Biologiya yun


Prokariotlar və eukariotlar arasında əsas fərqlər



Yüklə 168,12 Kb.
səhifə43/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   39   40   41   42   43   44   45   46   ...   56
biologiya kitab 1

Prokariotlar və eukariotlar arasında əsas fərqlər
Prokariot hüceyrələr çox kiçikdir (0.5 mkm-dən 5 mkm-ə qədər). Eukariot-larda hüceyrə diametri 40 mkm-ə kimi ola bilər.
Prokariotlarda genetik material sitoplazmada yerləşən həlqəvi DNT-dən iba-rətdir. Nüvə və əsl xromosom yoxdur. Eukariotlarda DNT molekulu sap şəkilli olub, zülal və RNT ilə əlaqəlidir. Xromosomlara malik nüvə var və nüvə içərisində nüvəcik yerləşir.
Prokariotlar çox az orqanoidlərə malikdirlər, membrana malik deyillər. Eukariotlar çoxlu sayda orqanoidlərə malikdirlər və 1 və ya 2 qatlı membranla əha-tə olunublar.
Əgər, prokariotlarda membran varsa, burada adətən fotosintez və tənəffüs prosesi gedir. Prokariotlarda (bakteriyalar) və eukariotlarda (bitki və göbələklərdə) hüceyrə divarı sərtdir. Prokariotlarda hüceyrə divarı murein, bitki və göbələklərdə isə - polisaxaridlərdən təşkil olunub.



  1. FƏSİL

Bitkilər aləmi (PLANTAE)
Bitkilər – avtotrof eukariotlardır. Məlum olduğu kimi, həyat suda əmələ gəlib, sonra quru bitkiləri və heyvanlar su camlılığından başlanğıc götürüblər. La-kin bəzi quru bitkiləri su ilə əlaqəni tam kəsməmişlər.
Yosunlar (Algae)
Bu bitki qrupları biosenozda və insan həyatında çox böyük əhəmiyyətə ma-likdirlər. Yosunlar bitkilər içərisində ən sadə quruluşa malik olanlardır. Bunlarda kök, gövdə və yarpaq yoxdur. Bədən ya bir hüceyrədən, ya da toxuma kimi zəif di-ferensasiyaya uğramış hüceyrələrdən – tallomdan ibarətdir. Bunlar okeana məxsus yeganə bitkilərdir. Əsasən, su mühitində təkmilləşmişlər, lakin bəzi növlər quruda yaşayır.
Yosunlar 8 şöbədən ibarətdir: qırmızı yosunlar (Rhodopyta), qızılı yosunlar (Chrysophyta), sarı-yaşıl yosunlar (Xanthophyta), diatom yosunlar (Bacilla-riophyta), dinoflagellates yosunlar (Dinophyta), qonur yosunlar (Phaeophyta), yaşıl yosunlar (Chlorophyta), evqlenkimilər şöbəsi (Euglenophyta).
Yaşıl yosunlar şöbəsi (Chlorophyta)
Bunlar şirin su yosunlarıdır. Bəziləri dəniz və şor sularda yaşayırlar. Bu yo-sunlar içərisində formaca müxtəlif növlər var. Məsələn, təkhüceyrəli, sapşəkilli, kaloniya şəklində olanlar və talloma malik olanlar (təxminən 6000 növ).
Bir hüceyrəli xlamidomonada bitkilərə oxşamır, çünki hərəkət orqanoidinə malikdir. Hüceyrədə eukariot hüceyrələrə aid bütün orqanellar var. Başqa yosun-larda olduğu kimi, xloroplastlarda prenoid piqmenti var ki, bu da karbon iki oksi-din fiksasiyasını həyata keçirir, həmçinin nişastanın əmələ gəlməsində iştirak edir. Qırmızı gözcük işığın intensivliyinə həssasdır və həmin gözcüyün hesabına foto-sintez üçün optimal işıq intensivliyinə doğru istiqamətlənir. İşığa qarşı bu cavab reaksiyası fototaksis adlanır (şək. 40).
Gölməçələrdə və bəzi durğun sularda sapşəkilli spirogira yosunu yaşayır; spi rogiraların böyük qismi – hərəkətlidir (Şək. 41).

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin