Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə32/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   28   29   30   31   32   33   34   35   ...   56
biologiya kitab 1

Bakteriyalar
Hələ qədim zamanlardan insanlar bəzi proseslərin baş vermə səbəblərini an-laya bilmirdilər. Mikroorqanizmlərin öyrənilməsi nəticəsində bu proseslərin izahı mümkün oldu. Mikroorqanizmlərin öyrənilməsi isə optik cihazların kəşfi ilə əlaqə-dardır, xüsusilə də mikroskopun. 100-150 il mikrobiologiyanın inkişafı yalnız yeni kiçik orqanizmlərin mövcudluğunu izah etməklə məhdudlaşırdı. Mikroorqanizm-lərin müxtəlifliyinin öyrənilməsində əhəmiyyətli yeri Otto Fridrix Müller oynadı. O, 1789-cu ildə təxminən 379 növ mikroorqanizmin olduğunu izah etdi.
Mikrobiologiyanın sonrakı inkişafı müxtəlif metodologiyaların kəşfi ilə əla-qədardır. Bu metodlar Robert Kox (ilk dəfə Petri stəkanlarını təcrübədə istifadə etdi), Lui Paster, Xristman, Hansenin tərəfindən işlənilmişdir. Mikrobiologiyanın inkişafında rus alimlərindən İ.İ.Meçnikov, S.N.Vinoqradski və s. rolu böyükdür.
Bakteriyalara müxtəlif mühitlərdə təsadüf etmək olar: torpaqda, suda, hava-da, tozda, heyvanların və bitkilərin örtüyündə, orqanizm daxilində, 600C-dən yuxa-rı temperatura dözümlü bakteriyalara isti ərazilərdə və s. Bəzi bakteriyalar va-kuumda, bəziləri isə ionlaşmış radiasiya şəraitində yaşaya bilir.
Quruluşu. Bakteriyanın genetik materialı DNT-dir. 1 həlqəvi molekuldan təşkil olunub, uzunluğu 1nm-dir. Hər bir belə molekul 5x106 cüt nukleotiddən təş-kil olunmuşdur. DNT-də genlər xətti quruluşda düzülmüşlər. Prokariotlarda DNT-nin replikasiyası fasiləsiz baş verir.
Plazmidlər. Bunlar DNT-nin qısa, ikiqat spiralıdır və genomdan kənarda yerləşir. Bir və ya bir neçə gen daşıyırlar, bəzən isə genlərə malik olmurlar. Onlar genetik materialdan asılı olmadan replikasiya olunurlar və hüeyrədən – hüceyrəyə keçə bilirlər. Bütün hüceyrələrdə olduğu kimi bakteriya protoplazması da yarım-keçirici membranda əhatə olunmuşdur.
Şəkil 28. Çubuqşəkilli bakteriyanın sxemi
Bəzi bakteriyalar bir və ya bir neçə qamçıya malikdirlər ki, bunlar vasitəsilə hərəkət edə bilirlər. Hərəkətli bakteriyalar müxtəlif qıcıqlandırıcıların təsirindən qı-cıqlana bilirlər. Bu xüsusiyyət taksis adlanır. Taksis müsbət və mənfi ola bilər. Mə-sələn, aerob bakteriyalar oksigenlə zəngin mühitə doğru hərəkət edirlər, bu müsbət aerotaksisdir. Fotosintetik bakteriyaların işığa doğru hərəkəti – müsbət fototak-sisdir. Şəkil 28-də pili və pili və ya fimbri – qamçıdan qısa çıxıntılar olub, hüceyrə-ni hüceyrəyə və ya substrata birləşdirir, fimbrilər görünür. Bunlar qamçıya nisbə-tən qısa və incə olub, hüceyrələrin bir mühitə yapışmasına xidmət edir. Xüsusi F-pili var ki, bakteriyanın cinsi çoxalmasında əhəmiyyətlidir.
Bəzi bakteriyalar sporlar əmələ gətirir. Bu sporlar hüceyrə daxilində əmələ gəlir – endospor adlanır. Bunlar istiliyə və qısadalğalı şüalanmaya davamlıdırlar. Uzun müddət yaşayırlar və hüceyrə formaları müxtəlif cürdür. Bu sonuncu isə onların sistematik təyinatında əsas əlamət kimi götürülür.
Bəzi bakteriya növlə-rində (Azotobacter) tam hüceyrə sükunət vəziyyətinə keçir və sista adlanır.
Bakteriya hüceyrəsinin forması sistematik əlamətlərin daşınmasında mühüm əhəmiyyət kəsb edir (şək. 29).

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin