4. “Birinci fraza”. Hələ yazmadığınız material üçün
20-dək ilkin fraza yazın. Fraza oxucunun diqqətini
cəlb etməli, onu maraqlandırmalı, materialı axıradək
oxumağa sövq etməlidir. İdeal frazada həm mövzu,
həm mətnin ideyası – başlıca fikir, həm də müəllifin
olaya şəxsi münasibəti öz əksini tapmalıdır. Bu
tapşırıqda əsas məqsəd jurnalist mətnində birinci
frazanın rolunu qiymətləndirməkdən ibarətdir.
5. “Canlı nitq”. Tələbələrə texniki vəsaitin
(maqnitofon, diktofon, videokamera və s.)
köməyindən istifadə edilmədən, müəllif leksikasının
xüsusiyyətləri saxlanılmaqla, 10 dəqiqəlik “canlı”
nitq (məsələn, küçədə, təntənəli tədbirdə, tok-şouda
və s.) parçası yazmaq təklif olunur. Tapşırığın
başlıca məqsədi
əvvəlcədən gözlənilməyən
situasiyalarda jurnalistin yazma texnikasına
yiyələnməsinə kömək etməkdən ibarətdir.
342