12. “İkisi bir almadı ...”. Tələbələr nədəsə bir-birlərinə
bənzəyən (yaş, təhsil, təcrübə, natiqlik məharəti,
siyasi mövqe və s.) bir neçə siyasi lider seçir, sonra
isə bu oxşarlığın hansısa nəticə və kuryozlarını
344
təsvir edirlər. Tapşırığın məqsədi fərdi halda sosial
çalarların axtarılıb-tapılmasından ibarətdir.
13. “İsim + fel”. Yalnız isim və feldən istifadə edərək,
avtobusa partladıcı maddə qoymaq istəyən
terrorçunun davranışını təsvir edin.
14. “Lid”. Müəllim tərəfindən verilmiş mətnə bir neçə
müxtəlif lid yazın. Məsələn, “təcili identifikasiya”,
lid-sitat, lid-hekayə, cəlbedici lid və s.
15. “Mülahizə”. “Meşəbəyinin tərifi” mövzusu
(variantlar müxtəlif cür ola bilər) üçün mülahizə
üslubunda 10-15 cümlədən ibarət mətn yazın.