Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə107/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Neylərəm? 
 
Dilbəra, mən səndən ayru ömrü canı nеylərəm?
Tacü təхti, mülkü malı, хanimanı nеylərəm? 
Istərəm vəsli-camalın ta qılam dərdə dəva, 
Mən sənin bimarınam, özgə dəvanı nеylərəm? 
Еy müsəlmanlar, bilin kim, yar ilə хoşdur cahan, 
Çünki yardan ayru düşdüm, bu cahanı nеylərəm? 
Çoх dualar qılmışam mən хaliqin dərgahına, 
Çün muradım hasil olmaz, mən duanı nеylərəm? 
Dilbər aydır, еy Nəsimi, sabir ol, qılma fəğan, 
Mən bu gün səbr еyləsəm, danla fəğanı nеylərəm? 
 
 
 
 
 
İ.Nəsimi 
 
 
Məni candan usandırdı
Məni candan usandırdı, cəfadən yar usanmazmı? 
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? 
Qamu bimarinə canan dəvayi-dərd edər ehsan, 
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı? 
Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən, 
Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı? 
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım, 
Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı? 
Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su, 
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı? 
Degildim mən sənə mail, sən etdin əqlimi zail, 
Mənə tə’n eyləyən qafil səni görgəc utanmazmı? 
Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır, 
Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmazmı?
M.Füzuli 
 
 
 
 
Gətir, oğlum, gətir 
 
Mən kənddə doğuldum, sənsə şəhərdə. 
Sən beşikdə yatdın, mənsə yəhərdə... 
...Zaman hökm eylədi...Bir qərib axşam 
Yolun məskənimə düşdü nagəhan. 
Səni oğul kimi o yerdə mənsiz 
Bağrına basdımı ana kəndimiz? 
Xoşuna gəldimi Kürün kənarı? 
Gördünmü, gördünmü şüy çinarları?


184 
*** 
Hər yerin öz gücü, öz qüdrəti var, 
Bir ovuc torpağın min neməti var. 
...Durma qonaq kimi doğma elində, 
Odur, görürsənmi, dağın belində 
Təkcə bir ağac var – armud ağacı, 
Onun yarpağıdır başımın tacı. 
Onu mən basırdım öz əllərimlə- 
Suvardım, bitirdim əməllərimlə 
Onunla yanaşı bir şitil basır, 
Qoyma gələn ilə, get bu il basır. 
...Ana təbiəti duyub dərindən, 
Bu qoca dünyanın sirrini öyrən! 
Üfüqlər al geysə, şəfəqlər əlvan, 
Yaxşı bax, seçə bil rəngi boyadan, 
Harda qırov durur, harda şeh durur, 
Göyün qurşağında neçə zeh durur? 
Nə zaman qar yağır, nə zaman dolu? 
Nə zaman sel qopur, uçurur yolu? 
*** 
...Kömürdən almaz çək, yarpaqdan ipək, 
Daşdan gövhər çıxar, buluddan şimşək! 
Gətir ildırımın məğrur səsini, 
Qumru bulaqların zümzüməsini, 
Zəmilərdən sünbül, bağçalardan bar, 
Dərələrdən vüsət, dağlardan vüqar... 
Özünlə çiçəkli, güllü yaz gətir, 
Bir aşıq mahnısı, bir də saz gətir! 
Gətir, yollarına müntəzirəm mən! 
Gətir, bu fürsəti vermə əlindən! 
Ana yurdumuzun nəyi var gətir- 
Məhəbbət, sədaqət, etibar gətir! 
O.Sarıvəlli 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin