeyi-halı
Abbasqulu Mehdizadə Səhhət Şamaxıda ruhani ailəsində
doğulmuşdur. Onun atası Molla Abbas məktəbdar bir məhəllə
mollası idi. Səhhət ilk təhsilini atasından almışdır. O, 16 yaşından
ədəbiyyatla maraqlanmağa başlayır, Hacı Seyid Əzim kimi
zamanının ustad şairlərinə təqlidən qəzəllər yazırsa da, müvəffəq ola
bilmir. Ədəbi təhsilini artırmaq üçün məşhur şair Hacı Cabbar
Sabitin yanında əruz elmini oxuyur. Həmin müəllimin məsləhəti ilə
mükəmməl bir təhsil almaq üçün İranın Xorasan şəhərinə gedir. Bir
ilə qədər Xorasanın mədrəsələrində oxuyur. Burada da istədiyini
tapa bilmədiyindən Tehrana gedir. "Mədrəsəyi-nizamiyyəyi-
Nasiriyyə" adlı vaxtilə Nəsrəddin şah tərəfindən açılan məktəbə
daxil olur. Altı il orada çalışaraq təhsilini bitirir, naiblik rütbəsilə
həkimlik şəhadətnaməsi alıb təbabət işinə başlayır. İranın bir neçə
şəhərini gəzib dolaşdıqdan sonra bir xanın sarayına həkim vəzifəsinə
təyin olunur. Səhhət bu xanın sarayında uzun müddət qala bilmir.
Onun təbabət üsulunu bəyənməyən xan, bir gün onu da başqa
nökərləri kimi falaqqaya saldırıb döydürdüyündən Səhhət artıq
İranda qalmaq istəməyib Şamaxıya qayıdır.
272
Xaricdə təhsil gördüyündən ona həkimlik hüququ vermirlər.
İmtahan vermədən Rusiya imperiyası daxilində həkimlik edə
bilmədiyi üçün bir qədər işsiz qalır, sonra Şamaxı Rüşdiyyə
məktəbində Azərbaycan dili müəllimi olur.
Səhhət, Tərrah və Sabir səmimi yoldaş olmuş, birlikdə vaxt
keçirmişlər. O zaman bu şairlər hələ klassik şeir təsirindən xilas
olmamışdılar. Köhnə üsul ilə həcv, qəzəl və mərsiyə yazar, öz
dostları arasında oxuyar, yayardılar, Sabirin vəfatından sonra
Köçərliyə yazdığı mənzum məktubunda Səhhət buna işarə edir:
Bir zaman Nasehu
1
Tərrah ilə Sabir, bəndə
Yaşayırdıq hamımız qəflət ilə fərxəndə.
Birimiz mərsiyəgulukda böyük şair idi,
Birimiz sağərə mail, birimiz cananə,
Birimiz həcvdə yəğma
2
kimi çox mahir idi,
Laübali keçinirdi günümüz rindanə,
O pərişan yuxudan sən bizi bidar etdin,
Doğru, düz yolda çalışmaqlığa vadar etdin
3
.
1905-ci il inqilabı ədəbiyyatda da böyük bir fəaliyyət və yenilik
hərəkatı oyatdı. Müasir, canlı ictimai mövzular qəzəl və mərsiyə
ədəbiyyatını geriyə atdı. Ədib və şairlərin çoxu, o cümlədən Abbas
Səhhət yeni ədəbiyyat yolunda çalışmağa başladı. O, Tehranda
fransızcanı öyrəndiyindən Qərb ədəbiyyatı ilə, xüsusilə rus, fransız
ədəbiyyatı ilə yaxşı tanış idi. Qərb və müasirlik ruhunu Azərbaycan
ədəbiyyatına da gətirmək istəyirdi. "Həyat" qəzetinin 14-cü
nömrəsində çap olunmuş "Təzə şeir necə olmalıdır?" adlı
məqaləsində şeirə
1 Ə.Naseh Şamaxı şairlərindən Sabirin, Səhhətin müasiridir. Bir sıra maarifpərvər şeirlərin
müəllifidir. Bax: F.Köçərli. Azərbaycan ədəbiyyatı tarixi materialları, II cild, Bakı, 1925-ci il.
2Yəğma-həcv yazan fars şairlərindəndir (XVIII əsr).
3Abbas Səhhət. Sınıq saz, Bakı, 1912, səh.26.
273
yeni münasibət tələb edir, sənətdə həqiqi varlığı, təbiətin
gözəlliklərini təsvir etməyi, həm də insani hisslərin üstünlüyü ilə
təsvir etməyi lazım bilir. Səhhət özünün bu nəzəri tələbini gözəl
mənzərələr verən şeirləri ilə təsbit etmək, göstərmək istəmişdir. Şair
yoldaşlarından Ağaəli bəy Naseh Səhhətin məktəb uşaqları üçün və
yeni tərbiyə uğrunda yazdığı şeirləri tənqid edərək deyirdi: "Şair
dünyada azad və laübalı olmalıdır. Oxuyanlar xoşhal olmaq üçün
ruxi-yarı, xətti-xalı vəsf etməlidir. Sizlər isə şüəra rəsmini təğyir
edib həmdəmi-cəmi ətfal olmusunuz".
Səhhət bu tənqidə belə cavab verir:
Bu zaman siz buyuran köhnə üsul,
Eyibdir, eyib, deyildir məqbul.
Çünki indi dəyişib vəzi-cahan,
Başqadır, başqa təqazayi-zaman...
Fikrimiz tərbiyeyi-millətdir,
Qəsdimiz millətə bir xidmətdir...
1
Səhhət 1905-ci il inqilabından sonra nəşrə başlayan Azərbaycan
qəzet və məcmuələrinin çoxunda iştirak etmişdir. Xüsusi ilə
"Dəbistan", "Məktəb" kimi tərbiyə məcmuələrinə çox yazırdı.
Əsərləri 1912-ci ildə "Məğrib günəşləri" (tərcümələr), "Sınıq saz"
adlı kitablarda nəşr olunmuşdur.
Bundan başqa Səhhətin nəsrdə də müəyyən məharəti var idi.
Ruscadan iqtibas etdiyi "Yoxsulluq eyib deyil" məzhəkəsi, müharibə
fələkzadələrinin həyatından alınmış "Qaragünlü Həlimə" (1917)
hekayəsi məşhurdur. Səhhətin "Volqa səyahəti" adlı romanı var
imiş. Şairin yaxın dostlarından biri olan Cəmo Cəbrayılbəyli öz
xatirələrində bu romanın əlyazmasını oxuduğunu yazır.
1
Abbas Səhhət. Sınıq saz. Bakı, 1912, səh.14.
274
"Volqa səyahəti" 15-18 dəftərdə, həcmcə böyük epik bir əsər
imiş. C.Cəbrayılbəylinin dediyinə görə, bu roman həm məzmun,
həm də Bədii təsir cəhətdən şairin ən qüvvətli əsərlərindən imiş.
1
"Əli və Ayişə" romanında isə Səhhət köhnə ailə və məişət adətlərini,
cəhaləti göstərir. Şamaxıda və ümumən müsəlman şərqində çox
təsadüf edilən zor ilə qız ərə vermək, qaçırmaq, müamiləçilik və s.
çirkin adətləri tənqid edir.
Bu romanlar qismən Şərq və qismən də Qərb üslubunda imiş.
Nəsr ilə davam etdirilən təsvir və əhvalatlarla yanaşı, gözəl şeirlər
də verilirmiş.
Təəssüf ki, bu əsərlər heç yerdə nəşr olunmamış, müharibə
illərində itib batmışdır. A.Səhhət həyatının son illərini Kürdəmirdə
və Gəncədə keçirmişdir. Şair 1918-ci ildə Gəncədə yatalaq
xəstəliyindən vəfat etmişdir.
Dostları ilə paylaş: |