626. Təzə yaranın xarakterizə edən klinik simptomlar hansılardır?
A) Ödem,qızartı,temperatur
B) Ağrı,temperatur,qanaxma
C) Ağrı, yara ağzının açıq olması və qanaxma
D) Ağrı, qızartı, flüktuasiya
E) Qızartı,qızartı,iltihab
Klinik olaraq yaraların 3 xüsusiyyəti aşkar edilir: ağrı, yara ağzının açıq olması və qanaxma.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı(səh 342) N.P.Paleyev Bakı-1991
627. Sınıqları təsbit (fiksə) etmək üçün hansı sarğı istifadə olunur?
A) Spiral
B) Gips
C) Sünbül şəkilli
D) Tısbağavari
E) Qayıdan sarğı
Sınıqları təsbit (fiksə) etmək üçün gips sarğısı qoyulur. Gipc sarğısı bərkidikdən sonra sarğının fiksəedici xüsusiyyətini artırdığı üçün istifadə olunur.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı(səh 291) N.P.Paleyev Bakı-1991
Dostları ilə paylaş: |