Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə26/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
1   ...   22   23   24   25   26   27   28   29   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z

hər ifadəsinə görə sevinirdi. 

Tezliklə söhbət balıq ovçuluğundan düşdü və Elizabet 

eşitdi  ki,  mister Darsi tam bir lütfkarlıqla onun dayısını 

Derbişirdə  olduğu  müddətdə  öz  malikanəsində  balıq 

tutmağa  dəvət  etdi.  Eyni  zamanda  o,  mister  Qardinerə 

lazım  olan  ləvazimatları  təklif  etdi  və  ona  balıq  tutmaq 

üçün  daha  münasib  yeri  göstərdi.  Elizabetlə  yanaşı 

addımlayan  missis  Qardiner  ona  təəccüblü  nəzər  saldı. 

Elizabet susdu, ancaq özünü qeyri-adi dərəcədə məmnun 

downloaded from KitabYurdu.org



335 

 

hiss etdi. Aydın idi ki, bu cür diqqət təkcə onun xətrinə 



göstərilirdi. 

Ancaq  bütün  bunlar  qızı  olduqca 

təəccübləndirirdi  və  o,  hey  özündən  soruşurdu:  “Nəyə 

görə o bu qədər dəyişib? Bu necə izah olunur? Ola bilməz 

ki, bu mənə görə olsun. Ola bilməz ki, o mənim xətrimə 

özünü  bu  dərəcədə  nəzakətli  aparmağa  başlayıb! 

Hansfordda  dediyim  sözlər  ona  bu  qədər  güclü  təsir 

göstərə bilməzdi! O məni indiyə qədər sevmir ki?” 

Bir  müddət  onlar  bu  qaydada  addımladılar:  qadınlar 

öndə, kişilər bir neçə addım geridə. Ancaq onlar hansısa 

maraqlı  su  bitkisinə  baxmaq  üçün  çaya  doğru  endikdə 

müəyyən  yer  dəyişikliyi  baş  verdi.  Uzun  gəzintindən 

yorulan missis Qardiner 

hiss etdi ki, Elizabetin əli ona dayaq olmaq üçün kifayət 

etmir və ərinə söykənməyi üstün tutdu. Mister Darsi onun 

Elizabetin yanındakı yerini tutdu və onlar yollarına davam 

etdilər.  Müəyyən  susqunluqdan  sonra  birinci  Elizabet 

dilləndi.  O,  Pemberlini  ziyarət  etmək  qərarı  verərkən 

onun  malikanədə  olmadığına  çox  əmin  olduğunu  izah 

etmək istəyirdi. Ona görə də onun gözlənilməz gəlişindən 

təəccübləndiyini bildirdi. 

— Sizin  ev  sahibəniz,  —  o,  əlavə  etdi,  —  əminliklə 

təsdiqlədi ki, siz sabah səhərdən tez gəlməyəcəksiniz və 

Beykuelldən  çıxmazdan  öncə  bizə  eyni  şeyi  dedilər.  Bu 

gün sizi burada gözləmirdilər. 

Darsi,  doğrudan  da  gözlənilmədən  gəldiyini  bildirdi 

və  bunu  dostlarının  gəlişindən  öncə  malikanənin  müdiri 

ilə görüşmək zərurəti ilə izah etdi. 

downloaded from KitabYurdu.org


336 

 

— Onlar sabah səhər gələcəklər, — o, davam etdi. — 



Siz onların arasında köhnə tanışlarınızı, mister Binqlini və 

onun bacılarını tapacaqsınız. 

Elizabet  başını  yüngülcə  tərpətməklə  cavab  verdi. 

Onun  düşüncələri  dərhal  Binqlinin  adının  sonuncu  dəfə 

onların 

arasında  çəkildiyi  vaxta  getdi.  O,  Darsinin  üzündəki 

ifadəyə  görə  mühakimə  yürütdü  ki,  o  da  bu  barədə 

düşünür. 

—  Onların  arasında  daha  bir  xanım  olacaq,  —  o, 

müəyyən pauzadan sonra davam  etdi,  — o, tam  səmimi 

şəkildə  sizinlə  tanış  olmaq  istərdi.  Mənə  icazə 

verirsinizmi,  yoxsa  həddən  artıq  çox  şey  istəyirəm? 

Lemtona gəlişinizdən istifadə edərək bacımı sizə təqdim 

edim. 


Belə bir xahiş Elizabeti təəccübləndirməyə bilməzdi. 

Başa  düşmək  çətin  idi  ki,  o  bu  diqqəti  nəylə  qazanıb. 

Fəqət  aydın  idi  ki,  miss  Darsi  yalnız  qardaşının  təsiri 

altında onunla tanış olmağı arzulaya bilər. Belə, ya başqa 

cür, Elizabet bunda pis bir şey görmürdü. Dərk etmək ona 

xoş idi ki, incikliyə baxmayaraq, Darsi onun barəsində pis 

düşünmür. 

İndi  onlar  yanaşı  gedirdilər,  hər  biri  öz  düşüncəsinə 

dalmışdı. Elizabetin halını xoş adlandırmaq olmazdı - bu 

barədə söhbət belə gedə bilməzdi. Ancaq qız şərəflənmiş 

və  mütəəssir  olmuşdu.  Onu  miss  Darsi  ilə  tanış  etmək 

arzusu  Elizabetə  xüsusilə  incə  kompliment  kimi 

görünürdü.  Tezliklə  onlar  yol  yoldaşlarını  xeyli 

downloaded from KitabYurdu.org



337 

 

qabaqladılar. Ekipaja yaxınlaşanda 



mister  və  missis  Qardinerlər  onlardan  təxminən  milin 

dörddəbiri qədər geri qalırdı. 

Darsi  onu  evə  dəvət  etdi,  ancaq  qız  cavab  verdi  ki, 

yorğunluq  hiss  etmir  və  hər  ikisi  çəmənlikdə  ayaq  üstə 

dayandılar.  Bu  cür,  danışmaq  üçün  əlverişli  hallarda 

susmaq  xüsusilə  yöndəmsiz  idi.  O,  söhbətə  başlamaq 

istəyirdi,  ancaq  istənilən  mövzu  ona  yasaq  görünürdü. 

Nəhayət,  hazırda  səyyah  olduğunu  xatırlayaraq,  Metlok 

və Davdeyli yada saldı və onlar böyük həvəslə Derbişirin 

gözəlliklərini müzakirə etməyə başladılar. Fəqət  vaxt və 

missis Qardiner o qədər ləng gedirdi ki, tet-a-tet söhbəti 

sonda davam etdirmək üçün onun ağlına, demək olar, heç 

nə gəlmədi. 

Qardinerlər, nəhayət, gəlib yaxınlaşanda Darsi hamını 

yemək üçün evə dəvət etdi. Ancaq dəvətdən imtina edildi 

və  onlar  ən  nəzakətli  bir  şəkildə  ayrıldılar.  Mister  Darsi 

hər  iki  xanıma  ekipaja  əyləşməyə  kömək  etdi  və  atlar 

tərpəndikdə  Elizabet  onun  necə  asta-asta  evə  doğru 

getdiyini gördü. 

Mister  və  missis  Qardinerlər  öz  təəssüratlarını  ifadə 

etmək fürsətini əldən vermədilər. Hər ikisi bəyan etdi ki, 

mister Darsi 

onların gözlədiklərindən daha üstün görünüb. 

— O  özünü  əla  aparır:  doğrudan  da  nəzakətli  və 

təvazökardır, — mister Qardiner dedi. 

— Əlbəttə, onda müəyyən əzəmətlilik var, amma bu, 

yəqin  ki,  daha  çox  zahiri  görünüşünə  aiddir  və  onun 

downloaded from KitabYurdu.org



338 

 

obrazını heç cür korlamır, - missis Qardiner qeyd etdi. 



— Ev sahibəsi ilə razılaşmağa hazıram ki, bəzi şəxslər 

onu  qürurlu  sayır,  ancaq  mən  özüm  bunu  qətiyyən  hiss 

etmədim. 

— Məni xüsusilə onun qonaqpərvərliyi heyrətləndirdi. 

Bizə  münasibətdə  o,  təkcə  nəzakətli  deyildi,  mən 

deyərdim  ki,  nəzərəçarpacaq  dərəcədə  diqqətliydi.  Axı 

onun bu cür qayğıkeş olması üçün heç bir səbəb yox idi: 

onun Elizabetlə tanışlığı çox səthidir. 

— Əlbəttə,  Iizzi,  o,  Uikhemdən  geri  qalır,  —  missis 

Qardiner əlavə etdi. — Daha dəqiqi, onun bu cür cəlbedici 

zahiri  görünüşü  yoxdur,  hərçənd  o  qədər  də  pis  deyil. 

Ancaq  sən  onu  nəyə  görə  bizə  bədheybət  kimi  təsvir 

edirdin? 

Elizabet  bacardığı  qədər  özünə  haqq  qazandırmağa 

çalışdı; dedi ki, Kentdə qarşılaşdıqları zaman o, daha çox 

xoşuna gəlib, 

ancaq  ona  heç  zaman  bu  səhər  qarşısında  durduğu  vaxt 

olduğu kimi xoş təsir bağışlamayıb. 

— Ola bilər, o, bir qədər şıltaqdır, — mister Qardiner 

qeyd  etdi.  —  Sizin  bu  böyük  adamlarda  belə  bir 

xüsusiyyət  var. Odur ki, mən balıq ovuna dair dəvətdən 

istifadəyə  hazırlaşmıram.  Deyirəm,  birdən  onun  ovqatı 

dəyişər və mən arxama baxmadan qayıtmalı olaram. 

Elizabet onların Darsinin xasiyyətindən tamamilə baş 

açmadıqlarını gördü, ancaq bir kəlmə də demədi. 

— Ona baxarkən, — missis Qardiner davam etdi, — 

mən  heç  vaxt  düşünməzdim  ki,  o,  yazıq  Uikhemlə 

downloaded from KitabYurdu.org



339 

 

davrandığı  kimi  kiminləsə  sərt  davranmağa  qadirdir.  O, 



heç  də  xəbis  adam  təsiri  bağışlamır,  əksinə,  danışanda 

ağzının  ətrafında  çox  xoşagələn  qırışlar  görünür.  Zahiri 

görünüşündə  nəsə  bir  ləyaqət  hiss  olunur  və  bu, 

amansızlıq barədə təsəvvürlə heç cür uyğun gəlmir. Bizə 

evi  göstərən  hörmətli  xanım  onun  xasiyyətini  necə  də 

tərifləyirdi!  Mən  hərdən  özümü  gülməkdən  güclə 

saxlayırdım.  Yəqin  ki,  o,  səxavətli  ağadır  və  bunun 

sayəsində 

qulluqçuların  gözündə  bütün  münasibətlərdə  kəramətli 

görünür. 

Elizabet Darsinin Uikhemlə davranışına necəsə haqq 

qazandırmaq zərurəti hiss etdi. O, ehtiyatlılıq çərçivəsinə 

riayət  edərək  onlara  izah  etdi  ki,  onun  qohumlanndan 

aldığı  məlumata  görə,  Darsinin  bu  gənclə  münasibətləri 

tamamilə  başqa  cür  yozula  bilər.  Bu  zaman  birincinin 

xasiyyətinin  o  qədər  də  korlanmış  olmadığı  aydınlaşıb, 

ikinci isə Hartfördşirdə təsəvvür olunduğu qədər qüsursuz 

deyil.  Bu  sözlərinə  təsdiq  olaraq  Elizabet  onları 

birləşdirən  uğursuz  əhvalatların  təfərrüatını  danışdı, 

ancaq bu barədə kimdən eşitdiyini demədi, sadəcə, onlan 

aldığı məlumatların mötəbərliyinə güvənməyə çağırdı. 

Missis Qardiner sarsıldı və kədərləndi. Ancaq bu vaxt 

o, gəncliyini keçirdiyi şəhərciyə girərkən xoş xatirələr çox 

tez-tez  söhbətdən  yayınmasına  səbəb  olurdu.  O,  elə  hey 

ərinə onun üçün xatirə olan yerləri göstərirdi və artıq nəsə 

başqa  bir  şey  barədə  düşünmək  halında  deyildi.  Səhər 

gəzintisinin  yorğunluğuna  baxmayaraq,  onlar  nahardan 

downloaded from KitabYurdu.org



340 

 

dərhal sonra köhnə 



dostları  ziyarət  etmək,  uzun  illərin  ayrılığından  sonra 

birlikdə  xoş  bir  axşam  keçirmək  üçün  mehmanxananı 

yenidən tərk etdilər. 

Günün 


hadisəsi 

Elizabeti 

həddən 

artıq  elə 



həyəcanlandırmışdı  ki,  o,  yeni  tanışlıqlara  çox  vaxt 

ayırmaq  iqtidarında  deyildi.  Bütün  axşam  ərzində  o, 

mister  Darsinin  mehriban  tonuna,  bundan  daha  ötəsi, 

bacısını  onunla  tanış  etmək  niyyətinə  heyrətlənərək 

düşüncəyə dalmışdı. 

II 


FƏSİL 

Elizabet  güman  edirdi  ki,  mister  Darsi  ilə  bacısı  miss 

Darsi  gəlişinin  ertəsi  günü  onlara  baş  çəkməyə  gələcək. 

O,  qərara  almışdı  ki,  həmin  günün  birinci  yansında 

mehmanxanadan  uzun  müddətə  bir  yerə  ayrılmasın. 

Ancaq  hesablaması  yanlış  çıxdı  -  ziyarət  miss  Darsinin 

Pemberliyə gəldiyi gün səhər baş tutdu. Yeni dostları ilə 

ətraf  məkanlara  gəzintini  başa  çatdıran  Qardinerlər  və 

Elizabet paltarlarını dəyişmək və sonra köhnə dostlarla bir 

arada nahar etməkçün mehmanxanaya qayıtdıqda onların 

diqqətini  ekipaj  səs-küyü  cəlb  etdi  və  pəncərədən  açıq 

faytonda  yaxınlaşan  kişi  və  gənc  qız  göründü.  Elizabet 

qiyafəti dərhal tanıdı, ekipajda kimin olduğunu anladı və 

dayısıgili onları gözləyən şərəf barədə məlumatlandıraraq 

xeyli 

heyrətləndirdi. 



Qardinerlər 

doğrudan 

da 

heyrətləndilər.  Bacıqızının  utancaq  görkəmi,  eləcə  də 



onun verdiyi məlumat, ötən günün hadisələri ilə birlikdə 

onları bütün bu vəziyyətə yeni gözlə baxmağa vadar etdi. 

downloaded from KitabYurdu.org


341 

 

Bu cür ehtimal əvvəlcə onlarda hətta 



baş qaldıra bilməzdisə, bu an onlara aydın oldu ki, bu cür 

şəxslərin  göstərdiyi  belə  böyük  diqqət  mister  Darsinin 

Elizabetə meylindən başqa heç nəylə izah oluna bilməz. 

Onların 


düşüncəsində 

yaranmış 

bu 

təxmin 


möhkəmlənincə, Elizabetin çaşqınlığı daha da artmışdı. O 

özü  də  öz  təşvişinə  heyrət  etdi.  Narahatlıq  üçün  digər 

səbəblərdən  başqa,  Elizabeti  mister  Darsinin  öz 

sevdasının  təsiri  ilə  onu  bacısına  həddindən  artıq 

tərifləmiş  olması  xüsusilə  həyəcanlandırırdı.  Qonaqlan 

mümkün  qədər  mehribancasına  qarşılamaq  arzusu  ilə 

alışıb- yansa da, o, haqlı olaraq ehtiyat edirdi ki, hər cür 

səmimi görünmək bacarığı bu dəfə ona xəyanət edə bilər. 

Elizabet  küçədən  fərq  edilmək  istəməyərək  pəncərənin 

önündən çəkildi və otaqda gəzişərək sakitləşməyə çalışdı. 

Ancaq  dayısının  və  onun  xanımının  çaşqın  nəzərləri 

hisslərinin daha artıq qarışmasına gətirib çıxardı. 

Miss Darsi və onun qardaşı otağa girdilər və bu qədər 

qorxu  doğuran  tanışlıq,  nəhayət,  baş  tutdu.  Elizabet 

təəccüblə  aşkar  etdi  ki,  yeni  rəfiqəsi  heç  də  ondan  bir 

misqal da olsun az utanmır. Lemtonda olduğu müddətdə 

Elizabet miss Darsinin 

hüdudsuz  şəkildə  qürurlu  olması  barədə  dəfələrlə 

eşitmişdi.  Fəqət  bir  neçə  dəqiqəlik  müşahidə  onu  əmin 

etdi  ki,  bu  gənc  xanım,  sadəcə  olaraq,  həddən  artıq 

utancaqdır. Elizabet güc- bəla ilə onu çətinliklə eşidilən 

bir cümləlik cavablardan başqa nəsə bir söz dilə gətirməyə 

vadar etdi. 

downloaded from KitabYurdu.org



342 

 

Miss  Darsinin  boyu  uzun  idi,  Elizabetdən  xeyli 



hündürdü. On altı yaşında olmasına baxmayaraq, o, artıq 

tam  ətə-qana  dolub  yetişmişdi,  ərgən  və  yumşaq 

görünürdü.  Qardaşında  olduğu  kimi,  onda  düzgün  sifət 

cizgiləri  yox  idi,  ancaq  zahiri  görkəmi  və  maneraları 

ağlından, xeyirxahlığından və zərifliyindən xəbər verirdi. 

Mister  Darsidə  olduğu  kimi,  onda  da  insan  əxlaqının 

zəkalı  və  həssas  müşahidəçisini  tapmağı  gözləyən 

Elizabet özlüyündə məmnunluqla qeyd etdi ki, qardaş və 

bacı bir-birinə bənzəmir. 

Onlann  gəlişindən  qısa  bir  müddət  keçmiş  mister 

Darsi  dedi  ki,  mister  Binqli  də  onu  ziyarət  etməyə 

hazırlaşır.  Elizabet  bu  münasibətlə  öz  məmnunluğunu 

ifadə  etməyə  və  yeni  qonaqla  görüşməyə  hazırlaşmağa 

güclə macal tapmışdı ki, pilləkəndə sürətli addım səsləri 

eşidildi və bir dəqiqədən sonra 

o,  otağa  daxil  oldu.  Elizabetin  bu  gənc  adama  hiddəti 

çoxdan  ötüb  keçmişdi.  Ancaq  əgər  bu  hiddətdən  azacıq 

bir şey qalırdısa, o Binqlinin görüşdükləri vaxt sərgilədiyi 

səmimi  sevincin  yanında  dərhal  yoxa  çıxardı.  Binqli 

hərarətlə  ona  aid  olan  heç  kəsin  adını  çəkməsə  də, 

doğmalarının  sağlıq  durumu  barədə  soruşdu.  Bununla 

yanaşı, o özünü təmkinli apanrdı və Hartfördşirdəki görüş 

zamanı  onu  fərqləndirən  gülərüzlülük  və  açıqüərkliliklə 

danışırdı. 

Binqli Qardinerlərdə Elizabetdə olduğundan heç də az 

maraq doğurmadı - onlar onu çoxdan görmək istəyirdilər 

və ötüb  keçənlərə  açıq  gözlə baxırdılar. Mister Darsinin 

downloaded from KitabYurdu.org



343 

 

Elizabetə  meylinə  dair  yenicə  əmələ  gəlmiş  şübhələr 



onları  hər iki şəxsə münasibətdə diqqətli,  eyni  zamanda 

ehtiyatlı müşahidəyə sövq edirdi. Bu müşahidələr tezliklə 

onlan əmin etdi ki, ən azı bu gənc ciddi şəkildə vurulub. 

Qızın duyğulan ilə bağlı müəyyən şübhələr hələ qalırdı, 

ancaq  kavalerinin  onun  qarşısındakı  şövqlü  heyranlığı 

şəkk-şübhəsiz görünürdü. 

Öz  növbəsində  Elizabet  olduqca  məşğul  idi.  Ona 

qonaqlann  düşüncələrindən  baş  açmaq,  öz  fikirlərini 

cəmləmək 

və  yanındakılarla  mehriban  olmağa  çalışmaq  lazım  idi. 

Sonuncu  barədə  hər  şeydən  çox  narahat  olsa  da,  burada 

uğur  onun  xoşuna  gəlməyə  çalışdığı  hər  kəsin  rəğbəti 

sayəsində  xüsusilə  etibarlı  şəkildə  təmin  olunmuşdu. 

Onun barəsində əlverişli mühakimə yürütmək üçün Binqli 

tam hazır olduğunu, Corciana səmimi arzusunu, Darsi isə 

ən qəti niyyətini sərgiləyirdi. 

Binqlini gördükdə Elizabetin düşüncələri, təbii olaraq, 

Ceynə  yönəldi.  Və  o  Binqlinin  də  bu  barədə  düşünüb- 

düşünmədiyini öyrənmək ehtirası ilə yanırdı. Hərdən ona 

elə gəlirdi ki, əvvəlki vaxtlarla müqayisədə Binqli daha az 

danışan olub və bir-iki dəfə isə ona elə göründü ki, Binqli 

onun  üz  cizgilərində  Ceynlə  hansısa  bənzərlik  axtardı. 

Ancaq  bütün  bunlar  yalnız  onun  təxəyyülünün  məhsulu 

olaraq qalardısa, bir zamanlar Ceynin rəqibi kimi qələmə 

verilən 

miss 


Darsiyə 

Binqlinin 

münasibətini 

qiymətləndirməkdə səhv edə bilməzdi. O, hər iki tərəfdən 

xüsusi qarşılıqlı rəğbətə dəlalət edə biləcək bir baxış belə 

downloaded from KitabYurdu.org



344 

 

fərq  etmədi.  Miss  Binqlinin  ümidlərini  təsdiqləyə  bilən 



heç nə qeyd olunmadı və tezliklə Elizabet özünü bu 

xüsusda  tamamilə  rahat  hiss  etdi.  Ayrılmazdan  öncə 

Elizabetin mister Binqlinin davranışında hiss etdiyi iki, ya 

üç  cizgi  onu  belə  bir  təsəvvürə  meyilləndirdi  ki,  Binqli 

onun bacısı barədə lətafətlə düşünür və cəsarəti çatsaydı, 

onunla  Ceyn  barəsində  həvəslə  danışardı.  Məclisdə 

olanların  hamısı  söhbətlə  məşğul  ikən,  Binqli  səmimi 

kədər çalarlarıyla dedi: 

— Sizinlə görüşməkdən məmnun olduğumdan bəri nə 

qədər  zaman  axıb  keçib!  —  Elizabet  cavab  verməyə 

macal tapmamış o, əlavə etdi: — Səkkiz aydan çox! Biz 

noyabrın iyirmi altısından — Nezerfilddə rəqs etdiyimiz 

gecədən bəri görüşməmişik axı! 

Elizabet  onun  bu  tarixi  dəqiqliklə  yadda  saxladığını 

özü üçün sevinclə qeyd etdi. Bir qədər gözlətdikdən sonra 

o, başqalarına sezdirmədən bir anlıq fürsət tapıb soruşdu 

ki, onun bacısı hələ də Lonqborndadırmı. Nə bu sual, nə 

də əvvəlki qeydlər özlüyündə çox şey nəzərdə tutmurdu, 

ancaq danışanın sifəti və maneralan onlara anlam verirdi. 

Mister  Darsi  tərəfə  baxmaq  ona  nadir  hallarda 

müyəssər  olurdu.  Ancaq  hər  dəfə  baxışlarını  Darsiyə 

yönəldəndə, onun 

üzündə çox mehriban ifadə görürdü. Onun danışdığı hər 

şeydə  azacıq  da  olsun,  təşəxxüs  və  ya  başqa 

həmsöhbətlərinə  münasibətdə  təkəbbür  hiss  olunmurdu. 

Bu sübut edirdi ki, dünən onun maneralannda fərq edilmiş 

yaxşılaşma, hətta qısamüddətli olsa da, ən azı bir gündən 

downloaded from KitabYurdu.org



345 

 

çox  çəkməkdədir.  Onun  özünə  rəğbət  yaratmağa  və  bir 



neçə  ay  öncə  hər  hansı  bir  ünsiyyətə  girməyi  özü  üçün 

alçaldıcı saya biləcəyi insanların yaxşı rəyini qazanmağa 

çalışmasını müşahidə edərək, mister Darsinin onun təkcə 

özünə  yox,  barələrində  nifrətlə  mühakimə  yürütdüyü 

qohumlarına münasibətdə də nəzakətli olduğunu görərək, 

Hansforddakı  kəskin  söhbətlərini  xatırlayaraq,  xeyli 

dərəcədə, nəzərə çarpan dəyişikliyi fərq edirdi və az qala 

öz  heyrətini  açıq  şəkildə  ifadə  edəcəkdi.  Hətta 

Nezerfilddə  öz  əziz  dostlarının  mühitində  və  ya 

Rozinqsdə  yüksək  mənsəbli  qohumlarının  yanında  o, 

həmsöhbətlərinə şirin olmaq arzusu ilə dolu, qürrədən və 

qapalılıqdan  azad  olmamışdı.  Özü  də  bu  o  şəraitdə  baş 

verirdi  ki,  onun  burada  səy  göstərməsinin  yeri  yox  idi, 

hazırda diqqət ayırdığı insanlarla tanışlığı isə Nezerfild və 

Rozinqsdəki xanımlar yalnız qınaq və rişxəndlə qarşılaya 

bilərdi! 

Qonaqlar  onlarda  yarım  saata  yaxın  oldular. 

Getməzdən öncə mister Darsi bacısına xatırlatdı ki, onlar 

mister və missis Qardinerləri və miss Benneti bu yerləri 

tərk  etməzdən  qabaq  Pemberliyə  nahara  dəvət  etməyə 

hazırlaşıblar.  Miss  Darsi  ev  sahibəsi  roluna  hələ 

alışmamasıyla  izah  olunan  müəyyən  yöndəmsizliklə 

qardaşını ürəkdən dəstəklədi. Missis Qardiner bu dəvətin 

əsas ünvanı olan Elizabetin onu qəbul etməyə nə dərəcədə 

hazır  olmasını  öyrənmək  arzusuyla  qıza  nəzər  saldı. 

Ancaq  Elizabet  bu  an  arxaya  döndü.  Belə  düşünülmüş 

etinasızlıq  onun  dəvətdən  yayınmaq  istəməsindən  çox 

downloaded from KitabYurdu.org



346 

 

utancaqlığına  dəlalət  edirdi.  Ona  görə  də  o,  ərinin  yeni 



tanışlıqdan vəcdə gəldiyini və dəvətə müsbət yanaşdığını 

görərək,  şərtləşmək  cəsarətini  üzərinə  götürdü  və 

Pemberliyə birisi gün gələcəklərini bildirdi. 

Miss  Bennetlə  bir  daha  görüşmək,  eləcə  də  onunla 

hartfördşirli dostlar barədə daha uzun-uzadı söhbətləşmək 

fürsətini  Binqli  böyük  sevinclə  qarşıladı.  Elizabetin 

məmnun 

baxışından  bu  o  demək  idi  ki,  Binqli  onunla  Ceyn 



haqqında danışmağa ümid edir. Sonuncu hal, eləcə də bir 

sıra başqaları qonaqların gedişindən sonra Elizabetə ötən 

yarım saatını heç də pis keçirmədiyini düşünmək imkanı 

verdi  -  hərçənd  onların  yanında  olarkən  o,  çətin  ki, 

məmnunluq hiss etmişdi. Elizabet tək qalmağa çalışaraq 

və 


dayısıyla 

xanımının 

sorğu- 

suallarından, 



eyhamlanndan  çəkinərək,  mister  Binqli  barədə  iltifatlı 

rəylərini  dinləmək  üçün  tələb  olunan  qədər  onlarla 

birlikdə olduqdan sonra paltarını dəyişməyə qaçdı. 

Ancaq  Qardinerlərin  maraqlılığı  heç  də  onu  təhdid 

etmirdi.  Onların  niyyətinə  qızı  hər  şeyi  açıb  danışmağa 

məcbur  etmək daxil deyildi. Aydın  idi ki,  onların bacısı 

qızı mister Darsi ilə, güman etdiklərindən daha yaxın tanış 

imiş. Şübhə yox idi ki, Darsi ona ciddi şəkildə vurulub. 

Ancaq onlar nə qədər çox öyrənmək istəyirdilərsə, sorğu-

suallarını bir o qədər az haqlı görürdülər. 

İndi  mister  Darsi  haqqında  iltifatla  düşünmək  lazım 

gəlirdi.  Onlar,  tanışlıqlarının  imkan  verdiyi  qədər  onda 

doğrudan  da  heç  bir  qüsur  fərq  etməmişdilər.  Onun 

downloaded from KitabYurdu.org



347 

 

lütfkarlığı 



Qardinerlərə təsir  etməyə  bilməzdi.  Darsinin  xasiyyətini 

dəyərləndirərkən, 

başqa 

rəylərlə 



hesablaşmaya 

bilsəydilər,  yalnız  öz  duyğulanna  və  ya  ev  sahibəsinin 

şərhlərinə  əsaslansaydılar,  Hartfördşir  cəmiyyəti  onlar 

tərəfindən tərtib olunan obrazda öz əvvəlki tanışını çətin 

ki,  tanıya  bilərdi.  Onlar  missis  Reynoldsa  inanmaq 

istəyirdilər.  Və  asanlıqla  belə  bir  qənaətə  gəldilər  ki,  öz 

patronunu  dörd  yaşından  tanıyan  və  kifayət  qədər 

mötəbərlik təlqin edən ev sahibəsinin dəlillərini qətiyyən 

ifrat  tələskənliklə  rədd  etməyə  dəyməzdi.  Onların 

lemtonlu dostlarının əlində olan məlumatlar əhəmiyyətli 

heç nə ilə bu dəlilləri təkzib etmirdi. Mister Darsini yalnız 

qürurlu olmaqda qınaya bilirdilər. Mümkündür ki, qürur 

doğrudan  da  onun  üçün  səciyyəvi  idi.  Hətta  bu  belə 

olmasa  da,  malikanə  sahibinin  yaxın  dostları  olmadığı 

kiçik  şəhərciyin  sakinləri  bu  qüsuru  ona  tam  aid  edə 

bilərdilər.  Bununla  yanaşı,  onu  ehtiyacı  olanlara  geniş 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin