624. Biksi doldurmazdan əvvəl nə ilə silmək lazımdır?
A) Hidrogen peroksid məhlulu ilə
B) Brillyant yaşılı ilə
C) Kalium permanqanat məhlulu ilə
D) 0,5%-li naşatır spirti ilə
E) Furasillinlə
Biksi doldurmazdan əvvəl içərisi(daxli) və xarici 0.5%-li naşatır spirti ilə silinir.
Ədəbiyyat:Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 45) M.M.Abakumov. Moskva-1985
625.Hansı əməliyyatlarda xəstəyə Trendelenburq vəziyyəti verilir?
A) Neyrocərrahi əməliyyatlarda
B) Qarın boşluğu orqanlarında aparılan əməliyyatlarda
C) Düz bağırsaq və cinsiyyət orqanlarında aparılan əməliyyatlarda
D) Döş qəfəsi orqanlarında aparılan əməliyyatlarda
E) Süd vəzisində aparılan əməliyyatlarda
Bu vəziyyətdə xəstənin başı aşağı, çanaq və ayaqları isə yuxarda olmalıdır. Trendelenburq vəziyyəti düz bağırsaq və cinsiyyət orqanlarında aparılan əməliyyatlarda istifadə edilir.
Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 19) M.M.Abakumov. Moskva-1985
Dostları ilə paylaş: |