16. “Nağıl”. Tələbələr hər hansı bir nağılı seçir (siyasi
motivli nağıl olsa, daha yaxşıdır), sonra isə onu
məqalə, hesabat, müsahibə, reportaj, korrespon-
densiya və s. kimi tərtib edərək, orada olan
informasiyanı jurnalist informasiyasına çevirirlər.
Tapşırığın məqsədi “jurnalist informasiyası”
anlayışının mahiyyətini dəqiqləşdirməkdən ibarətdir.
17. “Necə”. “Necə” (sanki, elə bil) sözü ilə
müqayisələrin aparılması mətni daha parlaq və bədii
edir. Tələbələrə “necə” sözü vasitəsi ilə
müqayisədən istifadə edərək obraz yaratmaq təklif
olunur. Birinci variant - bunun üçün müəllim
əvvəlcədən tələbələrin müqayisə üçün seçəcəkləri
sözlərin siyahısını hazırlayır. İkinci variant –
tələbələr əvvəllər çap olunmuş mətnlərlə “necə”