Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


Mövzu 5. Jurnalistika və qlobal ərzaq problemi



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə230/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   226   227   228   229   230   231   232   233   ...   284
Mövzu 5. Jurnalistika və qlobal ərzaq problemi 
 
Dünya  əhalisinin  ərzaqla, xammalla təmin olunması 
qlobal problem və  KİV-in  əsas mövzularindan biri kimi. 
Qlobal  ərzaq probleminin əhali problemi ilə  sıx  əlaqəli 
şəkildə öyrənilməsi. Bu problemin həlli sahəsidə BMT, 
Ümumdünya  Ərzaq və  Kənd Təsərrüfatı  Təşkilatı, Ümum-
dünya  Ərzaq Proqramı, Beynəlxalq Bioloji Proqram 
Təşkilatı  və s. beynəlxalq təşkilatların fəaliyyəti.  Ərzaq 
probleminin mahiyyətinin açılması,  əhalinin  ərzaqla 
təminatının onun sayının artması ilə mütənasibliyi. Dünyada 
326 
 
istehsal olunan ərzaq məhsullarının qeyri-bərabər 
bölünməsi. 
Torpaq ehtiyatı probleminin qlobal xarakteri. Məh-
suldar və azməhsuldar sahələr. Dünyada məhsuldar 
sahələrin hər il itirilməsinin getdikcə artması. Hər 
adambaşına düşən sahənin azalması. 
Elmi-texniki tərəqqinin nəticəsi olaraq quru sahənin 
xeyli hissəsinin çirklənməsi, yararsız hala düşməsi. Kənd tə-
sərrüfatı üçün nəzərdə tutulan sahələrin urbanizasiya, yeni 
şəhərlər, kəndlər salmağa verilməsinin artmaqda davam 
etməsi. Hər adamın orta təminatı üçün əkin sahəsi. 
İnsanın qida ilə,  ərzaqla təmin olunması üçün yararlı 
sahələrin azalması  səbəbləri. Dünya əhalisinin  ərzağa olan 
tələbatının ödənilməsi üçün mövcud olan imkanlar
onlardan istifadə  səviyyəsi.  Şumlanan sahələrin və onun 
məhsuldarlığının artırılması.  İntensiv təsərrüfat üsulu, 
istehsal mədəniyyətinin yüksəldilməsi. Xəstəliklərə
ziyanvericələrə qarşı mübarizənin elmi əsaslarla təşkili. 
Əkinçilikdə elmi nailiyyətlərdən səmərəli istifadə olunması. 
Ərzaq probleminin mahiyyətinin açıqlanmasında, 
qavranılmasında, qabaqcıl təcrübənin, nümunələrin 
ümumiləşdirib yayılmasında, qüsurların tənqidində  və 
aradan qaldırılmasında, mövcud imkanların aşkara 
çıxarılmasında, onlardan səmərəli istifadə olunmasında 
jurnalistikanın rolu və əhəmiyyəti. 
Ərzaq probleminin işıqlandırılmasının mövzu istiqa-
mətləri: ərzaqla təminatın əhali artımının tənzimlənməsi ilə 
bağlılığı;  ərzaq yardımı iqtisadi yardım növlərindən biri 
kimi; kənd təsərrüfatının iqtisadi yardımla birgə, paralel 
inkişaf etdirilməsi; kənd təsərrüfatına qoyulan xarici 
yardımın artırılması; “yaşıl inqilab”; kənd təsərrüfatı 
sahəsində  təhsil sisteminin inkişaf etdirilməsi, “fiziki 
texnologiyalara” bağlılıq. 


327 
 
Ərzaq və ehtiyat probleminin işıqlandırılmasında 
KİV-in qarşısında duran vəzifələr, istifadə etdiyi 
təbliğatçılıq işinin forma və metodları. Bu mövzuda 
çıxışların janr rəngarəngliyi. 
 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin