Bəybala xankiŞİyev şahrza əLİyev


Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin sonuna olan qalıq sətrində



Yüklə 0,67 Mb.
səhifə92/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin sonuna olan qalıq sətrində təşkilatın hesabat dövrü üzrə və əvvəlki dövr üzrə ilin sonuna “Maliyyə vəziyyəti haqqında hesabat” formasına əsasən 10 №-li “Pul vəsaitləri və onların ekvivalentləri” maddəsi üzrə qalıq məbləği əks etdirilir.

İlin sonuna qalıq məbləği pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması) və pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin əvvəlinə olan qalıq sətirlərində əks olunan məbləğlərin cəminə bərabər olmalıdır.


XIV FƏSİL. Büdcə təşkilatlarında uçot siyasəti və izahlı qeydlər



    1. Uçot siyasəti və izahlı qeydlərin məzmunu, 14.2. Uçot siyasətinin təqdim edilməsi, 14.3. Maliyyə hesabatlarında göstərilməyən, Milli Mühasibat Uçotu Standartları ilə tələb olunan informasiyanın açıqlanması, 14.4. Büdcə təşkilatlarının maliyyə hesabatlarında göstərilməyən uçot siyasəti və uçot qiymətləndirilmələrində olan dəyişikliklərin açıqlanması.

    1. Uçot siyasəti və izahlı qeydlərin məzmunu

Maliyyə hesabatlarının əsas tərkib hissələrindən biri olan “Əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər” tərtibi üzrə tələblər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 13 yanvar 2009-cu il tarixli İ-05 nömrəli əmri ilə təsdiq edilmiş Büdcə Təşkilatları üçün müvafiq Milli Mühasibat uçotu Standartları ilə müəyyən edilmişdir.

Maliyyə hesabatlarının istifadəçiləri və bu hesabatların anlaşıla bilməsi və onların digər təşkilatların maliyyə hesabatları ilə müqayisə edilə bilməsi üçün “Əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər” göstərilən informasiya aşağıdakı kimi təqdim olunmalıdır:


      • büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğunluğun açıqlanması;

      • tətbiq edilmiş əhəmiyyətli uçot siyasətinin xülasəsi;

      • maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat, xalis aktivlər/kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatın və bu hesabatlarda hər bir maddənin təqdim edilməsi qaydasında əks etdirilən maddələr üzrə köməkçi informasiya;

      • müvafiq standartlarla tələb olunan digər açıqlamalar.

Dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən hesabat dövrü ərzində maliyyə hesabatlarının tərtib olunması zamanı “Əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər”in quruluşu aşağıdakı kimi qruplaşdırılır:

      • maliyyə hesabatlarının hazırlanması zamanı istifadə edilmiş uçot siyasəti haqqında informasiya təqdim edilməlidir;

      • maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat, xalis aktivlər/kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatda göstərilməyən, lakin Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları ilə tələb olunan informasiya açıqlanmalıdır;

      • maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat, xalis aktivlər/kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatda göstərilməyən, lakin bu hesabatların hər birinin anlaşıla bilməsi üçün zəruri olan əlavə informasiya təqdim edilməlidir.
    1. Uçot siyasətinin təqdim edilməsi

Мaliyyə hesabatlarının hazırlanması zamanı uçot siyasətinin konkret aspektləri haqqında məlumat maliyyə hesabatlarının ayrıca komponenti kimi təqdim edilir. Təşkilatın təqdim etdiyi uçot siyasətində aşağıdakılar əks etdirilməlidir:



      • maliyyə hesabatlarının hazırlanmasında istifadə olunmuş qiymətləndirmənin əsasları;

      • maliyyə hesabatlarında bir neçə qiymətləndirmə əsası istifadə edildikdə, qiymətləndirmə əsasına müvafiq olaraq aktivlərin və öhdəliklər kateqoriyasının kifayət qədər göstərilməsi;

      • maliyyə hesabatlarının düzgün anlaşılması üçün zəruri hesab olunan uçot siyasəti.

Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının xüsusi olaraq tələb etmədiyi, lakin, “Uçot siyasəti, Uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər” adlı Büdcə Təşkilatları üçün 3 №-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq seçilən və tətbiq edilən hər bir əhəmiyyətli uçot siyasətinin açıqlanması tələb edilir.

Təşkilat uçot siyasətində qiymətləndirmələrdən əlavə maliyyə hesabatlarına görə məsul olan şəxslərin qəbul etdiyi və maliyyə hesabatlarında tanınmış məbləğlərə əhəmiyyətli dərəcədə təsir göstərən qərarları açıqlamalıdır.



təsviri;



  • qrupun bilavasitə və son nəticədə tabe olduğu əsas təşkilatların adları;

  • hesabat dövrü ərzində işçilərin orta sayı.
    1. Maliyyə hesabatlarında göstərilməyən, Milli Mühasibat Uçotu Standartları ilə tələb olunan informasiyanın açıqlanması




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin