Mövzu 11. Jurnalistika və qlobal miqrasiya prosesləri
Miqrasiya müasir dövrün qlobal problemi və KİV-in
əsas mövzularından biri kimi. Miqrasiya və miqrant
anlayışları. Müasir dünyada miqrasiya poseslərinin
vəziyyəti. İnsan yerdəyişmələrinin əsas istiqamətləri,
motivləri, meylləri, marşrutları. Miqrasiyanın növləri: daxili
və xarici; məcburi və könüllü; qanuni və qanunsuz,
tənzimlənən və tənzimlənməyən miqrasiya. Həm sahə elmi,
həm də KİV tərəfindən miqrasiya proseslərinin demoqrafiya
problemi ilə sıx əlaqəli şəkildə öyrənilməsi.
Azərbaycan Respublikasında miqrasiyanın vəziyyəti:
retrospektiv nəzər. XX əsrin sonlarında Ermənistan
ərazisinin azərbaycanlılardan etnik təmizlənməsi, sonradan
Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq
müharibəsi və eyni zamanda Orta Asiyada milli zəmində
332
baş vermiş münaqişə nəticəsində Azərbaycanda 1
milyondan artıq qaçqın və məcburi köçkünün əmələ
gəlməsi. Geniş və tənzimlənməyən miqrasiyanın cəmiyyət
üçün böyük iqtisadi və sosial problemlər əmələ gətirməsi.
İnsanların öz iqtisadi vəziyyətlərini daha da yaxşılaş-
dırılmaq cəhdləri miqrasiyanin əsas səbəblərindən biri kimi.
Öz ölkəsinin hüdudlarından kənarda yaşayan insanlar,
qanunsuz miqrasiyanın iştirakçıları, insan alverinin
qurbanları.
Miqrasiya proseslərinin tənzimlənməsi sahəsində
beynəlxalq təcrübə və sənədlər. BMT-nin “Qaçqınların
statusu haqqında” 1951-ci il Konvensiyası və 1967-ci il
Protokolu. Palermo protokolları. Bu sahədə fəaliyyət
göstərən beynəlxalq təşkilatlar və onların iş təcrübəsi.
Azərbaycan Respublikasında miqrasiya proseslərinin
tənzimlənməsi təcrübəsi. Bu sahədə qanunvericilik
bazasının yaradılması və təkmilləşdirilməsi. Beynəlalq
təşkilatlarla əməkdaşlıq.
Miqrasiya probleminin mətbuatda işıqlandırılmasının
mövzu istiqamətləri. Əhalinin miqrasiya problemləri ilə
bağlı maarifləndirilməsi: qanuni miqrasiyanın pozitiv
tərəflərinin təbliği; qanunsuz miqrasiyanın təhlükələri ilə
əhalinin tanış edilməsi. Jurnalistlərin istifadə etdikləri
təbliğatçılıq işinin forma və metodları. Bu mövzuda
çıxışların janr rəngarəngliyi. KİV-in çıxışlarının
təsirliliyinin artırılmasının yaradıcılıq amilləri.