614.Mədənin zondlanmasında hansı anesteziya növündən istifadə olunur?
A) 5%-li sovkainlə
B) 10%-li lidokainlə
C) Ümumiyyətlə anesteziya olunmur
D) 3%-li trimekainlə
E) 0.5%-li novokainlə
Anestetik maddə refleksləri aradan qaldırdığı üçün heç bir anesteziya növündən istifadə edilmir.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 65) N.P.Paleyev Bakı-1991
615. İmalə üçün istifadə olunmuş ucluqlar istifadədən sonra nə edilir?
A) Salfetlə silinir
B) Sterilizasiyaya göndərilir
C) Axar su altlnda yuyulur
D) Dezinfeksiya edilir
E) Yandırılır
3%-li xloramin məhlulunda 60 dəq saxlanılır, sonra axar su altında yuyulub qurudulur.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 46) N.P.Paleyev Bakı-1991
616.İmalə üçün istifadə olunan ucluqlar neçə faizli xloramin məhlulunda dezinfeksiya olunur?
A) 5%-li
B) 3%-li
C) 10%-li
D) 1%-li
E) 6%-li
İmalədən sonra istifadə olunan ucluqlar 3%-li xloramin məhlulunda 60 dəqiqə dezinfeksiya edilir sonra axar su altında yuyularaq qurudulur.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 47) N.P.Paleyev Bakı-1991
617. Qanköçürmədən sonra flakonda müayinə üçün saxlanılan qanın maksimum saxlanma müddəti nə qədərdir?
A) 48 saat
B) 24 saat
C) 12 saat
D) 6 saat
E) 2 saat
Xəstədə heç bir reaksiya olmadıqda belə 24 saat ərzində köçürülən qandan 5-10ml flakonun dibində saxlanılır ki,gecikmiş reaksiyalar olarsa, reaksiyaların səbəbləri aydınlaşdırılsın.
Ədəbiyyat: : Ümumi cərrahlıq. (səh 175) B.X.Abasov Bakı-1987
Dostları ilə paylaş: |