Donorun qanı sifilisə, QİÇS (qazanılmış immun çatışmazlığı sindromu) infeksiyasına, brüselyoza, tülyaremiyaya, vərəmə, malyariyaya, hepatitlərə qarşı yoxlanılır. Hepatit xəstəliyi keçirdən insanlar donor ola bilməz.
Ədəbiyyat: Ümumi cərrahlıq.(səh 167) B.X.Abasov Bakı-1987 619. Hansı dərəcəli yanıqlar dərin yanıqlara aid edilir?
Yanıqların dərinliyi onların dərəcəsi ilə müəyyən edilir:I dərəcəli yanıqda dəri qızarır və şişir, II dərəcəli yanıqda-dərinin üzərində, içərisində açıq seroz maye olan suluqlar əmələ gəlir;III A dərəcəli yanıqda dərinin üst qatları nekrozlaşır. III B dərəcəli yanıqda dərinin bütün qatları nekrozlaşır.IV dərəcəli yanıqda bütün toxumalar hətta sümük toxuması da nekrozlaşır.I-III A dərəcəli yanıqlar səthi,III B_IV dərəcəli yanıqlara aid edilir.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 281) N.P.Paleyev Bakı-1991