Ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası


Vəzifələri çoxdur hədsiz, standart bildiklərimizdir



Yüklə 23,69 Kb.
səhifə2/5
tarix09.06.2023
ölçüsü23,69 Kb.
#127358
1   2   3   4   5
11-15

Vəzifələri çoxdur hədsiz, standart bildiklərimizdir.
Strategiyanın icra mexanizmlərinin digər tərkib hissəsi maliyyələşdirmə ilə bağlıdır. Maliyyələşdirmə aşağıdakı mənbələrdən həyata keçirilir:
- dövlət vəsaiti (büdcə və büdcədənkənar fondlar);
- qanunvericiliklə nəzərdə tutulan digər mənbələr.
Strategiyanın icrasının nəticəsi olaraq 2025-ci ilin sonuna qədər aşağıdakılara nail olunması gözlənilir:
-gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artması;
- gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi;
- gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması; və s. bu da çoxdur.
12) Avstriya gənclər siyasəti haqqında ümumi informasiya verin.
Gənclər üçün siyasətin hazırlanması milli hökümətin məsuliyyəti altına düşür. Federal kanslerlikdə (Bundeskanzleramt, Sektion für Familie und Jugend) Ailə və Gənclər Departamenti gənclər siyasətinə görə əsasən federal səviyyədə məsuliyyət daşıyır ki, burada da əsas diqqət məktəb sektorundan kənarda gənclərin yetişdirilməsinə yönəlmişdir. 2021-ci ilin Dekabrından etibarən gənclər siyasətilə bağlı gündəmlər Federal Kanslerlikdə yerləşən Gənclər üçün 6 yenicə yaradılmış Dövlət Katibliyinin (Staatssekräterin für Jugend) öhdəsinə verilmişdir. Məktəbdən kənar gənclərin həvəsləndirilməsi və gənclər üçün xidmət əsasən federal dövlətlərin məsuliyyəti altındadır.Əyalət hökümətlərində yerləşən Əyalət üzrə Gənclər Departamenti ( Landesjugendreferate ) məktəb sektorundan kənarda gənclər xidmətində əyalətin gənclər siyasəti məsələlərini icra etmək tapşırığını yerinə yetirir. Bundan əlavə, onu da qeyd etmək lazımdır ki, Avstriya əsaslı şəkil özəl assosiasiyalardan və QHT-larından asılıdır və onlara dövlət tərəfindən təşəbbüs olunmamaışdır, lakin qismən də olsa federal hökümət və ya federal dövlət orqanları tərəfindən maliyyələşdirilmişdir. Avstriya Federal Nazirliklər Aktı (Bundesministeriengesetz) hansı nazirliyin gənclərlə əlaqədar məsələlərə məsuliyyət daşıdığını müəyyən edir. Əvvəlki qanunvericilik dövrlərində qəbul edilmiş gənclərlə bağlı qanunlarda keçmiş nazirliyin adı çəkilə bilsə də, son Avstriya Federal Nazirliklər Aktında müəyyən edilmiş qurum faktiki olaraq məsuliyyət daşıyır.
Avtriyanın Gənclər Strategiyası (Österreichische Jugendstrategie) -gənclər siyasətini gücləndirmək və inkişaf etdirmək üçün davam edən bir prosesdir. Məqsəd gənclər üçün məsələləri bir yerə toplayıb onları sistemləşdirmək və təsirlilik xüsusiyyətlərini optimallaşdırmaqdır. Gənclər strategiyası, həmçinin, fəaliyyətin, əməkdaşlığın yeni sahələrini müəyyənləşdirməli, fəaliyyət üçün növbəti ehtiyacı müəyyən etməli və konkret tədbirlərlə bunu dəstəkləməlidir. Fəaliyyətin 4 əsas sahəsi özül rolunu oynayır. Avstriya Gənclər Strategiyasının əsas xüsusiyyəti gənclərin və peşəkarların bütün səviyyələrdə cəlb olunmasıdır. Gəncləri təmsil edənlər və gənclərlə daimi mübadilə içində olmağa gətirib çıxaran hədəf qrupu daimi yoxlama və ona yaxınlıq vasitəsilə gənclər strategiyası dəyişən çətinliklərə cavab verə və trendi yaymaq üsulu ilə fəaliyyət göstərə bilər. 2020-ci ildə Strategiya təhsil və treninq, məşğulluq və sahibkarlıq, həyat tərzinin keyfiyyəti və sosial əməkdaşlıq və media və informasiya adlı 4 fəaliyyət sahəsini təsvir edir. Bu fəaliyət sahələrinin hər birinə müvafiq olmaqla 7 Gəmclərin Məqsədləri yaradılmışdır.
2019-2027-ci illər Avropa Gənclər Stratrgiyasina əsaslanmaqla bu məqsədlər onların yerinə yetirilməsi məqsədilə Avropa Gənclərinin Məqsədləriylə əlaqələndirilmişdir. Fəaliyyətin dörd sahəsi
• Məşğulluq və Öyrənmə
• İştirak və Təşəbbüs
• Həyat keyfiyyəti və Əməkdaşlıq ruhu
• Media və İnformasiya
Federal Kanslerlikdə Ailə və Gənclər Deprtamenti (Bundeskanzleramt – Sektion Familie und Jugend) bu təşəbbüsün arxasında özünü hərəkətverici qüvvə olaraq təqdim edir. Bu tədbirlərin icrası sosial siyasəti formalaşdırmağa cəlb olunanların tapşırıq və məsuliyyəti hesab olunur və geniş gənclər siyasəti konsensusu və sektorlararası yanaşma ilə dəstəklənməlidir. Federal Kanslerlikdə Ailə və Gənclər Deprtamenti başqaları arasında çoxsaylı mövcud tədbirlər barədə də məsələn, məşğulluq sahəsindən, xəbərdardır. Avstriya Gənclər strategiyası buna görə də, diqqət nöqtəsini gənclərin perspektivləri istiqamətində dəyişmək yaxud da qeyri fəal lakin hələdə uyğun olan maraqlı tərəflərlə birləşmək üçün əlavə hərəkətverici qüvvə təklif etməlidir.



Yüklə 23,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin