595. Uşaqda sutkalıq sidiyin azalması necə adlanır?
A) Poliuriya
B) Anuriya
C) Oliqouriya
D) Hematuriya
E) Dizuriya
Sidik ifrazat orqanlarənən xəstəlikləri zamanı sidik ifrazının pozulması xarakterik əlamətdir. Xəstəlik zamanı böyrəyin süzmə qabiliyyəti pozulur və sidik ifrazı azalır. Oliqouriya əmələ gəlir.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 270 596. Tibb müəssisələrində,hepatit B və C–nin yoluxma yolları hansılardır?
A) Fekal – oral
B) Enteral
C) Parenteral
D) Kontakt-məişət
E) Hava-damcı
İnfeksiyalar orqanizmə müxtəlif yollarla (hava damcı,kontakt, fekal-oral və s.yollarla ) daxil olur. Yuxarıda qeyd edilən infeksiyaların isə ən əsas yoluxma yolu parenteral yoluxmadır.(inyeksiya vasitəsi ilə). İnyeksiya edərkən aseptika və antiseptika qaydalarına tibb bacısı tərəfindən çox ciddi əməl edilməlidir. Aseptika və antiseptika qaydalarına tibb bacısı tərəfindən əməl edilmədikdə Hepatit B və Hepatit C –yə yoluxma baş verə bilər.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 548