6.
“Dadlı sözlər”. “Yaxşı əhval-ruhiyyə nədir?”
frazasını izah etməyə çalışın. Əgər dəqiq epitetlər
(məsələn, qızılgül, şipşirin, yasəmənlik, ətürpərdən
və s.) seçə bilsəniz, oxucuda hiss olunan
assosiasiyanın əmələ gəlməsinə nail ola bilərsiniz.
TƏBİƏT, GÖZƏLLİK, CEYRAN, SÜLH,
DİPLOMAT, YAXTA sözlərinə epitetlər seçməyə
cəhd göstərin.
7.
“Dialoq”. İki nəfərin (iki ekspertin, iki gəncin, iki
təqaüdçünün və s.) dialoqu vasitəsi ilə regionda
məşhur olan bir şəxsi (siyasətçi, yazıçı, alim) təsvir
edin.
8.
“Dövrün əlamətləri”. İnternetdə, televiziyada,
evdə, küçədə aşağıdakı frazaları tez-tez eşitmək olar:
“Ekoloji vəziyyət çox pisdir”, “Meyvənin, tərəvəzin
tərkibi pesdisidlərlə doludur”, “Narkomaniya
millətin məhvidir” və s. Bütün bunlar dünyanın ayrı-
ayrı regionlarında müasir dövrün əsas əlamətləridir.
Bu frazaların hər birinə aid on əlamət yazın. Bu
tapşırıqda əsas məqsəd ictimai əhəmiyyət kəsb edən
problemlərin düzgün ifadə edilməsindən ibarətdir.
Dostları ilə paylaş: |