602. 10%-li məhlul hazırlamaq üçün nə qədər xlorlu əhəng götürmək lazımdır?
A) 5 litr suya 1kq
B) 9.9 litr suya 100q
C) 10 litr suya 1kq
D) 10 litr suya 100q
E) 9 litr suya 100q.
Xlorlu əhəng kəskin xlor iyi verən ağ tozdur.Təsiredici maddə aktiv xlordur.Tərkibində aktiv xlor 25%-dən az olmamalıdır. Əsas məhlulu hazırlamaq üçün 1kq xlorlu əhəng 10 litr suya tökülür (emallı vedrədə) 24 saat ağzı bağlı saxladıqdan sonra tənzifdən süzülür, qalıq xlorlu əhəng atılır. Sonra süzülmüş hissə tünd şüşə qablara tökülüb, sərin, qaranlıq yerdə saxlanılır.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. N.P.Paleyev Bakı-1991 (səh.199-200)