Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə41/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   37   38   39   40   41   42   43   44   ...   56
biologiya kitab 1

Göbələklərin çoxalması. Göbələklər irsi üsulla çoxalırlar: qeyri-cinsi və cinsi çoxalma. Qeyri-cinsi çoxalma sporlar vasitəsilə, cinsi çoxalma isə qametlər vasitəsilədir. Hər iki çoxalma növünü (Zygomocota) - Rhizopus stoloniter üzərində nəzərdən keçirək.
Qeyri-cinsi çoxalma. Əlverişli şəraitdə bu göbələk vertikal istiqamətdə böyü-yən hiflər əmələ gətirir. Bunlar sporangidaşıyıcılar adlanırlar. Hər bir sporangi da-şıyıcının sonu şişir və sporangiyə çevrilir. Sporanginin protoplazması bölünür, hü-ceyrə divarı ilə əhatə olunur və haploid sporlar əmələ gətirir. Sporlar bir neçə hü-ceyrəyə malik olurlar. Yetişdikcə sporangilər qaralır və quruyur. Bu zaman divarı çatlayır və sporlar ətrafa yayılır. Əlverişli substrata düşdükdə sporlar cücərməyə başlayır və yeni mitsellilər əmələ gətirir (şək. 37).
Cinsi çoxalma. Əksər göbələklər iki növ ştamm kimi mövcud olurlar: “+” və “-“. Bu ştammlar fəaliyyətinə görə bir-birlərindən fərqlənirlər.
Əgər göbələk həm (+), həm də (-) ştamma malikdirsə, onu heterotallik ad-landırırlar. Əgər yalnız bir ştamma malikdirlərsə, homotallik adlanırlar. Heterotal-lizm böyük üstünlüyə malikdir, belə ki, çarpaz mayalanma zamanı dəyişkənlik yüksək olur.
Rhizopus stolonifer – heterotallik göbələkdir. Çoxalma hormonların ştamm-dan – ştamma diffuziyası nəticəsində baş verir. Xüsusi qametlər əmələ gəlmir. Yal-nız nüvələr qovuşur (çarpaz) (şək. 38). Bu proses izoqamiya adlanır. İzoqamiya əmələ gələn qametangilərin bir-birindən fərqlənməməsi deməkdir.
Şəkil 37. Rhizepus stolonifer – çoxalması
1. Müxtəlif ştammların hifləri bir-birinə yaxınlaşır;
2. Hİflər üzərində cücərtilər əmələ gəlir və öz ucları ilə yaxınlaşırlar;
3. Qametangi əmələ gəlir;
4.Qametangilər arasında divar həll olur; (+) nüvə (-) nüvə ilə qovuşur. Çoxlu sayda diploid nüvəyə malik ziqospor əmələ gəlir.
5. İnkişaf edən ziqospor; bunlarda qida maddələri toplanır. Məsələn, lipidlər.
6. Ziqospor sükunətdə olan spordur. Əlverişli şəraitdə sporangiyə başlanğıc verir;
7. Sporlar cücərərək yeni mitseliyə başlanğıc verir.

n-haploid


2n-diploid
(+) və (-) – müxtəlif ştammlar
Şəkil 38. Rhizopus stoloniferin həyat dövriyyəsinin sxematik təsviri.
Çoxnüvəli sporlara malik sporangi yetkin sporangi partlamış sporangi
Sporangidaşıyıcılar sporangi divarının qalıqları
Stolon rizoid dağılmış sütun


Şəkil 39. Rhizopus stolonifer – qeyri-cinsi çoxalma. Şəkildə həm yetişmiş, həm də partlamış sporangi göstərilib.
Nüvələrin qovuşması nəticəsində ziqospor əmələ gəlir. Ziqospor sükunət dövrü keçirir. Bunun üçün onda bir sıra uyğunlaşmalar var. İlk növbədə sərt və qa-lın hüceyrə divarı və qidalı maddələrlə də zəngindir. Sporangi əmələ gəlir və bun-dan sonra qeyri-cinsi çoxalma tsikli başlayır (şək. 39).

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin