311
Səid Səlmasi
(1887-1909)
Səid Məşədi Xəlil oğlu Haqverdiyev Cənubi Azərbaycanda
yetişmiş
tərəqqipərəst
şairlərdəndir. Dilməqan
şəhərində
doğulmuşdur. Mədrəsədə oxumuş, ömrünün çox hissəsini Avropa
ölkələrinə səyahətdə keçirmişdir. Farsca, fransızca yaxşı savadı var
imiş. Səyahət Səid Səlmasinin istər mədəni və istərsə məfkurəvi
inkişafına çox böyük təsir etmişdir. Vətəninə qayıtdıqdan sonra
tərəqqi və mədəniyyət yolunda var qüvvəsi ilə çalışmış, öz xərci ilə
Səlmasda məktəb açmış, "Şəfəq" adlı qəzet nəşr etdirmişdir. 1905-ci
il inqilabı nəticəsində Cənubi Azərbaycanda əmələ gələn azadlıq
hərəkatının fəal iştirakçılarından olmuşdur. İrticaçılar tərəfindən
təqib olunmuş, vətənini tərk edərək Bakıya gəlmişdir. Bakıda
"Füyuzat" jurnalında yeni ruhda şeirlər və tərcümələr çap
etdirmişdir. 1909-cu ildə Xoy şəhərinə mətbəə apararaq, orada yeni
kitabların nəşrilə məşğul olmuşdur. Həmin il fevralın 24-də
irticaçılar tərəfindən öldürülmüşdür.
Təəssüf ki, S.Səlmasinin həyatı, ictimai mənşəyi və bir çox
əsərləri haqqında əlimizdə kifayət qədər məlumat yoxdur. Bu haqda
yeganə mənbə Ə.Qəmküsarın "Tərəqqi" qəzetində
1
nəşr etdirdiyi
məqalədir. Məqalə müəllifı şairin həyatı
1
Ə.Qəmküsar. Şəhidi-hürriyyət, "Tərəqqi", 1909, № 72.
312
haqqında çox az danışır, əsas diqqəti onun ictimai fəaliyyətinə verir.
Bu məqalədən də açıq görünür ki, Səlmasinin demokrat ziyalılar və
yazıçılar arasında böyük hörməti var imiş, onun istedadı etiraf
olunurmuş.
Səid Səlmasi çox gənc ikən vəfat etdiyindən ədəbiyyat sahəsində
mühüm əsərlər yarada bilməmişdir. Onun əsərləri azadlıq hərəkatı
uğrunda fədakar çalışan, yeni ədəbiyyat üçün son dərəcə artıq həvəs
göstərən istedadlı və qabiliyyətli bir gəncin yazılarıdır. Onun
Füyuzafda nəşr olunmuş "Farsca ilk sone"
1
adlı əsəri vətənpərvərlik
hissi ilə dolu bir nəğmədir:
Mən on zəmini guhərbari-paki İranəm,
Bə hər bəlayi-cəhalət nişəgəh əst təni mən...
- deyə şair öz dərdini vətənin dərdi, vətəninin dərdini isə öz dərdi
kimi verir.
"İğbirar", "Xiyali-mənfur"
2
şeirlərində də cəhalətdən, qəflətdən,
zülmdən şikayət edən bir gəncin həsrətləri bədii təcəssümünü
tapmışdır.
Səid Səlmasi mütləqiyyəti, şərq cəhalətini tənqiddən başqa
şeirlərinin bir qismində gələcəyə, azadlığa ümidini ifadə edir.
Məşrutə zamanında İran məclisinə seçilmiş nümayəndələr bu
münasibətlə Təbrizdən Tehrana gedirkən, şair Azərbaycan
məhbusları ilə, o cümlədən Əbdürrəhim Talıbov ilə görüşmüşdür.
Bu hadisəni o şeirlərində sevinclə qələmə almışdır. O, ümid edir ki,
hürriyyətpərəstlər istibdadın kökünü kəsmək, "zülm ağacını yıxmaq
üçün" nə lazımsa edəcəklər:
1 "Füyuzat", 1907, № 30.
2 Yenə orada, № 20.
313
Şad olur dil görüncə millətimin,
Bir byük mərifətli əhrarın.
Qət edirlər qələmlə rişəsini,
Şəcəri-zülm olan məlainin...
S.Səlmasi də Məhəmməd Hadi kimi burjua ziyalılarının yalan
vədlərinə inanan, şahın icazə verdiyi "məclislərdən" ümid gözləyən
romantik şairlərdəndir. Gənc şairin üslubunda qəliz, çətin, ərəb-fars
ifadə və ibarələri vardır.
S.Səlmasi də müasir ictimai mübarizə və məsələlərdən bəhs edən
həyati, səmimi şeir tərəfdarı idi.
314
Səməd Mənsur Kazımov
(1880-1927)
Səməd Mənsur Kazımov Bakıda anadan olmuş, ilk təhsilini rus-
müsəlman məktəbində almış, sonralar davamlı mütaliə ilə biliyini
artırmışdır. O 1907-ci ildə Bakıda düzələn "Səfa" cəmiyyətinin üzvü
olmuş, teatr işlərində fəal iştirak etmişdir. Səməd Mənsur 1905-ci
ildən sonra şeirləri ilə mətbuatda çıxış etmiş, 1918-ci ildə "Şeypur"
jurnalında baş mühərrir olmuş, "Molla Nəsrəddin"də ədəbi parçalar,
"Bəsirət" və "Tuti"də şeirlər çap etdirirmiş, xırda pyeslər yazmışdır.
Şəmsəddin Sami bəyin "Gavəyi-Ahəngər" əsərini təbdil etmişdir. Bu
əsər uzun illər səhnədən düşməmişdir. Səməd Mənsur ömrünün
axırlarında Xalq Komissarları Sovetində ümumi idarə müdiri
vəzifəsində çalışmışdır. O, 1927-ci il yanvarın 3-də Bakıda vəfat
etmişdir.
Səməd Mənsurun şairlik fəaliyyəti iki xətt ilə davam etmişdir.
Birincisi satira, ikincisi romantika. Satirik şeirlərində şair Sabir
yolunu tutaraq ictimai xəstəlikləri, köhnə münasibətləri
qamçılamağa çalışmışdır. "İçkilər, oflar"
1
, "Ey həkim"
2
,
"Qarabağlı"
3
, "Qələmim"
4
belə şeirlərdəndir. Şəməd
1 "Şeypur". Bakı, 1918, № 4.
2
"Bəsirət". Bakı, 1920, № 269.
3 "Şeypur". Bakı, 1918, № 5.
4 "Tuti". Bakı, 1916, № 38.
315
Mənsur satiralarında klassik şeirin təsvir vasitələrindən məharətlə
istifadə etmişdir. Qəzəl ədəbiyyatında zəriflik, incəlik üçün işlədilən
təşbih və sifətləri həcv şeirinə salmaqla satiranın məlahətini bir
qədər də artırmışdır. Füzulinin çox məhzun və mütəəssir bir lirika ilə
yazdığı məşhur "Ey həkim" rədifli qəzəli vardır. Burada aşiq həkimə
müraciətlə eşq dərdindən şikayət edir:
Eşqdən qəlbimdə bir pünhan mərəz var, ey həkim!
Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!
Səməd Mənsur isə ayrı münasibətlə həkimə müraciət edir. O,
Bakıda yoxsulluq, pulsuzluq ucundan həkimə gedə bilməyən
xəstələrin şikayətini qələmə almışdır. İnsafsız və pulpərəst həkimlər
belə xəstələri qapıdan qovurdular. Şair həmin xəstələrin dilindən
yazır:
Nə cibimdə parə, nə evdə çörək var, ey həkim!
Nəbzimi bihudə sıxma, çəkmə azar, eyhəkim!
Ət yemək pəhrizini əmr etmə kim bazardə,
Hər qədər axtarsa ət tapmaz xiridar ey həkim.
"Qarabağlı" rədifli şeirində şair qoçuluq, qolu zorbalıq, qan
ədavəti kimi köhnə, vəhşi adətləri tənqid edir. Səməd Mənsurun bu
şeirləri gündəlik felyeton ruhu daşısa da, ictimai cəhətdən faydalı
parçalardır. Bu parçaların "Molla Nəsrəddin" səhifələrində çap
olunınası da təsadüfı deyildir. Bunlar üslubca aydın, mövzuca zəruri,
Bədii ifadəcə maraqlı və şirin yazılmış həcvlərdir. Ancaq bu şeirlər
ümumiyyətlə Səməd Mənsur yaradıcılığı üçün səciyyəvi deyildir.
S.Mənsur ciddi, lirik şeirlərində daha hərarətli, daha rəvan təbli
şairdir.
316
IV. Maarifçi-didaktik
yazıçılar
Azərbaycan yazıçılarının bir hissəsi mətbuat, nəşriyyat ətrafında
toplanmışdı ("Molla Nəsrəddin", "Füyuzat", "Həyat", "İqbal",
"Səda" və s.), bir hissəsi də daha çox səhnə, teatr sahəsində çalışırdı
(N.Vəzirov, Ə.Kaqverdiyev və s.). Üçüncü qisim yazıçılar isə
məktəb ətrafinda toplanmış, maarif, təlim-tərbiyə mövzuları üzrə,
uşaq ədəbiyyatı sahəsində çalışırdılar. Bunlar müəllim-yazıçılar
idilər. Onların bütün yazıçılıq fəaliyyəti məktəb, maarif tələblərinə
uyğunlaşdırılmışdı. Bu yazıçılar qələmləri ilə məktəbdəki əməli
fəaliyyətlərini tamamlayırdılar. Bu xüsusiyyət maarifçi yazıçıların
bütün əsərlərində görünür. Görüşlərindən birində A.P.Çexov
Maksim Qorkiyə müraciətlə deyirdi: "Mənim pulum olsaydı, burada
xəstə kənd müəllimləri üçün bir sanatoriya tikdirərdim. Mənim
gözəl kitabxanam, müxtəlif musiqi alətlərim, arı pətəklərim,
bostanım, meyvə bağım olardı. Aqronomluq, metallurgiya haqqında
mühazirə oxumaq olardı. Müəllim hər şeyi bilməlidir. Siz
bilsəydiniz rus kəndinə yaxşı, ağıllı, oxumuş müəllimlər nə qədər
zəruridir. Onun üçün bir növ xüsusi şərait hazırlamaq vacibdir. Biz
bunu tez etməliyik! Çünki geniş təhsili olmadan dövlət pis bişirilmiş
kərpicdən tikilən ev kimi uçular".
1
1 M.Qorkiy. Sobranie soçineniy. Moskva-Leninqrad, t. II, izd. XXII, 1932, str.92.
317
Eyni zərurəti Azərbaycan ədibləri də duymuşlar. Ədiblərimiz
maarifin, müəllimin, məktəbin həlledici işini, intibah yolunda ən
böyük vasitə olduğunu düşündükləri üçün məktəb işinə böyük
əhəmiyyət verir və bu yolda var qüvvələri ilə çalışırdılar. Buna görə
də həmin yazıçıların yaradıcılığında maarif uğrunda, məktəb, tərbiyə
uğrunda mübarizə başlıca yer tuturdu. Bu yazıçılar
mollanəsrəddinçilər kimi satira, tənqid yolu ilə getmirlər. Doğrudur,
bunlar da tənqidi realistlər kimi köhnə həyatı rədd edir, cəhalətə eyni
dərəcədə nifrət edir, keçmiş cəmiyyətin yıxılmasına, xalqın
fanatizmdən xilas olmasına çalışırdılar. Ancaq bunların yolu,
üslubu, təsvir sahəsi mollanəsrəddinçilərdən fərqli idi.
Azərbaycan tənqidi realistlərinin böyük xidməti ondan ibarət
olmuşdur ki, onlar köhnə dünyanı yıxmaq, cəmiyyəti onun
qalıqlarından xilas etmək yolunda fədakarlıqla çalışmışlar. "Molla
Nəsrəddin" və onun böyük məktəbi həyatımızı, cəmiyyətimizi bu
köhnəlik çəngəlindən xilas etməyə, feodal münasibətlərinin çirkin,
fəlakətli olmasını hamıya başa salmağa, bütün pərdələri qaldırmağa,
həyatı çılpaqlığı ilə, həqiqəti açıqlığı ilə göstərməyə, adamları
ayıltmağa, sayıq salmağa çalışmışdır.
Romantiklərin - M.Hadi və A.Səhhət məktəbinin təsvir sahəsi isə
bambaşqa idi. Bu şairlərin çoxu xəyali gələcəyi tərənnüm edirdilər.
Müasir cəmiyyətdə gördükləri çirkin və fəlakətli səhnələrə nifrətlə
kifayətlənmir, üzlərini gələcəyə tutub romantik çağırışlarla məşğul
olurdular. Onlar keçmişin iztirablı həyatına qarşı ümidli, şad və
parlaq bir aləm qoyurdular. Romantiklər gələcək ilə təsəlli tapırdılar.
Maarifçi ədiblərin yaradıcılığı bu iki ədəbi məktəbin hər biri ilə
müəyyən dərəcədə səsləşsə də, bunların hər ikisindən ayrılırdı.
Maarifçi realistlər nə keçmişin tənqidinə o qədər aludə, nə də
gələcəyin xəyallarına o qədər məftun idilər. Onlar ən çox adi, həyati
məişət qayğılarını qələmə alırdılar, gələcəyi
318
yaratmaq üçün hər kəsdən, hər şeydən əvvəl məktəbə müraciət
edirdilər. Məktəbi nəinki mədəniyyət, intibah üçün, hətta ictimai
quruluşu düzəltmək üçün də vasitə sayırdılar. Məktəbin
əhəmiyyətini həddindən artıq böyüdür və qurtuluş yolunu burada
görürdülər.
Maarifçi realistlərin görkəmli nümayəndələrindən Süleyman Sani
Axundovu, Abdulla Şaiq Talıbzadəni, Sultanməcid Qənizadəni,
İbrahimbəy Musabəyovu, Rəşid bəy Əfəndiyevi, Mirzə Məhəmməd
Axundovu göstərınək olar. Şəfıqə xanım, Əliməhəmməd
Mustafayev, Məhəmməd Qarayev kimi maarif mövzularında uşaq
hekayələri yazan və sonralar yazıçılıqdan əl çəkən müəllimlər də var
idi.
1
Maarifçi yazıçıların məqsədi, məfkurə istiqaməti, fəaliyyət
sahəsi, hətta mövzu dairəsi bir idi. Bunların çoxu (Süleyman Sani,
Abdulla Şaiq) zəmanəsinin ziyalı ailəsindən çıxmış adamlar idilər.
Axund və ya əfəndi ailələrində böyüyən bu gənclər üçün əsas
fəaliyyət sahəsi və meydanı məktəb idi. Özlərinin keçdiyi təlim-
tərbiyədən fərqli olaraq bu yazıçılar "Üsuli-cədid" məktəbinin, yeni
qayda ilə təhsil və tərbiyənin qızğın tərəfdarı idilər. Bu yolda
əllərindən gələn səyi əsirgəmirdilər.
Süleyman Sani Axundov Qori seminariyasındakı təhsilini
bitirəndən sonra ömrünü məktəb yolunda qoymuşdu. O, müəllimlik
ilə bərabər yazıçılıqla da məşğul olurdu. Xüsusilə ilə "Məktəb"
məcmuəsində nəşr etdirdiyi "Qorxulu nağıllar" o zaman oxucuların
böyük hüsni-rəğbətinə səbəb olmuşdu. Uşaq əhvali-ruhiyyəsini
bilmək, tərbiyə üsullarına bələdlik və sənətkarlıq məharəti sayəsində
Süleyman Sani gözəl məzmunlu hekayələr yaradırdı.
Tifüs mühitində böyüyüb yetişmiş, atası Axund Talıbzadənin
sayəsində Şərq ədəbiyyatını, Sədi, Mollayi Rumi kimi
tərbiyəvi ədəbiyyat müəlliflərini dərindən öyrənən Abdulla Şaiq,
həm şeir və həm nəsr sahəsində çalışaraq maarifi təbliğ edirdi. O,
şirin, məlahətli bir dil ilə Azərbaycan həyat və məişətinin gözəl
1 Bax: "Məktəb" jurnalı, 1912-1914.
319
cəhətlərini qələmə alır, oxucusunda həyata meyl, yaşamaq eşqi,
təbiətin nemətlərindən faydalanmaq həvəsi oyadırdı.
İbrahim bəy Musabəyov məktəb, təhsil və yeni həyat
əlamətlərinin Azərbaycan ailəsinə, xüsusən gənclərinə necə təsir
bağışladığını təsvir edən kiçik hekayələr yazırdı. Pulun və
sərmayənin törətdiyi bədbəxtlikləri təsvir edir, ata-anaları, gəncləri
əxlaq gözəlliyinə, pak, halal məişətə çağırırdı.
Müəllim Mirzə Məhəmməd Axundov hələ o zaman böyük şair
Nizami şeirinin fəal təbliğatçılarından idi. O maarif sahəsindəki
fəaliyyətindən başqa dramları, hekayələri, xalq ədəbiyyatından
toplayıb nəşr etdiyi kitabları ilə məktəbə, məktəblilərə daha artıq
kömək edirdi. Dramları naturalizm təsiri səviyyəsində olsa da,
şeirləri, xalq ədəbiyyatı nümunələri ilə maarifçi ədəbiyyata daha çox
meyl etmişdir.
Mollanəsrəddinçilər öz məfkurələrini mətbuat və kitab vasitəsilə
yayırdılarsa, maarifçi-realistlər məktəb vasitəsi ilə yayırdılar.
Məktəb bunlar üçün ən böyük və ən münasib auditoriya idi.
Şeirlərini burada oxuyur, hekayələrini dərs kitablarına salır,
dramlarını məktəb səhnələrində tamaşaya qoyurdular. Maarifçi
realistlər yüksək və müqəddəs hissləri yeni nəslə vermək, vətən
övladını yeni, mədəni üsulla tərbiyə edib yetişdirınək üçün hər
vasitədən faydalanırdılar.
320
Süleyman Sani
Axundov
(1875-1933)
Tərcümeyi-halı
Süleyman Sani Axundov 1875-ci ildə oktyabrın 21 - də Şuşada
anadan olmuşdur. Atası Rzaqulubəy Axundov, anası Dürnisə xanım
Vəlibəyzadə Qarabağ kübarlarındandır. Süleyman uşaq ikən atası
ölmüşdür. Dayısı Səfərəlibəy Vəlibəyov vasitəsilə Qori
seminariyasının türk şöbəsinə daxil olmuşdur. 1894-cü ildə
seminariyanı bitirərək Bakıda 3-cü rus-müsəlman məktəbinə
müəllim təyin olunmuşdur.
Süleyman Sani Bakıya gəldiyi gündən həvəskar sifətilə teatr
tamaşalarında iştirak etməyə başlayır.
Ədəbi fəaliyyətə 1899-cu ildə "Tamahkar" adlı beş pərdəli
komediyası ilə başlayır. Bu əsər həmin ildə Nikitinin "Sirk"
teatrında oynanılır və böyük müvəffəqiyyət qazanır. Əsər o gündən
Azərbaycan səhnəsində möhkəm yer tutur, dəfələrlə tamaşaya
qoyulur.
Süleyman Sani "İrşad" və "Tərəqqi" qəzetlərində kiçik hekayələr
çap etdirir. "Nicat" cəmiyyətində maarif işlərində fəal çalışır.
321
1906-cı ildə Bakıda birinci müəllimlər qurultayında Süleyman
Sani ən fəal çalışan müəllimlərdən olur. O, yeni əlifba tərəfdarı
olaraq 1906-cı ildən başlamış Fərhad Ağazadə ilə birlikdə işləyir. İlk
yeni əlifba dərs kitabı S.S.Axundov, F.Ağazadə və Məhəmmədzadə
tərəfindən yazılır.
Süleyman Sani "Məktəb" jurnalında "Qorxulu nağıllar"
sərlövhəsinə maraqlı, orijinal hekayələr yazmağa başlayır (1912-
1914). Bu hekayələr yalnız məktəblilər arasında yox, bütün
maarifçilər arasında yayılır, hörmət qazanır. Mətbuatda bu əsərlərə
yüksək qiymət verilir.
Süleyman Sani 1920-ci ildə Qarabağda və Zəngəzurda bir çox
məktəb, uşaq evi, klub, qiraətxana, kitabxana açaraq maarif və
mədəniyyət işinə böyük xidmətlər göstərir. 1921 - ci ildə xəstələnir,
Bakıya gəlir. Bir müddət Bakı maarif şöbəsində təlimatçı olur. Sonra
yenə məktəb müdirliyinə qayıdır. Süleyman Sani 1921-ci ildə
Azərbaycanda elan olunmuş ədəbi müsabiqədə iştirak edir. "Laçın
yuvası" adlı əsəri birincilik qazanır.
1921-ci ildə Bakıda "Tənqid-Təbliğ" teatrı açılır. Süleyman Sani
bu yeni teatr üçün bir çox pyeslər yazır. Yeni teatr noyabrın 13-də
pərdəsini S.Saninin "Çərxi-fələk" adlı pyesi ilə açır.
Süleyman Sani "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət"
və "Şərq qadını" jurnallarında, həmçinin "Ədəbiyyat qəzeti"ndə öz
Bədii əsərləri ilə iştirak edir.
Süleyman Saninin uşaqlar üçün yazdığı hekayələrdən başqa,
ruscadan tərcümələri də vardır (M.N.Baqdanovun "Sərçə",
"Sığırçın", "Qaranquşlar" və s.).
Ədibin ədəbi və ictimai fəaliyyəti nəzərə alınaraq ona "Əmək
qəhrəmanı" adı verilmiş və xüsusi təqaüd təyin edilmişdir.
S.S.Axundov 1939-cu ildə Bakıda vəfat etmişdir.
322
Yaradıcılığı
Süleyman Sani Axundov ədəbi yaradıcılığa "Tamahkar" adlı
komediyası ilə (1899) başlamışdır. M.F.Axundovun "Hacı Qara"sına
təqlidən yazılmış bu əsərdə tamahkar, xəsis bir qoca təsvir olunur.
Bunun adı Hacı Muraddır. Hacı Murad öz çirkin, murdar xasiyyəti
ilə nökəri də, arvadı da, yeganə qızı Gülzarı da təngə gətirmişdir.
Onu zor ilə pullu bir kişiyə ərə vermək istəyir. 7 il nökər saxladığı
Qulunu evindən qovur. Bir qəpik də zəhmət haqqı vermir ki:
"haqqın tamamilə sənə çatıbdır. Əslinə baxsan, sən mənə
borclusan".
"Tamahkar" məişət komediyasıdır. Hacı Murad ilə yanışı köhnə
adətlər və ehtiraslar tənqid olunur. İstər əsərin quruluşunda və
istərsə şəxsiyyətlərin səciyyəsində, hətta mühakimələrin ruhunda
"Hacı Qara"nın qüvvətli təsiri görünməkdədir. Ədibin əsl yaradıcılıq
fəaliyyəti 1905-ci ildən sonra başlanır. Bu zaman o, biri-birinin
ardınca bir neçə hekayə və pyes yazir.
1905-ci ildə yazdığı ilk hekayələri ("Kövkəbi-hürriyyət",
"Yuxu", "Qonaqlıq") intibah məsələlərinə həsr olunmuşdur. Həcmcə
balaca olan bu əsərlərdə dövrün ən canlı məsələlərindən, ictimai
hərəkatdan və yeni fikirlərdən işarələr görünür.
Bu əsərlərdə mülayim bir romantika, nikbin bir xəyal qanadlanır.
"Kövkəbi-hürriyyət" hekayəsində kütlələrin çar zülmü altındakı
ağır vəziyyəti "qocalıq mərəzi" adlanır. Bu elə bir azardır ki, "18
yaşında cavanın saçı-saqqalı ağarıb, beli ikiqat olur. Əlləri, ayaqları
əsib, gözlərinin nuru gedib, həştad yaşında bir qocaya dönür...".
323
Xalq bu xəstəliyə çarə axtarır, tədbir düşünür. Peyğəmbər simalı,
xeyirxah bir qoca cəmiyyətin xilas yolunu göstərir.
Ədib ehtimal ki, rəmz ilə ifadə etdiyi tilsimli, "süni dağ"
mövhumlarında Şərq fanatizmini, cəhaləti, istibdad işgəncələrini
nəzərdə tutur. İşıq ilə xalq arasında mənhus bir sədd olan bu maneə
özü-özünə yox olmur. Onu el ağsaqqalı vüqarında olan nurani
qocanın məsləhəti, əli silahlı camaatın hümməti məhv edir.
Yenə bu dövrdə yazılmış "Qonaqlıq" əsəri ümumilikdən,
mücərrədlikdən bir qədər uzaqlır. Hadisə günün zəruri mübarizəsi və
məsələləri ilə səsləşir. Burada sinfi fərq və ictimai-siyasi hüquq
məsələlərindən bəhs olunur. Ədib, fəhlə və kəndliləri "hökumətin
sütunu", cəmiyyətin möhkəm dayağı sayır.
Süleyman Sani, mülkədar həyat və məişətinə dərindən bələd
olan, bu sinfın mənəvi aləmini, zövqünü, məzacını yaxşı bilən
ədiblərdəndir. İlk zamanlardan başlayaraq onun əsərlərində
mülkədarlar, ağalar və xanların təsviri mühüm yer tutur. Mövzu
dairəsi nöqteyi-nəzərindən Süleyman Sani bu zaman tənqidi-realist
dramaturqlara (N.Vəzirov, Ə.Haqverdiyev) çox yaxındır. O da iflas
etmiş və etməkdə olan, lakin bu iflası tarixi bir zərurət kimi yox,
təsadüf kimi anlayan, ona görə faciəli vəziyyəti ilə də gülünc olan
ağaları, bəyləri təsvir edirdi.
17 Oktyabr bəyannaməsindən, Dövlət dumasına məbuslar seçkisi
başlanandan sonra, belə bəylər böyük iddiada idilər. Onlar varlarına,
əsil-nəsəblərinə, illərdən bəri tutduqları hakim mövqelərinə
əsaslanaraq yeni ictimai hərəkatda da ağalıq etmək istəyirdilər.
Tərəqqipərəst ziyalılar isə bəylərin bu meyl və iştəhasına qarşı çıxır,
onların iç üzünü, daxili boşluqlarını açıb göstərirdilər.
324
"Dibdat bəy" adlı məzhəkəsində ədib, Səftərqulu bəy adlı belə,
özündən müştəbeh bir mülkədara gülür. Deputat seçkiləri yaxınlaşır,
lotular Səftərqulu bəyin başına yığılıb onu öz aralarında "bəylərin
nümayəndəsi" adlandırırlar, aldadıb onun evində hər gün qonaqlıq
təşkil edirlər.
Həmin mövzu "Türk birliyi" məzhəkəsində daha dərin
işlənmişdir. Burada həqiqi əməkçi ziyalılarla, tüfeyli tacirlər, bəylər
arasında mübahisə verilir. Bəylər deputat seçkisinə bərk hazırlıq
aparırlar. Cəfərbəyin evində qonaqlıq təşkil edir, sözü keçən
ziyalıları - mühəndis, təbib, müəllim və vəkilləri də buraya
çağırırlar.
Heydərqulu ağanın tələbi açıqdır və qətidir: "Cəfərbəy, sən
öləsən, hərgah məni padşahlıq dumasına vəkil seçməsələr cəmi
mülkümü, evimi-eşiyimi satıb, düz Firəngistan deyə gedəcəyəm.
Mən belə xəcaləti, töhməti yeyə bilmərəm"
1
.
Deputatlıq iddiasında olan bu adam nəinki siyasi şüur, hətta
savad cəhətdən o qədər piyadadır ki, ölkədə davam edən hərəkatın
mənasını anlamır. Onun fikrincə tələbələrin tətil etməsi "çox səfih"
işdir. Hökumət daha da şad olur ki, universitetlər bağlanıb,
padşahlığın xərci azalır.
Heydərqulu ağa tərəqqipərəst fikirlər anlamır. O, bəydir, bəyliyi
ilə də dövlət dumasına seçilmək istəyir. O, mülkləri, ilxıları ilə fəxr
edir.
O, anlamır ki, indiki hərəkat məhz həmin varlılar, bəylər
hökmranlığının əleyhinədir. O, anlamır ki, indi yalnız pul ilə yox,
elm ilə, bilik, icad, ictimai xidmət ilə böyüyür və bu yolun həqiqi,
bəşəri yol olduğunu ifadə edirlər. Heydərqulu ağa anlamasa da
tərəqqipərəst ziyalılar onun vəziyyətinə gülürlər. Həkim Firidunbəy
Heydərqulu ağanın cəhalətinə dözə bilmir, şəst ilə üzünü ona tutub
deyir:
1
S.S.Axundov. Əsərləri, Bakı, 1936, səh.153.
325
"Siz hələ qəflət yuxusundasınız, ayılmamısınız. O zaman ki, siz
ağalar dilsiz-ağızsız rəiyyətin malının, canının, namusunun sahibi
olub, nə istəmişsinizsə etmişsiniz - getdi!
İndi hürriyyət zamanıdır. İndi insan mülk, mal ilə yox, elm,
ədəblə şərəf qazanır".
1
Süleyman Saninin müsbət surətləri həmişə ictimai-siyasi
hadisələri belə açıq-aydın bir dil ilə ifadə edir. Dildə belə
müstəqillik və aydınlıq, iki mənalı və əmmalı sözə yer verməmək
S.Saninin yaradıcılıq xüsusiyyətlərindəndir. Müəllim dili, şərh, izah,
başa salmaq ədib üçün səciyyəvidir.
Bu iki pyesdən sonra S.Sani bir neçə il yazmır. Müəllimlik işinə
dərin bir eşq ilə girişərək, bütün vaxtını bu işə sərf edir. Lakin
məktəb, təlim-tərbiyə dairəsi ədibə yeni əsərlər üçün maraqlı
mövzular verir.
1912-ci ildə "Məktəb" məcmuəsinin nəşri ilə əlaqədar olaraq, o
da başqa müəllim yoldaşları kimi uşaqların ehtiyacını ödəmək üçün
qələmə sarılır.
Uşaqlar üçün əsər yazmaq, S.Saninin ruhuna uyğun və ürəyindən
olan bir iş idi. Çünki o, uşaq əhvali-rühiyyəsinə, zövqinə, mənəvi
tələbinə mükəmməl bələd idi. Bir tərəfdən müəllimlik fəaliyyəti, bir
tərəfdən də xalqımızın həyat və məişətini bilmək ədibə bu cəhətdən
böyük kömək edirdi.
S.Sani "Qorxulu nağıllar"
2
adlı məşhur bir silsilə hekayələrini bu
zaman (1912) yazdı. S.Sani öz uşaq hekayələrini xalq nağılları
üslubunda yazmışdır. Çünki ədib nağıl üslubunun uşaq ruhuna yaxın
olduğunu bilirdi. Bu hekayələr nəinki ədibin yaradıcılığında, hətta
bütün Azərbaycan uşaq ədəbiyyatında mühüm bir yer tutur. Bu
əsərlərdə varlığın, hadisələrin birtərəfli, müəyyən meyl və məqsəd
nöqteyi-nəzərindən təsviri yoxdur. Bu əsərlərdə həyatın həqiqəti
bütün qüvvəti
1
S.S.Axundov. Əsərləri, Bakı, 1936, səh.168.
2 "Məktəb" jurnalı, Bakı, 1912-1914.
326
ilə səslənir. Xüsusilə məktəblilərin sevdiyi əsərlərdən olan "Qaraca
qız" və "Nurəddin" hekayələri dərin bir hiss ilə, qüvvətli bir həqiqət
şəklində yazılmışdır.
Bu hekayələrdə adətən uşağın marağını oxşamaq üçün olan
macəralar, çarpışmalar, gözlənilməz, nagəhani sevinclər, kədərlər
əsas deyildir. Burada həyatın mürəkkəbliyi, çətinliyi, şirinliyi, ağır
və müdhiş qayda və qanunları, bunların hökmü və nəticələri bütün
çılpaqlığı ilə yazılmışdır.
Bu hekayələr uşağa xoş və ya qəmli duyğu verməkdə qalmır, onu
qayğısız uşaqlıq yuxusundan ayıldır. Həyata hazır olmağa çağırır,
həyat yolunda olan və ola bilən bütün əngəl və maneələrdən
xəbərdar edir.
Ən xoşbəxt və təmin olunmuş uşaq belə "Qaraca qızı" oxuduqda
canına lərzə düşür, həyat yolunda hər bir gözlənilməz dəhşət və
faciənin baş verə biləcəyinə inanır. İndiyə qədər bir çox ədib və
şairlərin əsərində "çalış", "çalış" deyə uşağa edilən quru və təsirsiz
tövsiyə, təlimin əvəzinə ədib, çalışmağın, şəxsi taleyi əmək ilə
qazanmağın labüd və yeganə yol olduğunu uşağa sadə, aydın və
təbii bir üsul ilə başa salır. Uşağa ata-ana qucağının və qayğısının
həmişəlik və kifayət olmadığını, səadətin ancaq səy ilə, əmək ilə
əldə edildiyini öyrədir.
"Qorxulu nağıllar"ın ikinci əhəmiyyəti orada ictimai hadisələrlə
yanaşı təbiətin, heyvanatın həyatma aid səhnələrin verilməsində,
uşağın məlumatının artırılmasındadır. Arılar, quşlar, ilanlar, bağ-
bağça, bitkilərin həyatı, əkinçilik, qaraçı məişəti... bütün bunlar
xüsusilə məktəblilər üçün həm maraqlı, həm də lazımlı, öyrənilməli
səhnələrdir. "Qorxulu nağıllar"ın üçücü əhəmiyyəti köhnə cəmiyyət
quruluşunun, istismar və zülm dəhşətlərinin göstərilməsindədir.
Qaraca qız yoxsul, yetim bir qızdır. Hüseynqulu ağanın qızı
Ağca xanım ilə dost olub ünsiyyət bağlayır. Ağca xanımın ata-anası
uşaqların Qaraca qızın yanına buraxmırlar, bunu
327
özləri üçün təhqir sayırlar. Qaraca qız isə öz dostluğunda
möhkəmdir. Hətta Ağca xanımı ilan vuran zaman heç kəs uşağa
kömək edə bilmir. Yalnız Qaraca qız dostluq ucundan canından
keçərək yaranın zəhərini sorur, Ağca xanımı ölümdən qurtarsa da,
axırda özü zəhərlənib ölür.
Ədib, burada yetim qız ilə mülkədar xanımının mənəvi
mahiyyətini müqayisə edir, insanı hisslərdən məhrum mülkədarlar
ilə həqiqi insani hisslərlə yaşayan və ölən pak, təmiz, saf insanı -
yetim uşağı qarşılaşdırır.
Köhnə cəmiyyətin insanlar arasında yaratdığı və dərinləşdirdiyi
bərabərsizlik ən çirkin bir ictimai dərd kimi özünü göstərir. Bu əsər
keçmişdə, feodalizm dünyasında yoxsul uşaqlarının necə
bədbəxtliyə məhkum olduğunu isbat edir. Bu hekayələrdəki təbii,
səlis, şirin nağıl üslubu S.Sanini qüvvətli, istedadlı və öz orijinal
sənəti ilə parlayan bir ədib kimi məşhur etdi.
S.Sani yaradıcılığının son və daha məhsuldar dövrü 20-ci illərdən
sonraya aiddir. O, mövzuca nağıl, əfsanə, əsatir mənbələri ilə bağlı
maraqlı hekayələr yazırdı. Ədibin bu dövrdə yazdığı hekayələri
Bədii dəyərinə görə iki hissəyə bölmək olar. Bunlardan biri
"Qorxulu nağıllar" kimi ümumi, bəşəri məsələləri və hissləri
tərənnüm edən hekayələrdir. "Qan bulağı", "Ümid çırağı" və "Mister
Qreyin köpəyi"ni bu sıradan saymaq mümkündür. Bu hekayələrdə
ədib xalqın mübarizə tarixini, onun zəngin və xeyirxah ənənələrini,
cəhalətə qarşı mübarizəsini, kapitalizm, imperializm aləmində baş
verən zülm və haqsızlıqları göstərir, ikinci qisim hekayələr ən çox
günün tələbinə müvafıq, nisbətən bəsit halda yazılmış əsərlərdir
("Qatil çocuq", "Molla Qasım", "Sona xala", "Bax mən buna
yoxam"). Ədibin bu zaman "Tənqid və təbliğ" teatrı üçün yazdığı
əsərlər sovet dramaturgiyasının ilk əsərləri sayıla bilər.
328
Burada qadın azadlığını, yeni həyatı qəbul etməyən, başa
düşməyən pinəçi Qafarın və Mirzə Fərəçin öz arvadları ilə apardığı
mübarizə təsvir olunur. Ərlərinə nisbətən arvadlar (Şahsənəm və
Gülpəri) gözüaçıq adamlardır. Onlar yeni həyatın feyzindən istifadə
etmək, açıq gəzmək, ictimai yerlərə getmək istəyirlər. Ərləri, günün
birində teatr tamaşasında öz arvadlarına rast gəlirlər. Münaqişə bu
planda davam və inkişaf edir. Nəhayət, Qafar da, Mirzə Fərəc də öz
qəbahətlərini anlayırlar. Ər-arvad ixtilafına sevinən, kəbini pozub
pul almaq üçün gələn Molla Qasım gülünc vəziyyətdə qalır, evdən
qovulur.
Əsərdə yalnız beş nəfər iştirak edir. Əsər çox yığcam, şirin və
aydın üslubda yazılmışdır. Gülüş həm hadisələrdən, vəziyyətdən
doğur, həm də ictimai məzmun daşıyır.
Ədibin "Laçın yuvası" əsəri 1921-ci ildə teatr müsabiqəsində
birinciliyi qazanmışdır. Pyesdəki Əmiraslan ağa və Pəricahan çox
mürəkkəb, inandıncı və mükəmməl işlənmiş surətlərdir. Bu əsərdə
"atalar və oğullar" ixtilafı xüsusi bir üsul ilə təsvir olunur.
Əmiraslan ağa tədbirli, iradəli, qaniçən bir mülkədardır. Ətraf
kəndlərdə mülkədar ağalığı yıxılsa da, o silahı əldən vermir. O,
yoxsullar hakimiyyətini özünə ölümdən betər bilir. Belə bir işin baş
tutacağına inanınır. Əmiraslan ağanın doğma oğlu Cahangir ağa öz
atasına qarşı mübarizə aparır.
Məslək uğrunda vuruşan və ölümə belə hazır olan gənc Cahangir
ağa da maraqlı bir şəxsiyyətdir. O nəinki atası ilə, hətta sevdiyi əmi
qızısı Pəricahan xanımla da bir düşmən kimi üz-üzə gəlir. Cahangir
ağa məhəbbətini məsləkinə qurban verməli olur. Bu əsərdə təsvir
olunan mülkədar qızı Pəricahan da canlı və yaddaqalan şəxsiyyətdir.
Onu nə "Hacı Qara"dakı Sona ilə, nə də" "Eşq və intiqam"dakı
Qəmər və Zəhra ilə müqayisə etmək olar. Bu qızda cəsarət, igidlik,
döyüş və mübarizə həvəsi çox qüvvətlidir.
329
Pəricahanda bir tərəfdən köçəri qadınlarda olan bir növ "kişi"
ruhu var, ikinci tərəfdən nağıl və əfsanə qəhrəmanlarındakı sevgi
macərası meyli və həvəsi vardır. O, son günlərə qədər əmisi oğlunun
eşqi ilə yaşayırdı. Onu başqa cəbhədə görəndə məhəbbətindən əl
çəkməyə, döyüşə hazır olmağa çalışır. Cahangir ağa tutduğu həyat
yolunu ona başa salandan sonra Pəricahan da fikrindən dönür.
Pəricahanın bu mənəvi və məfkurəvi dönüşü əsərdə süni və ani
verilməmişdir. Tamaşaçı və oxucu yaranan şərait və təsirli amillər
nəticəsində belə bir dönüşün yaranacağına inanır. Bu dönüş həm
Pəricahan xanım, həm də Cahangir ağa şəxsiyyətlərinin bitkinliyinə
daha artıq kömək edir.
S.Saninin yaradıcılığında realizm əsasdır, aparıcıdır. Burada biz
həyatı bütövlüklə, qaranlıq və işıq tərəfləri ilə birlikdə görürük.
Hətta bir sıra əsərlərində ("Eşq və intiqam") ədib müsbət surətlərə,
müsbət hadisələrə daha çox yer, daha çox Bədii rəng verir.
Məzhəkələr yazsa da, satira və yumor Süleyman Sani üçün xas
deyildir. Onda həyatın gözəl hadisə və xüsusiyyətlərinin təsdiqi
əsasdır. Onun əsərlərində xalq ruhu və xalq həyatını təmsil edən
nurani və xeyirxah qocaların (Piri baba, İmamverdi baba, Piri kişi)
surətləri diqqəti cəlb edir. Bu qocalar xalq idrakını, min illərlə
xalqımızda yaşayıb, müəyyənləşən gözəl dəb və qaydaları təmsil
edirlər. Gənclərin səadətinə çalışırlar, çətinliyə, dara düşənlərə
məsləhət verirlər, bağ salır, ağac becərirlər, xəstələri müalicə ediflər.
Bu özü, ədibin əsərlərində nağıl ruhunun qüvvətli olmasını göstərir.
S.Saninin əsərlərində təsvir olunan səhnələr və hadisələr bəzən
bir növ əfsanə və əsatirləri yada salır. Divlərin hördüyü dağlar, vəhşi
heyvanlara düçar olan aciz, kimsəsiz insanlar, "Qan bulaq"ları...
Bunlar ədibin üslubunu, Bədii təfəkkürünü də şərtləndirınişdir,
tənqidi realist yazıçılara və romantiklərə heç də oxşamayan
330
bədii vasitələrin meydana çıxmasına səbəb olmuşdur. Əgər tənqidi
realistlərdə həyat və məişət bütün təfərrüatı və bütün dolğunluğu ilə
göstərilirsə, romantiklərdə hər şey xəyala tabe olur, yüksəldilirsə,
S.Sanidə bu həyat ictimai zəminəsindən ayrılmadan, əfsanəvi, əsatiri
rəng alır. Ən adi və real hadisələrdə oxucu "sehirli" bir tərəf görür
və ya axtarır. Bəzən əhvalatın quruluşu və işlənilməsində də bu
xüsusiyyət nəzərə çarpır. "Eşq və intiqam" pyesinin əsas
münaqişələri bu istiqamətdədir.
Həmin bu "əfsanə" və "sehr" əlamətlərinə görədir ki, ədib
ziddiyyət və münaqişələrin nəticəsini hadisənin özündən çıxarmır.
Bu nəticəni sonradan nurani qocanın dili ilə deyir ("Eşq və intiqam",
"Qaraca qız"). Yenə buna görədir ki, S.Sani başqa ədiblərimizdən
fərqli olaraq keçmiş həyatımızın çirkin və zərərli cəhətlərini satira
yolu ilə yox, faciə yolu ilə qamçılayır. O, köhnə dünya qurbanlarına,
nadanlığa mübtəla olanlara gülmür, ağlayır. O, oxucusunda gülüş
vasitəsi ilə nifrət doğurmağa yox, kədər vasitəsi ilə mərhəmət
doğurmağa, mütəəssir etməyə çalışır.
Feodalizm dövründə Azərbaycanda yayılan ən dəhşətli bir
ictimai xəstəlik - qan davaları S.Saninin əsərlərində xüsusi bir
qüvvətlə qırmanclanır, bu bəlanın dəhşətli nəticələri göstərilir ("Eşq
və intiqam", "Ümid çırağı").
Süleyman Sani öz zamanəsində məşhur olan və ədəbi
yaradıcılığın əsas qüvvələrini özündə toplayan iki böyük üslubdan
heç birinə mənsub deyildir. O, nə Hadinin adı ilə bağlı olan
romantizm üslubuna, nə də Mirzə Cəlilin adı ilə yad olunan hələ
Mirzə Fətəlidən başlayıb gələn tənqidi-realizm üslubuna mənsub
deyildir. Maksim Qorki rus ədəbiyyatının böyük xidmət və
xüsusiyyətlərini romantizm ilə realizmin vəhdətində görür. Bu
cəhəti XX əsr Azərbaycan ədiblərinin də bir çoxunda görmək olar.
Bu Abdulla Şaiqdə, xüsusən Süleyman Sanidə səciyyəvi
xüsusiyyətdir. Müəllimliyi, maarifçiliyi
331
uşaq psixologiyasını həmişə hesaba almaları, hər bir əsərdə
tərbiyəvi, əxlaqi, didaktiki prinsipləri üstün tutmaları bu yazıçıların
üslubunu başqalarından ayırmışdır. Bunlar nə romantiklər kimi
gələcək xəyallarına məftun, nə də tənqidi realistlər kimi keçmişin
tənqidinə aludədirlər. Onlar nə romantiklər kimi tarixin parlaq
səhifələrini, parlaq simalarını yazır, nə də tənqidi realistlər kimi
ölməli, məhv olmalı adamları əsas Bədii hədəf götürürdülər. Bunlar
hər şeydən əvvəl məktəbə müraciət edir, ona göz tikirdilər. Həmin
ədibləri keçmişdən də, gələcəkdən də artıq maraqlandıran bugün idi.
Bugünün həyatı ilə yaşamaq, havası ilə nəfəs almaq, bugünkü
gəncliyin, bugünkü cəmiyyətin ehtiyaclarını ödəməyə çalışmaq
zərurəti də buradan doğurdu. Bugün üçün, inkişafın indiki
mərhələsində meydana çıxan və təxirəsalınmaz vəzifələrin təsvirini
vermək Süleyman Saninin başlıca xüsusiyyətlərindəndir.
İntibah məsələlərinə həsr olunan bir və ya bir yarım səhifədən
ibarət olan hekayələr ədibin yaradıcılığında çox təəssüf ki, azdır.
Bəlkə də bu əsərləri çox yazmaq olmur. Bunlarda tərənnüm üsulu
əsasdır. Bunlarda qanadlı bir qəlb çırpnır. Bu əsərlər böyük Qorkinin
"Şahin nəğməsi" və "Fırtına quşu"nu xatırladır. Bu hekayələrdə
həyat və məişət səhnələri təfsilatı ilə alınımamışdır. Burada bir
xatirə, bir işarə və bəzən ildırım kimi yanıb sönən bir işıq
verilmişdir. Lakin bu yeni işıqda biz bir aləmi, böyük gələcəyi
görürük. Bir an görünüb yox olan bu aləmin həsrətini çəkirik. Bu
hekayələrdə adamların da həyatı bir xətt, bir işarədə verilmişdir. Bu
adamlar adi adamlar deyil, biz onların simasının şəklini, gözlərinin
rəngini görmürük. Necə geyindiklərmi də bilmirik. Ancaq ilk
tanışlıq dəqiqələrindən, hekayənin lap ilk sətirlərindən biz bu
adamların qəlbini görürük. Onlar həyəcanlıdırlar, müntəzirdirlər.
Onlar sanki böyük fırtınalardan çıxmış, heyrətə gətirəcək olan bir
gəminin tamaşasına
332
durmuşlar. Onlar üfüqə, rüzgara, günəşə baxırlar. Yalnız gəmidəki
yoldaşlarının, yalnız özlərinin deyil, bütün cəmiyyətin taleyini
həmin səhərin bahar rüzgarında, sabah günəşində görürlər. Bu
hekayələrdə qocalar başlıca simalardır. Bunlar bəzən böyük və
xilaskar simvolu kimi görünürlər, kütlələrə yol göstərir, sirli
məsələlərə vaqif olur, insanlara kömək edirlər. Bir qədər əfsanə və
nağıl üslubunda verilən bu surətlər Azərbaycan xalqının sevdiyi və
həmişə hörmət bəslədiyi el ağsaqqallarının, xeyirxah və müdrik
babaların surətləridir. Onlara olan ümumi ehtiram və etimad, onların
dərin zəkası və kamil ağlında olan qüvvət və xarüqüladəlik ədibin
lövhələrində çox parlaq canlandırılmışdır.
|