Azяrbaycan Respublikasы Tяhsil Nazirliyi Bakы Qыzlar Universiteti



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə22/31
tarix26.02.2017
ölçüsü5,11 Kb.
#9787
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

 
 
176 
əsasən xalqımızın tərbiyə işi baxımından qüdrətli təsir vasitəsi olan həmişəyaşar 
musiqi irsi ilə, milli çalğı alətləri mahnı вя rəqslərlə tanış olurlar. İbtidai siniflər 
üçün dərsliklər tərtib edilərkən tədris proqramının yuxarıda göstərilən tələbləri 
nəzərə alınmış, imkan olduqca dərs kitablarına müvafiq atalar sözləri, məsəllər, 
bayatılar, tapmacalar, yanıltmaclar, sыnamalar, lətifələr, nağıllardan parçalar və 
s. materiallar daxil edilmişdir. Dərsliklərə salınmış etnopedaqoji nümunələrdən 
bəziləri müxtəlif siniflərin dərs kitablarında  eyni ilə təkrar olunmuş, dərslikdə 
şagirdləri  düşünməyə,  xalq  pedaqogikası  məsələləri  üzrə  axtarışlara  sövq  edə 
biləcək, onlarda idrak fəaliyyətinin inkişafına təkan verəcək sual və tapşırıqlara  
az diqqət yetirilmişdir, bununla belə həmin dərsliklər şagirdləri ibrətamiz etno-
pedaqoji materiallarla tanış etməkdə əhəmiyyətli rol oynamışdır. Onların müəl-
lifləri xalqımızın keçmiş mədəni irsinin pedaqoji rolunu dərindən dərk etmiş və 
tərbiyəvi baxımdan daha səciyyəvi olan  nümunələri diqqətlə seçib, gənc nəslə 
çatdıra bilmişlər.                   
Etnopedaqoji matetiallardan təlim-tərbiyə prosesində istifadənin mühüm pe-
daqoji şərtlərindən biri də həmin materiallarla şagirdlərin dərsdə aldыqları bilik-
ləri sinifdənxaric tədbirlərlə sıx əlaqələndirməkdən ibarətdir. Yaxşi nəticə o za-
man əldə edilir ki, müəllim yalnız təlim prosesi ilə kifayətlənmir, bu imkandan 
kompleks halda, yəni eyni zamanda həm mövzunun tədrisinə qədər, həm möv-
zunun tədrisi zamani, həm də mövzu keçilib qurtardıqdan sonra, o cümlədən si-
nifdənxaric tədbirlərdə istifadə edir.   
Ümumtəhsil məktəblərində sinifdənxaric tədbirlərə xüsusi  yer  verilməlidir. 
Lakin  çox  təəssüf  ki  bu  cür  tədbirlərə  özünəlayiq  yer  verilmir.  Bu  da  sinif-
dənxaric tədbirlərin mövcud pedaqoji ədəbiyyatdakı natamam şərhi ilə bağlıdır. 
Etiraf etmək lazımdır ki,  məktəblərdə uşaqların arzusu,  marağı  nəzərə  alınmır. 
Bunun səbəbini gah məktəblərdə real şəraitin olmaması ilə, gah uşaqlarda o cür 
işlərə vaxtın qalmaması ilə, gah da müəllimlərin maddi vəziyyətinin çətinliyi иля 
изащ едирляр. Bəzən də metodk ədəbiyyatın yoxluğu kimi məsələlərlə əlaqələn-
dirirlər. 
Sinifdənxaric  tərbiyəvi  işlər  hökmən  dərsdən  sonra  deyil,  dərsdən  əvvəldə 
ola  bilər.  İkinövbəli  işləyən  məktəblərdə  olan  problemlər  bir  növbədə  işləyən 
məktəblərdən  seçilir.  Birinci  növbədə  oxuyan  şagirdlərlə  həmin  işlər  dərsdən 
sonra  aparıldığı  halda,  ikinci  növbədə  oxuyan  məktəblilər  üçün  bu  işlər  dərsə 
qədər müddətdə həyata keçirilir. 
Etnopedaqoji  materiallar  sahəsində  həyata  keçirilən  sinifdənxaric  tərbiyəvi 
tədbirlər  məktəblilərin  hərtərəfli  və  ahəngdar  inkişafına,  fərdi  istedad  və  qabi-
liyyətlərinin daha yaxşı şəkildə formalaşmasına təsirli kömək göstərir. Belə təd-
birlər tərbiyənin bütün tərkib hissələri nöqteyi-nəzərindən faydalıdır.  
Sinifdənxaric tərbiyəvi tədbirlər məktəblinin: 
-  dərsdə  qazandığı  bilikləri  əlavə  məlumat  hesabına  daha  da  genişləndirir, 
dərinləşdirir, zənginləşdirir; 
- həmin bilikləri həyata, praktikaya tətbiq etməsinə əlverişli şərait yaradır; 
- шаэирдлярин görüş dairəsini genişləndirir, marağını tərbiyə edir; 
-  онларын  hərtərəfli  və    ahəngdar  inkişafina  əhəmiyyətli  surətdə  kömək 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
177 
göstərir.  Оdur  ki,  məktəblilərin  təlim-tərbiyəsində  etnopedaqoji  materiallardan 
istifadə etmək işində də sininifdənxaric işlərə geniş yer verilməlidir. 
Sinifdənxaric işlər zamanı şagirdlərin təlim-tərbiyəsində etnopedaqoji mate-
riallardan istifadə  ədəbiyyatda müxtəlif şəkildə  verilmişdir: məsələn, pedaqoq-
lardan  bəziləri  (professor  T.A.  İlina  və  başqaları)  sinifdənxaric  tərbiyəvi  işləri 
―ümumi‖, ‖xüsusi‖ və ‖kütləvi‖, bəziləri (professor R.Ş. Mustafayeva və başqa-
ları) - ―kütləvi‖, ‖qrup‖, ‖fərdi‖, ‖birləşmə‖, bəziləri (professor M.Ə. Muradxa-
nov, V.Q.Kutsenko və başqaları) -―kütləvi‖, ‖qrup‖ və ‖fərdi‖ adı altında qrup-
lara bölürlər. 
Bizim fikrimizcə, sinifdənxaric tərbiyəvi işlərin ―kütləvi işlər‖, ―qrup halın-
da işlər‖, ‖fərdi tapşırıqlar şəklində olan işlər‖ və ―müştərək tədbirlər‖ adı altın-
da  dörd  formada  təqdimi  daha  səhihdir.  Ancaq  qeyd  olunmalıdır  ki,  praktik 
şəraitdə həmin formalar  çox zaman bir-biri ilə əlaqəli surətdə həyata keçirilir. 
Misal  üçün    müəyyən  məsələlərə  həsr  olunmuş  şagird  konfranslarından  və  ya 
disputlardan sonra bədii özfəaliyyət dərnəyinin konserti verilir; yaxud  görkəmli 
şəxsiyyətlərlə  görüşə  həsr  edilmiş  təntənəli  gecələrdə  həmin  şəxsiyyətlərin 
həyat və fəaliyyətinə aid stendlər, sərgilər təşkil olunur. 
Məlum olduğu kimi,  sinifdənxaric tərbiyəvi  işlərin növləri saysız hesabsız-
dır: dərsdənkənar vaxtlarda müxtəlif  tərbiyəvi məsələlər üzrə şagirdlərlə aparı-
lan  mühazirələr,  söhbətlər,  məruzələr,  disputlar,  oxucu  konfransları,  yarışlar, 
müxtəlif səciyyəli ekskursiyalar, dərnəklərdə icra olunan işlərin kollektiv müza-
kirəsi və с. iş novляри vardır. 
Ümumtəhsil məktəblərində şagirdlərin təlim-tərbiyəsində etnopedaqoji ma-
teriallardan  dərsdənkənar  vaxtlarda  istifadənin  ən  çox  istifadə  olunan  formala-
rından biri kütləvi tədbirlərdir. Bu tədbirlər içərisində isə aşağıdakı iş növlərin-
də daha tez-tez istifadə olunur: 
- etnopedaqoji məsələlərə həsr olunmuş şagird konfransları; 
-  etnopedaqoji  xarakterli  elmi-kütləvi  kitab  və  məqalələrin  kollektiv  müza-
kirəsi; 
- xalq oyunları, халг mahnıları вя халг rəqsləri üzrə yarışlar; 
- xalq pedaqogikası nümunələrinin  toplanmasına şagirdlərin cəlb edilməsi; 
- etnopedaqoji materiallar üzrə kollektiv oyunlar və viktorinaların keçirilmə-
si; 
-  лазымдыр  milli  bayramlarda,  ayin  və  mərasimlərdə  şagird  kollektivlərinin 
iştirakı; 
- tarixi abidələrə ekskursiya və s. 
Şagirdlərlə  etnopedaqoji  məsələlər  üzrə  kütləvi  tədbirləri  təşkil  etməkdən 
ötrü  əvvəlcə  həmin  məsələlərlə  əlaqədar  məruzə  və  muhazirələrin  mövzusuna 
aid material toplamaq. Мövzu həmin materiallar əsasında işlənir, səciyyəvi nü-
munə  və  faktlar  seçilir,  sonra  müəyyən  olunmuş  vaxtda  sistemli  şəkildə  şərh 
edilir. 
Məktəblilərin  təlim-tərbiyəsində  etnopedaqoji  materiallardan  istifadənin 
kütləvi formalarından biri oxucu konfranslarıdır. Məlum olduğu kimi, belə kon-
franslarda  başlıca  məsələ  məhz  onun  qarşısına  hansı  məqsədin  qoyulması  ilə 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
178 
şərtlənir.  Məktəblərdə  təşkil  edilən  konfransda  xalq  kəlamlarından  istifadə 
olunmasına  geniş  yer  verilir.  Misal  üçün,  ―Щər  mövsümün  öz  işi  var‖  mövzu-
sunda  keçirilən  şagird  konfransında  belə  atalar  sözlərindən  istifadə  olunurdu: 
―Йayda  oynayar  gulər,  qışda  acınnan  ölər‖,  ‖Щər  iş  vədəyə  baxar,  vədə  heç 
nəyə  baxmaz‖.  Sonradan  məktəblilərlə  apardıgımız  söhbətlər,  sorğu-suallar 
həmin  tədbirlərin  onlara  çox  qüvvətli  təsir  göstərdiyini,  şagirdlərin  nitqini, 
hafizəsini  müdrik  xalq  kəlamları  ilə  zənginləşdirdiyini  aydın  surətdə  sübut 
edirdi.  Uşaqlar  konfransda  eşitdikləri  aforizmləri  əzbər  söyləyir  və  həmin 
aforizmlərdəki iqtisadi mənanı düzgün şərh edirdilər. Bununla sübut olunur ki, 
uşaqların  təlim-tərbiyəsində  etnopedaqoji  materiallardan  istifadə  baxımından  
oxucu konfransları yaxşı nəticə verir, xalqın tərbiyəvi məsələlərlə baglı fikir və 
ideyalarına  məktəblilərdə  dərin  maraq  oyadır.  Təcrübə  göstərir  ki,  müzakirə 
zamanı etnopedaqoji irsdən istifadə etmək təlim-tərbiyə məsələlərinin daha asan 
və  möhkəm  mənimsənilməsinə  əlverişli  şərait  yaradır.  Ona  görə  də,  gərək 
həmin  tədbirlərdə  iştirak  edən  şagirdlər  mübahisədən  çəkinməsinlər,  öz 
fikirlərini  aydınlaşdırmaq  və  sübuta  yetirmək  üçün  müxtəlif  etnopedaqoji 
materiallardan, xalq yaradıcılığı nümunələrindən istifadə etsinlər. Güman edirik 
ki,  belə  tədbirlər,  araşdırılan  mövzu  baxımdan  sinifdənxaric  işlərin  kütləvi 
formaları barədə lazımi təsəvvür yaratmaq üçün kifayət edər. 
Təlim-tərbiyə prosesində etnopedaqoji materiallardan istifadə məqsədilə gö-
rülən  işlərdə  uşaqların  yaş  və  hazırlıq  səviyyəsi,  cinsi  və  fərdi  xüsusiyyətləri 
nəzərə  alınmaлıdır.  Мəsələn,  dərsdə,  eləcə  də  şagirdlərin  iştirak  etdikləri 
iməcилiklərdə, bağçılıq və bostançılıq işlərində, quş və heyvanlara qulluq sahə-
sində  görülən  tədbirlərdə,  əyani  vəsait,  albom  və  stend  hazırlamaqda,  tematik 
gecələrdə,  müxtəlif  xarakterli  səhərciklərdə,  idman  yarışlarında,  turizm  işində 
və s. бу kimi sinifdənxaric tədbirlərdə həmin pedaqoji şərtə məhəl qoymadıqda, 
ucdantutma  hamıya  eyni  səciyyəli  iş  tapşırdıqda,  istənilən  nəticəni  qazanmaq 
olmur. Odur ki, məşğələnin, tədbirin forma və məzmunu, xarakteri, eləcə də ke-
çirilmə  vaxtı,  əhatə  ediləcək  şagirdlərin  yaşı,  bilik  səviyyəsi,  əhval-ruhiyyəsi, 
tədbirə münasibətləri, ümumi inkişaf xüsusiyyətləri və s. əvvəlcədən yaxşı-yax-
şı götür-qoy edilməli, düşünülmüş olmalıdır. 
Təlim-tərbiyə  işlərində  etnopedaqoji  metodlardan  istifadənin  bir  mühüm 
şərti də həmin işlərdə milliliyin və məqsəd aydınlığının təmin olunmasıdır. İstər 
sinif  daxilində  aparılan  məşğələlərin  olsun,  istərsə  də  sinifdənxaric  tərbiyəvi 
tədbirlərin, fərqi yoxdur, hər bir forması öz məzmununu mümkün qədər tam və 
dəqiq surətdə açmalı və izlədiyi məqsədlə milli etnopedaqoji irsdən şagirdlərin 
ətraflı  şəkildə  istifadəsinə  optimal  şərait  yaratmalıdır.  Həmçinin  etnopedaqoji 
sərgidə  olan  nümunə  və  tədbirlərin  seçilməsində  (sinifdənxaric  işlərdə  həm  də 
planlaşdırılmasında, təşkilində, həyata keçirilməsində və s.) imkan daxilində şa-
girdlərin  fəal  iştirakını  təmin  etməli,  təşəbbüskarlığına  rəvac  verməlidir.  Belə 
olduqda dərsin, məşğələnin, tədbirin tərbiyəvi təsiri xeyli artır, uşaqlar arasında 
qarşılıqlı dostluq və yoldaşlıq münasibəti möhkəmlənir, şagirdlərin yaradıcı tə-
fəkkürünün inkişafı üçün əlverişli şərait yaranır. Bu şərtə əməl edilmədikdə ta-
rixi irsinə şagirdin marağı sönür, uşaqların təşəbbüskarlığı boğulur, onlarda ba-

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
179 
ba və nənələrin adət ənənələrinə laqeydlik yaranır. Şagirdlərin təlim-tərbiyəsin-
də  etnopedaqoji irsdən istifadə  sahəsində  az-çox nailiyyətləri olan məktəblərin 
iş təcrübəsini vaxtlı-vaxtında öyrənib, təhlil etmək və ümumiləşdirib kütləviləş-
dirmək (geniş miqyasda oxucu kütləsinə, əhaliyə, pedaqoji ictimaiyyətə çatdır-
maq), eləcə də elmi-praktik konfranslarda, mətbuat səhifələrində, radio və tele-
vizor verlişlərində bu problemə geniş yer vermək gərəkdir;  
- ümumtəhsil məktəblərin tədris proqramlarında və dərsliklərində yeniləşmə 
aparmaq, onları daha əsaslı surətdə xəlqiləşdirmək, mütərəqqi milli zəmin üzə-
rində tərtib etmək lazımdır; imkanı olan pedaqoji təhsil müəssисələrində (o cüm-
lədən, ümumtəhsil məktəblərində, orta təhsil verən kollec, lisey və digər müəs-
sisələrdə) ―xalq pedaqogikası‖ fənni tədris olunmalıdır. 
- xalq kütləsinin təlim-tərbiyə ilə bağlı adət-ənənələrini, təcrübə və təfəkkü-
rünu ibrətamiz tamlıqla  əks etdirən dərs vəsaitlərinin və elmi-metodik  ədəbiy-
yatın  bolluğu  təmin  edilməli,  məktəblilərdə  belə  vəsait  və  ədəbiyyata  mütailə 
marağı qüvvətləndirilməlidir. Xalqın pedaqoji irsi ilə əlaqədar təcrübədən, fikir 
və  ideyalardan  yerli-yerində  istifadə  etməklə  çalışıb  buna  nail  olunmalıdır  ki, 
şagirdlərin nəzəri bilikləri ilə əməli işləri vəhdət təşkil etsin, gənc oğlan və qız-
lar  öz  biliklərini  həyata  tətbiq  etmək  imkanına  malik  olsunlar.  Bunun  üçün 
məktəbdə  əlverişli  şərait  olmalıdır.  Tədris  prosesində  bu  imkanlar,  adətən,  ya 
ayrı-ayrı  fənlər  üzrə  müvafiq  mövzuların  özündə,  ya  dərsdə  yeri  gəldikcə 
istifadə  edilən  etnopedaqoji  materialların  məzmununda,  məsələlərin  şərhi 
zamanı  tətbiq  olunan  metod  və  vasitələrdə,  ya  da  fənlərarası  və  fəndaxili  əla-
qələrdə  mövcud  olur.  Bu  potensial  imkanları  reallaşdırmaq  və  təlim-tərbiyə 
amilinə çevirmək müəllimdən pedаqoji intuisiya, sərişdə və ustalıq tələb edir. 
Məqalənin  aktuallığı.  Yeni  tərbiyə  sisteminin  əsasında  xəlqilik,  millilik 
durmalıdır.  Яsrlərin  sınağından  çıxaraq  dövrümüzə  qədər  gəlib  çatmış,  xalqın 
mövcudluğu  üçün  həyati  zərurət  olan  xalq  tərbiyəsi  oyrənilməli,  bu  sistemin 
təşkili  qaydaları,  üsul  və  vasitələri  müasir  tələblər  baxımından  tədqiq  edilərək 
dövlətin tərbiyə sahəsindəki siyasətinin ana xətti müəyyənləşdirilməlidir.  
Məqalənin elmi yeniliyi. Şagirdlərin təlim-tərbiyəsində etnopedaqoji mate-
riallardan dərslədə istifadə üçün seçilən nümunələr, müəyyənləşdirilən sinifdən-
xaric tədbirlər maraqlı və cəlbedici olmalı, uşaqlarda sevinc, şadlıq, ruh yüksək-
liyi doğurmalıdır. Etnopedaqoji materiallardan təlim-tərbiyə prosesində istifadə 
etmək üçün planlaşdırılmış, həyata keçirilməsi nəzərdə tutulan tədbir xalqın ta-
rix boyu təşəkkül tapmış adət-ənənələri ilə, səciyyəvi əmək növləri ilə, hikmə-
tamiz təcrübəsi, fikir və ideyaları ilə,  sıx surətdə əlaqələndirilməlidir.          
Məqalənin  praktik  əhəmiyyəti  və  tətbiqi.  Məqalədəki  tövsiyələrdən  pe-
daqoji sahədə çalışan, etnopedaqoji problemlərlə məşğul olan ali və orta məktəb 
müəllimləri,  pedaqoqlar  və  məktəbəqədər  tərbiyə  müəssisələrinin  əməkdaşları 
istifadə edə bilərlər.                  
                                             

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
180 
Ədəbiyyat 
 
1.Babayeva  N.İ.  Yuxarı  sinif    şagirdlərinin  iqtisadi  tərbiyəsində  xalq 
pedaqogikası materiallarından истифадя: Ped.elm.nam...dis. Bakı,1992. 
2.Əliyev.İ.İ.  Etnopedaqogika  materiallarının  tərbiyəvi  əəmiyyəti.  Bakı, 
1995. 
3.Əliyev.İ.İ. Təlim-tərbiyə işlərində etnopedaqogika materiallardan istifadə. 
Baki, 1997. 
4.Əhmədov  H.H.  Azərbaycan  təhsilinin  inkişaf  strategiyası.  Baki,  Elm, 
2010, 800 s. 
5.Xəlilov.V.J.,  Məmmədova    K.Ə.  İbtidai  məktəbdə  sinifdənxaric  iş.  Bakı: 
Kövsər, 2006. 
6.Həşimov.Ə. Xalq pedaqogikası akademik pedaqogikasının mənbələrindən 
biri kimi. (Etnopedaqogika və etnopsixologiya mənbələr və müasir problemlər. 
Respublika elmi konfransının tezisləri), Bakı, 1992. 
                                                                                    С.Акперова 
 
Использование етнопедагогические материалов  
в внеклассных мероприятиях 
Резюме 
 
Планирование  и  осуществление  этнопедагогических  материалов  в 
внеурочных мероприятиях должны тесно связываться с исторически сло-
живщитися  обычаяти,  нравственными  ценностями,  мудчостью,  трудом, 
мыслями и идеями народа.  
Молодое  поколение  должно  восритываться  в  школе  таким  образом, 
чтобы  чувство  уважение  к  родителям,  детям,  женщинам,  стачикам,  вер-
ность семье стали неотъетлемой частью их характера. 
                                                        
S.Akparova 
 
The use of etnopedogogical materials in out of class actions. 
Summary 
 
He  event  that  was  planned  to  be  implemented  to  use  ethno  pedagogical 
materialls in non-class events should be linked to the peoples traditions, specific 
types  of  labor  and  wise  experiences,  thoughts  and  ideas  that  were  established 
throughout  history.  In  schools  young  generation  has  to  be  educated  such  thet 
respect  to  parents  children,  women,  old  people  and  sense  of  devotion  to  the 
family should infuse to his blood, marrow in order to be his main character. 
 
 
Редаксийайа дахил олуб: 23.06.2014 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
181 
Bakalavr pilləsində “Biotexnologiya” fənninin  
tədrisində inteqrativ təlim imkanları 
 
Aytən Səfərova, 
Odlar Yurdu Universitetinin magistrantı 
e-mail: ayten.84.safarova@gmail.com 
 
Rəyçilər: k.t.ü.f.d., dos. Cəfərov B.İ. 
 
          biol.ü.f.d., dos. Əsgərov Ə.T. 
 
Açar  sözlər:  бiotexnologiya,  inteqrasiya,  gen  mühəndisliyi,  hüceyrə  mü-
həndisliyi, texniki mikrobiologiya, bitki hüceyrəsi, heyvan hüceyrəsi 
Ключевые  слова: биотехнология, интеграция, генная инженерия, кле-
точная  инженерия,  технической  микробиологии,  растительная  клетка, 
клетка животного 
Key  words:  бiotechnology,  integration,  genetic  engineering,  cell 
engineering, technical microbiology, plant cell, animal cell 
 
―Təhsil  haqqında‖  Azərbaycan  Respublikasının  Qanununda  və  təhsil  siste-
mini tənzimləyən digər normativ-hüquqi sənədlərdə kadr hazırlığının keyfiyyə-
tinin  daha da  yaxşılaşdırılması, mütərəqqi  təhsil sistemlərinə inteqrasiya  olun-
ması, milli ruhlu, vətənpərvər, dərin bilikli və sağlam gənc nəslin yetişdirilməsi 
sahəsində qarşıya mühüm və strateji əhəmiyyətli vəzifələr qoyulmuşdur. 
Sovet  hakimiyyəti  dağıldıqdan  sonra  müstəqil  respublikamızın  təhsil  siste-
mində islahatlar və bir sıra innovasiyalar həyata keçirilmişdir. Müasir təlim me-
todlarından və prinsiplərindən istifadə olunması xüsusi aktuallıq kəsb etmişdir. 
Ali  təhsilin  bakalavr pilləsində  biologiya müəllimliyi ixtisası  üzrə  kadr  ha-
zırlayan fakültələrin tədris planında ―Biotexnologiyanın əsasları‖ fənninin tədri-
si nəzərdə tutulmuşdur. 
Bitki,  heyvan  hüceyrələrinin  və  fermentlərin  iştirakı  ilə  insana  lazım  olan 
faydalı  məhsulların  alınmasından  bəhs  edən  бiotexnologiya  elmi  planetin  art-
maqda olan əhalisini maddi nemətlərlə təmin etmək kimi həyat əhəmiyyətli və-
zifənin yerinə yetirilməsinə xidmət edir. İnteqrasiya etmiş, mürəkkəb və komp-
leks elm sahəsi olan бiotexnologiyanı tələbələrə daha yaxşı mənimsətmək üçün 
onun inteqrativ təlim imkanlarından səmərəli, məqsədyönlü şəkildə istifadə et-
məyi və bu sahədə tədqiqatlar aparmağı qarşımıza məqsəd qoyduq.  
İnteqrativlik əsas prinsip kimi fənn kurikulumlarının səciyyəvi cəhətlrindən-
dir. Təhsil иslahatının tələblərinə ясасян tətbiq olunan innovasiyalardan biri də 
―İnteqrativ təlim‖ konsepsiyasıdır. Onun mahiyyəti ayrı-ayrı fənlərin bir-biriləri 
ilə əlaqələndirilməsindən ibarətdir.  İnteqrativ öyrətmə tələbələrin ətraf mühitin 
müəyyən aspektlərini müxtəlif fənlərə aid olan biliklər vasitəsilə geniş araşdırıl-
masıdır. 
Tanınmış  pedaqoq  Hamfreyz  təbiət,  humanitar,  sosial  və  başqa  fənlər  ara-
sında əlaqələr olmasını göstərirdi.  O, qeyd edirdi ki, vərdiş və biliklər bir sıra 

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
 
 
182 
fənlərin  materialları  əsasında  daha  səmərəli  inkişaf  edir  və  təcrübədə  təsdiq 
edilir. 
Şumeyker isə inteqrativ təlimi belə şərh edir: ―O, təhsilin elə formada təşki-
lidir  ki,  fənlərin  bir-biri  ilə  əlaqəsi  təmin  olunur  və  kurikulumun  müxtəlif  as-
pektləri  əlaqəli  şəkildə  birləşdirilərək  daha  geniş  araşdırma  sahələrinə  diqqət 
verilir. O, öyrənmə və öyrətmə məsələlərinə bir yerdə yanaşır və mahiyyət eti-
barı ilə interaktiv olan dünyanı əks etdirir‖. 
Müxtəlif  yerlərdə  təhsil  mütəxəssisləri  inteqrasiyaya  müxtəlif  yanaşmaları 
qeyd edirlər.  Bunlardan  fəndaxili,  fənlərarası  və  çoxfənli  yanaşmaları qeyd  et-
mək olar. 
Cəmiyyətin və elmi-texniki tərəqqinin müasir inkişaf mərhələsində inteqra-
tiv təlim ən aktual pedaqoji problem kimi qarşıya çıxır. 
―Bakalavr pilləsində бiotexnologiyanın  əsasları  fənninin tədrisində inteqra-
tiv  təlim  imkanları‖  mövzusunda  apardığımız  tədqiqatlar  göstərmişdir  ki,  bu 
imkanlar çox böyükdür. 
Biotexnologiya fənni dörd bölmədən ibarətdir: 
1. Texniki (sənaye) mikrobiologiya; 
2. Ferment mühəndisliyi (Enzimologiya); 
3. Gen mühəndisliyi; 
4. Hüceyrə mühəndisliyi. 
Təqdim etdiyimiz məqalədə тexniki mikrobiologiyanın tədrisində inteqrativ 
təlim imkanları və bu imkanlardan səmərəli istifadə olunması öz əksini tapmış-
dır. Тədqiqatlar göstərmişdir ki, biotexnologiyanın əsasları fənni бiokimya, цzvi 
kimya, еnzimologiya, эenetika, сitologiya, бio-üzvi kimya, мikrobiologiya, tibb 
elmləri,  bioloji  elmlər,  kimya  elmləri,  baytarlıq  və  kənd  təsərrüfatı  elmləri  ilə, 
bütünlükdə 20-dən çox elm sahələri ilə çox sıx əlaqədardır. 
İlk  dəfə  olaraq  бiotexnologiyanın  тexniki  (sənaye)  mikrobiologiya  bölmə-
sinin tədrisində inteqrativ təlim imkanları tədqiq olunmuş, fənnin tədrisinin sə-
mərə və keyfiyyətinin yüksəldilməsi yolları müəyyənləşdirilmişdir. Bu bölmədə 
öyrədilən ―Zülali yem məhsullarının biotexnoloji istehsalı‖ mövzusunda tələbə-
lərə aşağıdakı istiqamətlərdə biliklərin verilməsi nəzərdə tutulur: 
1) Mikrob zülalı və onun keyfiyyət xarakteristikası; 
2)  Neft  parafinləri,  spirtlər  və  qaz  maddələrindən  mikrobioloji  zülal  alın-
ması; 
3) Normal parafinlərdən alınan zülali biokütlə; 
4) Metil və etil spirtlərindən alınan zülali biokütlə; 
5) Metan və hidrogen qazlarından alınan zülali biokütlə; 
6)  Bitki  substratlarından  mikrob  zülalı  ilə  zəngin  yem  məhsullarının  alın-
ması; 
7) Bitki qalıqlarının mikroorqanizmlər vasitəsilə dərin fermentasiyası; 
8) Bitki substratlarının bərk zülali fermentasiyası; 
9) Bitki qalıqlarının fermentativ siloslaşdırılması; 
10) Qida məqsədilə alınan mikrob kütləsi. 
Dərin məzmunlu və əhatəli olan bu mıvzuların  tədrisini  müasir tələblər sə-

Bakı Qızlar Universiteti 
  №2                                    Elmi əsərlər                                       2014 
Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin