Biologiya yun


Mitozun bioloji əhəmiyyəti



Yüklə 168,12 Kb.
səhifə30/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   26   27   28   29   30   31   32   33   ...   56
biologiya kitab 1

Mitozun bioloji əhəmiyyəti. Hər bir qız hüceyrə ana hüceyrənin daşıdığı xromosom dəstinə sahib olur, deməli eyni genetik informasiyaya da malik olur. Mitoz bölünmə həm bitki, həm də heyvanlarda qeyri- cinsi çoxalmanın, böyümə və inkişafın, yaşlı hüceyrələrin yeniləri ilə əvəz olunmasının sitoloji əsasını təşkil edir.
Bəzi pataloji hallarda mitozun normal gedişi pozulur. Bu zaman xromosom-lar həm zədələnə bilər (sahələri pozular), həm itirilə bilər, həm də sayı arta bilər. Xüsusilə, şiş hüceyrələrində pataloji mitoza daha çox təsadüf olunur; onlar durma-dan bölünməyə məruz qalma xüsusiyyətinə malikdirlər.
Meyoz və onun bioloji əhəmiyyəti
Meyoz. Meyoz – yetişmə dövründə olan cinsi hüceyrələrin xüsusi bölünmə fazasıdır. Bu bölünmə zamanı diploid xromosom sayına malik hüceyrələrdən, hap-loid xromosom sayına malik hüceyrələr əmələ gəlir,yəni genetik material miqdarı iki dəfə azalmış olur. Meyoz zamanı bir-birinin ardınca iki bölünmə baş verir. Me-yozun birinci bölünməsi və ikinci bölünməsi. Bunlar arasında DNT sintezi baş ver-mir. Çünki birinci və ikinci bölünmə bir- birinin ardınca çox sürətli çox sürətli baş verir. Lakin meyoz zamanı da profaza, metafaza, anafaza və telofaza baş verir.
Birinci bölünmə zamanı diploid hüceyrələrdən (2n) haploid hüceyrələr (n) əmələ gəlir (reduksion bölünmə). Profaza I ən uzun fazadır. Xromosomlar qısalır və görünməyə başlayır. Bunlarda xromomerlər görünməyə başlayır. Xromomerlər-də xromosom materialı daha çox spirallaşır.
Homoloji xromosomlar (ata və ananın) bir-birinə yaxınlaşır və konyuqasiya prosesi baş verir. Konyuqasiya prosesi getmiş cütlər bivalentlər adlanır.
Şəkil 24.
Homoloji xromosomlar iki xromatiddən təşkil olunur. Onlar öz aralarında bir neçə yerdən xiazmalarla birləşirlər. Xiazmalarda xromatid sahələri arasında müba-dilə baş verir. Şəkil 24-də ata xromosomun - A, B, C və ana xromosomun – a, b, c genləri görünür. Bir ata xromosomunun geni ana xromosomunun geni ilə birləşir. Bu isə xromatidlərdə formalaşan yeni gen kombinasiyaların formalaşmasına səbəb olur. Bu proses krossinqover adlanır. Homoloji xromosomlar krossinqoverdən son-ra ayrılmırlar. Beləki, hər iki xromosomun xromatidləri anafazaya qədər bir-birləri ilə sıx bağlı olurlar. Profazanın sonunda sentriolların qütblərə çəkilməsi baş verir, nüvə pərdəsi və nüvəcik həll olur, bölünmə vətərləri əmələ gəlir.
Metafaza I. Bivalentlər ekvator müstəvisində düzülürlər. Bölünmə vətərlə-ri sentromerlərə birləşir. Hər bir sentromerə yalnız bir vətər tel birləşir və bu vətər yalnız qütblərdən biri istiqamətlənmiş olur.
Anafaza I. Bu fazada bivalentlərdə homoloji xromosomlar arasındakı əla-qələr zəifləyir. Bölünmə vətərləri sentromerləri əks qütblərə çəkir. Hər bir qütbə haploid xromosom dəsti çəkilir (mitoz zamanı qütblərə iki xromatiddən təşkil olunmuş xromosomlar çəkilirdi) (şək. 25).
Telofaza I. Xromatidlərin əks qütblərə çəkilməsi ilə meyozun birinci bö-lünməsi başa çatır. Xromosomlar despirallaşır, onların ətrafında hər bir qütbdə nüvə pərdəsi formalaşır. Sonra sitoplazmanın bölünməsi başlayır.
İnterfaza II. Yalnız heyvan hüceyrələrində təsadüf olunur. Yuxarıda qeyd olunduğu kimi, DNT replikasiyası baş vermir. II İnterfaza öz mexaniz-minə görə mitozla oxşardır. Meyozun II bölünməsi mitozdan onunla fərqlənir ki, elə hüceyrələr əmələ gəlir ki, bunlarda təksaplı qız xromosomlar olur, yəni haploid xromosom dəsti.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin