Parnik (istilik) effekti – qazıntı yolu ilə əldə olunan
yanacağın yandırılmasının davam etdirilməsi nəticəsində at-
mosferdə karbon qazının miqdarının artmasını təsdiq edən
nəzəriyyə həm də bunun atmosferdə istiliyin və nəmişliyin
yığılıb qalmasına gətirib çıxardığını göstərir. Alimlər bunun
istilikxana effekti yaratmasını ehtimal edirlər. Son həddə
Yer kürəsinin səthində temperatur artır və bu, buzların
314
əriməsinə və dünya okeanlarının səviyyəsinin qalxmasına
gətirib çıxara bilər.
Populyasiya - a) (Poroqamiya) (yun. «poros» – dəlik, «qamos» -
nigah) - örtülütoxumlu bitkilərdə mayalanma zamanı tozcuq
borusunun toxum rüşeyminə – mikropile vasitəsilə adi
(sadə) yolla keçirilməsi;
b) bir növə mənsub orqanizmlərin qrupu olub
müəyyən ərazidə yerləşən, bir-biri ilə qarşılıqlı əlaqə
şəraitində uzun müddət sayını tənzimləyən fərdlər.
Populyasiya növün quruluş vahidi, təkamül vahidi və
yaşama forması sayılır;
c) növün mühüm bioloji xüsusiyyətlərindən biri –
onun yerdəyişmə qabiliyyətinə əsaslanır. Hər bir
populyasiyada fərdlərin bir hissəsi müntəzəm olaraq onu
tərk edir, qonşu sahədəki populyasiyanı doldurur və ya
həmin növ olmayan yeni əraziyə köçür. Bu prosesə
populyasiyanın dispersiyası deyirlər.