176
əsasən xalqımızın tərbiyə işi baxımından qüdrətli təsir vasitəsi olan həmişəyaşar
musiqi irsi ilə, milli çalğı alətləri mahnı вя rəqslərlə tanış olurlar. İbtidai siniflər
üçün dərsliklər tərtib edilərkən tədris proqramının yuxarıda göstərilən tələbləri
nəzərə alınmış, imkan olduqca dərs kitablarına müvafiq atalar sözləri, məsəllər,
bayatılar, tapmacalar, yanıltmaclar, sыnamalar, lətifələr, nağıllardan parçalar və
s. materiallar daxil edilmişdir. Dərsliklərə salınmış etnopedaqoji nümunələrdən
bəziləri müxtəlif siniflərin dərs kitablarında eyni ilə təkrar olunmuş, dərslikdə
şagirdləri düşünməyə, xalq pedaqogikası məsələləri üzrə axtarışlara sövq edə
biləcək, onlarda idrak fəaliyyətinin inkişafına təkan verəcək sual və tapşırıqlara
az diqqət yetirilmişdir, bununla belə həmin dərsliklər şagirdləri ibrətamiz etno-
pedaqoji materiallarla tanış etməkdə əhəmiyyətli rol oynamışdır. Onların müəl-
lifləri xalqımızın keçmiş mədəni irsinin pedaqoji rolunu dərindən dərk etmiş və
tərbiyəvi baxımdan daha səciyyəvi olan nümunələri diqqətlə seçib, gənc nəslə
çatdıra bilmişlər.
Etnopedaqoji matetiallardan təlim-tərbiyə prosesində istifadənin mühüm pe-
daqoji şərtlərindən biri də həmin materiallarla şagirdlərin dərsdə aldыqları bilik-
ləri sinifdənxaric tədbirlərlə sıx əlaqələndirməkdən ibarətdir. Yaxşi nəticə o za-
man əldə edilir ki, müəllim yalnız təlim prosesi ilə kifayətlənmir, bu imkandan
kompleks halda, yəni eyni zamanda həm mövzunun tədrisinə qədər, həm möv-
zunun tədrisi zamani, həm də mövzu keçilib qurtardıqdan sonra, o cümlədən si-
nifdənxaric tədbirlərdə istifadə edir.
Ümumtəhsil məktəblərində sinifdənxaric tədbirlərə xüsusi yer verilməlidir.
Lakin çox təəssüf ki bu cür tədbirlərə özünəlayiq yer verilmir. Bu da sinif-
dənxaric tədbirlərin mövcud pedaqoji ədəbiyyatdakı natamam şərhi ilə bağlıdır.
Etiraf etmək lazımdır ki, məktəblərdə uşaqların arzusu, marağı nəzərə alınmır.
Bunun səbəbini gah məktəblərdə real şəraitin olmaması ilə, gah uşaqlarda o cür
işlərə vaxtın qalmaması ilə, gah da müəllimlərin maddi vəziyyətinin çətinliyi иля
изащ едирляр. Bəzən də metodk ədəbiyyatın yoxluğu kimi məsələlərlə əlaqələn-
dirirlər.
Sinifdənxaric tərbiyəvi işlər hökmən dərsdən sonra deyil, dərsdən əvvəldə
ola bilər. İkinövbəli işləyən məktəblərdə olan problemlər bir növbədə işləyən
məktəblərdən seçilir. Birinci növbədə oxuyan şagirdlərlə həmin işlər dərsdən
sonra aparıldığı halda, ikinci növbədə oxuyan məktəblilər üçün bu işlər dərsə
qədər müddətdə həyata keçirilir.
Etnopedaqoji materiallar sahəsində həyata keçirilən sinifdənxaric tərbiyəvi
tədbirlər məktəblilərin hərtərəfli və ahəngdar inkişafına, fərdi istedad və qabi-
liyyətlərinin daha yaxşı şəkildə formalaşmasına təsirli kömək göstərir. Belə təd-
birlər tərbiyənin bütün tərkib hissələri nöqteyi-nəzərindən faydalıdır.
Sinifdənxaric tərbiyəvi tədbirlər məktəblinin:
- dərsdə qazandığı bilikləri əlavə məlumat hesabına daha da genişləndirir,
dərinləşdirir, zənginləşdirir;
- həmin bilikləri həyata, praktikaya tətbiq etməsinə əlverişli şərait yaradır;
- шаэирдлярин görüş dairəsini genişləndirir, marağını tərbiyə edir;
- онларын hərtərəfli və ahəngdar inkişafina əhəmiyyətli surətdə kömək
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
177
göstərir. Оdur ki, məktəblilərin təlim-tərbiyəsində etnopedaqoji materiallardan
istifadə etmək işində də sininifdənxaric işlərə geniş yer verilməlidir.
Sinifdənxaric işlər zamanı şagirdlərin təlim-tərbiyəsində etnopedaqoji mate-
riallardan istifadə ədəbiyyatda müxtəlif şəkildə verilmişdir: məsələn, pedaqoq-
lardan bəziləri (professor T.A. İlina və başqaları) sinifdənxaric tərbiyəvi işləri
―ümumi‖, ‖xüsusi‖ və ‖kütləvi‖, bəziləri (professor R.Ş. Mustafayeva və başqa-
ları) - ―kütləvi‖, ‖qrup‖, ‖fərdi‖, ‖birləşmə‖, bəziləri (professor M.Ə. Muradxa-
nov, V.Q.Kutsenko və başqaları) -―kütləvi‖, ‖qrup‖ və ‖fərdi‖ adı altında qrup-
lara bölürlər.
Bizim fikrimizcə, sinifdənxaric tərbiyəvi işlərin ―kütləvi işlər‖, ―qrup halın-
da işlər‖, ‖fərdi tapşırıqlar şəklində olan işlər‖ və ―müştərək tədbirlər‖ adı altın-
da dörd formada təqdimi daha səhihdir. Ancaq qeyd olunmalıdır ki, praktik
şəraitdə həmin formalar çox zaman bir-biri ilə əlaqəli surətdə həyata keçirilir.
Misal üçün müəyyən məsələlərə həsr olunmuş şagird konfranslarından və ya
disputlardan sonra bədii özfəaliyyət dərnəyinin konserti verilir; yaxud görkəmli
şəxsiyyətlərlə görüşə həsr edilmiş təntənəli gecələrdə həmin şəxsiyyətlərin
həyat və fəaliyyətinə aid stendlər, sərgilər təşkil olunur.
Məlum olduğu kimi, sinifdənxaric tərbiyəvi işlərin növləri saysız hesabsız-
dır: dərsdənkənar vaxtlarda müxtəlif tərbiyəvi məsələlər üzrə şagirdlərlə aparı-
lan mühazirələr, söhbətlər, məruzələr, disputlar, oxucu konfransları, yarışlar,
müxtəlif səciyyəli ekskursiyalar, dərnəklərdə icra olunan işlərin kollektiv müza-
kirəsi və с. iş novляри vardır.
Ümumtəhsil məktəblərində şagirdlərin təlim-tərbiyəsində etnopedaqoji ma-
teriallardan dərsdənkənar vaxtlarda istifadənin ən çox istifadə olunan formala-
rından biri kütləvi tədbirlərdir. Bu tədbirlər içərisində isə aşağıdakı iş növlərin-
də daha tez-tez istifadə olunur:
- etnopedaqoji məsələlərə həsr olunmuş şagird konfransları;
- etnopedaqoji xarakterli elmi-kütləvi kitab və məqalələrin kollektiv müza-
kirəsi;
- xalq oyunları, халг mahnıları вя халг rəqsləri üzrə yarışlar;
- xalq pedaqogikası nümunələrinin toplanmasına şagirdlərin cəlb edilməsi;
- etnopedaqoji materiallar üzrə kollektiv oyunlar və viktorinaların keçirilmə-
si;
- лазымдыр milli bayramlarda, ayin və mərasimlərdə şagird kollektivlərinin
iştirakı;
- tarixi abidələrə ekskursiya və s.
Şagirdlərlə etnopedaqoji məsələlər üzrə kütləvi tədbirləri təşkil etməkdən
ötrü əvvəlcə həmin məsələlərlə əlaqədar məruzə və muhazirələrin mövzusuna
aid material toplamaq. Мövzu həmin materiallar əsasında işlənir, səciyyəvi nü-
munə və faktlar seçilir, sonra müəyyən olunmuş vaxtda sistemli şəkildə şərh
edilir.
Məktəblilərin təlim-tərbiyəsində etnopedaqoji materiallardan istifadənin
kütləvi formalarından biri oxucu konfranslarıdır. Məlum olduğu kimi, belə kon-
franslarda başlıca məsələ məhz onun qarşısına hansı məqsədin qoyulması ilə
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
178
şərtlənir. Məktəblərdə təşkil edilən konfransda xalq kəlamlarından istifadə
olunmasına geniş yer verilir. Misal üçün, ―Щər mövsümün öz işi var‖ mövzu-
sunda keçirilən şagird konfransında belə atalar sözlərindən istifadə olunurdu:
―Йayda oynayar gulər, qışda acınnan ölər‖, ‖Щər iş vədəyə baxar, vədə heç
nəyə baxmaz‖. Sonradan məktəblilərlə apardıgımız söhbətlər, sorğu-suallar
həmin tədbirlərin onlara çox qüvvətli təsir göstərdiyini, şagirdlərin nitqini,
hafizəsini müdrik xalq kəlamları ilə zənginləşdirdiyini aydın surətdə sübut
edirdi. Uşaqlar konfransda eşitdikləri aforizmləri əzbər söyləyir və həmin
aforizmlərdəki iqtisadi mənanı düzgün şərh edirdilər. Bununla sübut olunur ki,
uşaqların təlim-tərbiyəsində etnopedaqoji materiallardan istifadə baxımından
oxucu konfransları yaxşı nəticə verir, xalqın tərbiyəvi məsələlərlə baglı fikir və
ideyalarına məktəblilərdə dərin maraq oyadır. Təcrübə göstərir ki, müzakirə
zamanı etnopedaqoji irsdən istifadə etmək təlim-tərbiyə məsələlərinin daha asan
və möhkəm mənimsənilməsinə əlverişli şərait yaradır. Ona görə də, gərək
həmin tədbirlərdə iştirak edən şagirdlər mübahisədən çəkinməsinlər, öz
fikirlərini aydınlaşdırmaq və sübuta yetirmək üçün müxtəlif etnopedaqoji
materiallardan, xalq yaradıcılığı nümunələrindən istifadə etsinlər. Güman edirik
ki, belə tədbirlər, araşdırılan mövzu baxımdan sinifdənxaric işlərin kütləvi
formaları barədə lazımi təsəvvür yaratmaq üçün kifayət edər.
Təlim-tərbiyə prosesində etnopedaqoji materiallardan istifadə məqsədilə gö-
rülən işlərdə uşaqların yaş və hazırlıq səviyyəsi, cinsi və fərdi xüsusiyyətləri
nəzərə alınmaлıdır. Мəsələn, dərsdə, eləcə də şagirdlərin iştirak etdikləri
iməcилiklərdə, bağçılıq və bostançılıq işlərində, quş və heyvanlara qulluq sahə-
sində görülən tədbirlərdə, əyani vəsait, albom və stend hazırlamaqda, tematik
gecələrdə, müxtəlif xarakterli səhərciklərdə, idman yarışlarında, turizm işində
və s. бу kimi sinifdənxaric tədbirlərdə həmin pedaqoji şərtə məhəl qoymadıqda,
ucdantutma hamıya eyni səciyyəli iş tapşırdıqda, istənilən nəticəni qazanmaq
olmur. Odur ki, məşğələnin, tədbirin forma və məzmunu, xarakteri, eləcə də ke-
çirilmə vaxtı, əhatə ediləcək şagirdlərin yaşı, bilik səviyyəsi, əhval-ruhiyyəsi,
tədbirə münasibətləri, ümumi inkişaf xüsusiyyətləri və s. əvvəlcədən yaxşı-yax-
şı götür-qoy edilməli, düşünülmüş olmalıdır.
Təlim-tərbiyə işlərində etnopedaqoji metodlardan istifadənin bir mühüm
şərti də həmin işlərdə milliliyin və məqsəd aydınlığının təmin olunmasıdır. İstər
sinif daxilində aparılan məşğələlərin olsun, istərsə də sinifdənxaric tərbiyəvi
tədbirlərin, fərqi yoxdur, hər bir forması öz məzmununu mümkün qədər tam və
dəqiq surətdə açmalı və izlədiyi məqsədlə milli etnopedaqoji irsdən şagirdlərin
ətraflı şəkildə istifadəsinə optimal şərait yaratmalıdır. Həmçinin etnopedaqoji
sərgidə olan nümunə və tədbirlərin seçilməsində (sinifdənxaric işlərdə həm də
planlaşdırılmasında, təşkilində, həyata keçirilməsində və s.) imkan daxilində şa-
girdlərin fəal iştirakını təmin etməli, təşəbbüskarlığına rəvac verməlidir. Belə
olduqda dərsin, məşğələnin, tədbirin tərbiyəvi təsiri xeyli artır, uşaqlar arasında
qarşılıqlı dostluq və yoldaşlıq münasibəti möhkəmlənir, şagirdlərin yaradıcı tə-
fəkkürünün inkişafı üçün əlverişli şərait yaranır. Bu şərtə əməl edilmədikdə ta-
rixi irsinə şagirdin marağı sönür, uşaqların təşəbbüskarlığı boğulur, onlarda ba-
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
179
ba və nənələrin adət ənənələrinə laqeydlik yaranır. Şagirdlərin təlim-tərbiyəsin-
də etnopedaqoji irsdən istifadə sahəsində az-çox nailiyyətləri olan məktəblərin
iş təcrübəsini vaxtlı-vaxtında öyrənib, təhlil etmək və ümumiləşdirib kütləviləş-
dirmək (geniş miqyasda oxucu kütləsinə, əhaliyə, pedaqoji ictimaiyyətə çatdır-
maq), eləcə də elmi-praktik konfranslarda, mətbuat səhifələrində, radio və tele-
vizor verlişlərində bu problemə geniş yer vermək gərəkdir;
- ümumtəhsil məktəblərin tədris proqramlarında və dərsliklərində yeniləşmə
aparmaq, onları daha əsaslı surətdə xəlqiləşdirmək, mütərəqqi milli zəmin üzə-
rində tərtib etmək lazımdır; imkanı olan pedaqoji təhsil müəssисələrində (o cüm-
lədən, ümumtəhsil məktəblərində, orta təhsil verən kollec, lisey və digər müəs-
sisələrdə) ―xalq pedaqogikası‖ fənni tədris olunmalıdır.
- xalq kütləsinin təlim-tərbiyə ilə bağlı adət-ənənələrini, təcrübə və təfəkkü-
rünu ibrətamiz tamlıqla əks etdirən dərs vəsaitlərinin və elmi-metodik ədəbiy-
yatın bolluğu təmin edilməli, məktəblilərdə belə vəsait və ədəbiyyata mütailə
marağı qüvvətləndirilməlidir. Xalqın pedaqoji irsi ilə əlaqədar təcrübədən, fikir
və ideyalardan yerli-yerində istifadə etməklə çalışıb buna nail olunmalıdır ki,
şagirdlərin nəzəri bilikləri ilə əməli işləri vəhdət təşkil etsin, gənc oğlan və qız-
lar öz biliklərini həyata tətbiq etmək imkanına malik olsunlar. Bunun üçün
məktəbdə əlverişli şərait olmalıdır. Tədris prosesində bu imkanlar, adətən, ya
ayrı-ayrı fənlər üzrə müvafiq mövzuların özündə, ya dərsdə yeri gəldikcə
istifadə edilən etnopedaqoji materialların məzmununda, məsələlərin şərhi
zamanı tətbiq olunan metod və vasitələrdə, ya da fənlərarası və fəndaxili əla-
qələrdə mövcud olur. Bu potensial imkanları reallaşdırmaq və təlim-tərbiyə
amilinə çevirmək müəllimdən pedаqoji intuisiya, sərişdə və ustalıq tələb edir.
Məqalənin aktuallığı. Yeni tərbiyə sisteminin əsasında xəlqilik, millilik
durmalıdır. Яsrlərin sınağından çıxaraq dövrümüzə qədər gəlib çatmış, xalqın
mövcudluğu üçün həyati zərurət olan xalq tərbiyəsi oyrənilməli, bu sistemin
təşkili qaydaları, üsul və vasitələri müasir tələblər baxımından tədqiq edilərək
dövlətin tərbiyə sahəsindəki siyasətinin ana xətti müəyyənləşdirilməlidir.
Məqalənin elmi yeniliyi. Şagirdlərin təlim-tərbiyəsində etnopedaqoji mate-
riallardan dərslədə istifadə üçün seçilən nümunələr, müəyyənləşdirilən sinifdən-
xaric tədbirlər maraqlı və cəlbedici olmalı, uşaqlarda sevinc, şadlıq, ruh yüksək-
liyi doğurmalıdır. Etnopedaqoji materiallardan təlim-tərbiyə prosesində istifadə
etmək üçün planlaşdırılmış, həyata keçirilməsi nəzərdə tutulan tədbir xalqın ta-
rix boyu təşəkkül tapmış adət-ənənələri ilə, səciyyəvi əmək növləri ilə, hikmə-
tamiz təcrübəsi, fikir və ideyaları ilə, sıx surətdə əlaqələndirilməlidir.
Məqalənin praktik əhəmiyyəti və tətbiqi. Məqalədəki tövsiyələrdən pe-
daqoji sahədə çalışan, etnopedaqoji problemlərlə məşğul olan ali və orta məktəb
müəllimləri, pedaqoqlar və məktəbəqədər tərbiyə müəssisələrinin əməkdaşları
istifadə edə bilərlər.
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
180
Ədəbiyyat
1.Babayeva N.İ. Yuxarı sinif şagirdlərinin iqtisadi tərbiyəsində xalq
pedaqogikası materiallarından истифадя: Ped.elm.nam...dis. Bakı,1992.
2.Əliyev.İ.İ. Etnopedaqogika materiallarının tərbiyəvi əəmiyyəti. Bakı,
1995.
3.Əliyev.İ.İ. Təlim-tərbiyə işlərində etnopedaqogika materiallardan istifadə.
Baki, 1997.
4.Əhmədov H.H. Azərbaycan təhsilinin inkişaf strategiyası. Baki, Elm,
2010, 800 s.
5.Xəlilov.V.J., Məmmədova K.Ə. İbtidai məktəbdə sinifdənxaric iş. Bakı:
Kövsər, 2006.
6.Həşimov.Ə. Xalq pedaqogikası akademik pedaqogikasının mənbələrindən
biri kimi. (Etnopedaqogika və etnopsixologiya mənbələr və müasir problemlər.
Respublika elmi konfransının tezisləri), Bakı, 1992.
С.Акперова
Использование етнопедагогические материалов
в внеклассных мероприятиях
Резюме
Планирование и осуществление этнопедагогических материалов в
внеурочных мероприятиях должны тесно связываться с исторически сло-
живщитися обычаяти, нравственными ценностями, мудчостью, трудом,
мыслями и идеями народа.
Молодое поколение должно восритываться в школе таким образом,
чтобы чувство уважение к родителям, детям, женщинам, стачикам, вер-
ность семье стали неотъетлемой частью их характера.
S.Akparova
The use of etnopedogogical materials in out of class actions.
Summary
He event that was planned to be implemented to use ethno pedagogical
materialls in non-class events should be linked to the peoples traditions, specific
types of labor and wise experiences, thoughts and ideas that were established
throughout history. In schools young generation has to be educated such thet
respect to parents children, women, old people and sense of devotion to the
family should infuse to his blood, marrow in order to be his main character.
Редаксийайа дахил олуб: 23.06.2014
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
181
Bakalavr pilləsində “Biotexnologiya” fənninin
tədrisində inteqrativ təlim imkanları
Aytən Səfərova,
Odlar Yurdu Universitetinin magistrantı
e-mail: ayten.84.safarova@gmail.com
Rəyçilər: k.t.ü.f.d., dos. Cəfərov B.İ.
biol.ü.f.d., dos. Əsgərov Ə.T.
Açar sözlər: бiotexnologiya, inteqrasiya, gen mühəndisliyi, hüceyrə mü-
həndisliyi, texniki mikrobiologiya, bitki hüceyrəsi, heyvan hüceyrəsi
Ключевые слова: биотехнология, интеграция, генная инженерия, кле-
точная инженерия, технической микробиологии, растительная клетка,
клетка животного
Key words: бiotechnology, integration, genetic engineering, cell
engineering, technical microbiology, plant cell, animal cell
―Təhsil haqqında‖ Azərbaycan Respublikasının Qanununda və təhsil siste-
mini tənzimləyən digər normativ-hüquqi sənədlərdə kadr hazırlığının keyfiyyə-
tinin daha da yaxşılaşdırılması, mütərəqqi təhsil sistemlərinə inteqrasiya olun-
ması, milli ruhlu, vətənpərvər, dərin bilikli və sağlam gənc nəslin yetişdirilməsi
sahəsində qarşıya mühüm və strateji əhəmiyyətli vəzifələr qoyulmuşdur.
Sovet hakimiyyəti dağıldıqdan sonra müstəqil respublikamızın təhsil siste-
mində islahatlar və bir sıra innovasiyalar həyata keçirilmişdir. Müasir təlim me-
todlarından və prinsiplərindən istifadə olunması xüsusi aktuallıq kəsb etmişdir.
Ali təhsilin bakalavr pilləsində biologiya müəllimliyi ixtisası üzrə kadr ha-
zırlayan fakültələrin tədris planında ―Biotexnologiyanın əsasları‖ fənninin tədri-
si nəzərdə tutulmuşdur.
Bitki, heyvan hüceyrələrinin və fermentlərin iştirakı ilə insana lazım olan
faydalı məhsulların alınmasından bəhs edən бiotexnologiya elmi planetin art-
maqda olan əhalisini maddi nemətlərlə təmin etmək kimi həyat əhəmiyyətli və-
zifənin yerinə yetirilməsinə xidmət edir. İnteqrasiya etmiş, mürəkkəb və komp-
leks elm sahəsi olan бiotexnologiyanı tələbələrə daha yaxşı mənimsətmək üçün
onun inteqrativ təlim imkanlarından səmərəli, məqsədyönlü şəkildə istifadə et-
məyi və bu sahədə tədqiqatlar aparmağı qarşımıza məqsəd qoyduq.
İnteqrativlik əsas prinsip kimi fənn kurikulumlarının səciyyəvi cəhətlrindən-
dir. Təhsil иslahatının tələblərinə ясасян tətbiq olunan innovasiyalardan biri də
―İnteqrativ təlim‖ konsepsiyasıdır. Onun mahiyyəti ayrı-ayrı fənlərin bir-biriləri
ilə əlaqələndirilməsindən ibarətdir. İnteqrativ öyrətmə tələbələrin ətraf mühitin
müəyyən aspektlərini müxtəlif fənlərə aid olan biliklər vasitəsilə geniş araşdırıl-
masıdır.
Tanınmış pedaqoq Hamfreyz təbiət, humanitar, sosial və başqa fənlər ara-
sında əlaqələr olmasını göstərirdi. O, qeyd edirdi ki, vərdiş və biliklər bir sıra
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
182
fənlərin materialları əsasında daha səmərəli inkişaf edir və təcrübədə təsdiq
edilir.
Şumeyker isə inteqrativ təlimi belə şərh edir: ―O, təhsilin elə formada təşki-
lidir ki, fənlərin bir-biri ilə əlaqəsi təmin olunur və kurikulumun müxtəlif as-
pektləri əlaqəli şəkildə birləşdirilərək daha geniş araşdırma sahələrinə diqqət
verilir. O, öyrənmə və öyrətmə məsələlərinə bir yerdə yanaşır və mahiyyət eti-
barı ilə interaktiv olan dünyanı əks etdirir‖.
Müxtəlif yerlərdə təhsil mütəxəssisləri inteqrasiyaya müxtəlif yanaşmaları
qeyd edirlər. Bunlardan fəndaxili, fənlərarası və çoxfənli yanaşmaları qeyd et-
mək olar.
Cəmiyyətin və elmi-texniki tərəqqinin müasir inkişaf mərhələsində inteqra-
tiv təlim ən aktual pedaqoji problem kimi qarşıya çıxır.
―Bakalavr pilləsində бiotexnologiyanın əsasları fənninin tədrisində inteqra-
tiv təlim imkanları‖ mövzusunda apardığımız tədqiqatlar göstərmişdir ki, bu
imkanlar çox böyükdür.
Biotexnologiya fənni dörd bölmədən ibarətdir:
1. Texniki (sənaye) mikrobiologiya;
2. Ferment mühəndisliyi (Enzimologiya);
3. Gen mühəndisliyi;
4. Hüceyrə mühəndisliyi.
Təqdim etdiyimiz məqalədə тexniki mikrobiologiyanın tədrisində inteqrativ
təlim imkanları və bu imkanlardan səmərəli istifadə olunması öz əksini tapmış-
dır. Тədqiqatlar göstərmişdir ki, biotexnologiyanın əsasları fənni бiokimya, цzvi
kimya, еnzimologiya, эenetika, сitologiya, бio-üzvi kimya, мikrobiologiya, tibb
elmləri, bioloji elmlər, kimya elmləri, baytarlıq və kənd təsərrüfatı elmləri ilə,
bütünlükdə 20-dən çox elm sahələri ilə çox sıx əlaqədardır.
İlk dəfə olaraq бiotexnologiyanın тexniki (sənaye) mikrobiologiya bölmə-
sinin tədrisində inteqrativ təlim imkanları tədqiq olunmuş, fənnin tədrisinin sə-
mərə və keyfiyyətinin yüksəldilməsi yolları müəyyənləşdirilmişdir. Bu bölmədə
öyrədilən ―Zülali yem məhsullarının biotexnoloji istehsalı‖ mövzusunda tələbə-
lərə aşağıdakı istiqamətlərdə biliklərin verilməsi nəzərdə tutulur:
1) Mikrob zülalı və onun keyfiyyət xarakteristikası;
2) Neft parafinləri, spirtlər və qaz maddələrindən mikrobioloji zülal alın-
ması;
3) Normal parafinlərdən alınan zülali biokütlə;
4) Metil və etil spirtlərindən alınan zülali biokütlə;
5) Metan və hidrogen qazlarından alınan zülali biokütlə;
6) Bitki substratlarından mikrob zülalı ilə zəngin yem məhsullarının alın-
ması;
7) Bitki qalıqlarının mikroorqanizmlər vasitəsilə dərin fermentasiyası;
8) Bitki substratlarının bərk zülali fermentasiyası;
9) Bitki qalıqlarının fermentativ siloslaşdırılması;
10) Qida məqsədilə alınan mikrob kütləsi.
Dərin məzmunlu və əhatəli olan bu mıvzuların tədrisini müasir tələblər sə-
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
Dostları ilə paylaş: |