Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


Mövzu 12. Jurnalistika və qlobal narkomaniya problemi



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə237/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   233   234   235   236   237   238   239   240   ...   284
 
Mövzu 12. Jurnalistika və qlobal narkomaniya problemi 
 
Narkomaniya müasir dövrün qlobal sosial problemi və 
KİV-in  əsas mövzularından biri kimi. Narkomaniya 
anlayışı. Müasir dünyada və Azərbaycanda narkomaniya ilə 
bağlı  vəziyyət. Narkomaniyanın yayılmasının miqyas və 
tempinin yüksək olmasının bəşəriyyətin mənəvi və fiziki 


333 
 
sağlamlığını, insanların böyük bir hissəsinin gələcəyini, 
qlobal sosial sabitliyi və bir sıra ölkələrin milli 
təhlükəsizliyini sual altında qoyması. 
Narkomaniyaya qarşı qlobal mübarizə aparılmasının 
vacibliyi. Narkomaniyanın cəmiyyətdə cinayət kimi deyil, 
xəstəlik və sosial təzahür kimi qəbul edilməsinin zəruriliyi. 
Narkomanların hüquqi, tibbi, sosial və digər reabilitasiya 
təminatı sistemlərinin, eyni zamanda paralel olaraq narko-
maniyaya qarşı güclü təbliğat kampaniyaları sistemlərinin 
yaradılması. 
Narkomaniyaya qarşı güclü təbliğat kampaniyaları 
sistemlərinin yaradılmasında və aparılmasında KİV-in 
böyük rol oynaması. Bu sahədə dünya mətbuatının 
təcrübəsi. Qəzet və televiziya çıxışlarının səciyyəvi 
xüsusiyyətləri. 
Qlobal “İnternet” informasiya şəbəkəsinin narko-
maniya sahəsində istifadəsinin ikili xarakteri: “İnternet” 
narkomaniya və narkobiznes mənbəyi kimi; “İnternet” 
narkomaniyaya qarşı  təbliğat kampaniyalarında  ən imkanlı 
vəsitə kimi. Narkomaniya mövzusunda materialların eyni 
zamanda həm antinarkotik, həm də narkogen xarakter 
daşıması. 
Narkomaniya mövzusunun işıqlandırılması sahəsində 
Azərbaycan KİV-nin təcrübəsi. Narkomaniyaya qarşı 
mübarizə sahəsində  qəbul olunmuş hökumət direktivlərinə 
uyğun olaraq, narkomaniya mövzusunun mətbuatda 
işıqlandırılması dövrləri: 1986-1991-ci illər; 1991-1999-cu 
illər; 1999-cu ildən sonrakı dövr. Bu dövrlərdə  KİV-in 
fəaliyyətinin təhlilindən  əldə olunan nəticələr. Bu sahədə 
KİV-in çıxışlarının səmərəliliyini artırmaq üçün əsas 
vəzifələr. Narkomaniya mövzusunda yazan jurnalistlərin 
qarşısında qoyulan sənətkarlıq tələbləri. Bu sahədə təbliğat-
çılıq işinin forma və metodları, mövzu və janrlardan 
istifadənin çoxşaxəliliyi. 
334 
 
 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin