metodu daha da inkişaf etdirilməli, müşahidənin bütün
növlərindən həssaslıqla istifadə edilməlidir; c) jurnalist
yüksək səviyyədə sənədlərlə iş vərdişlərinə malik olmalı,
onların əldə olunmasında daha israrlı, diqqətli, gözüaçıq və
zirək olmalı, onların öyrənilməsində operativ olmalı,
materialların təhlil edilməsində hərtərəfli peşəkarlıq
göstərməlidir. Bu zaman bütün hallarda beynəlxalq
təşkilatların və aidiyyəti qurumların iş prinsiplərinə
hörmətlə yanaşmalıdır; ç) jurnalist materialın geniş
auditoriyanı əhatə etməsinə şərait yaradan janrlardan (janr müxtəlifliyi) virtuoz şəkildə istifadə etməyi bacarmalıdır.
Ölkənin xarici siyasətinin uğurla həyata keçirilməsi
istiqamətində vacib elementlərdən olan informasiya
təminatına və ictimai rəyin formalaşdırılmasına daha geniş
imkanlar yaradan analitik publisistika janrlarına (şərh, icmal, söhbət, məqalə, hesabat, diskussiya, tok-şou, mətbuat konfransı, korrespondensiya və as.) xüsusi yer ayrılmalıdır;
d) beynəlxalq həyat məsələlərinin işıqlandırılmasında
98