600.Yenidoğulmuşda bişməcə bədənin hansı hissələrində müşahidə edilir?
A) Əlin içində
B) Başın tüklü hissəsində
C) Bütün bədəndə
D) Təbii büküşlərdə və sağrıda
E) Üzdə
Yenidoğulmuşun dərisi zərif və incə olub,piy vəziləri də yaxşı inkişaf etmiş olur. Dəri bişməcələri uşağı gec-gec çımizdirdikdə, isti saxladıqda əmələ gəlir .Ona görə də uşağa düzgün gigiyenik qulluq edilməlidir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 175
601.Hemofiliya necə xəstəlik sayılır?
A) İrsi
B) İnfeksion
C) Allergik
D) Xroniki
E) Kəskin
Hemofiliya qanda laxtalanma amillərinin çatmaması nəticəsində əmələ gələn irsi qan xəstəliyidir. Belə uşaqların qanı gec laxtalanır,qanaxmaya meyilli olur.
Ədəbiyyat:Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 358
BÖLMƏ III
Dostları ilə paylaş: |