Mövzu 9. Elektron KİV-lər və qlobal psixoekoloji problemlər Teleradio verilişlərində müasir rəqəm və kompüter
texnologiyalarınin istifadə olunması. Bu texnologiyaların
müxtəlif video və auidioeffektlərin əldə olunmasina imkan
verməsi. Eyni zamanda onların insanlarin psixi və fiziki
sağlamlığına qlobal mənfi təsir göstərmək imkanları.
Rəqəm texnologiyalarından istifadə edən elektron
KİV-lərin kütləvi davranışa və fiziki sağlamlığa qərəzli və
ya qərəzsiz şəkildə təhlükəli təsirinin öyrənilməsinin
vacibliyi. Psixoekoloji problemlər yeni qlobal problem kimi
və onun müasir miqyası.
330
Müasir audio və videoməhsullarin hazırlanmasında
neyro-linqvistik proqramlaşdırma (NLP)
texnologiyalarından istifadə. “25-ci kadr texnologiyası”
gizli NLP nümunəsi kimi. “Zomblaşdirma”. “25-ci kadr
effekti”ndən beynəlxalq internet şəbəkəsində istifadə
olunması. “25th.Century.Fox”, “666”, “Troya”, “Nayk” və
s. kompüter viruslarının kütləvi auditoriyaya ekspansiv
təsirinin səciyyəvi xüsusiyyətləri.
Gizli informasiya təsirinin psixoekoloji təsirinin
təhlükəli nəticələri. Ekoloji cəhətdən təhlükəli
texnologiyaların qərəzli istifadəsinin və
qərəzli
texnologiyaların KİV-də tətbiqinin xüsusi narahatlıq
doğurması. Elektron KİV-in inkişafı ilə əlaqədar olaraq
yaranan ekoloji və psixoekoloji problemlərin həlli sahəsində
KİV qarşısında qoyulan tələblər. Qlobal psixoekoloji
problemlərin həlli istiqamətində təbliğatçılıq işinin forma və
metodları. Bu mövzuda çıxışların janr rəngarəngliyi.