612. Hipertonik imalə üçün natrium-xlorun neçə faizli məhlulu işlədilir?
A) 15%
B) 2%
C) 10%
D) 20%
E) 0.5%
Hipertonik imalə peristaltikanı birdən-birə artırmadan bağırsaqları yumşaldır. Natrium-xlorun 10-li hipertonik məhlulundan ilıq halda 100-200ml imalə üçün işlədilir.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 47) N.P.Paleyev Bakı-1991
613.Mədəyə zond salınarkən nə üçün püskürmə (aerozol) şəklində anesteziya etmək olmaz?
A) Burunla tənəffüsü çətinləşdirir
B) Qida borusunun əzələsini yumşaldır
C) Udma və qusma reflekslərini zəiflədir
D) Yuxarı tənəffüs yollarını daraldır
E) Zondu udarkən burula bilər
Anesteziya edici maddə udlağın selikli qişasını və dilin kökünü anesteziya edir, udma aktı pozulduğu üçün zondu udmaq mümkün olmur. Udma və qusma aktı refleksləri olmadığı üçün çox çətinliklər yaranır.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 65) N.P.Paleyev Bakı-1991
Dostları ilə paylaş: |