IV ƏLAVƏ PRAKTİK MƏŞĞƏLƏLƏR ÜÇÜN ÇALIŞMA VƏ TAPŞIRIQLAR Müasir qlobal problemlərin həllində KİV-in
iştirakının təsirliliyini artıran amillərin – jurnalistin peşə
mövqeyinin və peşəkarlığının əxz edilməsi, xüsusilə də
gənc jurnalistlərin jurnalist sənətkarlığı vərdişlərinə
yiyələnmələri məqsədi ilə onlara fərdi yaradıcılıq
tapşırıqları verilir və bu tapşırıqlar xüsusi olaraq ayrılmış
məsləhət saatlarında müzakirə edilir.
Bu çalışma və tapşırıqlar, konkret situasiyaların təhlili
müəllimlər tərəfidən istifadə edilə, diskurs və təhlillər üçün
stimul rolunu oynaya, habelə tələbələrin kollokvium və
seminarlarda iştiraklarının və bilik səviyyələrinin
qiymətləndirilməsi üçün də tətbiq edilə bilər.