C. Məmmədquluzadə. Əsərləri, I c, Bakı, 1936, səh.35.
28
yunlarının yanında olardı və qeyri çobanlar kimi bu da yan
tütəyini çalmağı adət eləmişdi. Amma Pirvərdinin çalmağı özgə
bir çalmaq idi və çox ittifaq düşərdi ki, qonşu kəndlərdən bunun
yan tütəyi çalmağına qulaq asmağa gələrdilər və mənim özümün
bu çalğıya o qədər həvəsim vardı ki, daha doya bilmirdim.
Axırda mən özüm də bir belə eşqə düşdüm ki, özümə bir yan
tütəyi ələ gətirib başlayım yavaş-yavaş çalmağa ki, bəlkə pənah
Allaha, mənə də elə xoşbəxtlik üz vərdi ki, mən də Pirvərdi kimi
çalan oldum. Əmoğlum bu xəyalımı bilən kimi o öz tütəyini
bağışladı mənə... Tütəyi səliqə ilə basdım pambığın arasına,
qoydum bir balaca qutuya ki, yolda arabada sınmasın və gəldim
İrəvana. Burada mənzilimdə qutudan tütəyi çıxartdım və üst-
başımın tozunu silməmiş və yoldan rahat olmamış, başladım
tütəyi çalmağa.
Amma, heyf və heyf; nə qədər püfləyirəm - tütək heç bir səs
vərmir. Dodağımı gah belə tuturam, gah elə tuturam, gah yavıqda
çalıram, gah bir az uzaqdan üfürürəm. Tütək ancaq körük kimi
fısıldayır...”
1
.
Bu parçada ədəbi cəhətdən, sərf-nəhv cəhətdən bəlkə də
nöqsan tapmaq olar. Ancaq danışıq dilinin, söyləmə və nağıl
üslubunun təbiiliyi, sadəlik məziyyəti cəhətindən heç bir irad
tutmaq olmaz. Cümlələrin qısalığı, mətləbin aydınlığı, danışığın
səmimiliyi bizi alıb aparır. Biz bu söhbətə qulaq asmaqdan
doymuruq.
Mirzə Cəlil anasına “madər”, atasına “pədər” deyənlərə, hətta
çörək əvəzinə “nan” deyənlərə qəhqəhə ilə gülürdü. Onun yad
ünsürlərdən uzaq, təmiz, təbii, sadə dili özü dediyi kimi
zəmanəsində bir kəşf oldu:
“Cəmi kəmcürət savadlılarımıza “Molla Nəsrəddin” məcmuəsi
bir nümunə və bəlkə bir dəlil və rəhnüma oldu:
1
C.Məmmədquluzadə. Əsərləri, II c, Bakı, 1936, səh. 232.
29
Paha. Belədəmi yazarlarmış. Bu ki, lap asan imiş. Belə mən də
yaza bilərmişəm. Və yazdılar da”
1
.
Dil haqqında Mirzə Cəlilin əsas qanunu budur: elə yazmalı ki,
kütlə başa düşsün. Bu qanun ilə yazdığı üçün ədibin həm jurnalı,
həm bədii əsərləri mürəkkəbi qurumamış ümumxalqın mah oldu.
Mirzə Cəlilin müxtəsər, canlı, məzmunlu, səciyyəvi hekayələri
klassik nəsrin qiymətli inciləri olduğu kimi, komediyaları da
dramaturgiya sənətinin əvəzsiz nümunələridir.
Mirzə Cəlilin komediyaları Mirzə Fətəli məktəbini
yeni və
yüksək mərhələyə qaldırmışdır. Burada müasirlik, siyasi məsələ
və hadisələrin ön plana çəkilməsi, adamların taleyi və bu taledə
xalqın, ölkənin taleyini ifadə və həll etmək meyli ilk nəzərdə
gözə çarpır.
Bu mənada “Anamın kitabı” pyesi bütün Azərbaycan
dramaturgiyasında xüsusi bir yer tutur. Əgər “Ölülər”də
vətənimizin keçmişi vərilibsə, bu əsərdə vətənimizin gələcək
taleyi, onun tutacağı yol, onun imkan və qüvvələri təsvir
olunmaqdadır.
Bu əsər siyasi məqsədləri və ümumən qayəsi etibarilə Səməd
Vurğunun “Vaqif”i (1938) ilə səsləşməkdədir. Buna görədir ki,
bu əsərə, eləcə də Mirzə Cəlilin o biri komediyalarına başqa
komediyalar kimi, hətta Mirzə Fətəli komediyaları kimi
baxmamalıyıq. Burada qəhqəhələrdən ayılan tamaşaçının
diqqətini çəkən, onda gələcəyə olan hiss və marağı, ümid və
arzunu oxşayan bir qüvvə vardır.
Təxminən ədibin bütün komediyaları yüksək, faciyəvi və
romantik səhnələr ilə komediya sənətinə heç də sığışmayan
barışmaz, ciddi və dəhşətli münaqişələr ilə bitməkdədir.
Qəbristanlıqda məşədi və kərbəlayıları rüsvay edən İsgəndərin
ölülərə xitabən söylədiyi nitq, gözləri qəzəblə parlayan
1
C. Məmmədquluzadə. Əsərləri, II c, Bakı, 1936, səh. 512.
30
Gülbaharın öz evində kitab yanğını təşkil edib böyük və
müqəddəs vəsiyyətnaməni oxuması klassik faciələrin yüksək
qəhrəmanlarını, onların basılmaz daxili, mənəvi qüdrətini
xatırladan lövhələr deyilmi?
Mirzə Cəlil ədəbi məktəbindəki realizmin məhdudluğu,
birtərəfliliyi tarixən məşrutdur. O zamankı ədiblərimizin çoxu
yıxmaq, dağıtmaq, köhnə dünyanın bünövrədən sarsıtmaq üçün
ən çox tənqidə, satirik üsul və boyalara güc vərmişlər.
Realistlərin mühüm lövhə və təsvirləri belədir. Burada həyatın
işıqlı tərəflərinə etinasızlıq vardır. Burada gələcək, yeni həyat,
qalib insanlar, yeni dünya üçün vuruşanlar ya yoxdur, ya
təkdirlər. Burada əsas surətlər mənfi adamlardır, əsas hadisələr
mənfı hadisələrdir. Mirzə Cəlil yaradıcılıq metodundakı bu
məhdudluq, şübhəsiz ədibin görüşlərindəki məhdudluq ilə
əlaqədardır.
3
Azərbaycanda ümumən filoloqiya kimi ədəbiyyatşünaslıq elmi
də əsasən bir elm olaraq inqilabdan sonra yaranmışdır. Ədəbiyyat
sənətinin özündə olduğu kimi şiddətli sinfı mübarizə şəraitində
yaranmışdır. Əsrimizin əvvəllərinə qədər. meydana çıxmış olan
təzkirələr ən yaxşı halda mətnşünaslıqdan, şairləri, əsərləri qeyd
etməkdən irəli gedə bilmirdi.
Ədəbiyyat tarixi sahəsində ilk addımı Firidun bəy Köçərli
atmışdır. O, 1903-cü ildə Tiflisdə nəşr etdirdiyi, rus oxucusuna
Azərbaycan ədəbiyyatının böyük şəxsiyyətlərindən müxtəsər
məlumat vərən kitabçasından sonra ədəbiyyat tarixi yazmaq
fıkrinə düşmüş, böyük həvəslə material toplamışdır. Firidun bəy
məqsədinə nail olmadan vəfat etdiyindən onun yazıları bir
material olaraq “Kommunist” qəzeti nəşriyyatı
31
tərəfindən çap olunmuşdur
1
. Bu kitablarda şairlərin, ədiblərin
tərcümeyi-halı, əsərləri, mühit və həyat şəraitləri haqqında
məlumat vardır. Əsasən tərcümeyi-hal (bioqrafik) üsulu ilə
yığılan və yazılan bu məlumat tədqiqatçılar üçün mühüm mənbə
sayıla bilər. Ancaq Firidun bəyin “materialları” da təzkirələrdən
az fərqlənir. Burada ədəbiyyat və sənət nümunələrinin sistemli,
elmi təhlili yoxdur. Burada ədəbiyyatın sinfi bir məfkurə kimi
ictimai hadisələrlə əlaqəli təhlilini axtaramaq nahaqdır. Yenə
həmin illərdən başlayaraq “Kommunist” qəzetinin nəşr etdiyi
silsilə kitablar da bir həvəskarın şəxsi zövqi ilə bağlı olaraq
yığdığı və ancaq tarixi, faktik cəhətdən müxtəsər izah vərdiyi
materiallardır.
1930-cü illərə qədər Bakıda, Tiflisdə, Təbrizdə, Tehranda bu
tipli, ya buna oxşar kitablar olmuşsa da, bunların heç birində
1905-ci ildən sonrakı dövr ədəbiyyatı mövzu olmamışdır.
Yalnız son illərdə yeni yetişən gənc ədəbiyyat alimləri bu
dövrin ayrı-ayrı mühüm simalarının tədqiqinə səy etmiş,
keçmişlərdən çox fərqli olaraq əsasən faydalı kitablar yazmışlar
3
.
Orta-ali məktəblər üçün dərsliklər yaratmışlar
4
. Bundan başqa
ədəbi-tarixi icmallarda, ayrı-ayrı yazıçıların külliyatına,
ədəbiyyat məcmuələrinə vərilən müqəddimələrdə
5
bu dövrün ən
görkəmli yazıçıları haqqında məlumat-
1
F.Köçərli. Azərbaycan ədəbiyyatı tarixi materialları, II c, (4 hissə), Ba-kı, 1925-26.
2 “Mirzə Şəfi Vazeh”, “İmadəddin Nəsimi”, “Ağa Məsih Şirvani”, “Bahar Şirvani” və b.
3 M.İbrahimov. Böyük demokrat, Bakı, 1939, C.Xəndan. Sabir, Bakı, 1940.
4 C. Xəndan. Azərbaycan ədəbiyyatı (XX əsr) (əl yazması hüququnda), Bakı, 1939;
M.Arif, C.Xəndan. XX əsr ədəbiyyatı, Bakı, 1941.
5Antologiya Azerbaydjanskoy poezii, Moskva, 1939.
32
lar yazılmışdır ki, bunların hamısı həmin dövrün tədqiqinə bir
hazırlıq olmuşdur.
Nəhayət, müharibə illərində SSRİ Elmlər Akademiyası
Azərbaycan Filialının təşəbbüsü ilə iki cildlik “Müxtəsər
Azərbaycan ədəbiyyatı tarixi” nəşr edilmişdir ki
1
, həmin əsərin
mühüm bir fəsli (V fəsil) bu dövr ədəbiyyatı tarixinin
konspektindən ibarətdir
2
.
Azərbaycanda ədəbi məktəblərin tədqiqinə həsr olunan bu
əsərdə müəllifin qarşısına qoyduğu vəzifə yalnız əsas üslubların
yaranması, inkişaf və xasiyyətnaməsini vərmək deyildir. Vəzifə
həm də Azərbaycan ədəbiyyatında əmələ gələn tarixi dönüşün,
köhnə, sxolostik ədəbiyyat ilə yeni ədəbiyyatın fərqinin bu
spesifık məfkurə sahəsində necə əks olunduğunu göstərməkdən
ibarətdir.
Azərbaycanda realizmin, romantizmin və ya başqa ədəbi
cərəyanların səciyyəsi, xasiyyətnaməsi, inkişaf yolu hələ də
aydınlaşdırılmamışdır. Bu dövrün ədəbiyyat həyatı məfkurəvi bir
proses kimi tədqiq olunmamışdır.
Bir sıra mühüm ədəbi sənədlər, hadisələr, nəinki orta
səviyyəli, hətta görkəmli ədəbi simalar ədəbiyyat tariximizdən
kənarda qalmış, oxucuya tanıdılıb təqdim edilməmişdir. Əlbəttə
ki, bu vəziyyət heç vaxt bu dövr ədəbiyyatının qonşu Şərq
ölkələri ədəbiyyatına olan böyük təsirini göstərməyə imkan
vərməzdi. Bundan əlavə, ədəbiyyat hərəkatının özü, əməli
cəhətdən də belə bir əsərə olan ehtiyacı zəruriləşdirmişdir. Çünki
bugünkü ədəbiyyatımızın özündə bir sıra yazıçıların üslub və
yaradıcılığı
əsrin
əvvəllərində böyük realistlərin
müəyyənləşdirilmiş üslubu ilə, Sabir satira məktəbi ilə
əlaqədardır.
1
Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi, I-II c, Bakı, 1943-44.
2
V fəslin mətni bu sətirlərin müəllifinindir
33
Bu təsirin kökü, mənbəyi ətraflı öyrənilməsə, həmin
yazıçıların yaradıcılığını düzgün təyin etmək olmaz. Bu dövr
inqilabi-demokrat yazıçıların yaradıcılığında bir sıra mühüm
xüsusiyyətlər var ki, onu öyrənmədən ədəbiyyat hərəkatının nə
keçmişini və nə də hazırkı keyfıyyətlərini düzgün düşünmək
olmaz.
Bu əsərin yazılışında rast gəldiyimiz mühüm çətinliklərdən
biri mənbələrin, bir çox yazıçı arxivlərinin əldə olmaması idi.
Məlumdur ki, bu dövr bədii sənədlərinin çoxu, xüsusilə ikinci,
üçüncü dərəcəli yazıçıların əsərləri toplanmamış, yoxlanmamış,
nəşr olunmamışdır. Bu çətinliyi dəf etmək üçün müəllifə kömək
edən arxiv işçilərinə, yazıçı ailələrinə və bir sıra ədəbi hadisələrə
şəxsən şəhadət vərən adamlara - o zamanın məktəb, mətbuat,
teatr işçilərinə təşəkkür izhar etməyi vacib bilirik.
Bu əsərin əsas hissəsi Böyük Vətən müharibəsi illərində
yazılmışdır. O zaman yazılmışdır ki, akademiyanın əlyazmaları
fondu faşizm təcavüzündən, bomba və yanğından müdafiə üçün
dəmir qutulara yığılır, bağlanır, əmrə müntəzir saxlanırdı. Həmin
günlərdə əlyazmaları kitabxanasının işçiləri, xüsusilə qocaman
Novruz əmi heç bir xahişdən boyun qaçırmır, cari elmi işə kömək
üçün əlindən gələni edir, bütün qutuları axtarmaqla
tədqiqatçıların istədiyini tapıb gətirirdi.
Bəli, qanlı faşist vəhşiləri aləmə yanğın və bəla gətirdiyi
dəhşətli günlərdə, qəhrəman döyüşçülərimiz cəbhələrdə
vətənimizi və bəşər mədəniyyətini qoruduğu dəqiqələrdə
Azərbaycan alimləri yorulmaz elmi, tədqiqat işlərini davam
etdirirdilər.
Mən bu kitaba baxanda o günləri xatırlayıram. Belə böyük
Vətənin vətəndaşı, belə böyük bir xalqın övladı olduğumu
düşünüb başımın ucalığı ilə fəxr edirəm.
Bakı, 15.X11.1946
34
I. İctimai-siyasi həyat
XX əsrin əvvəllərində Azərbaycan müstəmləkə ölkəsi olaraq
qalırdı. Azərbaycan kəndində feodal münasibət hakim idi.
Azərbaycan şəhəri əsasən ticarət və xırda kustar şəhəri idi. Yalnız
Bakıda sənaye kapitalizmi görünməmiş bir sürətlə inkişaf
etmişdi. Neft sənayesinin artması Bakının kapitalist inkişafı
yoluna düşməsində mühüm rol oynayırdı. Yalnız Rusiyanın
deyil, əcnəbi kapitalın da bir hissəsi neft sənayesinə qoyulmuşdu.
Yoxsul və ehtiyac içində olan kəndlilər Azərbaycanın ən uzaq
guşələrindən Bakıya fəhləliyə gəlirdilər. Bu fəhlələrin bir qismi
mövsim işçisi idi. Onların bir ayağı kənddə, bir ayağı şəhərdə idi.
İlin əkin-biçin vaxtını kənddə, torpaq işində keçirir, boş vaxtlarda
isə şəhərə, dəmir yoluna, mədənə muzdlu işə gəlirdilər. Bakıya
köçənlərin bir qismi isə həmişəlik fəhlə olaraq qalırdı. Bunlar
yalnız Bakıda deyil, ipək sənayesinin inkişaf etdiyi Şəkidə, çoxlu
kustar kərpic zavodu, gön, xalça və s. müəssisələri olan Gəncədə,
mis mədənləri ilə tanınan Gədəbəydə, sement istehsal edən
Tovuzda, duz istehsalı ilə məşhur olan Naxçıvanda
toplaşmışdılar. Ancaq heç yerdə fəhlələr Bakıda olduğu kimi
sürətlə artmırdı.
35
Mədəni hərəkat
1. Mətbuat
Çar hökumətinin oktyabr bəyannaməsindən sonra ölkənin hər
tərəfinə yayılan mətbuat, buluddan sivrilib çıxan ulduzlar kimi
parlamağa başlamışdı. O dövrdə Azərbaycan ziyalıları arasında
siyasi-ictimai fikrin istiqamətini, məslək mübarizələrini müəyyən
etmək, bunların nə qədər ziddiyyətli, mürəkkəb şəraitdə getdiyini
bilmək üçün 1917-ci ilə qədər çıxan, qapanan və yenidən çıxan,
adını, ünvanını, hətta yolunu dəyişən müxtəlif qəzet və
məcmuələri gözdən keçirmək kifayətdir. Bakıda “Kaspi”
mətbəəsindən əlavə Tiflisdə və Gəncədə kiçik mətbəələr
yaranmışdı. Xüsusilə Orucov qardaşlarının bu sahədəki fəaliyyəti
nəticəsində mətbəələr genişlənir, istər qəzet, məcmuə və istərsə
kitab nəşri üçün böyük imkan yaranırdı. Şuşa, Naxçıvan kimi
şəhərlərdə də zəif, məhdud imkanla olsa da, çapxana binası
qoyulurdu.
Məmmədağa Şaxtaxtlının Tiflisdə çıxardığı “Şərqi-Rus”
(1903-1905) qəzeti o zaman məşhur yeganə Azərbaycan qəzeti
idi. Bu qəzetdə C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Nəzmi,
M.S.Ordubadi, Abdulla Tofıq Sur, H.Zərdabi kimi məşhur ədib
və şairlər iştirak edirdilər. Qəzet maarif, mədəniyyət əlifba və dil
islahatı məsələlərinə böyük əhəmiyyət verirdi.
Azərbaycan dilində ilk fəhlə qəzetlərindən biri kimi nəşr
olunan “Təkamül” (1906) birinci nömrəsində öz məsləkini belə
xülasə edirdi: “Bizim xidmət etdiyimiz, yolunda can qoyub, onun
hər bir mənafe və hüququnun qaraulunda durduğumuz işçilər
həmən füqarayi-kasibədir. Biz hər bir surət və şəkildə, zülm, cəbr
və zorun əleyhinə iş görəcəyiz. Biz insaniyyətin və hər millətin
qismi-əzəmi olan fəqirlər və məzlumlar
36
tərəfindəyiz. Onların mənafe və hüquqlarının xidmətçisi və
gözətçisiyiz.
Bir millətin, bir qurumun, bir sinfın, bir heyətin və yaxud bir
şəxsin üstünə edilən ədalətsizlikləri, təəddi və təcavüzləri biz
həmişə qaytarmağa çalışacağız, özü də cəmi insanları bir nəzərdə
tutub ümum insaniyyət naminə olaraq zülmün hər bir tərzvə
qismdə olsada, büruz və zühuruna sədd çəkəcəyiz...”
1
.
“Təkamül” ilk nömrəsini M.Hadinin “El fəryadı” adlı
azadpərəst şeiri ilə başlayır. Şair millətin səadətini hürriyyətdə
görür.
“Təkamül” uzun müddət davam edə bilmədi. 1907-ci ildə
onun əvəzinə “Yoldaş” nəşr olundu, o da tez bağlandı. Bu dövrdə
müxtəlif dünyagörüşləri təmsil edən qəzet və jurnallar nəşr
olunur, sürətlə bir-birini əvəz edirdilər ki, bunlardan “Molla
Nəsrəddin”, “Dəvət-Qoç”, “Bakinski raboçi”, “Dəbistan”,
“Hilal”, “Tərəqqi”, “Tuti”, “Kəlniyyət”, “Babayi Əmir” və s.
göstərmək olar.
Qəzetlər arasında az-çox ardıcıl demokratik xərti Haşım bəy
Vəzirovun nəşr etdirdiyi “Tazə həyat” (1907-1908), “İttifaq”
(1908-1909), “Səda” (1909-1911), “Sədayi-vətən” (1911-1912),
“Sədayi-həqq”, “Sədayi-Qafqaz”da (1915-1916) görmək olar.
Haşım bəy Vəzirov (1868-1916) Azərbaycanın məşhur
mətbuat və ədəbiyyat xadimlərindəndir. 1905-ci il inqilabı
dövründə Haşım bəy xalq cəbhəsində fəal iştirak edənlərdən
olmuşdur. Buna görə də çar höküməti tərəfindən beş il Stavropol
şəhərinə sürgünə göndərilmişdi. Sürgündən qayıtdıqdan sonra bir
müddət “İrşad” qəzetində ictimai-mədəni məsələlərə dair
hərarətli məqalələr yazır və xalqını maarifə çağırırdı. Nəhayət, o
özü müstəqil bir qəzet yaratmaq fıkrinə düşür, “Tazə həyat”
qəzetini 1907-ci ildə aprelin 1-də nəşrə başlayır. Bu qəzet tərəqqi
pərəst mövqe tutduğundan uzun
1
“Təkamül”, 1907, № 4.
37
müddət yaşaya bilmir, 1908-ci ildə oktyabrın 7-də qapanır. Sonra
Haşım bəy “İttifaq” qəzetini nəşr edir. Bu qəzet də 1909-cu ildə
bağlanmışdır. Həmin ildə o, “Səda” qəzetini nəşrə başlamışdır.
Bu qəzet Haşım bəyin nəşr etdiyi mətbuat içərisində ən çox
yayılanlardandır.
1911-ci ildə Bakıdakı bir çox mühərrirlərlə bərabər Haşım bəy
Vəzirov da həbs olunur. Sonra həbsdən çıxmağa müvəffəq olur.
“Səda” qəzeti qapandıqdan sonra “Qafqazist” adlı bir rus
qəzetini, “Sədayi-vətən”, “Sədayi-həqq”, nəhayət, “Sədayi-
Qafqaz” qəzetlərini nəşr edir. Bu axırıncı qəzet 180 nömrə
çıxdıqdan sonra hökümət tərəfindən rəsmən qapanmışdır. Haşım
bəy məşhur məzhəkə jurnalı olan “Məzəli”nin də mühərriri idi.
Bu jurnal “Molla Nəsrəddin”dən sonra mətbuat tarixində ən
görkəmli məzhəkə jurnalıdır. Burada günün siyasi həyatı kəskin
bir qələm ilə əks olunur.
“Məzəli” yalnız ümumi məsələlərdən yox, ölkənin daxili
vəziyyətindən, şəhər həyatından da bəhs edirdi. Burada köhnə
pərəstlər, avamlar, maarif və mədəniyyət düşmənləri,
rüşvətxorlar, yalançı ruhanilər şiddətlə tənqid olunurdular.
“Məzəli”də Əli Nəzmi, M.S.Ordubadi, Əliağa Vahid, Cənnəti və
s. qüvvətli qələm sahibləri iştirak edirdilər.
Haşım bəy Vəzirov həm də yaxşı bir yazıçı idi. O, “Döymə
qapımı, döyərlər qapını”, “Evlənmək su içmək deyil”, “Xan-xan”
adlı komediyalar yazmışdır. Bu komediyalarında köhnə adətlərə,
ailə-məişət məsələlərində xəstə əhvali-ruhiyyələrə gülmüşdür.
Haşım bəyin rus dilindən bir neçə tərcüməsi də vardır. Bunların
içərisində Şekspirin məşhur əsəri “Otello”nun tərcüməsini
göstərınək olar.
“Dəbistan” (1906-1907), “Rəhbər” (1906), “Məktəb” (1911-
1918) isə tərbiyə və məktəb məsələlərindən bəhs edən pedaqoji
məcmuələr idi. Burada sadə dildə şeirlər, hekayələr, nağıllar,
məsəllər çap olunurdu. S.S.Axundovun “Qorxulu nağıllar”ı, bir
sıra müəlliflərin (A.Şaiq, M.A.Əli-
38
yev, Ə.M.Mustafayev və b.) yazdığı “Gülməli nağıllar” bu
nəşrlərin ən faydalı yazılarındandır.
Vaxtilə ancaq Tiflisdə olduqca məhdud miqdar və tirajla
Azərbaycan dilində kitabçalar buraxılırdısa, indi Bakıda
mükəmməl və güclü Azərbaycan mətbəələri düzəlmişdi. Tarixə,
ədəbiyyata, coğrafiyaya, hifzi-səhiyyəyə və elmin başqa
sahələrinə aid kitabçalar buraxılırdı. Rus ədəbiyyatından
(A.S.Puşkin, L.N.Tolstoy, M.Qorki) tərcümələr olunurdu.
Gözüaçıq, mütəşəbbüs ədiblər, mühərrirlər əldə olan maddi və
mənəvi imkanlardan geniş istifadə edir, ədəbiyyatımızın əsas
əsərlərini nəşrə çalışırdılar.
2. Maarif
1905-ci ildən sonra mətbuatla yanaşı maarif ocaqlarının da
sayı artmağa başlamışdı. Köhnə molla məktəblərində,
mədrəsələrdə sürətlə islahat başlanmışdı. Şəriət, din dərsləri ilə
yanaşı, dünyəvi, təcrübi elmlər təlim olunurdu. “Üsuli-cədid”
deyilən yeni Avropa sistemli məktəblər açılırdı.
1887-ci ildə Bakıda birinci rus-tatar, yəni rus-Azərbaycan
məktəbi açılmışdı. Burada 42 nəfər şagird var idi. 1913-cü ildə
isə Bakıda 9 rus-Azərbaycan məktəbi, 8 rus-Azərbaycan qız
məktəbi və bir 6 sinifli məktəb var idi. Burada azərbaycanlı
balalarından 2249 nəfər şagird oxuyurdu. Bunlardan 337 nəfəri
Azərbaycan qızları idi.
Aydındır ki, bu məktəblər xalqın maarifə olan həvəsini
ödəmək imkanından çox-çox uzaq idi. Çünki bu zaman Bakıda
10 deyil, 20 Azərbaycan məktəbi açılsa da, yenə şagird tapılardı.
Məktəblər proqram və müəllim qüvvələri cəhətindən də nisbətən
möhkəmlənmişdi. 1913-cü ildə Bakıda 55 nəfər azərbaycanlı
müəllim, 15 nəfər müəllimə var idi. Məktəblərdə ana dili mühüm
dərslər sırasına keçmişdi. Azərbaycanca ilk əlifba kitabının
(“Vətən dili”) 7-ci və mükəmməl nəşri
39
1910-cu ildə buraxılmışdı. Yeni nəsil M.F.Axundovun,
M.P.Vaqifin, S.Ə.Şirvaninin və başqa görkəmli sənətkarların
əsərlərindən nümunələrlə tanış olurdu.
1906-cı ildə birinci dəfə olaraq Azərbaycan müəllimlərinin
Bakıda yığıncağı oldu. Burada məktəb, dərs, tədris proqramı
məsələlərindən başqa, məktəb şagirdlərinin ictimai-tərbiyəvi
məsələsi də müzakirəyə qoyuldu. Məktəblilər və müəllimlər
böyük mədəni-ictimai məsələlərdə, M.F.Axundovun,
A.S.Puşkinin, L.N.Tolstoyun yubileylərini keçirmək işində
cəmiyyəti-xeyriyyələrin tədbirlərində fəal iştirak edirdilər.
Mədəhi-maarifə və ictimai işlərə xidmət edən “Nəşri-maarif”,
“Cəmiyyəti-xeyriyyə”, “Nicat” və s. cəmiyyətlər düzəlirdi.
Uşaqların təlim-tərbiyəsi, hazırlıqlı müasir gənclərin
yetişdirilməsi hər kəsi düşündürən ümumi və zəruri bir məsələ
sayılırdı.
1905-1906-cı illərdə mətbuatda (“Həyat” və “Molla
Nəsrəddin”) “Bizə hansı elmlər lazımdır” mövzusunda
genişlənən mübahisə maarif, məktəb və elm məsələsinin nə qədər
mühüm olduğunu göstərdi. Bakılı Axund Əbutürab bu sərlövhə
altında yazdığı məqaləsində məktəblərin müsəlmanlıqdan,
şəriətdən uzaqlaşdığını, təbiət, hesab, tibb, həndəsə və bu kimi
dünyəvi elmlərin rəvac tapdığını göstərib, təəssüf edirdi. “Əgər
bir şəxs tamam ülumi-riyazi və hikməti-təbii təhsilində ömür sərf
edə, müəllimi-əvvəl Ərəstətalis (Ərəs-mü - M.C.) məqamını dərk
edə, əlbəttə, tərəqqi-übudiyyətə, həqqi-təəlaya alim və arif
olmayacaq və insaniyyət və mədəniyyət şəhrinə daxil
olmayacaq... Elmi-hesabda kamil olmaqla insan olmaq olmaz.
Bəlkə insan elmi-dəyanəti və şəriəti bilib, öz nəfsi ilə mühasibə
edib, əmali-xeyriyyə və əmali-şəriyyəsini mizani-şərilən vəzn
edib xeyrini artırır və şərdən münəzzeh və mübərra olmaqla insan
olur”.
Əli bəy Hüseynzadə, xüsusilə Cəlil Məmmədquluzadə Axund
Əbutürabın bu mühafızəkar fıkrinə qarşı çıxmışdır. Əli bəy din
elmlərinin lüzumunu inkar etmir, ancaq təbiət
40
elmlərini ilk plana çəkir, öz fikrini Axund Əbutürab kimi quran
və şəriət ilə, dinin öz ehkamı ilə isbata çalışırdı.
Bu məsələlərdə əsl demokratik cəbhədə dayanan Cəlil
Məmmədquluzadə isə Axund Əbutürabı və onun görüşlərini
kəskin tənqid edirdi. O, məşhur “İbrahimbəyin
səyahətnaməsi”ndə təsvir olunan cəhalət, mövhumat aləmi ilə
Axund Əbutürabın görüşləri arasındakı eyniyyəti görürdü və
məqaləsini belə bitirirdi: “Mordəənd vəli zində, zindəənd vəli
mordə”
1
.
Dostları ilə paylaş: |