Potensial areal – növün həyatilik imkanlarına uyğun
ekoloji şəraiti olan ərazi.
Postindustrial cəmiyyət – iqtisadi həyatın davamlı
surətdə texnolojiləşməsi nəticəsində industrial sektorun
özünün aparıcı rolunu itirdiyi sosium.
Publisistika - ədəbiyyatın ictimai fikrə birbaşa təsir
etmək məqsədi ilə mühüm sosial məsələlərin müzakirəsinə
həsr olunmuş növü, bu növdə yazılan əsərlər (məqalələr,
oçerklər, pamfletlər, felyetonlar və s.).
Radiasiya - korpuskulyar (alfa-, beta-, qamma-
şüaları, neytron axını) və/və ya elektromaqnit enerjisinin
axını. İki göstərici üzrə ölçülür: şüalanma mənbəyində
aktivliyinə və udulan dozaya görə. Parçalanan maddənin
atomlarının daha sabit formaya keçdiyi vaxt vahidi ərzində
mənbədə nüvə çevrilmələrinin sayı bekkerel və küri ilə
ölçülür. Qazda müsbət və ya mənfi ionlar əmələ gətirən
315
rentgen və və qamma-şüalanmanı rentgen və kulonla
ölçürlər.