181
Şeirdə şairin ədəbi, ictimai fikirləri, söz sənətinə verilən
tələblər, sözə məsuliyyətli yanaşmaq, hər bir insanın sözə dəyər
verməsinin zəruriliyi də öz əksini tapmışdır. Hər beytdə ifadə
olunmuş fikirlərin aydınlaşdırılması əsərin ideyasının başa düşül-
məsi baxımından zəruridir.
Qəzəlin ideya-məzmunun mənimsədilməsi məqsədilə beytlər-
dəki tanış olmayan sözlərin mənasının aydınlaşdırılması, ifadə olun-
muş fikirlərin aydınlaşdırılması məqsədilə sual və tapşırıqlardan
istifadə edilir. Əsərin ideya-bədii təhlili aparıldıqdan sonra ifadəli
oxu üzrə iş təşkil edilir.
Dostları ilə paylaş: