Biologiya yun


Şəkil 50. Raunkierə görə bitkilər müxtəlif həyat formalarının Yer kürəsi əra- zisinə yayılma nisbəti Cücülərlə bitkilərin qarşılıqlı əlaqəsi



Yüklə 168,12 Kb.
səhifə53/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   48   49   50   51   52   53   54   55   56
biologiya kitab 1

Şəkil 50. Raunkierə görə bitkilər müxtəlif həyat formalarının Yer kürəsi əra- zisinə yayılma nisbəti
Cücülərlə bitkilərin qarşılıqlı əlaqəsi
Erlix və Raven (1965) tərəfindən koadaptasiya1 və ya müasir fikirlərə görə kotəkamül (koevalusiya) formalaşdı. Onlar kəpənəklər və bitkilər üzərində tədqiqat aparmışlar. Onların hipotezinə görə təsadüfi mutasiyalar nəticəsində bitkilər meta-bolizmin aralıq məhsulu kimi kimyəvi maddələr sintez etməyə başlayırlar. Bu maddələr bitki üçün zərərli deyil, amma bitki ilə qidalanan canlılardan onları mü-hafizə edir. Cücülərdən – fitofaqlardan qorunan belə bitkilər yeni adaptiv zonaya daxil olurlar. Sonradan bu təsadüfi mutasiya və rekombinasiya bütünlükdə müəy-yən bir qrup bitkilər üçün (qohumluq əlaqələri olan qruplar) müəyyən şəraitdə xa-rakterik əlamət ola bilər. Fizioloji dəyişkənliklərə qarşı cücülər – fitofaqlar təka-mülə məruz qalır. Cücülərin populyasiyasında cücülərə qarşı dözümlü olan bitki-lərlə qidalanan mutant və ya rekombinat formalar seçmə nəticəsində əmələ gəlirsə, belə cücülər yeni adaptiv zonaya daxil olurlar.
Belə hesab edirlər ki, hətta antaqonist növlərin bir-birinə uyğunlaşması cə-miyyət içində növdaxili əlaqəni gücləndirir. Buna misal olaraq, bitkilərlə fitofaqla-rın qarşılıqlı münasibəti nəticəsində birinin təkamülü digərinin təkamülünə səbəb olur.
Adətən heyvanlar bitkilər tərəfindən özünü müdafiə üçün hazırlanmış zəhər-lərdən istifadə edirlər. Məsələn, qoza qurdu pambıq bitkisinin ikinci metabolimləri ilə - zəhərlərlə qidalanır. Bu zəhərlər ürək qlikozidləri olub, onurğalı heyvanların, məməlilərin və quşların ürəyinin yığılmasına səbəb olur. Qoza qurdu pambıq sof-kası tırtılı bitkilərdən alınmış zəhərləri bədənində toplayır və quşlar tərəfindən ye-yilə bilməyən formalara çevrilirlər - imaqo1.
Bitki və heyvanların qarşılıqlı münasibəti nəticəsində adaptasiya əmələ gəlir. Bitkilərdə heyvanlara qarşı, heyvanlarda isə kimyəvi maddələrə qarşı adaptasiyalar yaranır. Burada genetik əks əlaqə formalaşır. Belə ki, bir növ başqa növün seçilmə-sində əhəmiyyətli faktor olur. Bu seçmə ikinci növün genetik strukturuna təsir gös-tərir.



Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin