Cəmil Əli oğlu haciyev elxan Rəcəf oğlu allahverdiyev



Yüklə 2,38 Mb.
səhifə13/41
tarix24.05.2020
ölçüsü2,38 Mb.
#31488
1   ...   9   10   11   12   13   14   15   16   ...   41
N 81

Torpaqaltı suvarma

Torpaqaltı suvarma üsulundan əsasən meyvə bağlarının, üzüm plantasiyalarının və digər bitkilərin suvarılmasında geniş istifadə olunur.Səhra və yarımsəhra yelərdə, ərazinin mailliyi çox olan sahələrdə, ağır gilli, gillicəli, şoran olmayan torpaqlarda torpaqaltı suvarma üsulu daha əlverişli hesab olunur. Suvarma zamanı torpaq kapilyar su tutumu həddinə qədər rütubətlənir. Ona görədə tor- paqaltı suvarma üsulundan yaxşı kapilyarlığa malik olan torpaq- larda istifadə etmək məsləhətdir.

Torpaqaltı suvarma üsulunda torpağın nəmləndiriləsi şum qatı altında yerləşdirilmiş, müxtəlif materiallardan hazırlanmış borular və ya krotlar vasitəsilə həyata keçirilir. Verilən su kapilyarlar va- sitəsilə hərəkət edərək torpağı rütubələndirir, bununla da bitkilərin inkişafı üçün əlverişli şərait yaranır. Nəzərdə tutulmuş ərazidə torpağı nəmləndirmək üçün boruya su təzyiqsiz, az təzyiqli və vakuum şəklində verilə bilər.

Torpaqaltı suvarma üsulunun digər suvarma üsullarına nisbətən müəyyən üstünlükləri vardır.

-az əmək sərf olunur,

-alaq otlarına qarşı mübarizə tədbirləri asan aparılır,



  • alaq otlarının toxumlarının suvarma suyu ilə yayılmasının qar-

şısı alınır,

-torpağın üst qatında qaysaq əmələ gəlmir,

-torpaqda aerasiya prosesi yaxşılaşır və torpaq strukturu pozulmur,

-torpaq səthindən olan buxarlanma azalır.

-suvarmanı avtomatlaşdırma asan olur,


  • digər aqrotexniki tədbirlərin aparılmsı üçün əlverişli şərait

yaranır,

-əkin qatında olan qida maddələri yuyulmur

-ərazidə irriqasiya eroziyası baş vermir.

Bununla yanaşı torpaqaltı suvarma üsulunun müəyyən çatış- mayan cəhətləridə vardır: suvarma sistemi baha başa gəlir, dağ və dağətəyi ərazilərdə tətbiqi təhlükəlidir, şorlaşmış və qrunt suları yaxın olan ərazilərdə tətbiqi effektli alınmır, yerüstü torpaq qatı zəif nəmlənir, boruların lillənməsi, tez sıradan çıxması, ən əsas suvarma sisteminin tikintisi çox xərc tələb edir.



    1. Yağışyağdırma üsulu ilə suvarma

Yağışyağdırma üsulu ilə suvarma ilk dəfə Q.M.Aristov tərəfin- dən Rusiyada tətbiq olunmuşdur. Sonralar yağışyağdırma üsulu ilə suvarma Almaniyada geniş sahələrdə inkişaf etdirilmişdir.

Torpaq meliorativ və təşkilatı amillərlə yanaşı həm də hava şəraitindən, o cümlədən küləyin təsiri yağışyağdırma üsulunun tət- biqinin səmərəliliyinə təsir göstərir. Belə ki küləyin sürəti yağış- yağdıran maşın və qurğuların istifadə dərəcəsini müəyyən edən əsas amillərdən biridir.Yağışyağdırma üsulu ilə suvarma zamanı küləyin sürətinin artıq olması suvarmanın keyfiyyətini aşağı salır və aqrotexniki tələbləri pisləşdirir. Küləyin sürəti yağışyağdıran maşın və qurğuların məhsuldarlığını aşağı salır: məsələn su itkisi artır, torpaq səthindən suyun buxarlanması artır, suvarılan sahə qeyri-bərabər nəmlənir ki, bu da suvarmanın keyfiyyətini aşağı salır.

Respublikamızın Gəncə-Qazax bölgəsində M.Q.Mustafayeva- nın apardığı tədqiqatların nəticələrinə əsasən orta şırnaqlı yağışyağdıran aparatla suvarma zamanı küləyin sürəti 1,8- 6,2m/san, havanın temperaturu 14,9-18,90C olduqda su itkisi 11, 4- 19,3% həddində olmuşdur. Bu tip aparatlarla Abşeron bölgəsində 4,3-8,9 m/san sürətlə əsən küləkli hava şəraitində aparılan təcrü- bələr nəticəsində su itkisinin miqdarı 7-28% olmuşdur.

Hazırda respublikamızın bir çox bölgələrində yağış yağdırma üsulu ilə suvarmaya daha geniş yer ayrılmışdır.8-9 saylı şəkillər-

dən göründüyü kimi müxtəlif bitkilərin suvarılmasında yağış yağdırma üsulu daha əlverişlidir.



    1. Damcılarla suvarma üsulu

Dünyanın əksər ölkələrində alimlər kənd təsərrüfatı bitkilərinin suvarılmasında suvarma suyundan qənaətlə istifadə edilməsi və torpağı lazımı dərəcədə nəmliklə təmin etmək üçün yeni mütərəqqi suvarma üsullarının tətbiqinə çalışırlar. Belə üsullara yağışyağdır- ma ilə suvarma, aerozol suvarma, damcılarla suvarma və s daxil- dir. Suvarma prosesini maksimum dərəcədə mexanikləşdirmək, suvarma suyuna, insan əməyinə və elektrik enerjisinə lazımı qədər qənaət edilməsində bu üsulların böyük əhəmiyyəti vardır. Tədqi- qatlar sübut edir ki, yuxarıda göstərilən suvarma üsullarının iqtisa- di cəhətdən əlverişlisi damcılarla suvarma üsuludur.

Damcılarala suvarma ilk dəfə 1918-ci ildə ABŞ-ın Kolorada ştatında aparılmışdır. 1948-ci ildə İngiltərədə S.Beass damcılarla suvarma üsulundan istixanalarda yetişdirilən kənd təsərrüfatı bitki- lərinin suvarılmasında istifadə etmişdir. 1962-ci ildə İsraildə dam- cılarla suvarma üsulunun geniş sahələrdə tətbiq olunması ilə Sim- ko Blass məşğul olmuş və 1968-ci ilə qədər damcılarla suvarılan sahə 800 hektara çatmışdır.Bundan sonra damcılarla suvarmanın tətbiqi dünyanın bir çox ölkələrində sürətlə yayılmağa başlamışdır. Belə ki, Yaponyada 1968-ci ildən, Yeni Zelandiyada 1970-ci ildən, sonra İtaliyada, Türkiyədə, Meksikada, ABŞ-da, Rusiyada, Ukray- na, Moldovada və digər ölkələrdə kənd təsərrüfatı bitkilərinin suvarılmasında damcılarla suvarma üsulundan geniş istifadə edilməyə başlanmışdır. Statistik məlumatlar göstərir k, 1970-ci ildə damcılarla suvarma üsulundan istifadə etməklə suvarılan sahə 4, 2 min hektara, 1975-ci ildə 110 min hektara, 1980-ci ildə isə 350 min hektara çatmışdır. ABŞ-da kənd təsərrüfatı bitkilərinin suvarılmasında 172 min hektardan artıq sahədə damcılarla suvar- ma üsulundan istifadə olunur. ABŞ-da aparılmış tədqiqatlardan məlum olur ki, qumsal torpaqlarda damcılarla suvarmanı gündə və ya günaşırı bir dəfə, ağır torpaqlarda isə həftədə iki dəfə keçirmək

daha yaxşı nəticə verir.

Respublikamızda 1975-ci ildə ilk dəfə olaraq Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun Suvarma labo- ratoriyasının əməkdaşları Şəki rayonunun Üzümçülük və bağçılıq birliyi ərazisində palmet alma bağlarında damcılarla suvarma aparmışlar. Bundan sonra digər Elmi Tədqiqat İnstitutlarında bu istiqamətdə elmi tədqiqat işləri geniş vüsət almışdır.Belə ki, Elmi- Tədqiqat Eroziya və Suvarma İnstitutunun İxtisaslaşdırılmış Kons- truktor Bürosu damcılarla suvarma üsulunun elementlərinin isteh- salı ilə birgə ayrı-ayrı rayonlarda: o cümlədən Quba, Şamaxı rayonları ərazisində alma-armud bağlarında, Gəncədə üzüm bağlarında damcılarla suvarmanı tədqiq etməyə başlamışlar.

Damcılarala suvarmanın digər suvarma üsullarından fərqli cə- hətlərindən biri ondan ibarətdir ki, kənd təsərrüfatı bitkilərinə verilən gübrə normaları suda həll olunaraq lokal şəkildə birbaşa bitkinin dibinə verilir və istər verilən su normasından, istərsədə gübrə normalarından səmərəli istifadə olunur.Bu üsulla bitkilərin gübrələnməsi sahədə gübrə normalarının bərabər yayılmasına səbəb olur ki, bu da gübrədən istifadə əmsalını artırır. Damcılarala suvarma torpaqda lazımı su və qida rejiminin nizamlanmasında əsas rol oynayır.Suvarma normasına yerüstü suvarma üsuıuna nisbətən 50-55% qənaət olunur. Damcılarala suvarma nəticəsində vegetasiya müddətində bitkilərin kökləri inkişaf edən torpağın aktiv qatında optimal nəmlik rejimi yaratmaq mümkün olur. Yaradılmış optimal su, hava və qida rejimləri bitkilərin bioloji və fiziki cəhətdən yaxşı inkişaf etməsinə şərait yaradır ki, bu da kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında və torpaq münbitliyinin qorunmasında böyük rol oynayır.

Damcılarala suvarma zamanı suvarma sistemlərindən sızma və digər su itkilərinə yol verilmir, bu da suvarma suyuna qənaət edil- məklə bərabər, qrunt suyu yer səthinə yaxın yerləşdiyi ərazilərin, şoran torpaqların suvarılmasına imkan verir.Nəticədə torpaqların şoranlaşmanın, bataqlaşmanın qarşısı alınmış olur.

Su ehtiyatları məhdud olan və digər suvarma üsullarının tətbi- qinin əlverişli olmadığı mürəkkəb relyefli sahələrdə, bununla ya-

naşı yüksək su sızdırma qabiliyyətinə malik yüngül mexaniki tər- kibli torpaq sahələrinin, o cümlədən cərgəarası becərilən bostan- tərəvəz bitkilərinin, meyvə bağlarının, meşə zolaqlarının suvarıl- masında damcılarla suvarma daha əhəmiyyətlidir.

Digər suvarma üsullarından fərqli olaraq damcılarala suvarmanı çətin relyefə malik, az hamarlanmış və hətta hamarlanmamış sa- hələrdə aparmaq mümkündür. Bu da dağlıq və dağətəyi ərazilərdə suvarmaya ehtiyac duyulduqda damcılarla suvarmanın əlverişli olduğunu göstərir.

Damcılarala suvarma tamamilə avtomatlaşdırıldığından siste- min idarə olunması çox asandır. Hətta bəzi yerlərdə su mənbələri hündürdə yerləşdiyindən özübasqılı suvarma sistemlərindən istifa- də olunur ki, bu zaman nasos stansiyalarının işləməsinə ehtiyac qalmır. Bu da damcılarala suvarmanın iqtisadi cəhətdən daha əl- verişli olmasını göstərir.Yerüstü suvarma üsuluna nisbətən əmək sərfi damcılarala suvarmada 90-92%, yağışyağdırma üsuluna nis- bətən isə 65-70% qənaət olunur. Suvarmadan sonra torpaqda be- cərmə işlərinə ehtiyac duyulmur. Hətta damcılarala suvarma gedə- gedə yetişmiş məhsulu yığmaq və digər aqrotexniki tədbirləri davam etdirmək mümkündür.

Damcılarla suvarma sisteminin əsas elementləri aşağıdakılardır: Su mənbəyi, nasos stansiyası, su tənzimləyici qovşaq, tənzimləyici və bağlayıcı vasitələrlə təchiz olunmuş magistral, paylayıcı və üzərində damcıladıcılar quraşdırılmış su paylayıcı boru kəməri, damcıladıcılar, rabitə xətti, idarəetmə sistemi və s.

Su mənbəyi- yüksəklikdə yerləşdirilmiş su anbarı, su çəni, subartezian və ya nasos stasiyası qurulmuş su mənbəliri ola bilər.

Nasos stasiyası-bir və ya bir neçə nasos qurğularından ibarətdir. Tətbiq şəraitindən asılı olaraq nasos stasiyası stasionar, üzən və daşınan olmaqla 3 növə bölünür. Nasosun əsas vəzifəsi suvarma suyunu su mənbəyindən götürərək magistral boru kəmərinə çatdır- maqdır.

Su tənzimləyici qovşaq-suyun nizalanmasına xidmət edir. Magistral boru kəməri suyu su mənbəyindən qəbul edərək,

paylayıcı boru kəmərinə çatdırır.

Paylayıcı boru kəməri suvarma suyunu magistral boru kəmə- rindən qəbul edərək üzərində damcıladıcılar quraşdırılmış su paylayıcı boru kəmərlərinə ötürür ki, buradan da su damcıladıcılar vasitəsilə bitkinin kökü yerləşən torpağın aktiv qatına çatdırılır. Damcıladıcılar arası məsafə suvarılacaq bitkilərin bitki-ilə bitki arası məsafədən asılı olaraq müəyyənləşdirilir.

Avstraliya, İsrail, Qornaya, KU-1, Tavriya-1, Moldaviya-1A, Stalax, İrrozor, Triklon və s tipli damcıladıcılardan geniş istifadə olunur.

Damcılarla suvarmanın əsas üstün cəhətləri aşağıdakılardan ibarətdir.


  • suvarma şəbəkəsinin tikintisi iqtisadi cəhətdən əlverişlidir,

  • suvarma şəbəkəsinin istismarı asan, təmir olunması sadədir,

  • suvarma tam avtomatlaşdırıldığından insan əməyi az tələb olunur,

  • suvarma suyuna 50-60% qənaət olunur.

  • bitkiləri tələb etdiyi miqdarda və fasiləsiz olaraq su ilə təmin etmək mümkün olur,

  • Sərt dağ yamaclarında, zəif, orta və yüksək su keçirən torpaq- larda suvarma aparmaq mümkündür;

-Yağışyağdırma üsuluna nisbətən enerji xərcləri az olur,

-torpağın təkrar şorlaşmasının, şorakətləşməsinin qarşısını alır,

-bitkilər arasında suvarma suyu bərabər paylanır,

-qrunt suyunun səviyyəsinə bir o qədər təsir etmir,

-cərgələr arasında alaq otları az yayılır,

-tətbiq olunan gübrə normaları lokal şəkildə bitki tərəfindən mənimsənilir, itgiyə yol verilmir;

-Yüksək su keçirmə qabiliyyətinə malik olan, yüngül mexaniki tərkibli torpaq sahələrinin suvarılmasında sudan daha səmərəli istifadə edilməsi mümkün olur.

Damcılarla suvarma sisteminin bəzi çatışmayan xüsusiyyətləri vardır.

-İstismar zamanı damcıladıcıların gözlərinin tez tutulması,

-böyük sahələrdə suyun qeyri-bərabər paylanması,

-suvarma suyu bulanıq olduqda damcıladıcıların gözləri tutulur

və boru kəmərləri lillə dolur,

-relyefi nahamar olan sahələrdə suvarma suyunun düzgün tənzimlənməməsi,

-plastik boruların gəmiricilər tərəfindən tez sıradan çıxarılması.




    1. Yüklə 2,38 Mb.

      Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin