Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə29/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   25   26   27   28   29   30   31   32   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

danışmaq 

haqqım... 

yox, 


hələlik 

bu 


haqda 

danışmamalıyam.  Onun  Darsi  ailəsinə  atdığı  böhtanın 

hüdudu  yoxdur.  Onun  miss  Darsi  haqqında  danışdıqları 

əsasında mən qızı təkəbbürlü, qapalı, xoşagəlməz xanım 

downloaded from KitabYurdu.org


374 

 

kimi təsəvvür edirdim. Ona isə məlum idi ki, miss Darsi 



heç də elə biri deyil. Bilməli idi ki, o, məhz mehriban və 

birbaşa danışan qızdır — görüşdüyümüz zaman biz onu 

elə gördük. 

— Ancaq  doğrudanmı  bütün  bunlar  Lidiyanın 

gözündən  qaçıb?  Ceynə  və  sənə  bütün  təfərrüatı  ilə 

məlum olan şeylərdən o, necə məlumatsız ola bilərdi? 

— Təəssüf  ki,  bəli!  Məhz  bu  məni  hər  şeydən  artıq 

narahat edir. Kentə səfərə gedənədək, orada mister Darsi 

və  onun  qohumu  polkovnik  Fitsuilyamla  yaxından  tanış 

olana  qədər  mən  özüm  də  heç  nə  bilmirdim.  Evə  isə 

Derbişir alayının Meritonu tərk etməli olmasından bir az 

əvvəl  qayıtdım.  Uikhemin  barəsində  bizim  diyarda 

formalaşmış müsbət rəyi getməsindən öncə təkzib etməyi 

gərəkli saymadıq. Odur ki, mən 

də,  hər  şeyi  məndən  eşidib  öyrənmiş  Ceyn  də  heç  kimə 

heç  nə  demədik.  Hətta  Lidiyanın  missis  Dorsterlə  birgə 

getməsi  qərara  alınanda  da  mən  onun  gözünü  açmaq 

zərurəti  barədə  düşünmədim.  Ağlıma  gəlmədi  ki,  o, 

Lidiyanı aldatmağa qabildir. Baş verənləri isə, mənə inana 

bilərsiniz, hətta təsəvvür belə etmədim. 

— Deməli, onlar Braytona gedən zaman sənin onlann 

bir-  birinə  biganə  olmadıqlarını  hesab  etməyə  heç  bir 

əsasın yox idi? 

— Azca da olsa yox. Onlann qarşılıqlı simpatiyasına 

dair  hər  hansı  bir  işarəni  yadıma  sala  bilmirəm.  Siz 

bilirsiniz  axı,  nəsə  bir  şey  fərq  edilsəydi,  bizim  ailədə 

buna  barmaqarası  baxılmazdı.  O,  alayda  xidmətə 

downloaded from KitabYurdu.org



375 

 

başladığı zaman mən gerçəkdən də ona vurulmağa hazır 



idim.  Yeri  gəlmişkən,  o  zaman  biz  hamımız  buna  qabil 

idik. Meritonda və ya onun ətrafında istənilən qız ilk iki 

ay  ərzində  Uikhemin  dərdindən  dəli-divanə  idi.  Ancaq 

Lidiya  onu  tamamilə  fərq  etmirdi.  Bir  neçə  həftəlik 

sərsəm istəkdən sonra Lidiya onu ağlından çıxarıb atdı və 

vəfadarlan daha çox diqqət ayıran başqa zabitlər oldu. 

*** 

Bu  maraqlı  mövzuda  söhbətlər,  təbii  ki,  onların 



qorxularına, ümidlərinə və gümanlarına yeni heç bir şey 

əlavə etmirdi. Fəqət bütün yolboyu bu söhbət, demək olar, 

kəsilmədi. Elizabet fikrini nəsə başqa bir şeyə cəmləmək 

qabiliyyətində  deyildi.  O,  buraxdığı  səhvin  dərkindən 

möhkəm  iztirab  çəkirdi  və  bir  dəqiqə  də  olsun  onu 

unudub, rahatlıq tapa bilmirdi. 

Yolçular son həddə çatan sürətlə hərəkət edirdilər və 

gecəni  yolda  keçirərək  Lonqborna  ertəsi  gün  nahar 

zamanı  çatdılar.  Ceynin  onların  gəlişini  uzun  müddət 

gözləməli  olmayacağı  barədə  düşüncə  yolda  Elizabet 

üçün yeganə təsəlli idi. 

Malikanəyə  girdikləri  zaman  kiçik  Qardinerləri 

eyvanda  gördülər.  Kareta  yaxınlaşanda  uşaqların  sifəti 

vəcdlə işıqlandı - onlar hətta öz sevinclərini cüssələri ilə, 

hər cür atılıb-düşməklə və əcaib hərəkətlərlə ifadə etdilər. 

Bu, doğma ocaqla görüşün xoş proloqu oldu. 

Elizabet  karetadan  tullanıb  düşdü  və  uşaqları  bir-bir 

öpərək  zala  cumdu.  Orada  anasının  otağından  qaçaraq 

enən 

downloaded from KitabYurdu.org



376 

 

Ceynlə qarşılaşdı. Bacıların ikisinin də gözü yaşla doldu. 



Onlar  hərarətlə  qucaqlaşdılar  və  kiçik  bacı  böyükdən 

qoşulub  qaçanların  barəsində  hər  hansı  bir  məlumatın 

gəlibgəlmədiyini soruşdu. 

— Hələ  yox,  —  Ceyn  cavab  verdi.  —  Ancaq  bizim 

əziz dayımız gəldiyi vaxt ümid edirəm ki, hər şey yaxşı 

olacaq. 


— 

Ata Londondadır? 

— Bəli, sənə xəbər verdiyim  kimi,  o, həftənin  ikinci 

günü getdi. 

— 

Ondan məktub gəlib? 



— Hələlik  yalnız  biri  gəlib.  Üçüncü  gün  o,  bir  neçə 

sətir  yazıb  göndərib. Xəbər verirdi  ki, sağ-salamat  gəlib 

çıxıb  və  ondan  xahiş  etdiyim  bu  təlimatı  icra  edib. 

Sonunda  bildirilirdi  ki,  qeyd  etməyə  layiq  olan  nəsə  bir 

yenilik olmayınca o, məktub yazmayacaq. 

— 

Bəs anam? O necədir? Siz hamınız necəsiniz? 



— Mənə  elə  gəlir  ki,  anam  bir  az  yaxşıdır.  Onun 

əsəbləri  möhkəm  pozulub.  Yuxanda  öz  otağındadır  və 

hamınızı 

gördüyünə çox şad olacaq. Hələlik qarderob otağından bu 

yana  keçmir.  Meri  və  Kitti  isə,  Allaha  şükür,  sağ-

salamatdır. 

— Yaxşı, bəs sən özünü necə hiss edirsən? — Elizabet 

səsləndi. — Rəngin solub. Yazıq bacı, bu müddətdə sən 

nələr çəkmisən! 

Ancaq Ceyn onu inandırdı ki, özünü tamamilə yaxşı 

hiss  edir.  Qardinerlər  uşaqlarla  məşğul  olduqlan  zaman 

downloaded from KitabYurdu.org



377 

 

bacıların  davam  edən  söhbəti  onlar  ailəlikcə  gələrkən 



yarımçıq  kəsildi.  Ceyn  gülümsəyərək  gözü  yaşlı  halda 

növbəylə dayısı və onun xanımı ilə qucaqlaşıb görüşdü. 

Hamının  qonaq  otağında  yığışdığı  vaxt  Elizabetin 

bayaq verdiyi sualları, təbii ki, Qardinerlər də təkrarladı 

və  tezliklə  bəlli  oldu  ki,  Ceyn  heç  bir  yeni  xəbər  verə 

bilmir.  Buna  baxmayaraq  o,  qəlbinə  xas  şəkildə  nikbin 

ümidlər  bəsləməkdəydi.  Ceyn  əvvəlki  kimi  inanırdı  ki, 

hər şey  yaxşılıqla qurtaracaq və  istənilən  gün  Lidiyadan 

və  ya  atalarından  qaçanların  hərəkətini  izah  edən,  bəlkə 

də onların nikahlanmasım xəbər verən məktub gözləmək 

olar.  Qonaq  otağında  bir  neçə  dəqiqə  söhbət  etdikdən 

sonra onlar missis 

Bennetin  otağına  keçdi.  O,  onları,  gözlədikləri  kimi, 

gözüyaşlı,  öz  acı  taleyindən  şikayətlənməklə,  Uikhemin 

əclaf hərəkətini söyüb-yamanlamaqla, əzabları barədə ah-

fəğanla 


və 

ağılsız 


dözümlülüyü 

ilə 


qızını 

yüngülməcazlığa  daha  çox  itələyən  yeganə  bir  şəxsdən 

başqa,  qəti  şəkildə  hər  kəsin  ünvanına  səsləndirdiyi 

qınaqlarla qarşıladı. 

— Əgər mən hamılıqca Braytona getməyimizdə israr 

edə  bilsəydim,  —  o  deyirdi,  —  heç  nə  baş  verməzdi. 

Yazıq  Lidiyanm  qayğısını  çəkən  olmayıb.  Məgər 

Forsterlər  onu  bütün  vaxt  ərzində  gözlərinin  önündə 

saxlamalı deyildilər? İnanın ki, onlar, daha betər bir səhv 

buraxmayıblarsa,  aşkar  etinasızlıq  göstəriblər!  Ona  göz 

qoysaydılar, mənim qızım belə bir hərəkət etməyə qabil 

deyildi.  Mənə  həmişə  elə  gəlirdi  ki,  qızı  onlara  etibar 

downloaded from KitabYurdu.org


378 

 

etmək  olmaz.  Ancaq  mənimlə,  həmişə  olduğu  kimi, 



hesablaşmadılar. Yazıq, doğma balalarım! İndi isə mister 

Bennet  bizi  tərk  edib,  bilirəm,  o  gedib  Uikhemlə 

savaşacaq, onunla qarşılaşan kimi vurub öldürəcək, Onda 

başımıza  nə  gələcək?  Onun  meyiti  tabutda  soyumamış 

Kollinzlər bizi küçəyə 

atacaqlar!  Qardaşım,  sənin  bizə  yazığın  gəlməsə,  mən 

bilmirəm hara qısılacağıq. 

Hamı  bir  ağızdan  bu  cür  bəd  gümanları  rədd  etdi. 

Bacısına  və  onun  bütün  ailəsinə  öz  sevgisi  barədə 

hərtərəfli  təminat  verdikdən  sonra  mister  Qardiner  elə 

ertəsi  gün  Londona  getməyi  və  Lidiyanm  xilası  üçün 

mister Bennetin gördüyü bütün tədbirlərə kömək etməyi 

vəd verdi. 

— Biz faydasız ruh düşkünlüyünə qapılmamalıyıq, — 

o əlavə etdi. — Daha betər hala hazırlaşmaq lazım gəlsə 

də, hələlik belə nəticəni qaçılmaz saymaq olmaz. Onların 

Braytondan  qaçmasından  bir  həftə  keçməyib.  Bir  neçə 

gündən sonra biz onlar barədə eşidəcəyik. Onun Lidiya ilə 

evlənmədiyi  və  evlənməyə  hazırlaşmadığı  barədə 

öyrənmədiyimizə  qədər  ümidsizliyə  qapılmaq  olmaz. 

Mən  Londona  çatan  kimi  mister  Bennetin  yanma 

gedəcəyəm,  onu  yanıma,  Qresçerç-stritə  aparacağam  və 

oturub hər şeyi, görəcəyimiz işləri yaxşı-yaxşı düşünüb-

daşınacağıq. 

— Ah,  əziz  qardaşım,  —  missis  Bennet  səsləndi,  — 

mənim  hər  şeydən  çox  istədiyim  də  elə  budur.  Lütfən, 

onları şəhərdə, 

downloaded from KitabYurdu.org



379 

 

harada  gizləniblərsə,  axtarıb  tapın  və  onlar  hələ 



evlənməyiblərsə,  elə  düzüb  qoşun  ki,  evlənsinlər.  Qoy 

onlar  bunu  toy  libasları  üzündən  təxirə  salmasınlar. 

Lidiyaya  deyin  ki,  o,  ərli  qadın  olandan  sonra  istənilən 

libası  almağa pulu  olacaq. Ən vacibi isə mister  Benneti 

dueldən xilas etməkdir. Ona deyin ki, mən necə dəhşətli 

haldayam,  qorxudan  dəli  oluram  və  bütün  bədənimi 

qıcolmalar tutur, böyrüm sancır, başım elə bərk ağrıyır və 

elə şiddətli  ürək döyüntülərim  olur ki,  nə gündüz, nə  də 

gecə  rahatlıq  verir.  Bir  də  əziz  Lidiyama  çatdırın  ki, 

mənimlə  görüşməmiş  libas  tikdirməsin,  çünki  o  hansı 

dükanda  sifariş  etməyi  bilmir.  Ah,  siz  necə  də 

xeyirxahsınız! Əminəm ki, xahişimi unutmayacaqsınız! 

Mister Qardiner vəd etdi ki, ondan asılı olan hər şeyi 

edəcək və bununla yanaşı missis Bennetə öz ümidlərində 

və narahatlıqlarında böyük mötədillik nümayiş etdirməyi 

məsləhət gördü. 

Mister Qardiner və arvadı əmin idilər ki, onun bu cür 

tənhalığa  çəkilməyə  heç  bir  səbəbi  yoxdur,  ancaq  dilə 

tutmağa da cəhd göstərmədilər, bilirdilər ki, xidmətçinin 

olduğu vaxt 

masa  arxasında  özünü  saxlamaq  üçün  onun  tədbirliliyi 

çatışmır. Ona görə də onlar bütün qayğı və həyəcanların 

missis  Bennetin  yalnız  bir  yad  adama,  daha  çox  etimad 

qazanmış şəxsə söyləməsini üstün tutdular. 

Onlar  tezliklə  yemək  otağında  Meri  və  Kittini 

gördülər. Qızlar öz otaqlannda çox məşğul olduqlanndan 

indi  onların  qarşısına  çıxdılar.  Biri  kitablarından,  o  biri 

downloaded from KitabYurdu.org



380 

 

bəzənmə  masasından  ayrılmışdı.  Hər  ikisi,  yeri 



gəlmişkən,  tamam  qayğısız  görünürdü.  Qızların  ikisi  də 

sevimli bacılarının itkisindən, ola bilər, olayda iştirakının 

doğurduğu  məzəmmətlərdən  Kittinin  daha  da  əsəbi 

olması  nəzərə  alınmasa,  demək  olar,  dəyişməmişdilər. 

Meriyə gəlincə, o özünü kifayət qədər yaxşı idarə edirdi, 

Elizabetin yanındakı masanın arxasında oturdu və dərhal 

ona xəyalpərvər halda pıçıldadı: 

—  Necə  də  kədərli  xəbərdir!  O  qədər  dedi-qodu 

doğuracaq  ki!  Ancaq  şərin  hücumu  qarşısında  duruş 

gətirməli  və  qəlbimizin  yarasını  şəfqət  məlhəmi  ilə 

sarmalıyıq. 

Elizabetin  ona  cavab  verməyə  hazırlaşmadığını 

görərək, əlavə etdi: 

— Biz  hamımız  Lidiyanm  başına  gələn  kədərli 

əhvalatdan  ibrət  dərsi  götürməliyik.  Bu  dərs  ondan 

ibarətdir ki, qadının öz ismətini itirməsi düzəlməz şeydir; 

onun  reputasiyası  nə  qədər  zərifdirsə,  bir  o  qədər 

qüsursuzdur; qadın əks cinsin ləyaqətsiz nümayəndəsi ilə 

münasibətində heç vaxt ifrat dərəcədə ehtiyatlı ola bilmir. 

Elizabet  təəccüblənmiş  halda  nəzərlərini  ona  dikdi, 

ancaq özünü həddən artıq əzgin hiss edərək susdu. Meri 

isə  qəlbini  bu  kimi  zamanma  düşən  əxlaq  ricətləri  ilə 

ovutmağa davam etdi. 

Axşamüstü  iki  böyük  miss  Bennetlər  ikilikdə  yarım 

saat ola bildilər. Elizabet dərhal fürsətdən istifadə edərək 

Ceynə  çoxlu  sual  verdi  və  bacısı  onları  böyük  həvəslə 

cavablandırdı.  Elizabetin,  demək  olar,  geridönməz, 

downloaded from KitabYurdu.org



381 

 

Ceynin  isə  tamamilə  inandırıcı  hesab  etdiyi  hadisənin 



müdhiş nəticələrinə görə hər iki bacı təəssüf bildirdikdən 

sonra birinci davam etdi: 

— Ancaq  sən  mənim  azacıq  da  olsa  təsəvvürüm 

olmayan  şeyləri  mənə  danışmalısan.  Bütün  bunlara 

atamız  necə  yanaşdı?  Polkovnik  Forster  nə  dedi? 

Forsterlərin Lidiya və 

Uikhemin qoşulub qaçmasından əvvəl şübhələri olubmu? 

Axı onları hər yerdə birgə görmək olardı. 

— Polkovnik  Forster  iddia  etdi  ki,  onların  qarşılıqlı 

meyillərini təxmin edibmiş. Xüsusilə də Lidiya tərəfdən. 

Ancaq həyəcan doğurası heç bir şeyin fərqinə varmayıb. 

O, çox təəssüflənirdi. Məncə, o, qeyri-adi dərəcədə yaxşı 

və  həssas  adamdır.  O,  hətta  onlann  Şotlandiyaya 

getməsindən  şübhələnməzdən  öncə  də  öz  məyusluğunu 

ifadə  etmək  üçün  bizə  gəlməyə  hazırlaşırmış.  Bu  şübhə 

yarandıqda isə ləngimədən gəlib. 

 

BəsDennidoğrudandaəmindirki,Uikhemonunlaevl



ənmə  yəcək?  O,  hazırlanan  qaçışdan  xəbərdar  imiş? 

Polkovnik Denninin özünü görüb? 

— Bəli. Ancaq bununla yanaşı, söhbət zamanı mister 

Denni  qaçış  haqqında  əvvəlcədən  məlumatlı  olduğunu 

inkar edib və özünün bu barədə nə düşündüyünü deməyib. 

O,  bir  daha  iddia  etməyib  ki,  onlar  evlənməyə 

hazırlaşmırlar  və  bu,  ümid  etməyə  imkan  verir  ki,  onu 

bundan əvvəl düzgün başa düşməyiblər. 

— Bəs polkovnikin gəlişinə qədər hətta sizin ağlınıza 

downloaded from KitabYurdu.org



382 

 

gəlmədi ki, onlar evlənməyəcəklər? 



— Məgər biz bu barədə düşünə bilirdik? Mən özüm bir 

az narahat oldum ki, Lidiya Uikhemlə xoşbəxt olacaqmı. 

Mən  axı  bilirdim  ki,  onun  davranışı  heç  də  həmişə 

qüsursuz  deyil.  Atam  və  anam  isə  heç  nədən 

şübhələnmirdilər  və  yalnız  bu  nikahın  nə  qədər  ağılsız 

olduğunu  dərk  edirdilər.  Birdən-birə  Kitti,  təbii  ki,  öz 

məlumatlılığı ilə öyünərək etiraf etdi ki, Lidiya sonuncu 

məktubunda  öz  niyyəti  barədə  onu  xəbərdar  edib.  Heç 

demə,  ona  məlum  imiş  ki,  onlar  artıq  bir  neçə  həftədir 

birbirini sevirlər. 

— 

Ancaq bu, Braytona gedəndən sonra başlayıb? 



— 

Düşünürəm ki, bəli. 

— Bəs  polkovnik  Forster,  səncə,  Uikhem  barədə  pis 

qənaətdədir?  O  başa  düşübmü  ki,  Uikhem  nə  yuvanın 

quşudur? 

— Açığı,  o,  Uikhem  barədə  əvvəllər  olduğu  kimi 

tərifli  sözlər  demədi.  Onu  əyyaş  və  israfçı  hesab  edir. 

Qanqaraldıcı  hadisədən  sonra  danışırmışlar  ki,  Uikhem 

Meritonda çoxlu  borca  girib.  Ümid  edirəm  ki,  bu,  yalan 

çıxacaq. 

— Ceyn,  əzizim,  biz  daha  az  gizlətsəydik,  onun 

barəsində  bildiklərimizi  danışsaydıq,  heç  nə  baş 

verməzdi. 

— 

Ola  bilər,  bu,  daha  yaxşı  olardı,  —  Ceyn  cavab 



verdi. 

— Ancaq  insanın  hazırkı  haldakı  hisslərini  bilmədən, 

əvvəlki  səhvlərini  ifşa  etmək  mənə  ədalətsiz  görünür. 

downloaded from KitabYurdu.org



383 

 

Bizim xoş məramımız vardı. 



— Bəs  polkovnik  Forster  Lidiyanm  onun  arvadına 

yazdığı məktubun məzmunu haqda nə danışdı? 

— 

O,  məktubu  bizə  göstərmək  üçün  özü  ilə 



gətirmişdi. 

— Ceyn  məktubu  xatirə  dəftərinin  arasından  götürərək 

Elizabetə uzatdı. Məktubda yazılırdı: 

“Əzizim  Hcırriyet,  sən  mənim  hciT'aya  getdiyimi 

öyrənəndə gülməkdən yıxılacaqsan və mən də sənə səhər-

səhər  itdiyimi  xəbər  verəndə  necə  təəccüblənəcəyini 

təsəvvür  edərək  gülməkdən  ölürəm.  Mən  QretnaQrinə 

gedirəm  və  kiminlə  getdiyimi  təxmin  etmədinsə,  mən 

səni,  sadəcə,  səfeh  sayardım,  çünki  bu  dünyada  mənim 

sevdiyim yalnız bir insan mövcuddur və o insan mələkdir. 

Mən  heç  vaxt  onsuz  xoşbəxt  olmazdım,  ona  görə  də 

mənim qaçmağımdan məyus olma. 

Sənə xoş deyilsə, mənim gedişim barədə Lonqborna xəbər 

verməyə  bilərsən.  Axı  o  zaman  onlar  məndən  “Lidiya 

Uikhem”  imzalı  məktub  aldıqları  vaxt  daha  çox 

təəccüblənəcəklər.  Bax,  kef  onda  olacaq!  Mənə  o  qədər 

gülməlidir  ki,  hərfləri  güclə  yazıram.  Lütfən,  bu  gün 

axşam onunla rəqs etmək vədimi yerinə yetirə bilmədiyim 

üçün  Pratta  mənim  üzrxahlığımı  çatdır.  De  ki,  bütün 

bunlardan  xəbər  tutanda  o  məni  sözsüz  ki,  bağışlayacaq 

və  vəd  et  ki,  biz  rastlaşdığımız  ilk  balda  onunla  böyük 

məmnuniyyətlə  rəqs  edəcəyəm.  Lonqborna  yetişən  kimi 

paltarların  ardınca  adam  göndərəcəni.  Ancaq  mən 

istərdim  ki,  bükülüb  götürülməzdən  əvvəl  Saili  mənim 

downloaded from KitabYurdu.org


384 

 

tikilmə tiilbənd libasımın söküyünü tiksin. 



Əlvida. Polkovnik Forsterə salamlar. Ümid edirəm ki, 

siz  bizim  xoşbəxt  səyahətimizin  şərəfinə  badə 

qaldıracaqsınız. 

Sənin sadiq rəfiqən 

Lidiya Bennet”. 

— Vecsiz, vecsiz Lidiya! — Elizabet məktubu sona 

qədər  oxuyub  səsləndi.  —  Öz  həyatındakı  belə  bir 

hadisəni  o  bu  məktubla  xəbər  verir?!  Ancaq  ən  azı  bu 

məktubdan elə çıxır ki, 

o  özü  bu  səfərin  məqsədinə  ciddi  yanaşıb.  O,  sonradan 

onu nəyə yönəltsə də, qız rüsvayçılıq barədə düşünməyib. 

Yazıq atam! Ona bu rüsvayçılığı  yaşamaq necə də çətin 

olub! 

— Mən  heç  vaxt  kimisə  bu  qədər  sarsılmış 



görməmişdim. On dəqiqə ərzində o, bir kəlmə də danışa 

bilmədi. Anamın halı isə dərhal pisləşdi və evdə hər şey 

baş-ayaq oldu. 

— Ceyn, əzizim,  — Elizabet  soruşdu,  — həmin gün 

heç  olmasa  evdə  bu  qalmaqallı  əhvalatın  bütün 

təfərrüatını öyrənməyən bircə qulluqçu qaldımı? 

— Sənə  necə  deyim?  Ümid  edirəm  ki,  bəli.  Ancaq 

həmin  an  özünü  ələ  almaq  çox  çətin  idi.  Anam  çılğına 

dönmüşdü və mən hər vəchlə ona kömək etməyə çalışsam 

da,  qorxuram  ki,  bacardığımın  hamısını  edə  bilmədim. 

Bunun  nəylə  bitəcəyini  düşünərək  elə  dəhşətli  halda, 

büsbütün çarəsiz durumdaydım. 

— Sən bacardığından da çox şey etmisən. Sənin naxoş 

downloaded from KitabYurdu.org



385 

 

görkəmin var. Mən burada olsaydım, sənin qayğını çəkə 



bilərdim. 

— Meri  və  Kitti  çox  yaxşı  idilər.  Əminəm  ki,  onlar 

bütün qayğıları mənimlə bölüşərdilər. Ancaq düşünürdüm 

ki, bu 


onlara  zərər  vura  bilər.  Kitti  çox  zərifdir  və  asanlıqla 

özündən çıxır, Meri isə öz məşğuliyyətinə o qədər dalır ki, 

onlan  istirahətlərindən  məhrum  etmək  günah  olardı. 

Həftənin ikinci günü, atamın gedişindən sonra Filips xala 

Lonqborna  gəldi.  O,  çox  mehriban  idi,  dördüncü  günə 

qədər mənimlə qaldı və hamımıza çox kömək etdi. Ledi 

Lukas  da  çox  nəcib  idi.  Üçüncü  gün  o  öz  təəssüfünü 

bildirmək üçün gəldi və dedi ki, özü də, qızı da bizə hər 

cür yardım etməyə hazırdılar. 

— Ən yaxşısı o olardı ki, evində otursun! — Elizabet 

səsləndi.  —  Ola  bilər,  onun  xoş  niyyətləri  olub.  Ancaq 

bizimki  kimi  bədbəxtlik  zamanı  qonşuları  nə  qədər  az 

görsən,  bir  o  qədər  yaxşıdır.  Burada  kömək  mümkün 

deyil, acımaya isə tablaşmaq olmur. Qoy bədbəxtliyimizə 

bizdən uzaqda sevinsinlər. 

O, bacısından atasının axtanş üçün nə kimi tədbirlərə 

əl atdığını soruşdu. 

— Mənə  elə  gəlir  ki,  —  Ceyn  cavab  verdi,  —  o, 

Epsoma,  onların  axırıncı  dəfə  atlarını  dəyişdiyi  yerə 

getmək istəyirdi ki, orada arabaçılardan nəsə öyrənməyə 

cəhd etsin. Onun əsas 

məqsədi  onları  Klephemdən  aparan  faytonçunun 

nömrəsini  öyrənmək  idi.  Bu  faytonçu  kiminləsə 

downloaded from KitabYurdu.org



386 

 

Londondan  gəlib.  Atam  hesab  edirdi  ki,  bir  xanımın  və 



cənabın bir ekipajdan digərinə əyləşməsi nəzərlərdən qaça 

bilməz  və  o,  Klephemdə  arayıbsormağa  hazırlaşırdı.  O, 

faytonçunun 

sərnişinlərini 

hansı  evin  qabağında 

endirdiyini öyrənə bilsə, həmin evə girmək istəyirdi. Ola 

bilər, orada o, başqa faytonçunun nömrəsini və dayanacaq 

yerini  öyrənə  biləcək.  Bilmirəm  o,  daha  nələr  etməyə 

hazırlaşırdı. Getməyə çox tələsirdi və o qədər məyus idi 

ki, hətta bunları da ondan çətinliklə öyrəndim. 

VI 

FƏSİL 


Hamı  əmin  idi  ki,  ertəsi  gün  səhər  mister  Bennetdən 

məktub gələcək, ancaq poçt gəldi və ondan bir sətir belə 

gətirmədi.  Ailə  üzvləri  yaxşı  bilirdilər  ki,  adi 

vəziyyətlərdə  mister  Bennet,  yazışma  məsələsində  necə 

səhlənkardır, ancaq hesab edirdilər ki, indiki halda o, yenə 

də öz üzərində səy göstərəcək. Fikirləşmək lazım gəldi ki, 

o,  heç  bir  yaxşı  xəbər  verə  bilmir,  ancaq  bu  haqda  da 

onlar,  yəqin  ki,  nəsə  bilməyə  şad  olardılar.  Məktubu 

gözləyərək  bir  qədər  ləngimiş  mister  Qardiner  poçtun 

gəlməsindən dərhal sonra yola düşdü. 

Onun  gedişi  ilə  ailə  üzvləri  heç  olmasa  ümid  edə 

bilərdilər  ki,  onlar  baş  verənlər  barədə  xəbər 

göndərəcəklər. Mister Qardiner vidalaşarkən vəd verdi ki, 

mümkün  qədər  tezliklə  mister  Benneti  Lonqborna 

qayıtmaq üçün dilə tutacaq. Bununla da o, dueldə həlak 

olmaqdan  yeganə  xilas  yolunu  ərinin  evə  dönməsində 

görən bacısını sakitləşdirdi. 

Missis  Qardiner  burada  olmasının  bacıqızlarına 

downloaded from KitabYurdu.org


387 

 

faydalı  olacağını  hesab  edərək  uşaqlan  ilə  birlikdə 



Hartfördşirdə daha bir neçə gün qalmaq qərarına gəldi. O, 

missis  Bennetə  qulluq  etməkdə  onlara  kömək  göstərirdi 

və qızlara istirahət saatlarında onunla birlikdə olmaq çox 

xoş  idi.  Başqa  xalaları  da  onlarda  xeyli  vaxt  keçirirdi, 

özünün dediyinə görə, onları şənləndirmək, ruhlandırmaq 

istəyirdi. 

Ancaq  onda  Uikhemin  israfçılığı  və 

ləyaqətsizliyi  barədə  həmişə  yeni  xəbərlər  ehtiyatı 

olduğundan o, çox vaxt Bennet ailəsini daha da pəjmürdə 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin