Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki



Yüklə 1,27 Mb.
səhifə163/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   159   160   161   162   163   164   165   166   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

Reklam-kataloq naşriyyatı vasitəsilə konkret mal növləri, məhsullar, yaxud da xidmətlər reklam edilir. Bunlara: kataloqlar, prospektlər (elanlar, preyskurant), bukletlər, vərəqlər və s. daxildir.

Kataloq - məqalə halında bir yerə cəmləşdirilmiş, yaxud da cildlənmiş və məzmunca mallar haqqında sistemləşdirilmiş məlumatları şəkillərlə və rəsmlərlə özündə əks etdirən nəşriyyat reklamıdır. Kataloqun mətn hissəsində, bir qayda olaraq, ilk əvvəl qısaca olaraq müəssisə, istehsalçı haqqında məlumat, daha sonra təklif edilən mallar və onların texniki xarakteristikası haqqında yazılar verilir. Kataloq - uzun müddət istifadə edilməsi nəzərdə tutulan çox rəngarəng çap nəşriyyatıdır.

Prospekt - konkret mal və ya mal qrupları haqqında məlumat vermək üçün istifadə edilən, məqalə halında, yaxud da cildlənmiş çap nəşriyyatıdır. Burada təklif edilən mallar haqqında rəsmlərlə şərh edilən məlumatlar dərc edilir. Kataloqdan fərqli olaraq prospekt kiçik ölçüdə olmaqla hər hansı ad günü, yaxud da müəssisənin nüfuzu haqqında (müəssisənin yaranma tarixi, hər hansı sahədə əhəmiyyəti və s.) məlumat verilir.

Buklet - kataloq və prospektdən fərqli olaraq kitabça halına salınmasını, ancaq dönə-dönə qatlana bilən şəkildə çap edilən («qarmon» halında yığılmış) nəşriyyat məhsuludur. Qatlanmış şəkildə bukletlər, müxtəlif ölçülərdə, həcmlərdə və variantlarda buraxıla bilər. Lakin açıq vəziyyətdə onun ölçüsü standart tipoqrafiya vərəqindən böyük olmamalıdır. Ən ucuz və iqtisadi cəhətdən əlverişli, böyük tirajla (nüsxə) buraxılan və qısa müddətə istifadə edilməsi nəzərdə tutulur.

Plakat - bütün hallarda birtərəfli şəkildə çap edilən nəşriyyat məhsuludur (çap məhsuludur). İri rəsmlərlə və ya şəkillərlə mallar və xidmətlər haqqında verilən məlumatlar, iri reklam başlıqları ilə müşayət edilən plakatlarda alıcılara inandırıcı məlumatlar vermək mümkün olur.

Plakatlardan sərgi salonlarının, ticarət və nümayişetdirmə otaqlarının, xidməti otaqların, malların qəbulu və danışıq otaqlarının və s. tərtibində istifadə edilir.

Son zamanlar reklam edilən mallar haqqında arxa hissəsində ətraflı məlumat yazılan buklet-plakatlardan müvəffəqiyyətlə istifadə edilir.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin