AZƏrbaycanda



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix18.01.2017
ölçüsü2,01 Mb.
#5809
1   ...   15   16   17   18   19   20   21   22   23

 
 

 
311
 
 
 
 
Səid Səlmasi 
 
    (1887-1909) 
 
Səid Məşədi Xəlil oğlu Haqverdiyev Cənubi Azərbaycanda 
yetişmiş 
tərəqqipərəst 
şairlərdəndir. Dilməqan 
şəhərində 
doğulmuşdur. Mədrəsədə oxumuş, ömrünün çox hissəsini Avropa 
ölkələrinə səyahətdə keçirmişdir. Farsca, fransızca yaxşı savadı var 
imiş. Səyahət Səid Səlmasinin istər mədəni və istərsə  məfkurəvi 
inkişafına çox böyük təsir etmişdir. Vətəninə qayıtdıqdan sonra 
tərəqqi və mədəniyyət yolunda var qüvvəsi ilə çalışmış, öz xərci ilə 
Səlmasda məktəb açmış, "Şəfəq" adlı qəzet nəşr etdirmişdir. 1905-ci 
il inqilabı  nəticəsində  Cənubi Azərbaycanda  əmələ  gələn azadlıq 
hərəkatının fəal iştirakçılarından olmuşdur.  İrticaçılar tərəfindən 
təqib olunmuş, vətənini tərk edərək Bakıya gəlmişdir. Bakıda 
"Füyuzat" jurnalında yeni ruhda şeirlər və  tərcümələr çap 
etdirmişdir. 1909-cu ildə Xoy şəhərinə mətbəə apararaq, orada yeni 
kitabların nəşrilə  məşğul olmuşdur. Həmin il fevralın 24-də 
irticaçılar tərəfindən öldürülmüşdür. 
Təəssüf ki, S.Səlmasinin həyatı, ictimai mənşəyi və bir çox 
əsərləri haqqında əlimizdə kifayət qədər məlumat yoxdur. Bu haqda 
yeganə  mənbə  Ə.Qəmküsarın "Tərəqqi" qəzetində
1
 nəşr etdirdiyi 
məqalədir. Məqalə müəllifı şairin həyatı 
 
 
 
 
 
                                                 
1
 
Ə.Qəmküsar. Şəhidi-hürriyyət, "Tərəqqi", 1909, № 72. 
 

 
312
 
haqqında çox az danışır, əsas diqqəti onun ictimai fəaliyyətinə verir. 
Bu məqalədən də açıq görünür ki, Səlmasinin demokrat ziyalılar və 
yazıçılar arasında böyük hörməti var imiş, onun istedadı etiraf 
olunurmuş. 
Səid Səlmasi çox gənc ikən vəfat etdiyindən ədəbiyyat sahəsində 
mühüm  əsərlər yarada bilməmişdir. Onun əsərləri azadlıq hərəkatı 
uğrunda fədakar çalışan, yeni ədəbiyyat üçün son dərəcə artıq həvəs 
göstərən istedadlı  və qabiliyyətli bir gəncin yazılarıdır. Onun 
Füyuzafda nəşr olunmuş "Farsca ilk sone"
1
 adlı əsəri vətənpərvərlik 
hissi ilə dolu bir nəğmədir: 
 
Mən on zəmini guhərbari-paki İranəm, 
Bə hər bəlayi-cəhalət nişəgəh əst təni mən... 
 
- deyə şair öz dərdini vətənin dərdi, vətəninin dərdini isə öz dərdi 
kimi verir. 
"İğbirar", "Xiyali-mənfur"
2
  şeirlərində  də  cəhalətdən, qəflətdən, 
zülmdən  şikayət edən bir gəncin həsrətləri bədii təcəssümünü 
tapmışdır. 
Səid Səlmasi mütləqiyyəti,  şərq cəhalətini tənqiddən başqa 
şeirlərinin bir qismində  gələcəyə, azadlığa ümidini ifadə edir. 
Məşrutə zamanında  İran məclisinə seçilmiş nümayəndələr bu 
münasibətlə  Təbrizdən Tehrana gedirkən,  şair Azərbaycan 
məhbusları ilə, o cümlədən  Əbdürrəhim Talıbov ilə görüşmüşdür. 
Bu hadisəni o şeirlərində sevinclə qələmə almışdır. O, ümid edir ki, 
hürriyyətpərəstlər istibdadın kökünü kəsmək, "zülm ağacını yıxmaq 
üçün" nə lazımsa edəcəklər: 
 
 
 
 
 
                                                 
1 "Füyuzat", 1907, № 30. 
2 Yenə orada, № 20. 
 
 

 
313
 
Şad olur dil görüncə millətimin,  
Bir byük mərifətli əhrarın.  
Qət edirlər qələmlə rişəsini,  
Şəcəri-zülm olan məlainin... 
 
S.Səlmasi də  Məhəmməd Hadi kimi burjua ziyalılarının yalan 
vədlərinə inanan, şahın icazə verdiyi "məclislərdən" ümid gözləyən 
romantik şairlərdəndir. Gənc şairin üslubunda qəliz, çətin, ərəb-fars 
ifadə və ibarələri vardır. 
S.Səlmasi də müasir ictimai mübarizə və məsələlərdən bəhs edən 
həyati, səmimi şeir tərəfdarı idi. 
 
  

 
314
Səməd Mənsur Kazımov 
 
(1880-1927) 
 
Səməd Mənsur Kazımov Bakıda anadan olmuş, ilk təhsilini rus-
müsəlman məktəbində almış, sonralar davamlı mütaliə ilə biliyini 
artırmışdır. O 1907-ci ildə Bakıda düzələn "Səfa" cəmiyyətinin üzvü 
olmuş, teatr işlərində  fəal iştirak etmişdir. Səməd Mənsur 1905-ci 
ildən sonra şeirləri ilə mətbuatda çıxış etmiş, 1918-ci ildə "Şeypur" 
jurnalında baş mühərrir olmuş, "Molla Nəsrəddin"də ədəbi parçalar, 
"Bəsirət" və "Tuti"də şeirlər çap etdirirmiş, xırda pyeslər yazmışdır. 
Şəmsəddin Sami bəyin "Gavəyi-Ahəngər" əsərini təbdil etmişdir. Bu 
əsər uzun illər səhnədən düşməmişdir. Səməd Mənsur ömrünün 
axırlarında Xalq Komissarları Sovetində ümumi idarə müdiri 
vəzifəsində çalışmışdır. O, 1927-ci il yanvarın 3-də Bakıda vəfat 
etmişdir. 
Səməd Mənsurun  şairlik fəaliyyəti iki xətt ilə davam etmişdir. 
Birincisi satira, ikincisi romantika. Satirik şeirlərində  şair Sabir 
yolunu tutaraq ictimai xəstəlikləri, köhnə münasibətləri 
qamçılamağa çalışmışdır. "İçkilər, oflar"
1
, "Ey həkim"
2

"Qarabağlı"
3
, "Qələmim"
4
 belə şeirlərdəndir. Şəməd 
 
 
 
 
 
  
                                                 
1 "Şeypur". Bakı, 1918, №  4. 
2
 
"Bəsirət". Bakı, 1920, № 269. 
3  "Şeypur". Bakı, 1918, № 5. 
4  "Tuti". Bakı, 1916, № 38. 
 
 
 

 
315
Mənsur satiralarında klassik şeirin təsvir vasitələrindən məharətlə 
istifadə etmişdir. Qəzəl ədəbiyyatında zəriflik, incəlik üçün işlədilən 
təşbih və sifətləri həcv  şeirinə salmaqla satiranın məlahətini bir 
qədər də artırmışdır. Füzulinin çox məhzun və mütəəssir bir lirika ilə 
yazdığı məşhur "Ey həkim" rədifli qəzəli vardır. Burada aşiq həkimə 
müraciətlə eşq dərdindən şikayət edir: 
 
Eşqdən qəlbimdə bir pünhan mərəz var, ey həkim!  
Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim! 
 
Səməd Mənsur isə ayrı münasibətlə  həkimə müraciət edir. O, 
Bakıda yoxsulluq, pulsuzluq ucundan həkimə gedə bilməyən 
xəstələrin şikayətini qələmə almışdır. İnsafsız və pulpərəst həkimlər 
belə  xəstələri qapıdan qovurdular. Şair həmin xəstələrin dilindən 
yazır: 
 
Nə cibimdə parə, nə evdə çörək var, ey həkim! 
Nəbzimi bihudə sıxma, çəkmə azar, eyhəkim!  
Ət yemək pəhrizini əmr etmə kim bazardə,  
Hər qədər axtarsa ət tapmaz xiridar ey həkim. 
 
"Qarabağlı" rədifli  şeirində  şair qoçuluq, qolu zorbalıq, qan 
ədavəti kimi köhnə, vəhşi adətləri tənqid edir. Səməd Mənsurun bu 
şeirləri gündəlik felyeton ruhu daşısa da, ictimai cəhətdən faydalı 
parçalardır. Bu parçaların "Molla Nəsrəddin" səhifələrində çap 
olunınası da təsadüfı deyildir. Bunlar üslubca aydın, mövzuca zəruri, 
Bədii ifadəcə maraqlı və şirin yazılmış həcvlərdir. Ancaq bu şeirlər 
ümumiyyətlə Səməd Mənsur yaradıcılığı üçün səciyyəvi deyildir. 
S.Mənsur ciddi, lirik şeirlərində daha hərarətli, daha rəvan təbli 
şairdir. 
 
  

 
316
IV. Maarifçi-didaktik 
yazıçılar 
 
Azərbaycan yazıçılarının bir hissəsi mətbuat, nəşriyyat ətrafında 
toplanmışdı ("Molla Nəsrəddin", "Füyuzat", "Həyat", "İqbal", 
"Səda" və s.), bir hissəsi də daha çox səhnə, teatr sahəsində çalışırdı 
(N.Vəzirov,  Ə.Kaqverdiyev və s.). Üçüncü qisim yazıçılar isə 
məktəb  ətrafinda toplanmış, maarif, təlim-tərbiyə mövzuları üzrə, 
uşaq  ədəbiyyatı sahəsində çalışırdılar. Bunlar müəllim-yazıçılar 
idilər. Onların bütün yazıçılıq fəaliyyəti məktəb, maarif tələblərinə 
uyğunlaşdırılmışdı. Bu yazıçılar qələmləri ilə  məktəbdəki  əməli 
fəaliyyətlərini tamamlayırdılar. Bu xüsusiyyət maarifçi yazıçıların 
bütün  əsərlərində görünür. Görüşlərindən birində A.P.Çexov 
Maksim Qorkiyə müraciətlə deyirdi: "Mənim pulum olsaydı, burada 
xəstə  kənd müəllimləri üçün bir sanatoriya tikdirərdim. Mənim 
gözəl kitabxanam, müxtəlif musiqi alətlərim, arı  pətəklərim, 
bostanım, meyvə bağım olardı. Aqronomluq, metallurgiya haqqında 
mühazirə oxumaq olardı. Müəllim hər  şeyi bilməlidir. Siz 
bilsəydiniz rus kəndinə yaxşı, ağıllı, oxumuş müəllimlər nə  qədər 
zəruridir. Onun üçün bir növ xüsusi şərait hazırlamaq vacibdir. Biz 
bunu tez etməliyik! Çünki geniş təhsili olmadan dövlət pis bişirilmiş 
kərpicdən tikilən ev kimi uçular".
1
 
 
 
  
                                                 
1    M.Qorkiy. Sobranie soçineniy. Moskva-Leninqrad, t. II, izd. XXII, 1932, str.92. 
 

 
317
Eyni zərurəti Azərbaycan  ədibləri də duymuşlar.  Ədiblərimiz 
maarifin, müəllimin, məktəbin həlledici işini, intibah yolunda ən 
böyük vasitə olduğunu düşündükləri üçün məktəb işinə böyük 
əhəmiyyət verir və bu yolda var qüvvələri ilə çalışırdılar. Buna görə 
də həmin yazıçıların yaradıcılığında maarif uğrunda, məktəb, tərbiyə 
uğrunda mübarizə başlıca yer tuturdu. Bu yazıçılar 
mollanəsrəddinçilər kimi satira, tənqid yolu ilə getmirlər. Doğrudur, 
bunlar da tənqidi realistlər kimi köhnə həyatı rədd edir, cəhalətə eyni 
dərəcədə nifrət edir, keçmiş  cəmiyyətin yıxılmasına, xalqın 
fanatizmdən xilas olmasına çalışırdılar. Ancaq bunların yolu, 
üslubu, təsvir sahəsi mollanəsrəddinçilərdən fərqli idi. 
Azərbaycan tənqidi realistlərinin böyük xidməti ondan ibarət 
olmuşdur ki, onlar köhnə dünyanı  yıxmaq, cəmiyyəti onun 
qalıqlarından xilas etmək yolunda fədakarlıqla çalışmışlar. "Molla 
Nəsrəddin" və onun böyük məktəbi həyatımızı, cəmiyyətimizi bu 
köhnəlik çəngəlindən xilas etməyə, feodal münasibətlərinin çirkin, 
fəlakətli olmasını hamıya başa salmağa, bütün pərdələri qaldırmağa, 
həyatı  çılpaqlığı ilə, həqiqəti açıqlığı ilə göstərməyə, adamları 
ayıltmağa, sayıq salmağa çalışmışdır. 
Romantiklərin - M.Hadi və A.Səhhət məktəbinin təsvir sahəsi isə 
bambaşqa idi. Bu şairlərin çoxu xəyali gələcəyi tərənnüm edirdilər. 
Müasir cəmiyyətdə gördükləri çirkin və  fəlakətli səhnələrə nifrətlə 
kifayətlənmir, üzlərini gələcəyə tutub romantik çağırışlarla məşğul 
olurdular. Onlar keçmişin iztirablı  həyatına qarşı ümidli, şad və 
parlaq bir aləm qoyurdular. Romantiklər gələcək ilə təsəlli tapırdılar. 
Maarifçi ədiblərin yaradıcılığı bu iki ədəbi məktəbin hər biri ilə 
müəyyən dərəcədə  səsləşsə  də, bunların hər ikisindən ayrılırdı. 
Maarifçi realistlər nə keçmişin tənqidinə o qədər aludə, nə  də 
gələcəyin xəyallarına o qədər məftun idilər. Onlar ən çox adi, həyati 
məişət qayğılarını qələmə alırdılar, gələcəyi  

 
318
yaratmaq üçün hər kəsdən, hər  şeydən  əvvəl məktəbə müraciət 
edirdilər. Məktəbi nəinki mədəniyyət, intibah üçün, hətta ictimai 
quruluşu düzəltmək üçün də vasitə sayırdılar. Məktəbin 
əhəmiyyətini həddindən artıq böyüdür və qurtuluş yolunu burada 
görürdülər. 
Maarifçi realistlərin görkəmli nümayəndələrindən Süleyman Sani 
Axundovu, Abdulla Şaiq Talıbzadəni, Sultanməcid Qənizadəni, 
İbrahimbəy Musabəyovu, Rəşid bəy Əfəndiyevi, Mirzə Məhəmməd 
Axundovu göstərınək olar. Şəfıqə xanım,  Əliməhəmməd 
Mustafayev, Məhəmməd Qarayev kimi maarif mövzularında uşaq 
hekayələri yazan və sonralar yazıçılıqdan əl çəkən müəllimlər də var 
idi.
1
 
Maarifçi yazıçıların məqsədi, məfkurə istiqaməti, fəaliyyət 
sahəsi, hətta mövzu dairəsi bir idi. Bunların çoxu (Süleyman Sani, 
Abdulla  Şaiq) zəmanəsinin ziyalı ailəsindən çıxmış adamlar idilər. 
Axund və ya əfəndi ailələrində böyüyən bu gənclər üçün əsas 
fəaliyyət sahəsi və meydanı  məktəb idi. Özlərinin keçdiyi təlim-
tərbiyədən fərqli olaraq bu yazıçılar "Üsuli-cədid" məktəbinin, yeni 
qayda ilə  təhsil və  tərbiyənin qızğın tərəfdarı idilər. Bu yolda 
əllərindən gələn səyi əsirgəmirdilər. 
Süleyman Sani Axundov Qori seminariyasındakı  təhsilini 
bitirəndən sonra ömrünü məktəb yolunda qoymuşdu. O, müəllimlik 
ilə  bərabər yazıçılıqla da məşğul olurdu. Xüsusilə ilə "Məktəb" 
məcmuəsində nəşr etdirdiyi "Qorxulu nağıllar" o zaman oxucuların 
böyük hüsni-rəğbətinə  səbəb olmuşdu. Uşaq  əhvali-ruhiyyəsini 
bilmək, tərbiyə üsullarına bələdlik və sənətkarlıq məharəti sayəsində 
Süleyman Sani gözəl məzmunlu hekayələr yaradırdı. 
Tifüs mühitində böyüyüb yetişmiş, atası Axund Talıbzadənin 
sayəsində Şərq ədəbiyyatını, Sədi, Mollayi Rumi kimi 
 
tərbiyəvi  ədəbiyyat müəlliflərini dərindən öyrənən Abdulla Şaiq, 
həm  şeir və  həm nəsr sahəsində çalışaraq maarifi təbliğ edirdi. O, 
şirin, məlahətli bir dil ilə Azərbaycan həyat və  məişətinin gözəl 
                                                 
1   Bax: "Məktəb" jurnalı, 1912-1914. 
 
 

 
319
cəhətlərini qələmə alır, oxucusunda həyata meyl, yaşamaq eşqi, 
təbiətin nemətlərindən faydalanmaq həvəsi oyadırdı. 
İbrahim bəy Musabəyov məktəb, təhsil və yeni həyat 
əlamətlərinin Azərbaycan ailəsinə, xüsusən gənclərinə necə  təsir 
bağışladığını  təsvir edən kiçik hekayələr yazırdı. Pulun və 
sərmayənin törətdiyi bədbəxtlikləri təsvir edir, ata-anaları, gəncləri 
əxlaq gözəlliyinə, pak, halal məişətə çağırırdı. 
Müəllim Mirzə  Məhəmməd Axundov hələ o zaman böyük şair 
Nizami  şeirinin fəal təbliğatçılarından idi. O maarif sahəsindəki 
fəaliyyətindən başqa dramları, hekayələri, xalq ədəbiyyatından 
toplayıb nəşr etdiyi kitabları ilə  məktəbə, məktəblilərə daha artıq 
kömək edirdi. Dramları naturalizm təsiri səviyyəsində olsa da, 
şeirləri, xalq ədəbiyyatı nümunələri ilə maarifçi ədəbiyyata daha çox 
meyl etmişdir. 
Mollanəsrəddinçilər öz məfkurələrini mətbuat və kitab vasitəsilə 
yayırdılarsa, maarifçi-realistlər məktəb vasitəsi ilə yayırdılar. 
Məktəb bunlar üçün ən böyük və  ən münasib auditoriya idi. 
Şeirlərini burada oxuyur, hekayələrini dərs kitablarına salır, 
dramlarını  məktəb səhnələrində tamaşaya qoyurdular. Maarifçi 
realistlər yüksək və müqəddəs hissləri yeni nəslə vermək, vətən 
övladını yeni, mədəni üsulla tərbiyə edib yetişdirınək üçün hər 
vasitədən faydalanırdılar. 
 
  

 
320
 
 
 
 
Süleyman Sani  
Axundov 
 
(1875-1933) 
 
Tərcümeyi-halı 
 
Süleyman Sani Axundov 1875-ci ildə oktyabrın 21 - də  Şuşada 
anadan olmuşdur. Atası Rzaqulubəy Axundov, anası Dürnisə xanım 
Vəlibəyzadə Qarabağ kübarlarındandır. Süleyman uşaq ikən atası 
ölmüşdür. Dayısı  Səfərəlibəy Vəlibəyov vasitəsilə Qori 
seminariyasının türk şöbəsinə daxil olmuşdur. 1894-cü ildə 
seminariyanı bitirərək Bakıda 3-cü rus-müsəlman məktəbinə 
müəllim təyin olunmuşdur.  
Süleyman Sani Bakıya gəldiyi gündən həvəskar sifətilə teatr 
tamaşalarında iştirak etməyə başlayır. 
Ədəbi fəaliyyətə 1899-cu ildə "Tamahkar" adlı beş  pərdəli 
komediyası ilə başlayır. Bu əsər həmin ildə Nikitinin "Sirk" 
teatrında oynanılır və böyük müvəffəqiyyət qazanır. Əsər o gündən 
Azərbaycan səhnəsində möhkəm yer tutur, dəfələrlə tamaşaya 
qoyulur. 
Süleyman Sani "İrşad" və "Tərəqqi" qəzetlərində kiçik hekayələr 
çap etdirir. "Nicat" cəmiyyətində maarif işlərində fəal çalışır. 
 
  

 
321
1906-cı ildə Bakıda birinci müəllimlər qurultayında Süleyman 
Sani  ən fəal çalışan müəllimlərdən olur. O, yeni əlifba tərəfdarı 
olaraq 1906-cı ildən başlamış Fərhad Ağazadə ilə birlikdə işləyir. İlk 
yeni əlifba dərs kitabı S.S.Axundov, F.Ağazadə və Məhəmmədzadə 
tərəfindən yazılır. 
Süleyman Sani "Məktəb" jurnalında "Qorxulu nağıllar" 
sərlövhəsinə maraqlı, orijinal hekayələr yazmağa başlayır (1912-
1914). Bu hekayələr yalnız məktəblilər arasında yox, bütün 
maarifçilər arasında yayılır, hörmət qazanır. Mətbuatda bu əsərlərə 
yüksək qiymət verilir. 
Süleyman Sani 1920-ci ildə Qarabağda və  Zəngəzurda bir çox 
məktəb, uşaq evi, klub, qiraətxana, kitabxana açaraq maarif və 
mədəniyyət işinə böyük xidmətlər göstərir. 1921 - ci ildə xəstələnir, 
Bakıya gəlir. Bir müddət Bakı maarif şöbəsində təlimatçı olur. Sonra 
yenə  məktəb müdirliyinə qayıdır. Süleyman Sani 1921-ci ildə 
Azərbaycanda elan olunmuş  ədəbi müsabiqədə  iştirak edir. "Laçın 
yuvası" adlı əsəri birincilik qazanır. 
1921-ci ildə Bakıda "Tənqid-Təbliğ" teatrı açılır. Süleyman Sani 
bu yeni teatr üçün bir çox pyeslər yazır. Yeni teatr noyabrın 13-də 
pərdəsini S.Saninin "Çərxi-fələk" adlı pyesi ilə açır. 
Süleyman Sani "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət" 
və  "Şərq qadını" jurnallarında, həmçinin "Ədəbiyyat qəzeti"ndə öz 
Bədii əsərləri ilə iştirak edir. 
Süleyman Saninin uşaqlar üçün yazdığı hekayələrdən başqa, 
ruscadan tərcümələri də vardır (M.N.Baqdanovun "Sərçə", 
"Sığırçın", "Qaranquşlar" və s.). 
Ədibin  ədəbi və ictimai fəaliyyəti nəzərə alınaraq ona "Əmək 
qəhrəmanı" adı verilmiş  və xüsusi təqaüd təyin edilmişdir. 
S.S.Axundov 1939-cu ildə Bakıda vəfat etmişdir. 
 
  

 
322
Yaradıcılığı 
 
Süleyman Sani Axundov ədəbi yaradıcılığa "Tamahkar" adlı 
komediyası ilə (1899) başlamışdır. M.F.Axundovun "Hacı Qara"sına 
təqlidən yazılmış bu əsərdə tamahkar, xəsis bir qoca təsvir olunur. 
Bunun adı Hacı Muraddır. Hacı Murad öz çirkin, murdar xasiyyəti 
ilə nökəri də, arvadı da, yeganə  qızı Gülzarı da təngə  gətirmişdir. 
Onu zor ilə pullu bir kişiyə ərə vermək istəyir. 7 il nökər saxladığı 
Qulunu evindən qovur. Bir qəpik də  zəhmət haqqı vermir ki: 
"haqqın tamamilə  sənə çatıbdır.  Əslinə baxsan, sən mənə 
borclusan". 
"Tamahkar" məişət komediyasıdır. Hacı Murad ilə yanışı köhnə 
adətlər və ehtiraslar tənqid olunur. İstər  əsərin quruluşunda və 
istərsə  şəxsiyyətlərin səciyyəsində, hətta mühakimələrin ruhunda 
"Hacı Qara"nın qüvvətli təsiri görünməkdədir. Ədibin əsl yaradıcılıq 
fəaliyyəti 1905-ci ildən sonra başlanır. Bu zaman o, biri-birinin 
ardınca bir neçə hekayə və pyes yazir. 
1905-ci ildə yazdığı ilk hekayələri ("Kövkəbi-hürriyyət", 
"Yuxu", "Qonaqlıq") intibah məsələlərinə həsr olunmuşdur. Həcmcə 
balaca olan bu əsərlərdə dövrün ən canlı  məsələlərindən, ictimai 
hərəkatdan və yeni fikirlərdən işarələr görünür. 
Bu əsərlərdə mülayim bir romantika, nikbin bir xəyal qanadlanır. 
"Kövkəbi-hürriyyət" hekayəsində kütlələrin çar zülmü altındakı 
ağır vəziyyəti "qocalıq mərəzi" adlanır. Bu elə bir azardır ki, "18 
yaşında cavanın saçı-saqqalı ağarıb, beli ikiqat olur. Əlləri, ayaqları 
əsib, gözlərinin nuru gedib, həştad yaşında bir qocaya dönür...". 
 
  

 
323
Xalq bu xəstəliyə çarə axtarır, tədbir düşünür. Peyğəmbər simalı, 
xeyirxah bir qoca cəmiyyətin xilas yolunu göstərir. 
Ədib ehtimal ki, rəmz ilə ifadə etdiyi tilsimli, "süni dağ" 
mövhumlarında  Şərq fanatizmini, cəhaləti, istibdad işgəncələrini 
nəzərdə tutur. İşıq ilə xalq arasında mənhus bir sədd olan bu maneə 
özü-özünə yox olmur. Onu el ağsaqqalı vüqarında olan nurani 
qocanın məsləhəti, əli silahlı camaatın hümməti məhv edir. 
Yenə bu dövrdə yazılmış "Qonaqlıq"  əsəri ümumilikdən, 
mücərrədlikdən bir qədər uzaqlır. Hadisə günün zəruri mübarizəsi və 
məsələləri ilə  səsləşir. Burada sinfi fərq və ictimai-siyasi hüquq 
məsələlərindən bəhs olunur. Ədib, fəhlə  və  kəndliləri "hökumətin 
sütunu", cəmiyyətin möhkəm dayağı sayır. 
Süleyman Sani, mülkədar həyat və  məişətinə  dərindən bələd 
olan, bu sinfın mənəvi aləmini, zövqünü, məzacını yaxşı bilən 
ədiblərdəndir.  İlk zamanlardan başlayaraq onun əsərlərində 
mülkədarlar, ağalar və xanların təsviri mühüm yer tutur. Mövzu 
dairəsi nöqteyi-nəzərindən Süleyman Sani bu zaman tənqidi-realist 
dramaturqlara (N.Vəzirov, Ə.Haqverdiyev) çox yaxındır. O da iflas 
etmiş  və etməkdə olan, lakin bu iflası tarixi bir zərurət kimi yox, 
təsadüf kimi anlayan, ona görə faciəli vəziyyəti ilə  də gülünc olan 
ağaları, bəyləri təsvir edirdi. 
17 Oktyabr bəyannaməsindən, Dövlət dumasına məbuslar seçkisi 
başlanandan sonra, belə bəylər böyük iddiada idilər. Onlar varlarına, 
əsil-nəsəblərinə, illərdən bəri tutduqları hakim mövqelərinə 
əsaslanaraq yeni ictimai hərəkatda da ağalıq etmək istəyirdilər. 
Tərəqqipərəst ziyalılar isə bəylərin bu meyl və iştəhasına qarşı çıxır, 
onların iç üzünü, daxili boşluqlarını açıb göstərirdilər. 
 
  

 
324
"Dibdat bəy" adlı  məzhəkəsində  ədib, Səftərqulu bəy adlı belə, 
özündən müştəbeh bir mülkədara gülür. Deputat seçkiləri yaxınlaşır, 
lotular Səftərqulu bəyin başına yığılıb onu öz aralarında "bəylərin 
nümayəndəsi" adlandırırlar, aldadıb onun evində  hər gün qonaqlıq 
təşkil edirlər. 
Həmin mövzu "Türk birliyi" məzhəkəsində daha dərin 
işlənmişdir. Burada həqiqi əməkçi ziyalılarla, tüfeyli tacirlər, bəylər 
arasında mübahisə verilir. Bəylər deputat seçkisinə  bərk hazırlıq 
aparırlar. Cəfərbəyin evində qonaqlıq təşkil edir, sözü keçən 
ziyalıları - mühəndis, təbib, müəllim və  vəkilləri də buraya 
çağırırlar. 
Heydərqulu ağanın tələbi açıqdır və  qətidir: "Cəfərbəy, sən 
öləsən, hərgah məni padşahlıq dumasına vəkil seçməsələr cəmi 
mülkümü, evimi-eşiyimi satıb, düz Firəngistan deyə gedəcəyəm. 
Mən belə xəcaləti, töhməti yeyə bilmərəm"
1

Deputatlıq iddiasında olan bu adam nəinki siyasi şüur, hətta 
savad cəhətdən o qədər piyadadır ki, ölkədə davam edən hərəkatın 
mənasını anlamır. Onun fikrincə tələbələrin tətil etməsi "çox səfih" 
işdir. Hökumət daha da şad olur ki, universitetlər bağlanıb, 
padşahlığın xərci azalır. 
Heydərqulu ağa tərəqqipərəst fikirlər anlamır. O, bəydir, bəyliyi 
ilə də dövlət dumasına seçilmək istəyir. O, mülkləri, ilxıları ilə fəxr 
edir. 
O, anlamır ki, indiki hərəkat məhz həmin varlılar, bəylər 
hökmranlığının  əleyhinədir. O, anlamır ki, indi yalnız pul ilə yox, 
elm ilə, bilik, icad, ictimai xidmət ilə böyüyür və bu yolun həqiqi, 
bəşəri yol olduğunu ifadə edirlər. Heydərqulu ağa anlamasa da 
tərəqqipərəst ziyalılar onun vəziyyətinə gülürlər. Həkim Firidunbəy 
Heydərqulu ağanın cəhalətinə dözə bilmir, şəst ilə üzünü ona tutub 
deyir: 
 
                                                 
1
 
  S.S.Axundov. Əsərləri, Bakı, 1936, səh.153. 
 
 

 
325
"Siz hələ qəflət yuxusundasınız, ayılmamısınız. O zaman ki, siz 
ağalar dilsiz-ağızsız rəiyyətin malının, canının, namusunun sahibi 
olub, nə istəmişsinizsə etmişsiniz - getdi! 
İndi hürriyyət zamanıdır.  İndi insan mülk, mal ilə yox, elm, 
ədəblə şərəf qazanır".
1
 
Süleyman Saninin müsbət surətləri həmişə ictimai-siyasi 
hadisələri belə açıq-aydın bir dil ilə ifadə edir. Dildə belə 
müstəqillik və aydınlıq, iki mənalı  və  əmmalı sözə yer verməmək 
S.Saninin yaradıcılıq xüsusiyyətlərindəndir. Müəllim dili, şərh, izah, 
başa salmaq ədib üçün səciyyəvidir. 
Bu iki pyesdən sonra S.Sani bir neçə il yazmır. Müəllimlik işinə 
dərin bir eşq ilə girişərək, bütün vaxtını bu işə  sərf edir. Lakin 
məktəb, təlim-tərbiyə dairəsi  ədibə yeni əsərlər üçün maraqlı 
mövzular verir. 
1912-ci ildə "Məktəb" məcmuəsinin nəşri ilə  əlaqədar olaraq, o 
da başqa müəllim yoldaşları kimi uşaqların ehtiyacını ödəmək üçün 
qələmə sarılır. 
Uşaqlar üçün əsər yazmaq, S.Saninin ruhuna uyğun və ürəyindən 
olan bir iş idi. Çünki o, uşaq  əhvali-rühiyyəsinə, zövqinə, mənəvi 
tələbinə mükəmməl bələd idi. Bir tərəfdən müəllimlik fəaliyyəti, bir 
tərəfdən də xalqımızın həyat və məişətini bilmək ədibə bu cəhətdən 
böyük kömək edirdi. 
S.Sani "Qorxulu nağıllar"
2
 adlı məşhur bir silsilə hekayələrini bu 
zaman (1912) yazdı. S.Sani öz uşaq hekayələrini xalq nağılları 
üslubunda yazmışdır. Çünki ədib nağıl üslubunun uşaq ruhuna yaxın 
olduğunu bilirdi. Bu hekayələr nəinki  ədibin yaradıcılığında, hətta 
bütün Azərbaycan uşaq  ədəbiyyatında mühüm bir yer tutur. Bu 
əsərlərdə varlığın, hadisələrin birtərəfli, müəyyən meyl və  məqsəd 
nöqteyi-nəzərindən təsviri yoxdur. Bu əsərlərdə  həyatın həqiqəti 
bütün qüvvəti  
                                                 
1
 
S.S.Axundov. Əsərləri, Bakı, 1936, səh.168. 
2 "Məktəb" jurnalı, Bakı, 1912-1914. 
  
 
 

 
326
ilə səslənir. Xüsusilə məktəblilərin sevdiyi əsərlərdən olan "Qaraca 
qız" və "Nurəddin" hekayələri dərin bir hiss ilə, qüvvətli bir həqiqət 
şəklində yazılmışdır. 
Bu hekayələrdə adətən uşağın marağını oxşamaq üçün olan 
macəralar, çarpışmalar, gözlənilməz, nagəhani sevinclər, kədərlər 
əsas deyildir. Burada həyatın mürəkkəbliyi, çətinliyi,  şirinliyi, ağır 
və müdhiş qayda və qanunları, bunların hökmü və  nəticələri bütün 
çılpaqlığı ilə yazılmışdır. 
Bu hekayələr uşağa xoş və ya qəmli duyğu verməkdə qalmır, onu 
qayğısız uşaqlıq yuxusundan ayıldır. Həyata hazır olmağa çağırır, 
həyat yolunda olan və ola bilən bütün əngəl və maneələrdən 
xəbərdar edir. 
Ən xoşbəxt və təmin olunmuş uşaq belə "Qaraca qızı" oxuduqda 
canına lərzə düşür, həyat yolunda hər bir gözlənilməz dəhşət və 
faciənin baş verə biləcəyinə inanır.  İndiyə  qədər bir çox ədib və 
şairlərin əsərində "çalış", "çalış" deyə uşağa edilən quru və təsirsiz 
tövsiyə, təlimin  əvəzinə  ədib, çalışmağın,  şəxsi taleyi əmək ilə 
qazanmağın labüd və yeganə yol olduğunu uşağa sadə, aydın və 
təbii bir üsul ilə başa salır. Uşağa ata-ana qucağının və qayğısının 
həmişəlik və kifayət olmadığını, səadətin ancaq səy ilə,  əmək ilə 
əldə edildiyini öyrədir. 
"Qorxulu nağıllar"ın ikinci əhəmiyyəti orada ictimai hadisələrlə 
yanaşı  təbiətin, heyvanatın həyatma aid səhnələrin verilməsində, 
uşağın məlumatının artırılmasındadır. Arılar, quşlar, ilanlar, bağ-
bağça, bitkilərin həyatı,  əkinçilik, qaraçı  məişəti... bütün bunlar 
xüsusilə məktəblilər üçün həm maraqlı, həm də lazımlı, öyrənilməli 
səhnələrdir. "Qorxulu nağıllar"ın üçücü əhəmiyyəti köhnə cəmiyyət 
quruluşunun, istismar və zülm dəhşətlərinin göstərilməsindədir. 
Qaraca qız yoxsul, yetim bir qızdır. Hüseynqulu ağanın qızı 
Ağca xanım ilə dost olub ünsiyyət bağlayır. Ağca xanımın ata-anası 
uşaqların Qaraca qızın yanına buraxmırlar, bunu  

 
327
özləri üçün təhqir sayırlar. Qaraca qız isə öz dostluğunda 
möhkəmdir. Hətta Ağca xanımı ilan vuran zaman heç kəs uşağa 
kömək edə bilmir. Yalnız Qaraca qız dostluq ucundan canından 
keçərək yaranın zəhərini sorur, Ağca xanımı ölümdən qurtarsa da, 
axırda özü zəhərlənib ölür. 
Ədib, burada yetim qız ilə mülkədar xanımının mənəvi 
mahiyyətini müqayisə edir, insanı hisslərdən məhrum mülkədarlar 
ilə  həqiqi insani hisslərlə yaşayan və ölən pak, təmiz, saf insanı - 
yetim uşağı qarşılaşdırır. 
Köhnə  cəmiyyətin insanlar arasında yaratdığı  və  dərinləşdirdiyi 
bərabərsizlik ən çirkin bir ictimai dərd kimi özünü göstərir. Bu əsər 
keçmişdə, feodalizm dünyasında yoxsul uşaqlarının necə 
bədbəxtliyə  məhkum olduğunu isbat edir. Bu hekayələrdəki təbii, 
səlis,  şirin nağıl üslubu S.Sanini qüvvətli, istedadlı  və öz orijinal 
sənəti ilə parlayan bir ədib kimi məşhur etdi. 
S.Sani yaradıcılığının son və daha məhsuldar dövrü 20-ci illərdən 
sonraya aiddir. O, mövzuca nağıl, əfsanə, əsatir mənbələri ilə bağlı 
maraqlı hekayələr yazırdı.  Ədibin bu dövrdə yazdığı hekayələri 
Bədii dəyərinə görə iki hissəyə bölmək olar. Bunlardan biri 
"Qorxulu nağıllar" kimi ümumi, bəşəri məsələləri və hissləri 
tərənnüm edən hekayələrdir. "Qan bulağı", "Ümid çırağı" və "Mister 
Qreyin köpəyi"ni bu sıradan saymaq mümkündür. Bu hekayələrdə 
ədib xalqın mübarizə tarixini, onun zəngin və xeyirxah ənənələrini, 
cəhalətə qarşı mübarizəsini, kapitalizm, imperializm aləmində baş 
verən zülm və haqsızlıqları göstərir, ikinci qisim hekayələr  ən çox 
günün tələbinə müvafıq, nisbətən bəsit halda yazılmış  əsərlərdir 
("Qatil çocuq", "Molla Qasım", "Sona xala", "Bax mən buna 
yoxam").  Ədibin bu zaman "Tənqid və  təbliğ" teatrı üçün yazdığı 
əsərlər sovet dramaturgiyasının ilk əsərləri sayıla bilər. 
 
  

 
328
Burada qadın azadlığını, yeni həyatı  qəbul etməyən, başa 
düşməyən pinəçi Qafarın və Mirzə Fərəçin öz arvadları ilə apardığı 
mübarizə  təsvir olunur. Ərlərinə nisbətən arvadlar (Şahsənəm və 
Gülpəri) gözüaçıq adamlardır. Onlar yeni həyatın feyzindən istifadə 
etmək, açıq gəzmək, ictimai yerlərə getmək istəyirlər. Ərləri, günün 
birində teatr tamaşasında öz arvadlarına rast gəlirlər. Münaqişə bu 
planda davam və inkişaf edir. Nəhayət, Qafar da, Mirzə Fərəc də öz 
qəbahətlərini anlayırlar.  Ər-arvad ixtilafına sevinən, kəbini pozub 
pul almaq üçün gələn Molla Qasım gülünc vəziyyətdə qalır, evdən 
qovulur. 
Əsərdə yalnız beş  nəfər iştirak edir. Əsər çox yığcam,  şirin və 
aydın üslubda yazılmışdır. Gülüş  həm hadisələrdən, vəziyyətdən 
doğur, həm də ictimai məzmun daşıyır. 
Ədibin "Laçın yuvası"  əsəri 1921-ci ildə teatr müsabiqəsində 
birinciliyi qazanmışdır. Pyesdəki  Əmiraslan ağa və  Pəricahan çox 
mürəkkəb, inandıncı  və mükəmməl işlənmiş surətlərdir. Bu əsərdə 
"atalar və oğullar" ixtilafı xüsusi bir üsul ilə təsvir olunur. 
Əmiraslan ağa tədbirli, iradəli, qaniçən bir mülkədardır.  Ətraf 
kəndlərdə mülkədar ağalığı  yıxılsa da, o silahı  əldən vermir. O, 
yoxsullar hakimiyyətini özünə ölümdən betər bilir. Belə bir işin baş 
tutacağına inanınır. Əmiraslan ağanın doğma oğlu Cahangir ağa öz 
atasına qarşı mübarizə aparır. 
Məslək uğrunda vuruşan və ölümə belə hazır olan gənc Cahangir 
ağa da maraqlı bir şəxsiyyətdir. O nəinki atası ilə, hətta sevdiyi əmi 
qızısı Pəricahan xanımla da bir düşmən kimi üz-üzə gəlir. Cahangir 
ağa məhəbbətini məsləkinə qurban verməli olur. Bu əsərdə  təsvir 
olunan mülkədar qızı Pəricahan da canlı və yaddaqalan şəxsiyyətdir. 
Onu nə "Hacı Qara"dakı Sona ilə, nə  də" "Eşq və intiqam"dakı 
Qəmər və Zəhra ilə müqayisə etmək olar. Bu qızda cəsarət, igidlik, 
döyüş və mübarizə həvəsi çox qüvvətlidir. 
 
  

 
329
Pəricahanda bir tərəfdən köçəri qadınlarda olan bir növ "kişi" 
ruhu var, ikinci tərəfdən nağıl və  əfsanə  qəhrəmanlarındakı sevgi 
macərası meyli və həvəsi vardır. O, son günlərə qədər əmisi oğlunun 
eşqi ilə yaşayırdı. Onu başqa cəbhədə görəndə  məhəbbətindən  əl 
çəkməyə, döyüşə hazır olmağa çalışır. Cahangir ağa tutduğu həyat 
yolunu ona başa salandan sonra Pəricahan da fikrindən dönür. 
Pəricahanın bu mənəvi və  məfkurəvi dönüşü  əsərdə süni və ani 
verilməmişdir. Tamaşaçı  və oxucu yaranan şərait və  təsirli amillər 
nəticəsində belə bir dönüşün yaranacağına inanır. Bu dönüş  həm 
Pəricahan xanım, həm də Cahangir ağa şəxsiyyətlərinin bitkinliyinə 
daha artıq kömək edir. 
S.Saninin yaradıcılığında realizm əsasdır, aparıcıdır. Burada biz 
həyatı bütövlüklə, qaranlıq və  işıq tərəfləri ilə birlikdə görürük. 
Hətta bir sıra əsərlərində ("Eşq və intiqam") ədib müsbət surətlərə
müsbət hadisələrə daha çox yer, daha çox Bədii rəng verir. 
Məzhəkələr yazsa da, satira və yumor Süleyman Sani üçün xas 
deyildir. Onda həyatın gözəl hadisə  və xüsusiyyətlərinin təsdiqi 
əsasdır. Onun əsərlərində  xalq  ruhu  və xalq həyatını  təmsil edən 
nurani və xeyirxah qocaların (Piri baba, İmamverdi baba, Piri kişi) 
surətləri diqqəti cəlb edir. Bu qocalar xalq idrakını, min illərlə 
xalqımızda yaşayıb, müəyyənləşən gözəl dəb və qaydaları  təmsil 
edirlər. Gənclərin səadətinə çalışırlar, çətinliyə, dara düşənlərə 
məsləhət verirlər, bağ salır, ağac becərirlər, xəstələri müalicə ediflər. 
Bu özü, ədibin əsərlərində nağıl ruhunun qüvvətli olmasını göstərir. 
S.Saninin  əsərlərində  təsvir olunan səhnələr və hadisələr bəzən 
bir növ əfsanə və əsatirləri yada salır. Divlərin hördüyü dağlar, vəhşi 
heyvanlara düçar olan aciz, kimsəsiz insanlar, "Qan bulaq"ları... 
Bunlar  ədibin üslubunu, Bədii təfəkkürünü də  şərtləndirınişdir, 
tənqidi realist yazıçılara və romantiklərə heç də oxşamayan  

 
330
bədii vasitələrin meydana çıxmasına səbəb olmuşdur.  Əgər tənqidi 
realistlərdə həyat və məişət bütün təfərrüatı və bütün dolğunluğu ilə 
göstərilirsə, romantiklərdə  hər  şey xəyala tabe olur, yüksəldilirsə, 
S.Sanidə bu həyat ictimai zəminəsindən ayrılmadan, əfsanəvi, əsatiri 
rəng alır. Ən adi və real hadisələrdə oxucu "sehirli" bir tərəf görür 
və ya axtarır. Bəzən  əhvalatın quruluşu və  işlənilməsində  də bu 
xüsusiyyət nəzərə çarpır. "Eşq və intiqam" pyesinin əsas 
münaqişələri bu istiqamətdədir. 
Həmin bu "əfsanə" və "sehr" əlamətlərinə görədir ki, ədib 
ziddiyyət və münaqişələrin nəticəsini hadisənin özündən çıxarmır. 
Bu nəticəni sonradan nurani qocanın dili ilə deyir ("Eşq və intiqam", 
"Qaraca qız"). Yenə buna görədir ki, S.Sani başqa  ədiblərimizdən 
fərqli olaraq keçmiş  həyatımızın çirkin və  zərərli cəhətlərini satira 
yolu ilə yox, faciə yolu ilə qamçılayır. O, köhnə dünya qurbanlarına, 
nadanlığa mübtəla olanlara gülmür, ağlayır. O, oxucusunda gülüş 
vasitəsi ilə nifrət doğurmağa yox, kədər vasitəsi ilə  mərhəmət 
doğurmağa, mütəəssir etməyə çalışır. 
Feodalizm dövründə Azərbaycanda yayılan  ən dəhşətli bir 
ictimai xəstəlik - qan davaları S.Saninin əsərlərində xüsusi bir 
qüvvətlə qırmanclanır, bu bəlanın dəhşətli nəticələri göstərilir ("Eşq 
və intiqam", "Ümid çırağı"). 
Süleyman Sani öz zamanəsində  məşhur olan və  ədəbi 
yaradıcılığın  əsas qüvvələrini özündə toplayan iki böyük üslubdan 
heç birinə  mənsub deyildir. O, nə Hadinin adı ilə bağlı olan 
romantizm üslubuna, nə  də Mirzə  Cəlilin adı ilə yad olunan hələ 
Mirzə  Fətəlidən başlayıb gələn tənqidi-realizm üslubuna mənsub 
deyildir. Maksim Qorki rus ədəbiyyatının böyük xidmət və 
xüsusiyyətlərini romantizm ilə realizmin vəhdətində görür. Bu 
cəhəti XX əsr Azərbaycan ədiblərinin də bir çoxunda görmək olar. 
Bu Abdulla Şaiqdə, xüsusən Süleyman Sanidə  səciyyəvi 
xüsusiyyətdir. Müəllimliyi, maarifçiliyi 
 
 

 
331
uşaq psixologiyasını  həmişə hesaba almaları, hər bir əsərdə 
tərbiyəvi, əxlaqi, didaktiki prinsipləri üstün tutmaları bu yazıçıların 
üslubunu başqalarından ayırmışdır. Bunlar nə romantiklər kimi 
gələcək xəyallarına məftun, nə  də  tənqidi realistlər kimi keçmişin 
tənqidinə aludədirlər. Onlar nə romantiklər kimi tarixin parlaq 
səhifələrini, parlaq simalarını yazır, nə  də  tənqidi realistlər kimi 
ölməli, məhv olmalı adamları əsas Bədii hədəf götürürdülər. Bunlar 
hər  şeydən  əvvəl məktəbə müraciət edir, ona göz tikirdilər. Həmin 
ədibləri keçmişdən də, gələcəkdən də artıq maraqlandıran bugün idi. 
Bugünün həyatı ilə yaşamaq, havası ilə  nəfəs almaq, bugünkü 
gəncliyin, bugünkü cəmiyyətin ehtiyaclarını ödəməyə çalışmaq 
zərurəti də buradan doğurdu. Bugün üçün, inkişafın indiki 
mərhələsində meydana çıxan və  təxirəsalınmaz vəzifələrin təsvirini 
vermək Süleyman Saninin başlıca xüsusiyyətlərindəndir. 
İntibah məsələlərinə  həsr olunan bir və ya bir yarım səhifədən 
ibarət olan hekayələr  ədibin yaradıcılığında çox təəssüf ki, azdır. 
Bəlkə  də bu əsərləri çox yazmaq olmur. Bunlarda tərənnüm üsulu 
əsasdır. Bunlarda qanadlı bir qəlb çırpnır. Bu əsərlər böyük Qorkinin 
"Şahin nəğməsi" və "Fırtına quşu"nu xatırladır. Bu hekayələrdə 
həyat və  məişət səhnələri təfsilatı ilə alınımamışdır. Burada bir 
xatirə, bir işarə  və  bəzən ildırım kimi yanıb sönən bir işıq 
verilmişdir. Lakin bu yeni işıqda biz bir aləmi, böyük gələcəyi 
görürük. Bir an görünüb yox olan bu aləmin həsrətini çəkirik. Bu 
hekayələrdə adamların da həyatı bir xətt, bir işarədə verilmişdir. Bu 
adamlar adi adamlar deyil, biz onların simasının şəklini, gözlərinin 
rəngini görmürük. Necə geyindiklərmi də bilmirik. Ancaq ilk 
tanışlıq dəqiqələrindən, hekayənin lap ilk sətirlərindən biz bu 
adamların qəlbini görürük. Onlar həyəcanlıdırlar, müntəzirdirlər. 
Onlar sanki böyük fırtınalardan çıxmış, heyrətə  gətirəcək olan bir 
gəminin tamaşasına 

 
332
durmuşlar. Onlar üfüqə, rüzgara, günəşə baxırlar. Yalnız gəmidəki 
yoldaşlarının, yalnız özlərinin deyil, bütün cəmiyyətin taleyini 
həmin səhərin bahar rüzgarında, sabah günəşində görürlər. Bu 
hekayələrdə qocalar başlıca simalardır. Bunlar bəzən böyük və 
xilaskar simvolu kimi görünürlər, kütlələrə yol göstərir, sirli 
məsələlərə vaqif olur, insanlara kömək edirlər. Bir qədər əfsanə və 
nağıl üslubunda verilən bu surətlər Azərbaycan xalqının sevdiyi və 
həmişə hörmət bəslədiyi el ağsaqqallarının, xeyirxah və müdrik 
babaların surətləridir. Onlara olan ümumi ehtiram və etimad, onların 
dərin zəkası  və kamil ağlında olan qüvvət və xarüqüladəlik  ədibin 
lövhələrində çox parlaq canlandırılmışdır. 
 

 
333
Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin