Biologiya yun


Şəkil 32. Lazımi zülalların sənayə miqyasında alınması üçün gen mühəndisliyi me-todlarından biri Viruslar. Bakteriofaq



Yüklə 168,12 Kb.
səhifə36/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   32   33   34   35   36   37   38   39   ...   56
biologiya kitab 1

Şəkil 32. Lazımi zülalların sənayə miqyasında alınması üçün gen mühəndisliyi me-todlarından biri
Viruslar. Bakteriofaq
Viruslar – hüceyrəsiz həyat formasıdır. Virus – latınca zəhər deməkdir. 1892-ci ildə rus alimi D.İ.İvanovski tərəfindən kəşf olundu.
Viruslar kiçik hissəciklərdən ibarət (virionlar) olub, bunlar da nuklein turşu-larından (DNT, RNT) və zülal təbəqə və ya örtükdən ibarətdir. Kimyəvi tərkibləri müəyyən qədər sadələşirsə də, lakin kifayət qədər mürəkkəb quruluşa malikdirlər. Kimyəvi təbiətlərinə görə nukleoproteidlərdir. İşıq mikroskopunda görünmürlər (beləki, onların ölçüləri işıq dalğalarından qısadır) və onlar bakteriyaların keçmədi-yi filtrdən keçirlər. DNT, RNT kimi genetik materiala malik olduqları üçün öz-özünü törətmə qabiliyyəti var. Buna görə də, virusları canlı varlıqlar hesab etmək olar; lakin hüceyrə quruluşu olmadığı üçün onları canlı strukturlara aid etmirlər.
Viruslar növ spesifikliyinə malikdirlər və yalnız sahib hüceyrədə çoxala bilirlər. Sahib hüceyrədən kənarda onlarda nə maddələr mübadiləsi, nə də heç bir başqa həyat xassələri baş vermir. Bakteriya, bitk və heyvan virusları var. Viruslar canlılarla cansızların tam sərhədində durur.
Həyat tərzi. Viruslar yalnız canlı hüceyrədə çoxala bildikləri üçün onları ob-liqat (daimi) parazitlər adlandırırlar. Sahib hüceyrə daxilinə keçdikdə onlar sahibin DNT-ni inaktivləşdirir. Sahib hüceyrəyə bu zaman varion və ya virusun yalnız nuklein turşusu daxil olur. Hüceyrə daxilində viruslar öz nuklein turşusundan isti-fadə edərək çoxalmağa başlayır. Onlar hüceyrədən hüceyrəyə inert (süs hissəcik-lər) kimi keçə bilirlər.
Viruslar xəstəlik törədicilərdir, belə ki, çoxaldıqdan sonra hüceyrəni zədələ-yir, onun quruluşunu pozub həmin hüceyrəni tərk edir. Bu zaman sahib hüceyrənin metabolizmi pozulur.
Şəkil 34. Bakteriofaqın həyat tsikli
Şəkil 33. Çöl noxudunun kök sistemi. Azot fiksə edən kök yumrucuğu bakteriyala-rı. Simbioz həyat tərzi
Bakteriofaqlar. Bakteriyalara hücum edən viruslar “bakteriofaqlar” adlanır-lar. Onlar fransız alimi Derel tərəfindən kəşf olunublar. İnsan və heyvan bağırsaq-ları bakteriofaqlara malikdir.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin