Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


Mövzu 4. Jurnalistika və qlobal ekoloji problemlər



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə229/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   225   226   227   228   229   230   231   232   ...   284
Mövzu 4. Jurnalistika və qlobal ekoloji problemlər 
 
Ekologiya problemi anlayışı. Ekoloji problemlər 
insanların praktik fəaliyyətinin nəticəsi kimi. Ekoloji 
problemlərin qlobal xarakter alması. Qlobal iqlim 
istiləşməsi, stratosferdə ozon qatının dağılması, su ilə bağlı 
ekoloji problemlər, enerji istehsalının ekoloji nəticələri, turş 
yağıntılar, orqanizmlərin bioloji (genetik) müxtəlifliyinin 
azalması başlıca ekoloji problemlər kimi. Atmosferin, bio-
sferin, hidrosferin çirklənməsinin ağır nəticələri. Bunların 
aradan qaldırılması yolları.  İnsan fəaliyyətinin mühüm 
problemlərindən biri olan maddi-texniki, kimyəvi 
radiasiyalı  və psixoloji parametrlərlə  fərqlənən yeni ətraf 
mühitin formalaşması. Nadir, sıradan çıxmış, yaxud 
çıxmaqda olan heyvanlar və bitkilər aləmi nümunələrinin 
“Qırmızı kitab”da qeydə alınması. 
İnsan fəaliyyəti nəticəsində meydana gələn bioloji 
gərginliyin ümumi xüsusiyyətləriniin getdikcə qlobal xarak-
ter alması. Cəmiyyətlə  təbiətin qarşılıqlı münasibətlərinin 
yeni mərhələyə qədəm qoyması. 
Torpağın eroziyası, korlanması, texniki yükünün 
artması nəticəsində məhsuldarlığın aşağı düşməsi. 
  Dünyada ekoloji vəziyyəti sağlamlaşdırmaq üçün tə-
biətin qorunması üzrə beynəlxalq texnoloji mexanizm yarat-
maq zərurəti. Ətraf mühitin çirklənməsinə imkan verməyən 
texnologiyalar yaratmağın vacibliyi. Tədiətin qorunması ilə 
məşğul olan birliklərin, partiyaların yaradılması. “Yaşıllar 


325 
 
hərakatı”. Dünyada ekoloji təmizliyin tənzim olunmasında 
beynəlxalq qeyri-hökümət təşkilatlarının rolu. 
Müstəqil Azərbaycan Respublikasının ekoloji vəziy-
yəti. Ekoloji mühiti sağlamlaşdırmaq üçün görülən 
tədbirlər. Ölkənin ali qanunvericilik orqanının bu sahədə 
qəbul etdiyi qanunlar, onların yerinə yetirilməsinin gedişi. 
Bu istiqamətdə həlli tələb olunan ciddi problemlər. 
Ekoloji jurnalistika anlayışı. Ekoloji jurnalistikanın 
yaradıcılıq sahəsi kimi formalaşması  və inkişafı: 
retrospektiv nəzər. Ekoloji qəzet və televiziya 
jurnalistikasının ümumi və  fərqli cəhətləri. Ekoloji 
jurnalistikanın əsas vəzifələri və mövzu istiqamətləri. 
Ekoloji problemlərin həlli uğrunda mübarizədə  KİV-
in rolu. Dövri nəşrlərdə, radio, televiziya verilişlərində eko-
loji mövzuda çıxışların formaları, janr və sənətkarlıq xüsu-
siyyətləri. 
Ekoloq-jurnalistlər üçün irəli sürülən ümumi 
yaradıcılıq tələbləri: jurnalist-ekoloq sənətkarliği; universal 
jurnalist müşahidəsi metodu; sənədlərlə iş; janr müxtəlifliyi; 
jurnalist tədqiqatı metodu; ekoloji təhlil, ekoloji monitorinq; 
jurnalistin informasiya təminatı. 
Ekoloji mövzuda yazan jurnalistlərin istifadə etdikləri 
təbliğatçılıq işi formaları. 
 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin